Qərbi Kaspi Universiteti Sərbəst iş Tələbə: Əli Hüseynov Fakultə: Yüksək texnologiyalar və İnnovativ mühəndislik Kafedra: Ekologiya və ətraf mühit



Yüklə 131,77 Kb.
səhifə1/2
tarix13.12.2023
ölçüsü131,77 Kb.
#140513
  1   2
7456iqlim



A
zərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Qərbi Kaspi Universiteti

Sərbəst iş
Tələbə: Əli Hüseynov
Fakultə: Yüksək texnologiyalar və İnnovativ mühəndislik
Kafedra: Ekologiya və ətraf mühit
İxtisas: Meşəçilik
Qrup: 232M
Fənn: Ümumi ekologiya
Müəllim: Vəliyeva Əsmər
Mövzu: Biosferin xarakteristik göstəriciləri


Bakı-2023
Plan

  1. Biosfer anlayışı

  2. Biosenozlar

  3. Biosferdə maddələrin dövranı





İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır.
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.
İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır.
CO2 atmosferə müxtəlif mənbələrdən daxil olur: kənd təsərrüfatı, landşaftdan istifadədə olan dəyişikliklər, sənaye, tullantılar, energetika və sair (bax: Şəkil 1). XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının atmosferdəki sayı sürətlə artmışdır. Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.

Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostu əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır. Ekosistemlər üzərindəki təsirlərə ətraf mühit dəyişdikcə – xüsusilə mərcan riflərində, dağlarda və Arktikada – bir çox bioloji növün yerdəyişməsi və ya nəslinin kəsilməsi daxildir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır; onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. Ümumdünya Səhiyyə Təşkilatının 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə hesab etdiyi iqlim dəyişikliyi eyni zamanda daşqın, yoluxucu xəstəliklər və ekstremal istilik riskini də artırır. Gələcəkdəki istiləşməni minimuma endirmək cəhdləri uğurlu olsa belə, dəniz səviyyəsinin yüksəlməsi, okean temperaturunun qalxması və okean asidifikasiyası da daxil olmaqla, bir sıra təsirlər əsrlər boyu davam edəcək.


Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur.
Bu təsirlərin çoxu hazırda təxminən 1,1 °C (2.0 °F) olan istiləşmə səviyyəsində artıq hiss olunur. İstiləşmə 1,5 °C-ə (2,7 °F) qədər artdığından və getdikcə daha da yuxarı qalxdığından, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) bu təsirlərdə əhəmiyyətli artımların proqnozlaşdırıldığını göstərən bir sıra hesabatlar yayımladı. İqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab vermək mümkündür. Mitiqasiya dedikdə, istixana qazı emissiyalarının azaldılması və atmosferdən çıxarılması başa nəzərdə tutulur; bu metodlara külək və günəş kimi az karbonlu enerji mənbələrinin inkişafı və effektiv şəkildə istifadəsi, kömürdən istifadənin tədricən dayandırılması, enerjinin səmərəliliyinin artırılması, meşələrin bərpası və qorunması daxildir. Adaptasiya isə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili və daha dayanıqlı məhsulların inkişafı vasitəsilə faktiki və ya gözlənilən iqlimə uyğunlaşmaqdan ibarətdir. Adaptasiya təklikdə “şiddətli, geniş yayılmış və geriqaytarılmaz” təsirlərin riskinin qarşısını ala bilməz.

Paris Sazişinə əsasən, milllətlər mitiqasiya cəhdləri ilə istiləşməni “2.0 °C-dən (3.6 °F) aşağıda” saxlamaq haqqında razılığa gəldilər. Bu vədlərə baxmayaraq, əsrin sonuna kimi qlobal istiləşmə təxminən 2,8 °C-ə (5.0 °F) çatacaq və hazırkı siyasət istiliyin təqribən 3,0 °C (5.4 °F) olması ilə nəticələnəcək. İstiləşmənin 1,5 °C-ə (2.7 °F) qədər məhdudlaşdırılması planı 2030-cu ilə qədər emissiyaların yarıya, 2050-ci ilə qədər isə sıfıra endirildiyi halda baş tuta bilər.


Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Azərbaycan ərazisində Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.


Hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m2 artıq enerji qalır ki, bu da okeanların və yer səthinin qızmasına sərf olunur. Bu enerjinin yalnız 1/5 hissəsi təbii amillər hesabına baş verir. Yerdə qalanı isə antropogen mənşəlidir. Antropogen təsirlərin əsas səbəbi troposferin yuxarı qatında yerləşən İstilik Effekti Yaradan Qazlardır(İEYQ). Bunlardan Karbon qazının konsentrasiyası son 100 ildə


1,4 dəfə, Metan qazının konsentrasiyası 2 dəfə, Azot 1-oksidin konsentrasiyası isə 20-25% artmışdır. Bundan əlavə keçən əsrin 50-ci illərindən başlayaraq hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlamış, halbuki bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmamışdır. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur.


Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperatur 1,1-1,30C artması müşahidə olunmuşdur. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. Buna səbəb isə bu ərazilərdə aylıq yağış normalarının bir neçə gün ərzində düşməsi olmuşdur. Son illərdə, yəni 2003 və 2010-cu illərdə Kür və Araz çaylarının daşması nəticəsində çoxlu kəndlər dağılmış, əkin sahələri və mal-qara tələf olmuşdur. Azərbaycan ərazisində baş verən güclü küləklər nəticəsində elektrik və rabitə xətlərinin qırılması müşahidə olunmuşdur.


Qlobal və regional İqlim Dəyişmələri ssenarilərinə əsasən 2100-cü ilə qədər


Yer kürəsində orta temperaturun artması gözlənilir. Orta temperaturun 20C qədər artması daha ciddi fəlakətlərə səbəb ola bilər. Hedli mərkəzinin araştırmalarına görə yer səthində orta illik temperaturun 20C artması şimala doğru temperaturun daha çox(3-70C) artmasına gətirib çıxara bilər ki, bu da buzlaqların daha sürətlə əriməsinə səbəb olacaqdır. Hendli mərkəzinin araşdırmalarına görə ən təhlükəli ərazilər Şimali Amerika, Qərbi Avropa, Hind-Çin yarımadası, Afrika qitəsinin bəzi əraziləri və okeanlardakı adalar göstərilir.


Azərbaycan ərazisi üçün İqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin görülməsi ən prioritet məsələlərdən biridir. Bu məqsədlə qarşıdakı illərdə Azərbaycan Respublikasının İqlim dəyişmələri üzrə 3-cü milli məlumatları çərçivəsində uyğunlaşma üzrə Milli Fəaliyyət Proqramının hazırlanması nəzərdə tutulur. Ən vacib məsələlərdən biri də Təhlükəli Hidrometeoroloji Hadisələrə qabaqcadan xəbərdarlıq üzrə avtomatlaşdırılmış sistemin qurulmasıdır.





Yüklə 131,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin