Referat tələbə Əli Əliyev Elmi Rəhbər dos. Babayev Turqan Bakı -2021 plan giriş



Yüklə 26,24 Kb.
səhifə2/12
tarix18.02.2022
ölçüsü26,24 Kb.
#114583
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   12
Əli Əliyev makroiqtisadiyyat

Valyutanın yaranma tarixi

Valyuta - əmtəələrin dəyərinin təyin edilməsi üçün istifadə edilən pul vahididir.

Valyuta anlayışı aşağıdakı üç mənada başa düşülür:

1) Digər ölkələrlə beynəlxalq hesablaşmalarda və xarici iqtisadi əlaqələrdəistifadə edilən, müəyyən ölkənin pul vahidi (milli valyuta).

2) Xarici ölkələrin pul nişanları, həmçinin xarici pul vahidləri ilə ifadə olunan və beynəlxalq hesablaşmalarda istifadə edilən kredit və ödəniş sənədləri (xarici valyuta).

3) Beynəlxalq (regional) pul hesablaşma vahidi və ödəmə vasitəsi (SDR, EKÜ (1999-cu ildən Avro ilə əvəz olunmuşdur), ərəb hesablaşma dolları, “and pesosu” və s.).Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.Valyuta (italyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.


  • tam çevrilən (sərbəst çevrilmə qabiliyyəti olan);

  • qismən çevrilən;

  • çevrilməyən (çevrilmə qabiliyyəti olmayan).

Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam çevrilmə qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanın konvertləşdiridlməsi adlanır.Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60- nın valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, Ingiltərənin funt-sterlinqini, Almaniya markasını göstərmək olar.Qismən çevrilən valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları çevrilmə qabiliyyəti olmayan valyutalar hesab olunur.Dünya valyuta sistemi birdən-birə meydana gəlməmişdir. Belə ki, dünya təsərrüfat sisteminin təkamül yolu ilə formalaşması beynəlxalq valyuta sisteminin yaranmasına səbəb olmuşdur.Dünya valyuta sistemi dünya bazarının inkişafı nəticəsində öz misiyasını genişləndirmiş və dövlətlərarası razılaşma əsasında tənzimlənir.


Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin