Request for Quotation (rfq)


Malların təsviri / spesifikasiyası



Yüklə 79,65 Kb.
səhifə11/11
tarix10.01.2022
ölçüsü79,65 Kb.
#109272
1   2   3   4   5   6   7   8   9   10   11
Malların təsviri / spesifikasiyası

Məhsulun təsviri (Markanın adı / modeli və s.)

Kəmiyyət

Yer

Ən son çatıdırılma tarixi

Vahid qiyməti,

USD

Hər məhsul üzrə cəmi qiymət,

USD

1

1-ci tip televizor




8

Sumqayıt










2

2-ci tip televizor




16

Sumqayıt










3

3-cü tip televizor




15

Sumqayıt










4

Televizor altlığı




8

Sumqayıt










5

Televizor üçün divar kronşteyni




31

Sumqayıt










6

1-ci tip televizor




4

Abşeron










7

2-ci tip televizor




4

Abşeron










8

Televizor üçün divar kronşteyni




8

Abşeron










9

1-ci tip televizor




8

Binəqədi










10

Televizor altlığı




4

Binəqədi










11

Televizor üçün divar kronşteyni




4

Binəqədi










12

1-ci tip televizor




7

Sabunçu










13

2-ci tip televizor




8

Sabunçu










14

3-cü tip televizor




3

Sabunçu










15

Televizor üçün divar kronşteyni




17

Sabunçu










16

1-ci tip televizor




3

Gəncə










17

2-ci tip televizor




4

Gəncə










18

3-cü tip televizor




18

Gəncə










19

Televizor altlığı




21

Gəncə










20

Televizor üçün divar kronşteyni




4

Gəncə










21

1-ci tip televizor




4

Bərdə










22

Televizor üçün divar kronşteyni




4

Bərdə










23

1-ci tip televizor




4

Şamaxı










24

2-ci tip televizor




4

Şamaxı









25

Televizor altlığı




4

Şamaxı










26

Televizor üçün divar kronşteyni




4

Şamaxı










27

1-ci tip televizor




8

Mingəçevir










28

2-ci tip televizor




8

Mingəçevir










29

3-cü tip televizor




4

Mingəçevir










30

Televizor altlığı




8

Mingəçevir










31

Televizor üçün divar kronşteyni




12

Mingəçevir










32

1-ci tip televizor




4

Göyçay










33

2-ci tip televizor




4

Göyçay









34

Televizor üçün divar kronşteyni




8

Göyçay










35

2-ci tip televizor




4

Şəmkir










36

Televizor üçün divar kronşteyni




4

Şəmkir



















Malların cəmi qiyməti7













ƏDV 0%













Yekun cəm və hər şey daxil qiymət kotirovkası





Qeyd: Yuxarıdakı cədvəl sadəcə 2020-ci il üçün təqribi vahid miqdarını əks etdirir.



Təmin etmədiyimiz bütün digər məlumatlar avtomatik olaraq kotirovka sorğusunun tələb və şərtlərinə tam uyğunluğumuzu ehtiva edir.

CƏDVƏL 2: Təklifin digər şərt və müvafiq tələblərlə uyğunluğu





Kotirovkamızla əlaqəli digər məlumatlar aşağıdakı kimidir:






Sizin cavablarınız

Bəli, əməl edəcəyik

Xeyr, əməl edə bilmirik

Əməl edə bilmirsinizsə, öz təklifinizi göstərin

Çatdırılma müddəti







Qiymət təklifinin 90 gün qüvvədə olması







ƏDV xaric







BMT-nin Təhlükəsizlik Şurasının 1267/1989 saylı siyahısına, BMT-nin Satınalma Bölməsinin Siyahısına və ya BMT-nin Yararsızlıq Siyahısına daxil olmama barədə yazılı bəyannamə;









Şirkətin profili







Şirkətin sonuncu qeydiyyat şəhadətnaməsi







Elektron qurğuların, məsələn, video oyun konsolları, televizorların və s. təchizatında və çatdırılmasında ən azı 3 illik təcrübə







BMTİP-in Ümumi Şərtlərinin bütün müddəaları







Tərəfdaş təşkilatlardan/şirkətlərdən oxşar sifarişin icrası ilə bağlı ən azı iki tövsiyə məktubu/müqavilələr







Digər tələblər [göstərin]







Təmin etmədiyimiz bütün digər məlumatlar avtomatik olaraq kotirovka sorğusunun tələb və şərtlərinə tam uyğunluğumuzu ehtiva edir.


Bəyannamənin təqdim edilməsi forması


(Bu forma yalnız Təchizatçının rəsmi firma blankından istifadə edərək təqdim olunmalıdır8)

Biz, aşağıda imzalayanlar, BMT-nin Təhlükəsizlik Şurasının 1267/1989 saylı siyahısına, BMT-nin Satınalma Bölməsinin Siyahısına və ya BMT-nin Yararsızlıq Siyahısına daxil edilmədiyimizi bəyan edirik

[Malların təchizatçısının səlahiyyətli nümayəndəsinin

adı və imzası]

[Vəzifə]

[Tarix]

Hörmətlə,



Əlavə 4

Ümumi şərtlər

1. ALIŞ SİFARİŞİNİN QƏBULU


Bu Alış Sifarişi Təchizatçı tərəfindən yalnız bu sənədin bir təsdiq nüsxəsinin imzalanması və qaytarılması yolu ilə, yaxud malların burada göstərilən qaydada bu Alış Sifarişinin şərtlərinə uyğun olaraq vaxtında çatdırılması yolu ilə qəbul edilə bilər. Bu Alış Sifarişinin qəbulu ilə Tərəflər arasında, Tərəflərin hüquq və öhdəliklərinin yalnız bu Alış Sifarişinin şərtləri ilə, o cümlədən bu Ümumi Şərtlərlə tənzimləndiyi müqavilə qüvvəyə minir. BMTİP-in müvafiq qaydada səlahiyyətləndirilmiş nümayəndəsi tərəfindən yazılı şəkildə razılaşdırılmadığı halda, Təchizatçı tərəfindən təqdim olunan heç bir əlavə və ya ziddiyyətli müddəalar BMTİP üçün öhdəlik yaratmır.




2. ÖDƏNİŞ


2.1 Bu Alış Sifarişində başqa cür göstərilmədiyi təqdirdə, çatdırılma şərtləri yerinə yetirildikdən sonra BMTİP Təchizatçının mallar üçün hesab-fakturasını və bu Alış Sifarişində göstərilən nəqliyyat sənədlərinin surətlərini aldıqdan sonra 30 gün ərzində ödəniş etməlidir.

2.2 Yuxarıda qeyd olunan hesab-faktura üzrə ödəniş bu Alış Sifarişinin ödəniş şərtlərində göstərilən hər hansı endirimi əks etdirəcək, o şərtlə ki, ödəniş bu cür ödəniş şərtlərində tələb olunan müddətdə həyata keçirilsin.

2.3 BMTİP tərəfindən başqa cür icazə verilmədiyi təqdirdə, Təchizatçı bu Alış Sifarişi ilə bağlı bir hesab-faktura göndərməlidir və bu hesab-fakturada Alış Sifarişinin eyniləşdirmə nömrəsi göstərilməlidir.

2.4 Bu Alış Sifarişində göstərilən qiymətlər BMTİP-in dəqiq ifadə olunmuş razılığı olmadan artırıla bilməz.


3. VERGİDƏN AZADOLMA


3.1 "Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiya"nın 7-ci Bölməsində, inter alia, göstərilir ki, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən onun törəmə orqanları kommunal xidmət ödənişləri istisna olmaqla, öz xidməti istifadəsi üçün nəzərdə tutulan əşyaların idxal və ya ixracına münasibətdə bütün birbaşa vergilərdən, gömrük rüsumlarından və oxşar xarakterli ödənişlərdən azaddır. Hər hansı dövlət orqanı BMTİP-in bu cür vergi, rüsum və ya ödənişlərdən azadolmasını tanımaqdan imtina etdiyi təqdirdə, Təchizatçı dərhal qarşılıqlı şəkildə məqbul proseduru müəyyən etmək üçün BMTİP ilə məsləhətləşməlidir.

3.2 Bu halda, Təchizatçı BMTİP-ə bu cür vergi, rüsum və ödənişlərin məbləğini Təchizatçının hesab-fakturasından çıxmaq səlahiyyəti verir. Bu, o zaman istisna olunur ki, Təchizatçı bu ödənişlərdən qabaq BMTİP ilə məsləhətləşir və BMTİP bu cür halların hər birində Təchizatçıya bu cür vergi, rüsum və ödənişləri pretenziya qaydasında ödəmək üçün spesifik icazə verir. Bu halda, Təchizatçı bu cür vergi, rüsum və ödənişlərin ödənildiyinə və müvafiq qaydada icazə alındığına dair sübutu BMTİP-ə təqdim etməlidir.


4. ZƏRƏR RİSKİ


Tərəflər tərəfindən bu Alış Sifarişinin ön tərəfində başqa cür razılaşdırılmadığı təqdirdə, mallara zərər vurulması, onların zədələnməsi və ya məhv olması riski "İncoterms 2010" qaydalarına uyğun olaraq tənzimlənir.




5. İXRAC ÜÇÜN İCAZƏLƏR


Bu Alış Sifarişində istifadə olunan hər hansı "İNCOTERM 2010" qaydalarına zidd olmayaraq, Təchizatçı mallar üçün tələb olunan hər hansı ixrac icazələrini əldə etməlidir.




6. MALLARIN YARARLILIĞI/QABLAŞDIRMA


Təchizatçı təminat verir ki, mallar, o cümlədən onların qablaşdırılması bu Alış Sifarişi ilə sifariş edilən malların spesifikasiyalarına uyğundur və bu cür malların adətən istifadə olunduğu məqsədlər və BMTİP tərəfindən Təchizatçıya aydın şəkildə bildirilən məqsədlər üçün yararlıdır və istehsal və material baxımından qüsurları yoxdur. Təchizatçı təminat verir ki, malları qorumaq üçün mallar adekvat qaydada qablaşdırılır.




7. TƏFTİŞ


7.1 BMTİP mallar təqdim olunduqdan sonra onları təftiş etmək və bu Alış Sifarişinə uyğun olmayan məhsulların qəbulundan imtina etmək üçün kifayət qədər vaxta malik olmalıdır; bu Alış Sifarişinə uyğun olaraq mallar üçün ödənişin edilməsi malların qəbul edilməsi hesab edilmir.

7.2 Daşımadan əvvəl təftişin aparılması Təchizatçını müqavilə öhdəliklərinin hər hansı birindən azad etmir.


8. ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN POZULMASI


Təchizatçı təminat verir ki, bu Alış Sifarişi əsasında satılmış malların BMTİP tərəfindən istifadə və ya təchiz edilməsi hər hansı patent, dizayn, ticarət markası və ya əmtəə nişanını pozmur. Bundan əlavə, Təchizatçı bu təminata uyğun olaraq, BMTİP-i və Birləşmiş Millətlər Təşkilatını bu Alış Sifarişi əsasında satılmış mallarla əlaqədar meydana çıxan patent, dizayn, ticarət markası və ya əmtəə nişanının pozulması iddiası ilə əlaqədar BMTİP və ya Birləşmiş Millətlər Təşkilatına qarşı qaldırılan hər hansı iddialara münasibətdə onu məsuliyyətdən azad edir və müdafiə edir.




9. BMTİP-in hüquqları


Təchizatçı bu Alış Sifarişinin şərtləri üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, ixrac üçün zəruri icazələri əldə edə bilmədikdə və ya məhsulların hamısını və ya bir hissəsini razılaşdırılmış çatdırılma tarixinə və ya tarixlərinədək çatdıra bilmədikdə, BMTİP Təchizatçıya icra üçün ağlabatan müddətdə bildiriş verməklə və digər hüquqlara və hüquqi müdafiə vasitələrinə xələl gətirmədən aşağıdakı hüquqlardan birini və ya bir neçəsini istifadə edə bilər:

9.1 Malların hamısını və ya bir qismini digər mənbələrdən almaq - bu zaman BMTİP üzləşdiyi artıq xərclərə görə Təchizatçını məsul tuta bilər.

9.2 Malların hamısının və ya bir qisminin çatdırılmasını qəbul etməkdən imtina etmək.

9.3 Xitamvermə ilə bağlı hər hansı ödənişlər olmadan və ya BMTİP-ə qarşı hər hansı növ öhdəlik yaranmadan bu Alış Sifarişini ləğv etmək.


10. ÇATDIRILMANIN GECİKMƏSİ


Tərəflərin burada nəzərdə tutulan hər hansı hüquq və ya öhdəlikləri məhdudlaşdırılmadan, Təchizatçı bu Alış Sifarişində nəzərdə tutulan tarix(lər)ədək malları çatdıra bilmədikdə, Təchizatçı (i) malları çatdırmaq üçün ən uyğun vasitəni müəyyən etmək üçün BMTİP-lə dərhal məsləhətləşməli və (ii) BMTİP tərəfindən əsaslandırılmış şəkildə tələb olunduqda Təchizatçının hesabına, sürətləndirilmiş çatdırılma vasitəsindən istifadə etməlidir (gecikmənin Fors-major halı ilə bağlı olduğu vəziyyət istisna olunur).




11. HÜQUQ VƏ ÖHDƏLİKLƏRİN BAŞQASINA VERİLMƏSİ VƏ MÜFLİSLƏŞMƏ


11.1. Təchizatçı BMTİP-in yazılı razılığı əldə olunmadan bu Alış Sifarişi və ya onun hər hansı bir hissəsini, yaxud Təchizatçının bu Alış Sifarişi üzrə hüquq və öhdəliklərinin hər hansı birini başqasına vermir, ötürmür, girov qoymur və ya başqa cür sərəncam vermir.

11.2. Təchizatçı müflisləşərsə və ya müflisləşmə səbəbilə Təchizatçının nəzarət qabiliyyətində dəyişikliklər baş verərsə, BMTİP Təchizatçıya xitamvermə barədə yazılı bildiriş verməklə hər hansı digər hüquqlara və hüquqi müdafiə vasitələrinə xələl gətirmədən bu Alış Sifarişinə dərhal xitam verə bilər.


12. BMTİP-in və ya BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ ADINDAN VƏ YA EMBLEMİNDƏN İSTİFADƏ


Təchizatçı BMTİP-in və ya Birləşmiş Millətlər Təşkilatının adından, emblemindən və ya rəsmi möhüründən hər hansı məqsədlə istifadə etməməlidir.




13. REKLAM QADAĞASI


Təchizatçı hər dəfə BMTİP-in konkret razılığını almadan onu mal və ya xidmətlərlə təmin etdiyini reklam etməməli və ya başqa şəkildə ictimailəşdirməməlidir.




14. UŞAQ ƏMƏYİ


Təchizatçı bəyan edir və təminat verir ki, nə o, nə də onun ortaq şirkətlərindən heç biri "Uşaq hüquqları haqqında" Konvensiyada, o cümlədən onun 32-ci maddəsində nəzərdə tutulan hüquqlarla uzlaşmayan hər hansı təcrübə ilə məşğul olmur. Həmin maddə, inter alia, uşağın onun sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilməsini tələb edir.

Bu bəyanat və təminatın hər hansı pozuntusu BMTİP-ə qarşı xitamvermə rüsumları ilə bağlı hər hansı öhdəlik və ya hansı digər növ öhdəlik yaratmadan BMTİP-ə Təchizatçıya bildiriş verdikdən dərhal sonra bu Alış Sifarişinə xitam vermək hüququ verir.


15. MİNALAR


Təchizatçı bəyan edir və təminat verir ki, nə o, nə də onun ortaq şirkətlərindən heç biri minaların patent işləri, hazırlanması, yığılması, istehsalı, ticarəti və ya emalı, yaxud əsasən onların istehsalında istifadə olunan komponentlərlə bağlı bu cür fəaliyyətlərdə fəal və birbaşa iştirak etmir. "Minalar" dedikdə 1980-ci ildə qəbul edilmiş "Həddən artıq dağıdıcı olduğu və ya fərq qoymayan təsirlərə malik olduğu hesab edilən müəyyən adi silahlardan istifadə ilə bağlı qadağalar və məhdudiyyətlər haqqında" Konvensiyanın 2-ci maddəsinin 1, 4 və 5-ci bəndlərində müəyyən edilmiş qurğular nəzərdə tutulur.

Bu bəyanat və təminatın hər hansı pozuntusu BMTİP-ə qarşı xitamvermə rüsumları ilə bağlı hər hansı öhdəlik və ya hansı digər növ öhdəlik yaratmadan BMTİP-ə Təchizatçıya bildiriş verdikdən dərhal sonra bu Alış Sifarişinə xitam vermək hüququ verir.


16. MÜBAHİSƏLƏRİN HƏLLİ




16.1 Dostyana həll. Tərəflər hər bu Alış Sifarişi və ya onun pozulması, xitam verilməsi və ya qüvvədən düşməsindən qaynaqlanan və ya bununla əlaqəli olan hər hansı mübahisə, fikir ayrılığı və ya iddianı dostyana həll etmək üçün maksimum səy göstərməlidir. Tərəflər bu cür dostyana həlli barışıq vasitəsilə həll etməyə çalışdıqda, barışıq Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyasının (UNCITRAL) Barışıq Qaydalarına uyğun olaraq, yaxud Tərəflər arasında razılaşdırılmış digər bu cür prosedura uyğun olaraq baş tuta bilər.

16.2 Arbitraj. Bu Alış Sifarişi və ya onun pozulması, xitam verilməsi və ya qüvvədən düşməsindən qaynaqlanan və ya bununla əlaqəli olan hər hansı mübahisə, fikir ayrılığı və ya iddia bu Bölmənin əvvəlki bəndinə uyğun olaraq, Tərəflərdən biri tərəfindən digər Tərəfin dostyana həll üçün müraciəti alındıqdan sonra altmış (60) gün ərzində dostyana həll olumadıqda, bu mübahisə, fikir ayrılığı və ya iddia Tərəflərdən hər hansı biri tərəfindən UNCİTRAL-ın Arbitraj Qaydalarına, o cümlədən onun tətbiq olunan qanunvericiliklə bağlı müddəalarına uyğun olaraq arbitraja yönləndirilir. Arbitraj məhkəməsi cərimə məqsədli zərərin əvəzinin ödənilməsini təyin etmək səlahiyyətinə malik deyil. Tərəflər hər hansı bu cür mübahisə, fikir ayrılığı və ya iddia barədə yekun qərar kimi bu cür arbitraj nəticəsində qəbul edilmiş istənilən arbitraj qərarını yerinə yetirmək öhdəliyi daşıyır.


17. İMTİYAZLAR VƏ TOXUNULMAZLIQLAR


Bu Alış Sifarişinin Ümumi Şərtlərində olan və ya onlarla əlaqəli olan heç bir şey BMT-nin, o cümlədən onun törəmə orqanlarının imtiyaz və toxunulmazlıqlarının hər hansı birindən imtina kimi qəbul edilə bilməz.





  1. CİNSİ İSTİSMAR:



    1. İcraçı özü, işçilərinin hər hansı biri, yaxud Müqavilə üzrə hər hansı xidmətlərin yerinə yetirilməsi üçün cəlb edə biləcəyi digər şəxslər tərəfindən cinsi istismar və ya zorakılığın törədilməsinin qarşısını almaq üçün bütün adekvat tədbirləri görməlidir. Bu məqsədlə, on səkkiz yaşdan aşağı hər hansı şəxslə seksual hərəkətə cəlb olunma razılıqla bağlı hər hansı qanunlardan asılı olmayaraq bu şəxsin cinsi istismar və zorakılığa məruz qalması hesab edilir. Bundan əlavə, İcraçı seksual xidmət və ya hərəkətlərin əvəzində pul, mal, xidmət, iş təklifi və ya digər dəyərli şeylər verməkdən və hər hansı şəxsə qarşı istismar xarakterli və ya alçaldıcı seksual hərəkətlərdə iştirakdan çəkinməli və öz işçilərinə və ya cəlb etdiyi hər hansı şəxslərə qeyd olunanları qadağan edən bütün adekvat tədbirləri görməlidir. İcraçı qəbul edir və razılaşır ki, burada təqdim olunan müddəalar Müqavilənin ayrılmaz şərtləridir və təminatın pozulması xitamvermə ilə bağlı hər hansı ödənişlər və ya hər hansı bu növ öhdəliklər olmadan BMTİP-ə İcraçıya xəbərdarlıq etməklə Müqaviləyə dərhal xitam vermək hüququ verir.



    1. BMTİP yaşla bağlı yuxarıda qeyd olunan standartı o hallarda tətbiq etmir ki, İcraçının işçisi və ya İcraçı tərəfindən bu Müqavilə üzrə xidmətlər göstərmək üçün cəlb oluna bilən hər hansı digər şəxs artıq cinsi fəaliyyətin baş verdiyi on səkkiz yaşdan aşağı şəxslə nikahdadır və İcraçının işçisinin və ya İcraçı tərəfindən bu Müqavilə üzrə xidmətlər göstərmək üçün cəlb oluna bilən hər hansı digər şəxsin vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən bu cür nikah qanuni hesab edilir.



19.0 VƏZİFƏLİ ŞƏXSLƏRİN FAYDALANMAMASI:

İcraçı təminat verir ki, BMTİP-in və ya Birləşmiş Millətlər Təşkilatının heç bir vəzifəli şəxsinə bu Müqavilə və ya onun bağlanmasından irəli gələn hər hansı birbaşa və ya dolayı fayda verməyib və ya təklif etməyib. İcraçı razılaşır ki, bu müddəanın pozulması müqavilənin ayrılmaz bir şərtinin pozuntusu deməkdir.



20. DÜZƏLİŞ SƏLAHİYYƏTİ

BMTİP-in Maliyyə Qaydalarına və Müddəalarına uyğun olaraq, yalnız BMTİP-in səlahiyyətli vəzifəli şəxsi BMTİP-in adından bu Müqaviləyə hər hansı düzəliş və ya dəyişiklik etmək, onun hər hansı müddəalarından imtina etmək və ya İcraçı ilə hər hansı növ müqavilə münasibətlərinə razılıq vermək səlahiyyətinə malikdir. Buna görə də, İcraçı və BMTİP-in səlahiyyətli vəzifəli şəxsi tərəfindən bu Müqaviləyə birgə imzalanmış dəyişiklik təmin edilmədən bu Müqaviləyə edilən hər hansı dəyişiklik və ya düzəliş qüvvədə deyil.



1 İngilis və azərbaycan dilləri arasındakı mətndə uyğunsuzluq və ya ziddiyyət olduqda, ingilis dilində olan mətnə üstünlük verilir

2 Bu, kotirovkanın və qiymət cədvəlinin hazırlanmasında Təchizatçıya istiqamət vermək məqsədi daşıyır

3 Rəsmi firma blankında əlaqə məlumatları - ünvanlar, e-poçt ünvanı, telefon və faks nömrələri göstərilməlidir - yoxlama məqsədləri üçün

4 Malların qiymətləri bu Kotirovka Sorğusunda qeyd olunan Incoterms 2010 ilə uyğun olmalıdır

5 Bu, kotirovkanın və qiymət cədvəlinin hazırlanmasında Təchizatçıya istiqamət vermək məqsədi daşıyır

6 Rəsmi firma blankında əlaqə məlumatları - ünvanlar, e-poçt ünvanı, telefon və faks nömrələri göstərilməlidir - yoxlama məqsədləri üçün

7 Malların qiymətləri bu Kotirovka Sorğusunda qeyd olunan Incoterms 2010 ilə uyğun olmalıdır

8 Rəsmi firma blankında əlaqə məlumatları - ünvanlar, e-poçt ünvanı, telefon və faks nömrələri göstərilməlidir - yoxlama məqsədləri üçün


Yüklə 79,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin