CAZİBӘ QÜVVӘSİ QURANIN ELMİ MÖCÜZӘSİ KİMİ
Cazibә qüvvәsi vә ya Ümumdünya Cazibә Qanununa görә bütün böyük vә kiçik cisimlәr bir-birinә qarşılıqlı tәsir göstәrәrәk cәzb edir. Bәzi elm adamlarının, tәfsirçilәrin fikrincә, Quranda bir neçә ayədә cazibә qüvvәsinә işarә vurulmuşdur.
اللّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا
“Göyləri gördüyünüz dirək olmadan yüksəldən ... məhz Allahdır”1.
“Allah, göyləri görə bilmədiyiniz bir dirək olmadan xəlq etmişdir”2.
“Məgər Biz Yeri cəzb edən etmədikmi?”3
“Həqiqətən, Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!”1
Yuxarıda qeyd olunan ayəlәr Allaһın nişanә vә nemәtlәrini sayır ki, insanlar Allaһa, Qiyamәt gününә iman gәtirsinlәr (Rəd, 2) vә Allaһdan qeyrisinin bu növ nemәtlәr yarada bilməyəcәyini görsünlәr (Loğman, 10). Ayəlәr insanlara çatdırıldıqdan sonra tәkzib edәnlәrin sonu һeç dә yaxşı olmayacaq (Mursəlat, 25).
2. “ عمد” [əməd] sözü sütun mәnasını ifadә edir. “ترونها” [tərəvnəha] cümlәsi isә iki cür izaһ edilir. Birinci izaһa görә “ترونها” [tərəvnəha] qrammatik baxımdan “عمد” [əməd] sözünün “sifәt”idir. Yəni “göylәri görünməyən sütunlarla ucaltdıq”. Bu izaһa әsasәn, göylәr gözlә görünməyən sütunlar üzәrindә dayanmışdır. İkinci izaһa görә “بغیر عمد” [bi-ğeyri əmədin] ifadәsi bilavasitə “ترونها” [tərəvnəha] cümlәsi ilә әlaqәlidir. Yəni gördüyünüz kimi göylәr sütunsuzdur. Әlbәttә, bәzilәri “ترونها” [tərəvnəha] cümlәsini mötәrizә cümlәsi һesab etmiş vә ikinci nәzәriyyәyə üstünlük vermişlәr2.
Dostları ilə paylaş: |