"QİYMƏTİn yaranmasi və konyunktura" fənnindən testlər Düzgün cavablar "A" bəndindədir



Yüklə 0,51 Mb.
səhifə5/7
tarix08.12.2018
ölçüsü0,51 Mb.
#85633
1   2   3   4   5   6   7

C) satıcının qablaşdırma və markirovka üzrə vəzifələri;

D) tərəflərin sığortalama üzrə vəzifələri;

E) tərəflərin kommersiya sənədlərinin hazırlanması üzrə vəzifələri.


263.Aşağıdakılardan hansı idxal kontraktının qiymətin hesablanmasına edilən düzəlişlərə aid deyildir?

A) yüklərin daşınmasının dəyəri;

B) idxalçı tərəfindən təchizatçı firmaya təcrübə keçmək üçün mütəxəssislərin göndərilməsinin dəyəri;

C) əgər sazış vasitəçiliklə həyata keçirilirsə, vasitəçinin xidmətinin dəyəri;

D) təchizatçı firmanın əlavə zəmanətinin dəyəri;

E) “c” və “d” düzdür.


264.Aşağıdakılardan hansı ticarət zamanı güzəştlərin həcminə təsir edən obyektiv amillərə aid deyildir?

A) ixracçı ölkənin xarici ticarət dövriyyəsi;

B) idxal olunan məhsulun istehsalının təchizatçı tərəfindən mənimsənilməsi dərəcəsi;

C) əmtəə bazarının konyunkturası;

D) istehsalın inhisarlaşma dərəcəsi;

E) “b” və “d” düzdür.


265.Aşağıdakılardan hansı ticarət zamanı güzəştlərin həcminə təsir edən obyektiv amillərə aid deyildir?

A) ixracçı ölkənin tədiyə balansının vəziyyəti;

B) təchizatçı firmanın maliyyə vəziyyəti;

C) satıcılar və alıcılar arasındakı münasibətlər;

D) satıcının ölkəsində iqtisadi və daxili siyasi vəziyyət;

E) “c” və “d” düzdür.


266. Aşağıdakılardan hansı məhsulun texniki-iqtisadi parametrlərinə görə fərqləndirildiyi metodlara aid deyildir?

A) normativ metod;

B) idxal olunan əmtəənin rəqabətqabiliyyətliliyinə görə qiymətin əsaslandırılması metodu;

C) parametrik metod;

D) müqayisə metodu;

E) “b” və “c” düzdür.

267. Ölkəmizdə olan qanunvericilik aşağıdakılardan hansını maya dəyərinə aid edir?

A) bütün sadalananlar düzdür;

B) mineral-xammal bazasının təkrar istehsalına ayırmaları;

C) su təsərrüfatı sistemlərindən verilən suyun haqqını;

D) torpağın yenidən bərpası (rekultivasiyası) üçün ayırmaları;

E) yerin təki, akvatoriya və dənizin dibindən istifadə hüququna görə ödənişləri.


268.Yerin təkindən istifadəyə görə müntəzəm ödənişlərin miqdarı aşağıdakı hansı amildən asılı deyildir?

A) yerin relyefi;

B) faydalı qazıntı növləri;

C) ehtiyatların həcmi;

D) ehtiyatların keyfiyyəti;

E) “b” və “d” düzdür.


269. Aşağıdakılardan hansı “sair xərclər” maddəsi üzrə məhsulun maya dəyərinə daxil deyildir?

A) gömrük rüsumları;

B) çirkləndirici maddələrin tullantılarının yol verilən həddən çox atılmasına görə ödənişləri;

C) müəssisənin istehsal fondlarının tərkibində nəzərə alınan əmlakın icbari sığorta ödənişləri;

D) yol fondlarına ayırmaların bir hissəsi;

E) reklam vergisi.


270. Aşağıdakılardan hansı “sair xərclər” maddəsi üzrə məhsulun maya dəyərinə daxil deyildir?

A) əlavə dəyər vergisi;

B) torpaq vergisi;

C) dövlət rüsumları;

D) gömrük rüsumları;

E) qiymətli kağızlarla əməliyyat vergisi.


271. Aşağıdakılardan hansı qiymətin strukturu və səviyyəsinə ən az təsir göstərən vergi ödəməsidir?

A) torpaq vergisi;

B) əlavə dəyər vergisi;

C)aksizlər;

D) mənfəət vergisi;

E) “c” və “d” düzdür.


272. Aşağıdakılardan hansı əmtəə və xidmətlərə ƏDV qoyulur?

A) bütün sadalananlar düzdür;

B) əmtəə və xidmətlərin satış dövriyyəsinə;

C) ölkə ərazisinə gətirilən əmtəələrə;

D) məsrəfləri tədavül xərclərinə aid edilməyən özünün istehlak ehtiyacları üçün müəssisə daxilində əmtəə və xidmətlərin, həmçinin öz işçilərinə satılan əmtəə və xidmətlərin dövriyyəsinə;

E) qızıl əşyalarının, girovla təmin olunmuş öhdəlik yerinə yetirilmədikdə onların girovusaxlayana verilməsi daxil olmaqla satışı dövriyyəsinə.


273. Aşağıdakı hansı əmtəədən aksiz ödənilmir?

A) çörək;

B) spirtli içkilər;

C) tütün məmulatları;

D) benzin;

E) cəvahirat.


274. Aşağıdakılardan hansı qiymət və vergilərin qarşılıqlı əlaqələrinin təzahürü deyildir?

A) vergi dərəcəsinin aşağı salınması qiymətlərin yüksəlməsinə səbəb olur;

B) qiymətlər və vergilər çox yaxın qarşılıqlı əlaqəli məsələləri həll edirlər;

C) qiymətlər vergilərin miqdarını müəyyən etmək üçün ilkin əsas sayılır;

D) vergilər qiymətlərin səviyyəsi və strukturunu xeyli dərəcədə müəyyənləşdirir;

E) vergilər qiymətlərin yenidən bölüşdürücü funksiyasını yerinə yetirməsi dərəcəsini xarakterizə edir.


275. Aşağıdakı hansı halda vergi orqanları vergilərin hesablanmasının düzgünlüyünə nəzarəti həyata keçirərkən bağlanmış sövdələrdə qiymətlərin əsaslandırılmasını yoxlamaq hüququna malik deyildir?

A) topdan satış ticarəti müqavilələrində;

B) bir-birindən asılı olan tərəfdaşlar arasındakı sövdələrdə;

C) əmtəə mübadiləsi (barter) əməliyyatları üzrə sövdələrdə;

D) xarici ticarət sövdələri bağlandıqda;

E) qısa zaman kəsiyində oxşar əmtəə və ya xidmətlərin vergi ödəyicisi tərəfindən tətbiq olunan qiymətlərin səviyyəsində yüksəlmə və ya azalmaya tərəf 20%-dən çox kənarlaşma baş verdikdə.


276. Bir-birindən qarşılıqlı asılı olmayan tərəfdaşlar arasında sövdə bağlanarkən aşağıdakı hansı səbəbə görə qiymətlərdən edilən güzəştlər nəzərə alınmır?

A) əmtəələrin keyfiyyətinin yaxşılaşdırılması;

B) əmtəə və xidmətlərə tələbin mövsümi və ya başqa artıb-azalmaları;

C) əmtəələrin keyfiyyətinin və ya digər istehlak xassələrinin itirilməsi;

D) əmtəələrin yararlıq və ya satış müddətinin keçməsi;

E) istehlakçıların onlarla tanış olmaları üçün təcrübə modelləri və əmtəə nümunələrinin satılması.


277. Aşağıdakı şərtlərdən hansı əmtəə və ya xidmətlərin bazar qiymətləri müəyyən edilərkən nəzərə alınmır?

A) təbii şərait;

B) tədarük edilən əmtəələrin miqdarı;

C) öhdəliyin yerinə yetirilmə müddəti;

D) ödəniş şərti;

E) “b” və “c” düzdür.


278. Aşağıdakılardan hansı xarici iqtisadi təşkilatlarla aparılan hesablaşma qiymətinin tərkibinə aid deyildir?

A) xarici iqtisadi təşkilatların mənfəət vergisi;

B) dotasiya əmsalına görə düzəlişlər edilmiş kontrakt qiymətləri;

C) qaimə xərcləri (nəqliyyat, ekspedisiya, sığorta, bankın ssudalarından istifadəyə görə faiz);

D) gömrük rüsumları;

E) xarici iqtisadi təşkilatların komisiyon mükafatları.

279. Aşağıdakılardan hansının təmin olunması üçün pul kütləsi tələb olunur?

A) bütün sadalananlar düzdür;

B) bazar iqtisadiyyatının fəaliyyət göstərməsi;

C) iqtisadiyyatın sabit sürətlə artımı;

D) qiymətlərin səviyyəsi və dinamikası;

E) məşğulluğun təmin olunması.


280. Aşağıdakı iqtisadi amillərdən hansı pul tədavülünün sürətinə təsir göstərmir?

A) əmək resursları;

B) istehsalın tsiklik inkişafı;

C) istehsalın artım sürəti;

D) qiymətlərin hərəkəti;

E)“c” və “d” düzdür.


281. Aşağıdakı pul amillərindən hansı pul tədavülünün sürətinə təsir göstərmir?

A) qiymətlərin səviyyəsinin sabitliyi;

B) tədiyə dövriyyəsinin strukturu;

C) kredit əməliyyatlarının və qarşılıqlı hesablaşmaların inkişafı;

D) kreditə görə faiz dərəcələri;

E) “b” və “d” düzdür.


282. Aşağıdakı amillərdən hansı pulun tədavül sürətinə təsir göstərmir?

A) səhmlərə görə dividendlərin ödənilməsi;

B) gəlirlərin ödənilməsinin dövriliyi;

C) əhalinin öz vəsaitlərini xərcləməsi müntəzəmliyi;

D) qənaət və yığımın səviyyəsi;

E) “b” və “c” düzdür.


283. Aşağıdakılardan hansı dövriyyədə olan pul kütləsinin həcminə təsir edən amillərə aid deyildir?

A) müəssisələrin mənfəətinin kəmiyyəti;

B) əmtəə dövriyyəsinin həcmi;

C) xalq istehlakı mallarının buraxılışının və pullu xidmətlərin həcminin azalması nəticəsində əhalinin pul gəlirləri ilə xərcləri arasındakı nisbətin pozulması;

D) kənd təsərrüfatı istehsalının azalması ilə əlaqədar kənd təsərrüfatı məhsullarının qıtlığı;

E) müəssisə və təşkilatlar tərəfindən qazanılmış pulların ödənilməsi.


284. Aşağıdakılardan hansı dövriyyədə olan pul kütləsinin həcminə təsir edən amillərə aid deyildir?

A) müəssisənin mənfəət vergisi;

B) pullu xidmətlərin həcmi;

C) nağd pulun inkassasiyası mexanizminin olmaması;

D) nağdsız hesablaşma sisteminin inkişafının çatışmazlıqları;

E) “b” və “c” düzdür.


285. Aşağıdakı amillərdən hansı tədavüldə olan pul kütləsinin artmasına gətirib çıxartmır?

A) pul vahidinin tədavül sürətinin yüksəlməsi;

B) iqtisadiyyatın səmərəsiz strukturu;

C) bəzi istehsalların yüksək inhisarlaşması;

D) xarici valyutaya nisbətdə milli pul vahidinin məzənnəsinin aşağı düşməsi;

E) dövlətin gəlirləri və xərclərinin uyğunsuzluğu.


286. Aşağıdakı amillərdən hansı pul emissiyasının genişləndiyi dövrdə qiymətlərin nisbətən yavaş artmasına səbəb olmur?

A) iqtisadiyyatın səmərəsiz strukturu;

B) istehlak yönümlü geniş əhatəli bazar məkanının mövcudluğu;

C) hərbi tələb effekti;

D) ticarət çəbəkəsindəki əmtəə ehtiyatları;

E) “c” və “d” düzdür.


287. Aşağıdakılardan hansı Mərkəzi bankın tənzimləyici fəaliyyətinin əsasını təşkil edir?

A) bütün sadalananlar düzdür

B) ÜDM və milli gəlir

C) qiymətlər indeksi

D) işsizliyin səviyyəsi

E) dövlət büdcəsinin kəsiri


288. Aşağıdakılardan hansı qiymətlərin artımının ümumi səbəblərinə aid deyildir?

A) əmtəə və xidmətlər təklifinin çoxalması;

B) pul kütləsinə lazımi nəzarətin olmaması və kağız pulların əsassız emissiyası;

C) dövlət sektorunun inkişafı və iqtisadiyyata dövlətin qarışması;

D) gəlirlərin indeksləşdirilməsi mexanizmilərinin fəaliyyəti;

E) iri inhisarların timsalında böyük səlahiyyət sahibi olan xüsusi təsisatların meydana gəlməsi.


289. Qiymətlərin artmasının intensivliyi aşağıdakı amillərin hansından asılı deyildir?

A) təklifin yüksəlməsi;

B) iqtisadiyyatın strukturu;

C) bazarın vəziyyəti;

D) bazarda rəqabət şəraitinin mövcudluğu;

E) bazarda inhisarçı hökmranlığın olması.


290. Aşağıdakılardan hansı restruktiv pul-kredit siyasətinin nəticələrinə aid deyildir?

A) əmtəə və xidmətlərin qiymətlərinin artması;

B) tədavüldəki pul kütləsinin azalması;

C) kreditin mümkünlüyünün aşağı düşməsi;

D) faiz dərəcəsinin artması;

E) “b” və “d” düzdür.


291. Aşağıdakılardan hansı kotirovka bülletenlərində qiymət məzənnəsi ilə yanaşı tələb və təklifin nisbətinə dair edilən qeydlərə aid deyildir?

A) bu qiymət məzənnəsi üzrə nə tələb, nə də təklif var;

B) bu qiymət məzənnəsi üzrə yalnız tələb var;

C) bu qiymət məzənnəsi yalnız təklif var;

D) tələb və təklif qarşılıqlı tarazlaşdırılmışdır;

E) tələbin bir hissəsi təmin olunmamış qaldı.


292. Aşağıdakılardan hansı kotirovka bülletenlərində qiymət məzənnəsi ilə yanaşı tələb və təklifin nisbətinə dair edilən qeydlərə aiddir?

A) bütün sadalananlar düzdür

B) təklifin bir hissəsi təmin edilməmiş qaldı;

C) tələbin çox cüzi bir hissəsi təmin olundu;

D) təklifin çox cüzi bir hissəsi təmin edildi;

E) alqı-satqı dövriyyəsi olmadı.


293. Qiymət aşağıdakılardan hansına təsir göstərmir?

A) əmtəənin xassəsini dəyişir;

B) istehsalın strukturunu müəyyən edir;

C) maddi axınların hərəkətinə təsir göstərir;

D) əmtəə kütləsinin bölgüsünə təsir edir;

E) əhalinin rifah səviyyəsinə həlledici təsir göstərir.


294. Ayrı-ayrı sahələrdə vəsait çatışmadıqda dövlət kreditin köməyi ilə aşağıdakı sahələrdən hansına pul resurslari avans edir və iri qoyuluşları həyata keçirir?

A) bütün sadalananlar düzdür;

B) kənd təsərrüfatı;

C) yüngül və yeyinti sənayesi;

D) yanacaq-energetika sahələri;

E) nəqliyyat.


295. Qiymət “müəssisə-bazar” və “müəssisə-bank” münasibətlərinin iqtisadi tənzimləyicisi vəzifəsini yerinə yetirərkən aşağidakılardan hansını həyata keçirmir?

A) əmək haqqının artmasına səbəb olur;

B) xərcləri nəzərə alır;

C) xərclərin yerləşməsini tənzimləyir;

D) kapitalın müxtəlif sahələrə “axını” vasitəsilə əmtəənin rəqabət qabiliyyətinin yüksəldir;

E) xərclərin yenidən bölgüsünü həyata keçirir.


296. İnvestisiya mənbəyi kimi əhalinin əmanətlərdən aşağıdakı hansı halda istifadə olunmur?

A) maddi istehsal sahələrinə investisiya qoyuluşlarına;

B) tədavül dairəsinə qoyuluşlara;

C) fond və valyuta bazarlarında əməliyyatlara;

D) müxtəlif möhtəkir əməliyyatları maliyyələşdirməyə,

E) “ c” və “d” düzdür.


297. Aşağıdakı amillərdən hansı qiymətin əmələ gəlməsi və kreditin qarşılıqlı əlaqəsinə təsir göstərmir?

A) iqtisadi səmərəliliyin yüksəlməsi;

B) bank xidmətlərinə tələb və təklif;

C) əmtəə, fond və valyuta bazarlarında konyunkturanın kəskinləşməsi;

D) iqtisadiyyatda inflyasiya prosesinin güclənməsi;

E) “b” və “c” düzdür.


298. Aşağıdakı amillərdən hansı kreditə görə faiz dərəcəsinin dəyişilməsinin daxili amillərinə aid deyildir?

A) ölkədəki pul-kredit siyasəti;

B) kreditin ödənilməməsi riskinin dərəcəsi;

C) borc əməliyyatlarından mənfəət əldə edilməsi;

D) kreditin qaytarılmasının təmin olunmasının xarakteri;

E) borcun miqdarı.


299. Aşağıdakı amillərdən hansı kreditə görə faiz dərəcəsinin dəyişilməsinin daxili amillərinə aid deyildir?

A) kredit xidmətləri bazarında rəqabət;

B) borcun ödənilmə müddəti;

C) borcun rəsmiləşdirilməsi və nəzarət üzrə xərclər;

D) bank ilə borc alan arasındakı münasibətlərin xarakteri;

E) “b” və “d” düzdür.


300. Aşağıdakılardan hansı “dəyər üstəgəl” modelinə əsasən kreditə görə kredit dərəcəsinin hesablanmasının komponentlərin cəmlənməsi yolu ilə həyata keçirilməsinə aiddir?

A) bütün sadalananlar düzdür;

B) borc alanın kreditləşdirilməsi məqsədilə cəlb olunan vəsaitlərin bank üçün dəyəri;

C) bankın əməliyyat, o cümlədən kredit idarəsi əməkdaşlarının əmək haqqı, kreditin verilməsi və onun ödənilməsi üzərində nəzarət üçün lazım olan avadanlıqların və materialların alınması xərcləri;

D) öhdəliklərin yerinə yetirilməməsi riskinin səviyyəsinə görə marj (banka kompensasiya verilməsi);

E) hər bir kredit  üzrə gözlənilən mənfəət.


301. Qiymətəmələgəlmə elmi nəyi öyrənir?

A) Qiymətəmələgəlmə - qiymətin formalaşması prosesini, hərəkət qanunauyğunluqlarını və onlardan istifadəni öyrənir;

B) Qiymətəmələgəlmə - qiymətin formalaşmasını öyrənir;

C) Qiymətəmələgəlmə - qiymətdən istifadəni öyrənir;

D) Qiymətəmələgəlmə - bazar qiymətlərini öyrənir;

E) Qiymətəmələgəlmə topdansatış qiymətini öyrənir.


302. Qiymətəmələgəlmə elminin predmeti nədir?

A) Qiymətlər nəzəriyyəsi və onların qoyulması təcrübəsindən ibarətdir;

B) Satış qiymətlərinin yaranmasını öyrənir;

C) Parakəndə satış qiymətini öyrənir;

D) Bazar qiymətini öyrənir;

E) Mövsümi qiymətləri öyrənir.


303. Qiymət nədir?

A) Qiymət ictimai zəruri xərcləri əks etdirən iqtisadi kateqoriyadır;

B) Qiymət əmtəəni təhlil edən amildir;

C) Qiymət əmtəənin satılmasıdır;

D) Qiymət bazarı öyrənən elmdir;

E) Qiymət əmtəənin faydalılığıdır.


304. Qiymətqoyma necə formalaşır?

A) Qiymətqoyma istehlak bazarında məhsulun keyfiyyətindən, əhalinin sosial müdafiəsi və dövlətin iqtisadi mənafelərindən irəli gələn prinsiplər əsasında formalaşır;

B) Qiymətqoyma istehsal sahəsində əhalinin tələbatının ödənilməsi üçün zəruri olan prinsiplərə əsaslanır;

C) Qiymətqoyma bazar şəraiti təhlil edilərək əhalinin tələbatı nəzərə alınaraq müəyyən olunur;

D) Qiymətqoyma tələb və təklifə əsasən müəyyən olunur;

E) Qiymətqoyma məhsulun azlığı nəzərə alınaraq qoyulur.


305. Pul tədavülü qanunu ifadə edən düstur necədir?

A) Pul tədavülü qanunu – N = QP / V;

B) Pul tədavülü qanunu – N = P+C+D;

C) Pul tədavülü qanunu – N = P – Ə – P;

D) Pul tədavülü qanunu – N = Ə / P;

E) Pul tədavülü qanunu – N = PƏ / K.


306. Pul tədavülü qanunu necə adlanır?

A) Tədavül üçün zəruri olan pul kütləsinin miqdarını tənzimləyir;

B) Əmtəələrin satışı qanunudur;

C) Tədavülə həddən artıq çox pul buraxılmasını təmin edir;

D) Tədavüldəki pul kütləsini azaltmağa çalışır;

E) Tədavüldə pul qıtlığı yaratmağa çalışır.


307. Qiymətin əsas funksiyaları hansılardır?

A) Uçot və nəzarət, stimullaşdırıcı, bölüşdürücü və istehsalın səmərəli yerləşdirilməsi;

B) Uçot və nəzarət, sələm kapitalı – maddi maraq və nəzarət;

C) Uçot və nəzarət, faiz, mənfəət və rentabellik;

D) Uçot və nəzarət,pay bölgüsü və renta münasibətləri;

E) Uçot və nəzarət pul sistemləri, əmtəə və kapital funksiyaları.


308. Qiymətlər sisteminə hansı qiymətlər daxildir?

A) Topdansatış qiymətləri, satınalma qiymətləri və pərakəndə satış qiymətləri.

B) İnhisar qiymətləri, topdansatış qiymətləri və mövsümi qiymətlər;

C) Satınalma, təhvilvermə və inhisar qiymətləri;

D) Bazar qiymətləri, mövsümi qiymətlər və tədarük qiymətləri;

E) Bazar qiymətləri, təhvilvermə və satınalma qiymətləri;


309. Pərakəndə satış qiyməti necə formalaşır?

A) Pərakəndə satış qiyməti kəmiyyətcə sənaye topdansatış qiyməti ilə ticarət əlavələrinin cəmindən ibarətdir;

B) Pərakəndə satış qiyməti inhisarçı rəqabət nəticəsində formalaşır;

C) Pərakəndə satış qiyməti bazar şəraitində yaranan qiymətdən formalaşır;

D) Pərakəndə satış qiyməti əhaliyə edilən güzəştdən yaranır;

E) Pərakəndə satış qiyməti əmtəənin dəyərində formalaşır.


310. Təsbit olma qaydasına görə qiymətlər aşağıdakı kimi fərqlənir?

A) Sərbəst qiymətlər, tənzimlənən qiymətlər, müqavilə qiymətləri, transfert qiymətləri, birja və hərrac qiymətləri;

B) Sərbəst qiymətlər, tənzimlənən qiymətlər, hərrac və birja qiymətləri, mövsümi təhlilvermə qiymətləri;

C) Sərbəst qiymətlər, təhvilvermə, mövsümi, tədarük, Birja və auksion qiymətlərinə;

D) Sərbəst qiymətlər, müqavilə qiymətləri, Birja və auksion qiymətləri;

E) Müqavilə qiymətləri, Bazar qiymətləri sənaye qiymətləri, müəssisənin qiymətləri, Birja qiymətləri.


311. Sərbəst qiymətlər necə qoyulur?

A) Tələb və təklif əsasında məhsul və xidmət istehsalçıları tərəfindən qoyulur;

B) Bazar şəraitində yaranan rəqabət şəraitində qoyulur.;

C) Yüksək inhisar şəraitində yaranır;

D) İnfilyasiya şəraitində yaranır;

E) Pərakəndə satış qiyməti şəraitində yaranır.


312. Müqavilə qiymətləri necə müəyyən edilir?

A) Müqavilə qiymətləri tərəflərin razılığı əsasında müəyyən edilir;

B) Müqavilə qiymətləri satıcının xahişi əsasında müəyyən edilir;

C) Müqavilə qiymətləri Bazar şəraitində formalaşır;

D) Müqavilə qiymətləri infilyasiyaya qarşı formalaşır;

E) Müqavilə qiymətləri qiymətə əsasən müəyyən edilir.


313. Transfert qiymətləri necə tətbiq edilir?

A) Firmanın bölmələri arasında məhsulun reallaşdırılması bu qiymətlə aparılır;

B) Müəssisə ilə firma arasında tətbiq edilir;

C) Transfert qiymətləri pərakəndə satış şəraitində tətbiq edilir;

D) Məhsulun sexlərdən anbarlara çatdırılması qiyməti başa düşülür;

E) Məhsulun anbardan daşənması üçün çəkilən xərclər başa düşülür.


314. Fəaliyyət müddətinə görə qiymətlətləri necə qruplaşdırmaq olar?

A) Sabit, cari, sürüşkən,mövsümi və pilləli qiymətlər;

B) Sabit, cari, sürüşkən təhvilvermə və mövsümi qiymətlərə;

C) Sabit, cari, sürüşkən, topdansatış və pərakəndə satış qiymətləri;

D) Pilləli,sürüşkən,inhisar və bazar qiymətlərinə;

E) Sürüşkən,cari,tədarük və təhvilvermə qiymətlərinə.


315. Əsaslandırma dərəcəsinə görə qiymətlərə daxildir?

A) Bazis qiymətləri,məlumat qiymətləri,preyskuran qiymətləri,faktiki sövdələşmə və istehsal qiymətləri;

B) Bazis qiymətləri, Bazar qiymətləri, satış qiymətləri,istehlak qiymətləri, və mövsümi qiymətlər;

C) Bazar qiymətləri,satış qiymətləri, Bazis qiymətləri, istehlak qiymətləri;

D) İstehlak qiymətləri, Bazar qiymətləri, Bazis qiymətlərinə;

E) Bazis qiymətləri, məlumat qiymətləri istehlak və satış qiymətləri.


316. Qiymətin frankolaşdırılması dedikdə nə başa düşülür?

A) Məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür;

B) Məhsulun anbardan bazara çatdırılması qiyməti başa düşülür;

C) Məhsulun istehsalçılardan bazarlara çatdırılması qiyməti başa düşülür;

D) Məhsulun sexlərdən anbarlara çatdırılması qiyməti başa düşülür;

E) Məhsulun anbardan daşınması üçün çəkilənxərclər başa düşülür;


317. Franko növlərinə görə qiymətin hansı növləri var?

A) Franko - vaqon-göndərmə stansiya,franko-anbar-istehsalçı, franko-vaqon təyinat və franko - anbar-istehlakçı.

B) Franko -bazar-anbar, franko-vaqon,stansiya, franko-vaqon-alıcı;

C) Franko -vaqon-göndərmə, franko-anbar-istehsalçı, franko-bazar və anbar;

D) Franko - vaqon- göndərmə, franko- anbar-istehsalçı, və franko- alıcı vəsatıcı;

E) Franko - vaqon-alıcı,franko-vaqon-stansiya,franko-anbar-bazar;


318. Franko termini nəyi göstərir?

A) Əmtəənin satıcıdan alıcıya hərəkəti yolunda malgöndərən hansı məntəqəyə qədər nəqliyyat xərclərini ödəyir;

B) Əmtəənin istehsaldan bazara qədər nə qədər xərc cəkilir;

C) Əmtəənin anbarlardan satış yerlərinə qədər çəkilən xərcləri;

D) Əmtəələrin daşınması üçün çəkilən xərcləri;

E) Əmtəələrin bazarlardaxilində daşınmasına çəkilən xərcləri.


319. Bazar mexanizminin əsas elementləri hansılardır?

A) Qiymət,tələb və təklif.

B) İnhisar,pul və rəqabət;

C) Rəqabət,tələb və təklif;

D) Tələb və təklif,pul;

E) Qiymət,pul və rəqabət;


320. Qiymətlərin formalaşmasına və hərəkətinə təsir edən başlıca amil nədir?

A) İstehsal xərcləri;

B) Mənfəət norması;

C) Maye dəyəri;

D) Pul tədavülü;

E) Əmtəə tədavülü.


321. İqtisadi məzmununa görə xərclərin bölgüsü necədir?

A) Xammal və materiallar,əmək haqqı,sosial ehtiyaclara ayırmalar amortizasiya və.s xərclər;

B) Xammal və materiallar,amortirasiya ayırmalarına və.s xərclərə;

C) Xammal və materiallara,faiz xərclərə,əmək haqqına və daşınmaya;

D) Xammal və materiallara,yanacağa,danışmaya və əmək haqqına;

E) Xammal və materialı daşınma xərclərinə,əmək haqqına və.s xərclər.


322. Məsuliyyət, yəni cavabdehlik mərkəzlərinə nələr daxildir?

A) Gəlirlər,xərclər,mənfəət və sərmayə;

B) Gəlirlər,mənfəət,pul və faiz;

C) Pul və faiz,kapital və renta;

D) Renta,faiz,gəlir və pul;

E) Renta,pul,faiz və mənfəət.


323. İstehsalın və satışın həcmindən asılı olaraq xərclər necə qruplaşır?

A) Daimi və dəyişən xərclər;

B) Daimi və çevik xərclər;

C) Sabit və dəyişkən xərclər;

D) Sabit və daimi xərclər;

E) Daimi vəstabil xərclər.


324. İstehsalın klassik amillərinə nələr daxildir?

A) Əmək,torpaq,kapital və sahibkarlıq bacarığı;

B) Əmək,torpaq,pul və renta;

C) Torpaq,pul,renta və faiz;

D) Kapital,pul,faiz və qiymət;

E) Kapital,faiz,qiymət,əmək.


325. Açıq xərclər necə müəyyən olunur?

A) Müəssisə tərəfindən alınan resursların xərclərinin ödəniş məbləği kimi müəyyən olunur.

B) Müəssisə tərəfindən məhsulun bazarlara daşınması kimi müəyyən olunur;

C) Müəssisə tərəfindən istehlakçıya çatdırılan məhsulla müəyyən olunur;

D) Müəssisə tərəfindən ticarət təşkilatlarına daşınan məhsulla müəyyən olunur;

E) Müəssisə tərəfindən məhsulun danışması üçün müəyyən olunur;


326. Gizli xərclər necə müəyyən olunur?

A) Müəssisənin mülkiyyətində olan resursların dəyəri kimi müəyyən olunur;

B) Müəssisənin mulkiyyətində olan pul vəsaitinə uyğun müəyyən olunur;


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin