İNAM VƏ CƏHD (QÜSSƏ)
Cəhənnəm və onun əzabına inanan insan buna biganə qala bilərmi? Bu həqiqətlərə qəlbən inanan insan ticarət, əyləncə haqqında düşünə bilərmi? İnsanın qarşıdakı çətinliklərə münasibəti onun inam dərəcəsindən asılıdır.
Bu mövzuda məşhur bir hədis vardır: Bir gün həzrət Peyğəmbər (s) məsciddə rəngi qaçmış, gözləri çuxura düşmüş bir cavan görür. Həzrət (s) onun halını soruşduqda cavan cavab verir ki, yəqin halındayam. Peyğəmbər (s) «sənin yəqininin əlamətləri nədir?»-deyə soruşduqda cavan belə ərz edir: «Dünən gecə sübhədək axirət əzabının qorxusundan gözümə yuxu getməyib. Ona görə də rəngim saralıb». Həzrət Peyğəmbər (s) ona dua etdi1. Bəli, dərin inam insanda belə bir hal yaradır və o, başqa heç nə haqqında düşünə bilmir. Amma böyük əksəriyyət axirət haqqında belə dərin düşüncə tərzindən uzaqdır.
Məsumlardan (ə) başqa hamı az-çox günahkardır. Məhz bu günahlara görə nəzərdə tutulmuş əzablar haqqında düşünmək lazım gəlir. Amma dünya qayğılarına başı qarışmış insan qarşıda onu gözləyən təhlükəyə etinasızlıq göstərir. Hansı ki, insan eşitdiyi ayə və hədislər haqqında düşünsə öz aqibətindən narahat olub tədbir görər. Yüksək inamı, yəqinliyi olanlar daim axirət haqqında düşünürlər. Amma böyük əksəriyyət iman zəifliyi ucbatından var-dövlət, vəzifə, rahatlıq ardınca qaçıb yaranışın əsl məqsədindən uzaq düşür.
Bəli, insanların iman mərtəbələri fərqlidir. Aramızda az da olsa, axirət əzabı haqqında eşidərkən göz yaşı axıdanlar var. Çoxları isə, hətta qiyamət sorğusu haqqında moizə gedişində öz ticarəti, dünya problemləri haqqında düşünür.
Dostları ilə paylaş: |