1.2 Neftin tarixi
Neftdən ilk istifadə eramızdan əvvəl Mesopotamiyada müşahidə olunan yarı-qatı və palçıqlı bir mayenin yerdən sızması nəticəsində baş vermişdir. Həmin dövrdə bu mayedən indi Bağdad şəhəri olaraq tanınan Babil şəhərində divarların, qüllələrin tikintisində istifadə edilmişdir. Həmçinin eramızdan əvvəl 1700-cü illərdə Çində, 1815ci ildə Çexoslovakiya-Praqa şəhərində küçə işıqlandırma məqsədi ilə istifadə olunmuşdur. Xronoloji ardılıcıllıqla neftdən istifadənin təkmilləşməsi və neftin çox qiymətli enerji mənbəyinə çevrilməsini bu cür sadalamaq olar: Neftin kəşfinnən sonra ilk neft quyuları 4-cü əsrdə Çində açılmışdır. İlk quyu bir-birinə bağlanmış bambuk çubuqlar ilə qazılmış və çıxarılmış neft duz istehsalında istifadə edilmişdir. XIII əsrdə neft bir ticari əmtəə olaraq qəbul edilmişdir. Bu illərdə neft asanlıqla yanğın törədə bildiyi üçün ondan bir silah kimi də istifadə edilirdi. 1846-cı ildə Kanadalı Abraham Genser’in neftdən distillə yolu ilə kerosin əldə etmə metodu neft sənayesinin başlanğıcı hesab olunur. Kerosinin neftin distillə edilməsi metodu ilə əldə edilməsi xam neftə olan tələbatı artırmış və neft sektorunun böyüməsinə səbəb olmuşdur. 1850-ci illərin sonlarında ABŞ’da bugünkü qazma texnologiyasına bənzər bir qazma ilə neft kəşfiyyat tədqiqatı aparılmışdır. O illərdə “Pennsylvania Rock Oil” neft şirkəti aparılan tədqiqatlar nəticəsində neftdən yüksək keyfiyyətli kerosin istehsal edə biləcəyini bəyan etdi. Bundan sonra neft sektoruna investisiyalar kəskin şəkildə artdı və 1862-ci ildə neft hasilatı artıq 3 milyon tona çatdı. 1862-ci ildə John D. Rockfeller tərəfindən təsis edilmiş neft şirkəti investisiyaları ilə 1966-cı ilə qədər dövriyyəsini 2 milyin dollardan çox artırdı. Bu illər ərzində bazarda mövcud olmayan standartları bütün kiçik şirkətləri “Standart Oil” şirkəti daxilində birləşdirərək aşan Rockfeller, 1979-cu ildə Şimali Amerikada neft emalının 90%də pay sahibi olmuşdur. Rockfeller’in ilk rəqibləri Robert, Ludwig və Alfred Nobel qardaşlarıdır. Daha sonra fransız ailə Rothschilds’lərin maliyyə dəstəyi ilə ingilislər də neft bazarına girdi. Bu illərdə Samuel və Marcus Samuel qardaşları təhlükəsiz tanker istehsal edərək həmin bu tankerlər vasitəsilə neftin dəniz yolu ilə xaricə daşınmasını inqilab etdilər. Samuel qardaşları tərəfindən qurulan “Shell Nəqliyyat və Ticarət” firması, 1907-ci ildə Hollandiya şirkəti olan “Royal Dutch Company” ilə birləşdi və bugünkü “Shell” olaraq tanınan şirkəti quruldu.
XIX əsrdə elektrikin ixtirası neft sənayesinin sürətli inkişafını zəiflətsə də bu illərdə istifadə edilməyə başlanan daxili yanma mühərriklərinin istifadə edildiyi avtomobillər neft sənayesini yenidən canlandırdı. 1895-ci ildə keçirilmiş Paris-Bordeaux avtomobil yarışında yeni bir yanacaq növü olan benzin ixtira edildi. Avtomobillərin hərəkətini təmin etmək üçün benzinin daha uyğun olduğu müəyyən edildikdən sonra daha öncə neftdən kerosin hazırlanmasında istifadə edilirdisə, artıq bundan sonra neftdən benzin hazırlanmasında istifadə edilməyə başlandı. Bu prosesdən sonra kömür istifadə edən zavodlar, gəmilər və qatarlar istifadənin asan olması səbəbi ilə neftdən istifadə etməyə başlamışdır.
Yaxın şərq bölgəsində neftin kəşf edilməsi də neft sənayesi üçün əhəmiyyətli hadisələrdəndir. İranda ilk neftin tapıldığı və çıxarıldığı quyunu qazan Tom və John Morgan qardaşları, Britaniya donanmasında fəaliyyət göstərən Winston Churchill’in köməyi ilə 1908-ci ildə “British Petroleum – BP” şirkətini qurmuşdu.
XIX əsrin ikinci yarısında, xüsusilə XX əsrdə bir enerji mənbəyi olaraq bütün dünyaya sürətlə yayılan neft sonradan çox böyük inqilabi dəyişiklərə səbəb oldu. Yalnız enerji və nəqliyyat sektorunda deyil eyni zaman da neft-kimya sənayesində də neft qiymətli xammal kimi istifadə edilir. XXI əsrin əvvəllərindən başlayaraq neft istilik, işıqlandırma, benzin, mühərrik yağı, toxuculuq, plastik və hətta kosmetika materiallarının hazırlanmasında geniş istifadə olunur. Hazırkı dönəmdə neftə olan tələbat iqtisadi inkişaf baxımından, xüsusilə sənayeləşmə və nəqliyyat sektoru üçün nefti həyati əhəmiyyətə malik başlıca enerji mənbəyi edir. Neft, bütün xammalların qiymət dəyişiklikləri nəzərə alındıqda iqtisadi təsir yaradan yeganə xammaldır. Neft qiymətlərindəki dəyişikliklər ölkələrin bazar hərəkətlərinə təsir göstərməklə yanaşı neft ehtiyatlarının böyük bir hissəsini idxalatla qarşılayan bir ölkənin iqtisadiyyatına ciddi təsir edir.
Dostları ilə paylaş: |