həm də zəkatdan istifadə edə bilərlərsə, seyidlərin zəkatdan
istifadə etmək hüquqları yoxdur.
Üçüncüsü, seyidlərin ehtiyacı xümsün ikidə birindən
azla ödənərsə, onların payının
qalan hissəsini beytül-mala
əlavə etmək olar.
Sual 48:
Müqaviləni, peymanı
birtərəfli qaydada
pozmaq olarmı?
Cavab:
İslamda əhdi-peymana, müqaviləyə vəfalı
qalmağa fövqəladə əhəmiyyət verilmişdir. Hətta kafirlər və
düşmənlərlə müqaviləyə vəfasızlıq təkidlə pislənilmişdir.
Bəs «Tövbə» surəsində müşriklərlə
müqavilələrin birtərəfli
qaydada ləğv olunması üçün verilmiş göstərişi necə
qiymətləndirmək olar? Uyğun surənin 7-ci və 8-ci
ayələrindən aydın olur ki, bu müqavilələrə müşriklər elə
əvvəlcədən etinasızlıq göstərirdilər.
Bir insana və ya bir millətə
zorla qəbul etdirilmiş
müqaviləni və bir tərəfli qaydada pozmaq heç də
ədalətsizlik deyildir. Çünki zəifin məcbur edildiyi bir
müqavilə, özü ədalətsizlik üzərində qurulmuşdur.
Müsəlmanların
uyğun müqaviləni ləğv etməsi, qəfil
zərbə məqsədi daşımamışdır. Müşriklərə dörd ay
müddətində
möhlət verilmiş, götür-qoy üçün imkan
yaradılmışdır. Əgər həzrət Peyğəmbərin (s) bu işi insani
üsullara əsaslanmasaydı, Rəsuləllah bu dörd aylıq möhlətlə
düşməni yuxudan oyatmazdı.
Demək, müşrüklərlə müqavilənin birtərəfli qaydada
pozulması, bu müqavilənin ədalətsiz əsaslar üzərində
qurulması idi. Bu ədalətsiz müqavilə istisna olmaqla,
Peyğəmbər (s) kitab əhli və sair tayfalarla bağladığı bütün
müqavilələrə ömürünün sonunadək hörmətlə yanaşmışdır.
42