1-ci dövr -
qədim dövrlərdən İntibah dövrünə qədər (XV əsr). Bu
dövrdə insanlar biokimyəvi proseslərin nəzəri əsaslarını bilmədən
təcrübədə onlardan istifadə edirdilər: çörək bişirmə, süd məhsullarının
hazırlanması, şərabçılıq və s. Xəstəliklərin müalicəsi üçün müxtəlif
otlardan istifadə etməklə bitkilərin müalicəvi əhəmiyyəti öyrənilirdi.
2-ci dövr -
İntibah dövründən XIX əsrin ortalarına qədərki dövrü
əhatə edir. Bu dövr biokimyəvi biliklərin çoxalması ilə xarakterizə
olunur. Bu dövrdə biokimya fiziologiya elminin bir bölməsi kimi
fəaliyyət göstərirdi. Orta əsrlərdə əlkimyaçılar tədricən nisbətən
mürəkkəb təbii üzvi birləşmələrin tərkibləri haqda məlumatlar
toplamağa başladılar. XVI-XVII əsrlərdə əlkimyaçıların əldə etdiyi
biliklər yatrokimyagərlərin (iatros-yunanca-həkim, təbib) əsərlərində
öz əkslərini tapdı. Bu istiqamətin tərəfdarlarının fıkrincə insanın həyat
fəaliyyətini, onun xəstələnməsinin səbəblərini yalnız kimyəvi nöqteyi-
nəzərdən izah etmək olar və bunların müalicəsi də yalnız kimyəvi
maddələrin tətbiqi ilə aparılmalıdır. İlk anlarda sintez üsullarının
işlənib hazırlanması zamanı və əsasən karbon tərkibli birləşmələri
sintez edərkən alimlər çətinliklərlə rastlaşırdılar. Qarşıya çıxan
çətinliklərin səbəblərini, alimlər birləşmələrin canlı orqanizmlərdə
xüsusi yollarla «həyati qüvvələrin» köməyilə əmələ gəlməsi ilə izah
edirdilər. Üzvi biıiəşmələrin sintezi haqda bu cür vitalistik nəzəriyyə o
zamankı elmdə möhkəm kök salmışdı. 1828-ci ildə Berseliusun
tələbəsi Völer qeyri-üzvi birləşmədən insanların, məməlilərin,
amfibiyaların və balıqların sidiklə xaric etdikləri sidik cövhərini
almaqla bu nəzəriyyəni alt-üst etdi.
M.V.Lomonosov «Maddə kütləsinin saxlanması» qanununun
kəşfı ilə təbiətşünaslıqda yeni istiqamətin, təbiət hadisələrinin və
t
əbiətin anlaşılmasının bünövrəsini qoydu. Bu qanun kimya, biologiya
və digər elmlər üçün yeni dövrün - maddə miqdarının dəqiq ölçülməsi
dövrünün başlanğıcı oldu. M.V.Lomonosovun kəşf etdiyi maddə
kü
tləsinin saxlanması qanununa əsaslanaraq və o vaxta qədər əldə
8
olunmuş nailiyyətlərdən istifadə edərək XVIII əsrin sonunda fransız
alimi Lavtıazye tənəffüs prosesini kəmiyyətcə tədqiq etməkle onun
mah
iyyətini və bu prosesdə oksigenin rolunu izah etdi.
1861-ci ildo böyük rus alimi A.M.Butlerov üzvi birl
əşmələrin
quruluş nəzəriyyəsini kəşf etmeklə üzvi kimyanın və bioloji kimyanın
inkişafına böyük təkan verdi Butlerov ilk dəfə olaraq laboratoriya
şəraitində şəkəri sintez edərək bioloji kimya elminə daha bir layiqli
töhfəsini verdi.
XIX əsrin 50-ci illərində məşhur fransız fızioloqu K.Berner
qaraciyərdən qlikogeni ayıraraq onun qanda qlükozaya çevrilməsini
sübut etdi. 1868-
ci ildə F.Mişer, alman fızioloqu və biokimyaçısı
Qoppe-Zeyler DNT-
ni kəşf etdilər. Lakin, bu kəşf öz layiqli qiymətini
yalnız 100 ildən sonra ala bildi.
Biokimya elminin 3-cü dövrü
XIX əsrin ikinci yarısına təsadüf
edir ki, bu dövrdə biokimya müstəqil bir elm kimi fiziologiyadan
ayrılır və bu da biokimyəvi tədqiqatların sayı və dərinliyinin artması
ilə əlaqədardır. İnsanın gündəlik tələbatında istifadə olunan, əvvəllər
canlı orqanizmlərdən alınan bir çox maddələr bu dövrdə artıq təkcə
laboratoriyalarda yox, sənaye üsulu ilə də istehsal olunmağa başladı.
Məşhur biokimyaçı alim A.Y.Danilevskinin tədqiqatları bu
dövrə aid edilə bilər. Zülalların quruluşunu tədqiq edərək o, bir sıra
nəzəriyyələrin əsasını qoymuşdur ki, bunlar da sonradan zülalların
quruluşunun polipeptid nəzəriyyəsinin əsasını təşkil etmişdir. O, zülal
tipli maddələrin fermentativ sintezini həyata keçirmişdir. Fermentlərin
adsorbsiya və desorbsiya yolu ilə parçalanması və təmizlənməsinin
orijinal metodunu kəşf etmişdir.
XIX
əsrin sonunda və XX əsrin əvvəllərində alman üzvi
kimyaçısı və biokimyaçısı E.Fişer biokimya elminin inkişafına böyük
təkan vermişdir. O, əsası A.Y.Danilevski tərəfındən qoyulmuş
zülalların polipeptid nəzəriyyəsini inkişaf etdirmişdir. Fişer zülallara
daxil olan, d
emək olar ki, bütün aminturşuların quruluşunu verərək
onların xassələrini tədqiq etmişdir.
XX
əsrin 40-cı və 50-ci illərində biokimyəvi tədqiqatlarda fıziki,
fıziki-kimyəvi və riyazi metodlardan geniş istifadə olunmuş, həyati
proseslər (zülalların sintezi) molekul səviyyəsində öyrənilmişdir.
D.Uotson və F.Krik DNT-nin qııruluşunun ikiqat spiralı
haqqında məqalələri ilə yeni elmi istiqamətin - molekulyar
biokimyanın əsasını qoydular ki, bu da biokimyanın inkişafının 4-cü
dövrü
adlana bilər.
9
Müasir zamanda biokimya elmi qarşısında insan cəmiyyəti üçün
çox vacib olan mühüm problemlərin - «əsrin bəlası» olan xərçəng
xəstəliyinin baş verməsi səbəblərinin öyrənilməsi, onun qarşısının
al
ınması və müalicəsi üçün effektiv yolların tapılması, ürək-damar
xəstəliklərinin profılaktikası və müalicəsi, insan ömrünün uzadılması
və s. kimi məsələlərin həlli durur.
Fundamental biokimyəvi tədqiqatlar bu problemlərin həllinin
əsasını təşkil edir.
10
MÜNDƏRİCAT
Müqəddimə ................................................................................. 3
Giriş ............................................................................................ 6
I
Fəsil. Hüceyrə .......................................................................... 10
1.1.
Hüceyrənin quruluşunun xüsusiyyətləri ............................... 10
1.2.
Canlı orqanizmlərin kimyəvi tərkibi, biomolekullar ........... 26
1.2.1. Su .....................................................................................
30
1.2.2 Orqanizmlərdə mineral maddələrin rolu ............................ 36
II
Fəsil. Zülallar ........................................................................... 42
2.1.Aminturşular zülalların quruluş elementləridir ..................... 42
2.1.1.
Aminturşuların təsnifatı ..................................................... 43
2.1.2.
Aminturşuların turşuluq və əsasilik xassələri .................... 46
2.1.3.
Aminturşuların izomerliyi ................................................... 49
2.1.4.
Aminturşuların xarakter kimyəvi reaksiyaları ................... 55
2.1.5.
Aminturşuların ayrılma üsulları ......................................... 58
2.1.6.
Zülalların tərkibinə daxil olan ayrı-ayrı aminturşuların
xarakteristikala
rı ................................................................. 62
2.1.7.
Aminturşuların biosintezi .................................................. 70
2.1.8.
Əvəz olunan aminturşuların biosintezi .............................. 81
2.1.9.
Əvəz olunmayan aminturşuların biosintezi ....................... 85
2.1.10.
Aminturşuların biosintezinin tənzimlənməsi ................... 91
2.1.11.
Aminturşuların parçalanmalannın son məhsulları ............ 93
2.2.
Peptidlər ................................................................................. 96
2.2.1. Peptidlərin ayrılması və analizi ......................................... 100
2.2.2 Təbii peptidlər .................................................................... 105
2.3 . Zülallar (Proteinlər) ........................................................... 108
2.3.1.Zülalla
rın fıziki-kimyəvi xassələri ..................................... 110
2.3.2.
Zülalların ayrılması və təmizlənməsi .................................. 111
2.3.3.
Zülalların molekul kütlələri və onların təyin edilməsi üsullan114
2.3.4.Zülalla
rın amfoter xassələri ............................................... 115
2.3.5.
Zülalların denaturatlaşma və renaturatlaşması................... 116
2.3.6.
Zülalların konformasiyası .................................................. 118
2.3.7.Zülalla
rın quruluşu .............................................................. 120
2.3.8.
Sadə və mürəkkəb zülalların mühüm nümayəndələri ........ 125
III
Fəsil. Fermentlər (Enzimlər) ................................................. 136
3.1 Fermentlərin və kimyəvi katalizatoıiarın ümıımi vo spesifık
xüsusiyyətləri............................................................................ 137
3.2. Fermentlərin nomenklaturası və təsnifatı ............................ 138
3.3. Fermentlərin kimyəvi təbiətləri və xassələri ......................... 140
3.4.Aktivatorların və inhibitorların fermentlərin aktivliyinə təsiri 146
3.5.
Fermentlərin aktiv mərkəzləri ................................................. 147
3.6.
Fermentativ reaksiyaların kinetikası ...................................... 150
357
3.7.
Fermentlərin inhibirləşməsi .................................................
157
3.8.
Fermentativ aktivliyin nizamlanması ...................................... 163
IV
Fəsil. Nuklein turşuları ........................................................... 166
4.1.
Nuklein turşularının komponentləri ........................................ 167
4.2.
Nukleozidlər və nukleotidlər................................................. 169
4.3.
Dezoksiribonuklein turşuları (DNT) ..................................... 172
4.4.
Ribonuklein turşuları (RNT) ................................................... 177
4.5.
Matrisa sintezi reaksiyası ........................................................ 179
4.6. Genetik kod ............................................................................. 180
4.7.
Gen mühəndisliyi .................................................................... 182
4.8. Mutasiya .................................................................................. 185
V
Fəsil. Maddə və enerji mübadiləsi ............................................ 190
5.1.
Maddələr mübadiləsi haqqında ümumi anlayış ...................... 190
5.2.
Enerji mübadiləsi ................................................................... 192
5.3.
Canlı orqanizmlər üçün enerji mənbələri ................................ 197
5.4.
Qida məhsullarından enerjinin əldə edilməsi mərhələləri..
202
VI
Fəsil. Karbohidratların kimyası və mübadiləsi ........................ 205
6.1. Karbohidratlar ........................................................................ 205
6.2.
Monosaxaridlər ...................................................................... 206
6.3.
Oliqosaxaridlər ....................................................................... 221
6.
4 Polisaxaridlər .......................................................................... 223
6.5.
Karbohidratların mübadiləsi ................................................... 226
6.5.1 Qlikogenin sintezi və parçalanması ..................................... 226
6.5.2. Qlikoliz ............................................................................... 232
6.5.3 Qıcqırma .............................................................................. 240
6.5.4. Trikarbon turşularının tsikli ................................................ 244
6.5.5 Pentoza yolu və ya karbohidratların oksidləşməsinin pentozo-
fosfat tsikli .................................................................................... 250
6.5.6. Qlükoneogenez .................................................................... 256
6.5.7.
Karbohidratların orqanizmdə mübadiləsi ........................... 260
VII
Fəsil. Bioloji oksidləşmə ........................................................ 263
7.1.Tənəffüs .................................................................................. 263
7.2. Oksidləşməklə fosforilləşmə ................................................. 267
VIII
Fəsil. Fotosintez ..................................................................... 279
IX
Fəsil. Lipidlər ......................................................................... 285
9.1.
Yağ turşuları və neytral piylər ............................................... 285
9.2.
Fosfolipidlər .......................................................................... 288
9.3.
Qlikolipidlər ........................................................................
292
9.4.
Steroidlər ............................................................................... 293
9.5.
Terpenlər ............................................................................... 295
358
9.6. Mumlar ..................................................................................
296
9.7.
Lipidlərin mübadiləsi ............................................................ 296
X
Fəsil. Bioloji membranlar ......................................................... 299
10.1.
Bioloji membranların ümumi xassələri ............................... 299
10.2.
Membran nəqli ...................................................................... 304
XI
Fəsil. Hüceyrədə mübadilə proseslərinin qarşılıqlı əlaqəsi və
onların tənzimlənməsi .................................................................. 312
11.1.
Zülal və karbohidrat mübadiləsinin qarşdıqlı əlaqəsi .......... 312
11.2.
Karbohidrat və lipid mübadiləsinin qarşdıqlı əlaqəsi .......... 313
11.3.
Zülal və lipid mübadiləsinin qarşılıqlı əlaqəsi ..................... 315
11.4.
Mübadilə proseslərinin və ətraf mühitin vəhdəti .................. 316
XII
Fəsil. Mefabolizmin hüceyrədaxili tənzimlənməsinin növləri 318
XIII
Fəsil. Vitaminlər .................................................................... 328
13.1.
Yağda həll olan vitaminlər .................................................. 330
13.2.
Suda həll olan vitaminlər ...................................................... 333
XIV
Fəsil. Hormonlar ................................................................... 339
Əlavələr ........................................................................................ 352
Ədəbiyyat .................................................................................... 356
359
QARAYEV SIYAVUŞ FƏRHAD
oğlu, MƏMMƏDOVA PƏRVİN
ŞAMXAL qızı, HƏBİBOVA
ALMAZ QÜDRƏT qızı
Biokimyanın əsasları (Dərslik)
Azərbaycan dilində BAK—
TƏFƏKKÜR—2002
Nəşriyyatın
direktoru
Operatoru
Kompüter tərtibatçısı
Məleykə Əsgərova
İradə Hüseynova
Aleksandr Popov
Çapa im
zalanmış 02.12.2002.
Ofset çapı. Formatı 60x90 1/16.
Fiziki ç/v 22,5. Şərti ç/v 22,5.
Sifariş 54. Tiraj 1000.
"Təfəkkür" Nəşriyyat-Poliqrafiya
M
ərkəzi
Ünvan: 370108. Bakı, Təbriz 19.
Tel.:(850) 323-10-44
Dostları ilə paylaş: |