RəşidBəşirov



Yüklə 84,13 Kb.
səhifə1/2
tarix10.01.2022
ölçüsü84,13 Kb.
#109156
  1   2

84

Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4


NAXÇrVAMN ORTA ƏSR DƏMtRÇLXANALARI HAQQINDA RəşidBəşirov

(AMEA Arxeologiya və Etnoqrafıya institutu)
Arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, Naxçıvan diyan on qodim dövrlərdən Azərbaycanda, bütövlükdə Qafqazda metallurgiya və metalişlə-mə mərkəzlərindən olmuşdur.

Orta əsrlərdə Naxçıvanda başqa sənət sahələri kimi zəngin ənənələrə malik metallurgiya və metalişləmə sənəti də özünün yüksək inkişaf səviyyə-sinə çatmış, dövrün texniki naliyyətlərinə uyğun olaraq bu diyarın şəhərləri Azərbaycanda tanınan sənət mərkəzlərinə çevrilmişlər.

Metallurgiyanm və metalişləmənin inkişafında yerli filiz yataqlarmm mövcudluğunun böyük rol oynaması ilə bərabər, xammalm çıxarılması və emal olunması da əsas şərtlərdən biri idi. Orta əsrlərdə metalişləmə sənə-tində ilk növbədə xammalm xarakterindən asüı olaraq ixtisaslaşma getmiş, dəmirçilik, misgərlik və zərgərlik kimi müstəqil sənət sahələri formalaş-mışdı.

Başlıca əmək alətləri və silahlar dəmirdən hazırlandığından dəmirçilik sənətinin inkişaf səviyyəsi əkinçiliyin, sənətkarlığm, hərb sənətinin, bütöv-lükdə məhsuldar qüvvələrin inkişafına güclü təsir göstərən amillərdən idi. Bu nöqteyi nəzərdən dəmirçiliyin araşdırılması mühüm elmi əhəmiyyət kəsb edir.

Qədim zamanlardan Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da dəmirçilik sənəti inkişaf edərək böyük təkamül yolu keçmiş, orta əsrlərdə özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Nəsildən nəsilə keçən güclü sənət ənənələri, dəmirçi ustaların təcrübəsi və fərdi peşə məharəti sayəsində dəmirçixanalarda əhalinin о dövrkü təlabatını ödəyə bilən mükəmməl sənət məmulatı istehsal olunurdu.

Yazılı qaynaqlar orta çağda Azərbaycanda müxtəlif sənət sahələrinin, о cümlədən dəmirçilik sənətinin yüksək inkişaf səviyyəsində olduğunu qeyd etsələr də, о dövrün dəmirçixanalarmm quruluşu, metalişləmə texnalaogiyası haqqında məlumat vermirlər. Aparılan arxeoloji tədqiqatlar metalişləmə, xüsusilə dəmirçilik sənəti haqqmda müəyyən təsəvvür yaratsa da, bütövlük-də bütün prossesləri olduğu kimi tam dolğunluğu ilə təqdim etmək üçün fak-tiki materiallar yetərincə deyildir.

Belə vəziyyətdə etnoqrafık materiallar az da olsa orta əsr dəmiçixanası-nm, onun ayrı-ayrı elementləri, kürə, korük, zindan və digər dəmirçi alətlə-rinin, habelə dəmiçixanada çalışanlarm sayım, sosial mövqeyini aydmlaşdır-mağa kömək edir. Belə ki, kustar dəmirçilik sənəti son vaxtlaradək öz arxa-ikliyini qoruyub saxlayırdı. Orta əsr dəmirçixanaları dəyişmədən XX əsrə-


Azərbaycan Arxeologiyası 85 Azerbaijan Archeology

2005 Vol.: 7 Num.: 1-4
dək davam etməkdə idi. Buna görə də dəmirçi emalatxanalan və onların da-xili quruluşunu bugünki etnoqrafık çol tədqiqatlarmm nəticələri əsasmda öyrənmək olar.

Qeyd etmək lazımdır ki, dəmirçixanalar həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirirdilər. Elə buna görə də əhali arasında dəmirçixana çox vaxt «dəmirçi dükanı» adlanırdı. Azərbaycanm, eləcədə Naxçıvanın şəhər və kəndlərində fəaliyyət göstərən dəmirçi dükanları yerli əhalini zəruri olan təsərrüfat və məişət məmulatı ilə, müxtəlif silahlarla, di-gər sənət sahələrinin ustalarını dəmir alətlərlə təmin edirdi.

Dəmirçixanalar əvvəllər digər sənətkar emalatxanalan kimi şəhərlərdə və ya iri yaşayış məntəqələrindəki bazarlarda yerləşirdilər. Bu ənənə in-di-yədək Naxçıvan və Ordubad şəhərlərində qalmaqdadır.

Naxçıvan orta əsr abidələrində arxeoloji qazmtılar aparılarkən bir neçə dəmirçixana qeydə almmışdır. Bu da yerli əhalinin dəmirçiliklə müntəzəm məşğul olduğunu göstərir.

1968-ci ildə Araz çayı üzərində SES tikintisi ilə əlaqədar su altında qal-maq etimalı olan arxeoloji abidələrin öyrənilməsi üçün Azərbaycan Elmlər Akademiyasınm Araz arxeoloji ekspedisiyası təşkil olunmuş, ekpedisiya Naxçıvan şəhərində, Abasabadda, Astabadda, Qızüburun qəbiristanlığında və Xaraba Şəhərdə arxeoloji tədqiqatlar apanlmışdır. Xaraba şəhərdə qazıntı işlərinə A.B.Nuriyev rəhbərlik edirdi.

XII-XVII əsrlərə aid edilən Xaraba Şəhər yaşayış yerinin sahəsi təqribən 40 hektara yaxındır. Ərazi şimaldan Qaraçuq kəndi, şərqdən Bulqan, qərbdən «Göl yeri» deyilən çökəklikdən, cənubdan isə Araz çayı ilə həmsərhəddir. Burada qazıntı işləri apararkən xeyli miqdarda maddi-mədəniyyət nümunə-ləri, yaşayış binalarının qalıqlan, təndirlər, saxsı, şüşə və metal məmulat aş-kar edilmişdir.

Şəhər yerində aparılan qazıntılar zamanı orta əsr şəhərləri üçün səciyyə-vi olan sənətkarlıq məhəlləsi aşkar olunmuşdur. Məhəllənin cənubunda Araz çayınm sahilində dəmirçixana qeydə alınmışdır (l,s. 49). A.B.Nuriyevin verdiyi məlumata görə dəmirçixana düzbucaqlı formada idi. Binanm ölçüsü 5x4 m-dir. Dəmirçi kürəsi qapıdan sol tərəfdə arxa küncə yaxm yerləşirdi. Odadavamlı bişmiş kərpicdən üçqat halda tikilmiş kürə kvadrat biçimli idi. Onun daxilində kamerası 35x35 sm idi. Qeyd etmək lazımdır ki, kürənin qabaq tərəfındə kömürün yanması nəticəsində kül təbəqəsi əmələ gəlmişdir.

Adətən kürədən arxada xammal, yanacaq, bəzi əmək alətləri körük yer-ləşirdi. Körük saxsı və ya mis ucluq vasitəsi ilə kürənin olduğuna birləşirdi. (2,s. 179).

Kürənin yamnda, emalatxananm mərkəzinə yaxın yerdə zindangah yerlə-şirdi: Etnoqrafık tədqiqatlardan məlumdur ki, zindangahda iki və ya üç ədəd

zindan olardı. Onlardan biri böyük, digərləri kiçik olurdular. Zindanlar adət-dən ağır kötüyə bərkidilirdi.

Dəmirçixananm qapısı qərbə açüırdı. Qapı yerinin eni 80 sm-idi. Azər baycanın orta əsr arxeoloji qazıntılarından hələlik bütöv halda dəmirçixan aşkar olunmamışdır. Eğnoqrafik müşahidələr göstərir ki, müasir kustar da mirçixanaların qapısı geniş olur. Kürədən çıxan tüstü damın üstündə açıl bacadan gedirdi. Qapmm geniş olması həm tüstünün tez təmizlənməsinə yar dımçı olur, həm də dəmirçixananın yaxşı işıqlanmasına səbəb olurdu. (2,s.l79).

Xaraba şəhər dəmiçixanasının qapısının nisbətən dar olmasınm səbəbi bizcə Naxçıvanın iqliminin kəskin kontinental olmasında ola bilər. Qışda havalarm çox soyuq olması ola bilsin ki, qapının kiçik olmasını tələb edirdi.

Dəmiçixananın qapısından 5-6 metr kənarda pasagah yerləşirdi. Görünür gündəlik iş prossesi zamanı dəmirçixanadan çıxarılan metal pasa, kül və zay olmuş metalm qırıntılarmı ora tökürmüşlər. Məlumdur ki, saf dəmir əldə et-mək üçün xammal çox vaxt zindan üzərində döyülür, tərkibindəki paşa qahğı istidöymə nəticəsində qəlplənib tamamilə çıxır, dəmrin tərkibi saflaşır-dı. (3,s. 364-365).

Naxçıvanda ikinci orta əsr dəmirçixanası Yurdçu orta əsr yaşayış yerin-dən aşkar olunmuşdur (4, s. 45). Bu abidə Yurdçu kəndinin cənub-qərb his-səsində yerləşir. Abidədə aparılan arxeoloji qazıntdar zamanı 1,7 metr, dərinlikdəki mədəni təbəqədən düzbucaqlı formada dəmirçixana qalığı aşkar olunmuşdur. Dəmirçixana güclü dağıntıya məruz qaldığından onun ölçülərini tam müəyyənləşdirmək çətindir. Emalatxananın qərb tərəfındən dəmirçi kü-rəsinin qalığı tapılmışdır. О dairəvi formadadır. Kürənin divarları bişmiş kər-piclərdən hörülmüşdür. Onların ölçüləri 21x21x5sm-dir. Belə ölçülü kərpic-lər orta əsrlərdə Naxçıvamn tikinti texnikası üçün səciyyəvi idi. Dəmrçi-xanada tapılan maraqlı tapıntılardan biri konusvarı saxsı borudur. Hesab edi-lir ki, saxsı boru körükdən kürəyə hava vurmaq üçün istifadə olunan korük başlığınm qalığıdır. Emalatxananm içində kömür qalıqları və metal pasa qa-lıqları aşkar olunmuşdur.

Hazırda Naxçıvanm, eləcədə Äzərbaycanm kustar metalişləmə sənətkar-larının işlətdikləri körük başlıqlan əsasən saxsı və misdəndir (5, s.34). Lakin Naxçıvan Dövlət Muzeyində qoranub saxlanan qoşa korüyün Körük başlıq-ları dəmirdəndir və uzunluğu 83 sm-dir.

Naxçıvanda daha yaxşı öyrənilmiş orta əsr abidələrindən olan Xaraba-Gilanda aparılan qazmtılar zamanı damirçixana aşkar olunmasa da, tez-tez rast gəlinən metal çıxarlar, yarımçıq qalmış və istehsal vaxtı zay olmuş əşya qalıqları sübut edir ki, orta çağlarda metal məmulatın bir qismi şəhərin özün-də istehsal olunmuşdur (6. s. 117).


Azərbaycan Arxeologiyası 88 Azerbaijan Archeı

2005 Vol.: 7 Num

.
Arxeoloji qazmtılar və etnoqrafık tədqiqatlar göstərir ki, Naxçıvanda damirçixanalar və onlarm içərisindəki avadanlıqlarla Azərbaycanm 1 yerlərində olan emalatxana və istehsal alətləri arasında böyük bxşarlıc niyyət vardır. Bu onu göstərir ki, ortaəsrlrdə ölkədə bölgələrarası iqtiss texniki əlaqələr həmişə mövcud olmuş, qarşdıqlı təcrübə mübadiləsi əı ləri bu işdə mühüm rol oynamışdır.

Dəmirçixananın istehsal ləvazimatı arasında kürə və körük müstəs| tutur. Naxçıvanda aşkar olunan kürələr bişmiş kərpicdən tikilmişdir.

Yüklə 84,13 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin