Sabah qruplari


OPEC siyasətinin makroiqtisadi təsiri



Yüklə 225,57 Kb.
səhifə18/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
3.5. OPEC siyasətinin makroiqtisadi təsiri

OPEC Siyasətləri və İqtisadi İnkişaf:

OPEC-in siyasət çərçivələri dünya iqtisadiyyatı və beynəlxalq milli iqtisadi subsistemləri üçün bir çox fayda və avantajlar yaratmışdır. Bu faydalardan bəzilərinə neft istehsal edən ölkələr və istehlakçılar üçün nəhəng bir sərvət yaratmaq, sayları get-gedə artan müştəri ölkələr üçün qiymətlərin idarə edilməsi və stabilləşdirilməsi, dünyada neft təhlükəsizliyinin təmin edilməsi daxildir. OPEK həmçinin də istehsalçılara neft resurslarının sabitliyini təmin edir, tələb və təklif proqramlarının nəzarətində mərkəzi rol oynayır. Üzv ölkələrin strateji və geosiyasi mövqeyi OPEC-ə qeyri-OPEC ölkələr üzərində iqtisadi inkişafda öz rolunu oynamaq üçün əlavə üstünlük verir. Üzv ölkələr digər qonşu ölkələrə kömək etmək məqsədilə öz gəlirlərinin bir hissəsini ayıra bilərlər, nəticədə, bölgəni harmonizasiya etmək və davamlı neft tədarükünü təmin etmək istiqamətində böyük bir addım atılmış olacaqdır. Regional inkişafda artım qonşu ölkələr arasındakı siyasi və iqtisadi əməkdaşlığın davamlı olmasını təmin edəcək və bu da bütün dünya üçün bir örnək təşkil edəcəkdir. İran, Küveyt, Səudiyyə Ərəbistanı və İraq bölgədə strateji bir mövqedə yerləşmişdir ki, Ərəb ölkələrinə regional investisiyaların qaynağı ola bilər; Liviya, Əlcəzair və Nigeriya isə Afrikanın inkişafına yardım edə bilərlər. Venesuela Latın Amerikası və Braziliyanın inkişafına kömək edəcək bir mövqedə yerləşdiyi halda, İndoneziya da Cənub-Şərqi Asiyanı pul vəsaitləri ilə təmin edə bilər. Bu qayda ilə, hər bir üzv ölkə qlobal miqyasda dünya iqtisadi tərəqqisini və sabitliyini artırmaq üçün məcburi vəzifələrini yerinə yetirməlidir. Ümumiyyətlə, OPEC ölkələri neft gəlirlərini uzunmüddətli investisiyalar üçün davamlı layihələrə çevirirlər ki, bu da iqtisadi inkişafa digər təşəbbüslərdən daha çox təminat verir.

OPEC-ə mənsub üzv dövlətlər daha böyük iqtisadi uğur qazanmağa təşəbbüs göstərərkən yerli investisiya layihələrini təşviq etmək məqsədilə hökumətlə yaxın əməkdaşlıq edərək məsuliyyəti öz üzərlərinə götürürlər. Telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və s. kimi sektorlar OPEC-in üzv ölkələri ilə qarşılıqlı hədəflərə nail olmaq üçün birlikdə işləyə bilərlər. Bununla yanaşı, OPEC ölkələri onların mövcudluğunun güclü hesab edildiyi böyük ekosistemin bir hissəsi olduğundan, bu gücü öz ölkələrinin hədəf və məqsədlərinə çatmaq üçün, həmçinin digər xalqlara kömək etmək məqsədilə rasional formada istifadə edə bilərlər. Belə olduğu halda, təşkilatın əsas məqsədlərindən biri də hər bir iştirakçı ölkəyə əhəmiyyətli inkişaf tərəqqisi üçün imkan vermək, beləliklə də, qapılarını eyni zamanda başqalarına da açmaqdır. Bremmer və Hershin gətirdiyi populyar arqumentlərə əsasən, bu üzv ölkələr neft istehsalında kifayət qədər təcrübəyə malik olduqları halda, xüsusilə neft marketinqində bacarıqları yoxdur, çünki bütövlükdə proses üçün marketinqin əhəmiyyəti barədə məlumatları yoxdur. Lakin, bu kursda OPEC-in hər zaman hökümətlərarası mövqedən daha çox millətlərarası bir mövqedə olduğunu anlamaq mühümdür, yəni strategiya seçimi nə olursa olsun, OPEC-in başlıca mövqeyi bütün millətlər üçün millətlərarası iştirak olacaqdır.




Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin