Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə1/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
  1   2   3   4   5   6   7   8   9   ...   239



Mirvariyə çevrilən ürək qanı

Ayətullah Seyid Əli Xameneinin sürgün və həbslərinə dair xatirələri


Məhəmmədəli Azərşəb


Kitabın adı:......Mirvariyə çevrilən ürək qanı

Qələmə alan:...............Məhəmmədəli Azərşəb

Tərcümə edən:....................Vüsal Hüseynzadə

Çap tarixi:..................................................2020

Çap növbəsi:...........................................Birinci

Tiraj:..........................................................1000


Müqəddimə


İran İslam İnqilabı barədə nə qədər fikir ayrılıqları olsa da, bu inqilabın İslam, hətta dünya tarixində misilsiz bir hadisə olmasında şübhə yoxdur. Yarım əsr öncə şərq və qərb supergüclərinin hər biri dünyanı öz caynağı altına almağa çalışırdı, İslam dünyası güclü ideoloji, hərbi və iqtisadi hücumların hədəfinə çevrilmişdi. Müsəlman dövlətlərinin əksəriyyəti bu və ya digər supergücə yaxınlaşmaqdan ötrü yarışa girmişdilər. Xalqlar ağır kədər və sükut içərisində bu səhnəyə baxır, nə etməli olduqlarını bilmirdilər. Əllərindən də bir şey gəlmirdi. Hamı heyrət içində idi. Məğlubiyyət və uğursuzluqlardan iradələr məhv olmuşdu.

Belə bir böhranlı və ümidsiz şəraitdə istismarçı qüvvələr İslam ümmətinə son zərbəni endirməyə başladılar. Plan sionist düşmənlə “sülh” layihəsi hazırlayıb İslam ümmətinin əsas müqavimət cəbhəsini darmadağın etmək idi. Həmçinin bütün İslam təbliğatçılarına, İslam ümmətinin dirçəlişi və başucalığı naminə ayağa qalxmış şəxsiyyətlərə qarşı terror əməliyyatları başlandı, müsəlmanlar arasında günah və fəsadı, şəxsiyyətsizlik və məğlubiyyət hissini yaymaq üçün geniş fəaliyyətlərə start verildi.

Müsəlman regionuna qarşı belə hegemon müdaxilə fonunda ucalan bir səs imperialistlərin bütün planlarını təhlükəyə saldı. Bu səs imperializmin təxribat mərkəzindən - ABŞ-nın, sionizmin və onların daxili muzdurlarının əsas bazası olacaq İrandan gəldi. Bu səs Allah-Taalanın "Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi"1 ayəsinə real nümunə idi.

Bu hərəkatın misilsiz yolu, məqsədi və rəhbərliyi vardı, Allah-Taaladan sonra yalnız və yalnız xalqa arxalanırdı, heç bir partiya və təşkilata bağlı deyildi, hegemon güclərin heç biri tərəfindən dəstəklənmirdi. O, elan etdi ki, partiya yalnız Allah partiyası, Allah naminə ayağa qalxmış inqilabçı kütlələrin təşkilatıdır. Bu hərəkat "nə şərqçi, nə qərbçi" şüarını ortaya qoydu, qüdrətli dövlətlərin heç birinə bağlı olmağa can atmadı. Onun məqsədi ədaləti, azadlığı, müstəqilliyi, başucalığı və digər dəyərləri ilə birgə İslam respublikası yaratmaqdan, aktual cümhuriyyətdən və prinsipial İslamiyyətdən ibarət idi və bunu ilk gündən bəyan edirdi.

Dünyanın diqqətini daha çox cəlb edən amil hərəkatın rəhbərliyi idi. Bu rəhbər bir ruhani şəxsiyyətdən ibarət idi. Ruhaniliyi isə real ictimai həyatdan uzaqlaşdırmağa çalışırdılar, materialist ajiotaj, təxribatçı və hiyləgər səylər nəticəsində sıradan çıxmasına da bir şey qalmırdı. Bu rəhbər, yəni İmam Xomeyni İslam ümmətinin dirçəlişinə, müsəlmanların şəxsiyyətinin, kimliyinin və ləyaqətli həyatının özlərinə qaytarılmasına çağırırdı. İnqilabın qələbəsi üçün bütün lazımi amillər bu böyük insanda cəm olmuşdu: prinsipiallıq, müasir informasiyalar, şərəf, ləyaqət və ədalətə çağırış, məzlumlara dəstək, müstəmləkəçilərə qarşı mübarizə, xalqa inam, xarlığa, zülmə, əcnəbi istismarına, ümidsizliyə və özünə inamsızlığa səbəb olan hər bir şeyə qarşı çıxmaq. Onun Allah-Taalaya doğru çağırışı xalqların təkamülünü, inkişafını, gözəl həyatını, özünü və cəmiyyəti islahdan ötrü davamlı səyi ehtiva edirdi.

Bu baxımdan, inqilabın qələbəsi daha ləyaqətli həyat arzusunda olan xalqlara güclü təsir etdi; ağır yuxuya getmələri planlaşdırılan kütlələri oyatdı, İslamın ictimai həyata qayıdışına məyus qəlbləri diriltdi.

İran xalqı öz yeni tarixində başa düşmüşdü ki, ixlasla Allah yoluna dəvət edən, xalqın daha yaxşı gələcəyi üçün amallarını səsləndirən hər bir ruhaninin ətrafına toplaşmalıdır. Bu təcrübə tənbəki qiyamında, məşrutə hərəkatında və neftin milliləşdirilməsində özünü göstərmişdi. Xalq daha ayıq şəkildə, fədakarcasına və möhkəm iradə ilə İmam Xomeyninin ətrafına toplaşdı. O, düşmənlərin inqilabın qarşısını almaq və ya onu təxirə salmaq üçün yaratdıqları maneələrdən də xəbərdar idi. Bəlkə bunun da səbəbi İmam Xomeyninin, onun şagird və müridlərinin uzun illər apardıqları maarifləndirmə işi idi.

Bu xatirələrin sahibi İslam inqilabının dəyərli şəxsiyyətlərindən biri olan Ayətullah Seyid Əli Hüseyni Xameneidir. Mərhum İmam Xomeyni kimi o da mübarizə illərində öz fəaliyyətini xalq, xüsusən də gənclər üzərində qurmuş, tələbə və gənclərlə əlaqə yaratmaq üçün İranın müxtəlif vilayətlərində fəaliyyət göstərmişdi. Onun məqsədləri gənclərin amalları ilə eyni idi: şərəf və ləyaqət, hegemon dünyanın asılılığından qurtuluş, tağutlara, xalqları xar edənlərə, xüsusən də Amerikaya və sionist düşmənə qarşı mübarizə. Onun ideyaları gənclərin azad, başıuca və ləyaqətli İslam cəmiyyəti qurmaq arzularını ifadə edirdi.

Tağut müstəntiqləri önündə cəsarətli, dik duruşu, eqoizm və xudpəsəndlikdən azad olması bu insanın önəmli xüsusiyyətlərindən idi. O, ömrünü böyük məqsədinə həsr etmişdi, şəxsi məqsədləri və dəyərsiz dünya işləri ardınca qaçmırdı, elmi-mədəni fəaliyyətlərini şah rejimi əleyhinə mübarizələrlə birləşdirməyi bacarırdı.

İslam inqilabının qələbəsindən sonra İmam Xomeyni ona çoxlu hərbi və qeyri-hərbi işlər tapşırdı. Onun imamla əlaqəsi nurun nurla, əlin qolla əlaqəsi kimi idi. O, İmam Xomeyninin vəfatından sonra Dini Ekspertlər Məclisinin qərarı ilə ümmətin rəhbəri seçildi, Allaha təvəkküllə, özünün bacarıq və təcrübələri ilə, xalqa, xalqın ayıqlığına və möhkəmliyinə güvənərək İslam respublikasını dağ boyda problemlər arasından keçirə bildi, İmam Xomeyninin vəfatından sonrakı mərhələyə göz dikmiş bədxahların arzularını ürəklərində qoydu.

Onun rəhbərliyi inqilabçı ruhiyyəsinin dərinliyi, ayıqlığı, mötədilliyi, ifratdan, xurafatdan və mürtəce fikirlərdən uzaq durması ilə seçilir. Onun lokal və qlobal miqyaslı siyasi, iqtisadi və hərbi mövqelərindən görünür ki, həmin sahələrdə uzaqgörənliklə, köklü və saf ideoloji düşüncə ilə hərəkət edilmişdir.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin