Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə113/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   109   110   111   112   113   114   115   116   ...   133

İLAHİ NEMƏTLƏR HAQQINDA DÜŞÜNCƏ


İnsan əlaqi dəyərlərə xüsusi diqqət göstərdiyi halda özü şəxsən bu dəyərlərə çatmağa tələsmir. O, ilahi əxlaqi göstərişlərə əməl etmək istəsə də iradəsizlikdən dünya işləri ilə baş qatır. Bəs bu ali məqama hansı yolla çatmaq olar?

Əvvəla qeyd edək ki, hər hansı bir iş üçün qərara gəlməzdən əvvəl müqəddimə, stimul lazımdır. İnsan bir sıra ilkin biliklərə malik olmalıdır ki, iradəsini işə salıb qəti qərara gələ bilsin. İlahi nemətlər haqqında məlumatlı olmaq çox faydalıdır. Allah bizə hansı nemətləri verib? Bu nemətlər qarşısında vəzifəmiz nədir?

Allahın böyük nemətlərindən biri iman və doğru məzhəbdir. Məsələn, dünyada əksər insanlar tanrıya inanır və hansısa məzhəbin ardıcıllarıdır. Amma bütün məzhəblərin doğru olması qeyri-mümkündür. Allah birdir və Onun qayda-qanunlarını doğru əks etdirən məzhəb də bir olmalıdır. Biz Əhli-beyt sevgili müsəlmanların bu sahədə heç bir problemimiz yoxdur. On dörd əsr boyu toxunulmamış vahid kitabımız və bütün etiqadi suallara yetərli cavablarımız var. Bu olduqca böyük nemətdir!

Allah nəinki dünya həyatında, eləcə də bətn həyatı, hələ ondan da əvvəl ata-anadakı həyatımızda bizə misilsiz nemətlər əta etmişdir. Amma hələ qarşıda vəsfə gəlməyən axirət nemətləri vardır. Bu dünyada olan insan axirət nemətlərinin həqiqətini hələ ki dərk etməkdə acizdir.

Bəs bütün nemətlərin fövqündə dayanan axirət nemətlərinə necə çatmaq olar? Cavab qısa və aydındır: Allahın müəyyənləşdirdiyi vəzifələrə əməl etməliyik! Bu vəzifələr heç kimin gücündən, imkanlarından xaric deyil. «Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…»1. Vəzifələrin yüngül olmasının özü də bir nemətdir. Misilsiz axirət nemətləri müqabilində daha ağır tələblər də ola bilərdi. Amma Allah-təala həm vəzifələri yüngül və həm də öz yardımını təklif etmişdir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin