Strukturalizm və Semiotika



Yüklə 468,88 Kb.
tarix17.12.2022
ölçüsü468,88 Kb.
#121282
Strukturalizm və Semiotika

Strukturalizm və Semiotika

Tələbə: Orxan Eynullayev

Fakültə: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Qrup: B02Aze21/01

Fənn: Ədəbiyyat nəzəriyyəsi

Müəllim: Çiçək Hüseynova b/m

Təhvil verilmə tarixi:

Qiymət: " "

Strukturalizm

Bir çox tənqid nəzəriyələrinin süqutu 60-cı illərdən başlayaraq, yeni bir mərhələyə yol açdı ki, bu mərhələ də “strukturalizm” adi ilə məşhurdur. Strukturalizm XX əsrdə dilçilik sahəsində baş verən böyük inkişaf nəticəsində meydana gəlmişdir. Bu məktəbin başında isveçrəli dilçi və psixoloq F. de Sösür (1857-1913) dayanır. Sösür bu nəzəriyyəni “semasiologiya” və ya “cəmiyyətdə işarələrin təkamülü və dəyişməsini öyrənən elm” adlandırır. Strukturalizmə qədərki dilçilik söz və məna anlayışlarına bağlı idi. Klassik dilçilik çox zaman lüğətçilik elmindən ibarət idi. Platondan gələn sadə nəzəriyyəyə görə, sözlər mənalı səslər kimi qəbul edilirdi. Bundan sonra yeni dil nəzəriyyəsinin irəli sürdüyü dilin işarəviliyi anlayışı klassik dilçiliyi alt-üst etdi. Yeni formul belə oldu : işarə edilən – işarə - məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir əlaqə olmadığı aşkara çıxdı. 1950-ci illərin əvvələrində K. Levi-Stross (1908-2009) strukturalizmin yeni bir formasını yaratdı. Strukturalizmin bu forması XX əsrin ədəbi tənqidinə güclü təsir göstərdi və 60-70-ci illərdə tənqid nəzəriyyələrinin əsasını təşkil etdi.


Ferdinand de Sössür

Strukturalizm

İlk vaxtlar Avropa və Amerika tənqidçiləri strukturalizmi kəskin münasibətlə qarşıladılar. Amma sonralar, 1975-də C.Kallerin “Strukturalist metod” kitabı Nobel mükafatı qazanır və ingilis-amerikan akademiyası da strukturalizmi funksional tənqidin metodlarından biri kimi tanıdı. Artıq Strukturalizm sürətlə yayılır, səbəbi isə psixoloji dilçilik və ədəbiyyatşünaslıqda psixoloji məktəblərin öz istiqaməti ilə dilin işarəviliyi nəzəriyyəsinə yaxınlaşmaları idi. Ədəbiyyatşünaslıqda psixoloji məktəb poetik epiteti, təini, bənzətməni araşdıraraq onun bədii təsvirdə və elmi təsvirdə universal əhəmiyyət daşıdığı nəticəsinə gəldilər. Strukturalizmin əsas nailiyyətləri dilin, mətn mədəniyyətinin işarə sistemi olması barədə təsəvvürlərin müəllif yaradıcılığına və mədəniyyətin müxtəlif sahələrinə aid edilməsidir. Strukturalizm bu gün də dilin quruluşu və təbiəti barədə nəzəriyyələrdən bədii əsər izah etmək üçün istifadə edilir və müasir ədəbiyyat elmində öz yeri var. Görkəmli strukturalistlərin bütün tədqiqatları sosioloji və mədəni tarixi metodun hüdudlarından kənara çıxmır. Tapılan arxetiplər, modellər,miflər əslində mətnlərdən yox, strukturalistlərin klassik nümayəndələrinin təhlil ənənəsindən gəlir və yeni mətnlərə tətbiq edilir. Bu tərzdə hərəkət etdikdə strukturalizmlə marksist arasında metodoloji eyniyyət müşahidə olunur.


Klod Levi-Stross

Semiotika

Bugünkü mənada Semiotika ilk dəfə Con Lokk (1632-1704) tərəfindən “İnsan anlayışı haqqında esselər” (1690) əsərində istifadə edilmişdir. Müasir semiotika əsasən iki mənbəyə əsaslanır. Bunlardan birincisi 1916-cı ildə nəşr olunmuş F. de Sösürün “Ümumi Dilçilik Mühazirələri”, ikincisi isə Çarlz Sanders Peirsin yazılarıdır. Əsas sahələrindən biri olan ədəbi semiologiya F. de Sösür tərəfindən irəli sürülmüş strukturalizm yanaşmasına əsaslanır. Semiotika – mətndə struktur informasiyasını daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda birinci dəyişən və dəyişməyən səviyyələr bir-birindən fərqləndirilir. Bu da bizə əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, mətnin funksional strukturunu aşkarlamağa imkan verir.


Con Lokk

Semiotika

1960-ci illərdə strukturalizmin və semiotikanın meydana gəlməsi müasir nəzəriyyələrin bir-birinə qovuşmasına şərait yaradan sahəni işıqlandırdı. Hər ikisi faktiki olaraq, elə bir zəmin yaratdılar ki, yalnız ona “nəzəriyyə” demək mümkündür. Belə ki, onlar mənanı və mənanın dəyişkən şəraitini öz tədqiqat predmeti kimi seçməklə XX əsrin humanitar və sosial elmlərindən yüksəyə qalxdılar. Bütün bu sahələr 60-ci illərin sonlarından etibarən ədəbiyyat nəzəriyyəsinə birbaşa təsir göstərdilər.


Çarlz Sanders Peirsin

Ədəbiyyat siyahısı

  • R. Əliyev. Ədəbiyyat Nəzəriyyəsi 2008. Bakı (səh : 76-83)
  • F. Veysəlli. Semiotika 2010. Bakı (səh : 44-56)
  • S. Rzasoy. Mifologiya və Folklor : Nəzəri-Metodoloji Kontekst 2008. Bakı (səh : 116-127)
  • R.Mehdiyev Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb” 2010 (səh : 178-180)

Yüklə 468,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin