Sabah qruplari


Azərbaycan – OPEC əlaqələri



Yüklə 225,57 Kb.
səhifə21/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
3.7. Azərbaycan – OPEC əlaqələri

Azərbaycan neft sənayesi çox qədim tarixə malikdir və Xəzər dənizinin sahilində yerləşən bu ölkə qədim zamanlardan neft istehsal edən ölkə hesab olunur. Neftin xarici ölkələrə daşınması və ya ixracı tarix boyu ölkənin xarici ticarətinin çox əhəmiyyətli bir hissəsi olmuşdur. Bakı neftinin keçmişinə nəzər salsaq deyə bilərik ki, orta əsrlərdə bu neft Böyük İpək Yolu ilə digər xarici ölkələrə daşınırdı. Bu ölkələr əsasən Qərbi Avropa və Asiya ölkələr idi. Yaxın keçmişə nəzər saldıqda isə son 2 əsrdə Azərbaycan nefti dünya neft bazarında öz keyfiyyəti və ilə tanınır. Azərbaycanda neft ilk olaraq XIX əsrin 40-cı illərində hasil edilməyə başlanılıb. Həmin dövrdə Bakı nefti “qara qızıl” ləqəbi ilə tanınırdı. 1848-ci ilə Bakıda Bibiheybət neft yatağında aparılan qazıntı işlərindən sonra quyudan neft fontanının vurması ilə Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının əsası qoyulmuşdur. Bu Azərbaycanın neft sənayesi və gələcək inkişafı üçün çox əlamətdar hadisə idi. Bu hadisə Azərbaycanda zəngin neft ehtiyatlarının daha geniş şəkildə istifadəsinə təkan verdi. Bunun nəticəsi kimi XIX əsrin sonlarında (1899) Azərbaycan neft hasilatı üzrə bütün dünya ölkələrini qabaqlayaraq dünya neft hasilatının təqribən ½ ni vermişdir. Bu proses XX əsrin əvvəllərində də davam etdi və Azərbaycan dünya neftinin yarısını verməyə davam edirdi. II dünya müharibəsinə qədər Bakı nefti dünyada ən çox hasil edilən neftlər sırasında idi. II Dünya müharibəsi zamanı isə Bakı nefti SSRİ’nin “onurğa sütunu” idi desək yəqin ki yanılmarıq. Müharibə gedişatında SSRİ’nin demək olar ki yanacaqla təminatının çox böyük hissəsini Bakı nefti verirdi. Həmin illərdə SSRİ’də çıxarılan neftin 75%i Bakı neftinin payına düşürdü. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin çox mühüm rolu var və Sovet İttifaqına daxil olan ölkələrdən heç birinin müharibənin gedişatına bu qədər təsiri olmuyub. Sonrakı illərdə Sovet Rusiyasının digər ərazilərində tapılan neft yataqları Azərbaycan neftinə olan tələbatı azaltdı. Müharibədən sonrakı dövrdə Xəzər dənizinin daha dərin hövzələrində geoloji kəşfiyyat işləri aparıldı. Aparılan işlərin nəticəsi olaraq Azərbaycan neft sənayesinə yeni həyat bəxş edən “Azəri” və “Çıraq” və “Günəşli” kimi neft yataqları kəşf edildi. Bu yataqlar nəinki həmin illərdə hətta müasir dövrdə də Azərbaycanı dünyanın ən qabaqcıl neft ixtiracatçılarından biri edir. Hər il bu yataqlardan milyonlarla ton neft hasil olunur və neft ixracatından əldə edilən maliyyə vəsaiti Azərbaycanın bütün sahələrdə davamlı inkişafını təmin edir. Bu davamlı inkişafın uzun ömürlü olması üçün yeni neft yataqlarının tapılması və yeni yataqlardan yararlanmaq üçün müasir texnologiyaların istifadəsi olduqca vacibdir.



XX əsrin sonlarında, daha dəqiq desək 1994-cü ildə dünyanın ən qabaqcıl ölkələrinin neft şirkətləri arasında gələcək illərdə neft sənayesinin inkişafını təmin etmək məqsədi ilə Əsrin Müqaviləsi imzalandı. Bu müqavilənin bağlanması neft sektorunun inkişafına böyük təkan verdi və sonrakı illlərdə 15 ölkəni təmsil edən 33 neft şirkətinin iştirakı ilə bu sahənin davamlı inkişafını və perspektikvliyini nəzərdə tutan daha 18 müqavilə imzalandı. Ümumilikdə mzalanan 19 müqaviləyə əsasən onların qüvvədə olduğu 30 il ərzində 2.5-3 milyard ton neftin istehsal edilməsi nəzərdə tutulmuşdu. Bu müqavilələrin Azərbaycan neft sənayesi üçün də çox böyük faydası olmuşdur. Azərbaycanın zəngin neft-qaz ehtiyatları malik olması səbəbi ilə bu müddət ərzində neft sektoruna xarici şirkətlər tərəfindən təxminən 60 milyard dollar civarında investisiya yatırılacaq. Verilmiş cədvəldə bağlanmış müqavilələrə əsasən Azərbaycanın neft yataqları və müvafiq olaraq yatırılacaq investisiyalar göstərilmişdir:


Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin