Qrup: 1319a müəllim: Məmmədov Rəşad



Yüklə 67,29 Kb.
tarix03.12.2022
ölçüsü67,29 Kb.
#120421
İLKİN- BEYNƏLXALQ BİZNES




İqtisadiyyat və Hüquq fakültəsi

Sərbəst iş



  • İxtisas:Dünya iqtisadiyyatı

  • Qrup:1319A

  • Müəllim: Məmmədov Rəşad

  • Fənn: Beynəlxalq biznes

  • Tələbə:İsmayılov İlkin

  • Mövzu: Beynəlxalq biznesin hüquqi və siyasi mühiti


BAKI 2022
PLAN


  1. Hüquqi mühit

  2. Siyasi mühit

  3. İqtisadi və hüquqi cəhətdən firmaların mövqeyi

Beynəlxalq biznes fəaliyyətinə təsir edən xarici mühit amillərindən bir hüquqi sistemlərdir. Beynəlxalq aləmdə fəaliyyət göstərən hüquqi sistemlər üç qrupa bölünür:


1. Ənənəvi hüquqi sistemlər.
2. Vətəndaş hüquqi sistemləri.
3. Teokratik hüquqi sistemləri.
ABŞ və Böyük Britaniya adi və ya ənənəvi hüquq sistemlərinin bariz nümunəsidir. Buna baxmayaraq ABŞda ―Vahid Kommersiya kodeksi‖ mövcuddur ki, vətəndaş hüquq sisteminin özünəməxsusluğunu əks etdirmək və sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Ənənəvi hüquq sistemləri mənəviyyata, ənənələrə, adətlərə əsaslanmaqla bərabər qanunların məhkəmələrdə tətbiq olunmasında geniş istifadə olunur. Ənənəvi hüquq sistemlərinin əsas yaradıcıları və biznes aləminə tətbiq ediciləri ingilislər olmuşdur. Onlar bu sistemi müasirləşdirmiş və vahid bir formaya gətirməklə tətbiqinə nail olmuşlar. Lakin bu hüquqi sistem təkcə İngiltərədə istifadə olunmaqla qalmamış, Böyük Britaniyanın vaxtı ilə işğal etdiyi koloniyalarda da tətbiq olunmuşdur. Bu gün ənənəvi hüquq sisteminin tətbiq edildiyi əsas ölkə kimi Böyük Britaniya qəbul edilmir. Vətəndaş hüquq sistemləri adlandırılan sistemlər, xırdalıqlarına qədər işlənmiş qaydalar kompleksi formasına salınmış, kodesk formasına gətirilmişdir. Dünyanın 70- dən çox ölkəsi, o cümlədən Almaniya, Fransa, Yaponiya və Rusiya da daxil olmaqla biznes fəasliyyətində vətandaş hüququna əsalanır. Beləliklə bu iki sistem arasındakı fərq ondan ibarətdir ki, ənənəvi hüquq hadisələri ənənələrə əsaslana məhkəmə qərarları ilə, vətəndaş hüququ isə qanunlarala tənzimlənir. Hüquqi təsirin mühitinə aşağıdakılar daxildir:
1. Kommersiya və ya müqavilə, patentlərin müdafiəsi, əmtəə nişanları, müəlliflik hüuqu; mühasibat uçotunun formaları.
2. Ümumhüquqi mühit ətraf mühitin mühafizəsi haqqında qanun, sanitar-gigiyenik-normalar, texniki təhlükəsizlik qaydaları.
3. Yeni biznesin yaradılması.
4. Əmək qanunvericiliy.
5. Antifrist qanunvericilik.
6. Qiymətəmələgəlmə .
7. Vergi qanunvericiliyi.
Çoxmilli şirkətlərin rəhbərləri əlaqəli olduqları ölkələrin qanunvericilik aktları ilə yaxından tanış olmalı və iqtisadi əlaqələrdə bundan düzgün istifadə etməlidirlər. İstənilən cəmiyyətdə biznesin fəaliyyətinə iki cür yanaşma təsir göstərir. Bu siyasi və iqtisadi sistemlərin formalarıdır. Siyasi sistem birgə yaşayışın mühimlyni təmin etmək üçün cəmiyyətin inteqrasiyasından ibarətdir. İqtisadi sistem məhdud resurslardan istifadə və bu resursların əlaqələrini və paylanmasını təmin edir. İdeologiya–konsepsiyaların, nəzəriyyələrin, məqsədlərin məcmusu olmaqla sistemləşdirilmiş sosial – siyasi proqramdır. Plüyuoristik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, burada müxtəlif ideologiyalar həyata keçirilir. Müasir dövlət qurumları öz ideolojiya və idarəetmə prinsiplərinə görə iki əsas sistemə bölünür:
1. Demokratik sistemlər.
2. Totalitar sistemlər.
Demokratiya ideologiyası başlanğıcını qədim yunanlardan götürmüşdür ki, onun da əsasını qərar qəbul etmə presesində bütün vətəndaşların iştirakını təmin edir. Müasir siyasi demoktarik sistemlərin xarakterik xüsusiyyətləri aşağıdakılardır:
1. Vicdan azadlığı, söz, mətbuat və təşkilatlarda iştirak;
2. Səsverənlərin onları təmsil edəcək nümayəndələrin seçilməsi ilə başa çatan azad seçkilər;
3. Tutulmuş vəzifədə müəyyən müddətə kimi fəaliyyət göstərmək;
4. Müstəqil seçkili məhkəmə sistemi;
5. Dövlətin nisbi açıqlığı. Totalitar dövlətlərdə qərar qəbul edilməsində yalnız bir qrup vəzifəli şəxslər iştirak edir. Bu rejimlər teokratik və totalitarizm olmaqla islam ölkələrinə xasdır və bəzi Latın Amerikası ölkələrinə aiddir. Digər totalitar rejimlərə kommunist rejimləri də daxildir. Bu rejimlər K.Marksın və B.İ.Leninin nəzəriyyələrinə əsaslanan proletar diktaturasina əsaslanır və sosial inqilabların nəticəsində yaranır.
Müxtəlif səbələrdən birbaşa xarici investisiyalar, bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən onun özəyini təşkil edən beynəlxalq biznesə əsaslı təsir göstərir. İqtisadi və hüquqi cəhətdən və firmaların mövqeyindən bu aşağıdakılarla izah olunur:
- özünü bilavasitə stabil bazarla təmin etmək və yaxud da üçüncü ölkənin bazarına çıxmaq üçün bundan (nəqliyyat dəhlizi) trampilin kimi istifadə etmək;
- bu və ya digər istehsal bölmələri müxtəlif ölkələrdə yerləşən beynəlxalq korporasiyaların özlərinə‖ daxili bazar‖ yaratması, bunula da istehsalın və kapitalın beynəlmiləlləşməsinin artması;
- özlərinin mənafelərini regional və daha geniş beynəlxalq miqyasda dövlətlərarası münasibətlərə daxil etmək;
- beynəlxalq investisiyaları daxili işlərinə qarışmamaq prinsipinə əməl etməklə dövlətlərarası əməkdaşlığın mühüm amili kimi tanınması.
Birbaşa xarici investitsiyaya geniş və dar mənada tərif vermək olar. Dar mənada birbaşa xarici investisiya dedikdə, müəsissənin üzərində nəzarət etmək hüququ əldə etmək və digər möhkəm iqtisadi əlaqə qurmaq məqsədi ilə ehtiyatların və kapitalın sərhədləri aşan hərəkətini əhatə edir. Belə yanaşmaya görə investor kimi hər hansı ölkədə rezident olmayanlar və və xarici ölkədən də rezidentlər çıxış edə bilərlər. Hər iki kateqoriya üçün birbaşa xarici investisiyanın yaranmasının belə yolları göstərilir: 100% xarici investora məxsus olan müəssisələrin, qız şirkətlərinin, şöbələrinin yaradılması və ya genişləndirilməsi;
- mövcud müəssisələrin tam mülkiyyətə satın alınması;
- mövcud olan və ya təzə yaradılan müəssisələrdə iştirak etmək;
- 5 il və ya daha üzun müddətə borc götürmək. 2002-ci ildə İrlandiya Respublikasında keçirilən Referendum daha on ölkənin Avropa Birliyinə daxil olması ilə onun genişlənməsinə zəmin yaratdı: üç Baltik ölkəsi, Macarıstan, Polşa, Çex Respublikası, Slovakiya, Kipr, Malta və Sloveniya. Vahid Avropanın belə genişlənməsi bir çox həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları üçün əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Avropa Birliyi əhalisinin sayı 20% artdığı halda ÜDM-si ancaq 5% artacaq (Fishburn and Green, 2002). Misal üçün, işçi qüvvəsinin dəyərində əhəmiyyətli fərqlərin olması, yəqin ki, bir çox firmaların yerdəyişməsi ilə bağlı sualların yaranmasına səbəb olacaq. 1992-ci ildə Macarıstanda bir saatlıq işə görə 1.6 funt sterlinq ödəndiyi halda, Almaniyada bu rəqəm 14 funt sterlinqə bərabər idi. Məlumdur ki, siyasi-iqtisadi gündəmdə olan bəzi əsas problemlər təşkilatlara ciddi şəkildə təsir göstərirlər:
 Rəqabət siyasəti bütün dünyada milli və dövlətlər üstü təşkilatları narahat edən məsələlərdəndir. Öz bazarlarında artıq hakim vəziyyətdə olan firmalar arası birləşmə və udulma isthelakçı və ictimai maraqların müdafiəsi təmin olunmadığı təqdirdə məhdudlaşdırılacaq.
 Böyük Britaniyada səhiyyə, nəqliyyat və təhsil kimi sferalarda mövcud olan ictimai-fərdi fondların yaradılması təşəbbüsü bir çox firmalara əvvəllər onlar üçün bağlı olan sektorlarda işləmək imkanı verir. Buna baxmayaraq, dəyərlərin pulla alınması və kommunal xidmət üzərində nəzarət kəskin (kritik) problem olaraq qalır.  Tullantıların miqdarının azaldılması təşəbbüsləri tullantılardan istifadə etməyə və tullantıların yığılması və kənarlaşdırılmasına marağı yenidən artırdı. 2012-ci ildə Böyük Britaniyada məişət məqsədləri üçün tullantıların 14%-dən, Almaniyada isə 50%-dən təkrar istifadə olunmuşdur. AB-nin direktivləri və ətraf mühitin çirklənməsinə və qlobal istiləşməsinə ictimai narahatçılıq bu sferada təcrübə və biliyi olan firmalar üçün geniş imkanlar açdığı halda, digər firmalar tullantıların miqdarının azaldılması və enerji istehlakının həcminin azaldılması zəruriyyəti ilə üzləşirlər.


ƏDƏBİYYAT

1. A.Ş.Şəkərəliyev «Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər» Bakı-2000.


2. İ.Ə.Feyzullabəyli «Biznes, bazar ticarət, marketinq, plan nədir?» Bakı-1995.
3. «Qloballaşma və onun doğurduğu narazılıqlar» Cjzef E., Stiqli, Bakı – 2004.
Yüklə 67,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin