3. XAR
İCI QAZ KƏMƏRLƏRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
3.1.
Şəhərdə, qəsəbədə, yaxud kənd yaşayış məntəqəsində qazın paylaşdırılması sistemi, istehlakçıların qaz ilə aramsız təchiz edilməsini, qaz kəmərlərinin təhlükəsiz istismarını və ayrı-ayrı qaz təchizatı
rayonlarının qaz k
əmərindən açılmasını təmin etməlidir.
Açma armaturunun qura
şdırılması yeri şəhərin, qəsəbənin, yaxud kənd yaşayış məntəqəsinin qaz ilə təmin edilməsi layihəsində təyin edilməlidir.
Açma armaturu el
ə yerləşdirilməlidir ki, qəza şəraitində ayrı-ayrı mikrorayonların, yaxud sahələrin tezliklə kəmərdən açılması mümkün olsun.
3.2.
Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı
t
əzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə
ayrılır.
3.3. Qazın yüks
ək təzyiqli şəhər magistral qaz kəmərindən orta və aşağı təzyiqli paylaşdırıcı qaz kəmərlərinə və orta təzyiqli qaz kəmərlərindən aşağı təzyiqli qaz kəmərlərinə verilməsi, qaz tənzimləyici
m
əntəqələr (QTM), yaxud qaz tənzimləyici qurğular (QTQ) vasitəsilə həyata keçirilir.
3.4.
Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir.
M
əhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə).
Binaların divarının xarici hiss
əsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların (su kəmərləri, kanalizasiya, istilik şəbəkəsi, telefon və elektrik kabelləri və s.) girişləri və çıxışları kipləşdirilməlidir.
3.5. Qaz k
əməri müəssisənin, anbarın və s. ərazisindən keçərkən, ona nəzarət və təmir işləri aparmaq üçün qaz təsərrüfatı istismar işçilərinin həmin ərazilərə girməyə daimi icazəsi olmalıdır.
S
ənaye müəssisəsinin, yaxud anbarın ərazisindən keçən yeraltı qaz kəməri xətti boyunca ən azı 4 metr enində sahə ayrılmalıdır;
h
əmin sahədə material və avadanlıqların yığılmasına icazə verilmir. Onun üzərində tikinti işlərinin aparılmasına, sənaye müəssisəsinin baş planı və layihələşdirmə normaları üzrə Dövləttikintikom
t
ərəfindən təsdiq edilmiş Tikinti Norma və Qaydaları ilə (TN və Q) təyin olunan arakəsmələrin saxlanmasına əməl edilməsi şərti ilə icazə verilir (Əlavə 1).
*
3.6. Yeraltı qaz k
əmərlərinin istiqaməti göstəricilərlə qeyd edilməlidir (divar göstəriciləri ilə reperlərlə və s.).
3.7. Yeraltı qaz k
əmərləri ilə başqa yeraltı kommunikasiyalar və qurğular arasındakı horizontal və şaquli məsafə (metrlə) 2-ci və 3-cü əlavələrdə göstərilmiş kəmiyyətlərdən az olmamalıdır. Yeraltı qaz
k
əmərlərinin qaynaq olunmuş birləşmələrindən yer altında kəsişən mühəndis kommunikasiyalarının (planda) divarına qədər məsafə 1 m-dən az olmamalıdır.
3.8. T
əzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri
tiki
şsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı
qur
ğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının
layih
ələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir (əlavə 2 və 4)
3.9. Qaz k
əmərlərindən ağacların gövdəsinə qədər məsafə 1,5 metrdən az olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə müəyyənləşdirilmir.
3.10. Bir x
əndəkdə iki və daha artıq qaz kəməri quraşdırıldıqda (bir və yaxud müxtəlif səviyyələrdə) onların arasındakı məsafə quraşdırma və təmir üçün şərait yaradılmasına imkan verməlidir və bu məsafə
300 mm-
ə qədər diametri olan borular üçün 0,4 m, 300 mm-dən yuxarı diametri olan borular üçün isə 0,5 m-dən az olmamalıdır.
3.11.
İşləyən qaz kəmərinə paralel yeni qaz kəmərinin çəkilişi onlar arasındakı məsafə, tikinti-quraşdırma işləri zamanı işləyən qaz kəmərinin təhlükəsizliyini təmin etməli və
Dostları ilə paylaş: |