Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ


On dördüncü dərs: Həqiqi əhli-beyt (ə) ardıcıllarının mükafatı



Yüklə 2,45 Mb.
səhifə14/25
tarix27.01.2018
ölçüsü2,45 Mb.
#40726
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

On dördüncü dərs:

Həqiqi əhli-beyt (ə) ardıcıllarının mükafatı

ƏMƏLDƏ SƏBƏB VƏ SƏMİMİYYƏT


İmam Sadiq (ə) buyurur: «Mö’min qardaşının arzusunu yerinə yetirmək üçün qədəm götürən insan Səfa və Mərvə arasında səy (həcc əməllərindən biri) etmiş kimidir. Şəxsən din qardaşının ehtiyacını ödəyən kəs Allah yolunda Bədr və Ühüd döyüşündə cihad edib qanına boyanan şəxs kimidir». Bu mövzu ilə başqa rəvayətlərdə də rastlaşırıq. Bu rəvayətlərdə zahirən kiçik əməllərə görə çox böyük savablar vəd olunur. Əlbəttə ki, bu rəvayətlərdən sui-istifadə oluna bilər. Bəziləri rəvayətin mötəbər olmadığını, bir başqaları hər kiçik işə böyük savab veriləcəyini iddia edə bilərlər. Bu fikirlərdən biri ifrat, digəri isə təfritdir.

Zahirən əhəmiyyətsiz görünən bəzi ibadətlər böyük savaba malik ola bilər. Savab kəmiyyətdən yox, səbəbdən, niyyətdən, ixlasdan, səmimiyyətdən daha çox asılıdır. Məsələn, din qardaşına xidmət elə şəkildə ola bilər ki, bu işi görən şəhidin savabını əldə edər. Yəni niyyət və səmimiyyətdən çox şey asılıdır. Milyonçu ehtiyaclıya yüz manat verməklə çətin ki, şəhadət savabını qazana bilər. Amma özü və ailəsi ehtiyaclı ikən din qardaşına yardım edən həmin savaba nail ola bilər.

Din tələbələri arasında bəzilərinə əfsanə görünə biləcək bir qayda var. Ehtiyac içində yaşayan tələbə öz din qardaşının müşkülünü aradan qaldırmaq üçün tərəddüd etmədən təqaüdündən keçir. Əlbəttə ki, gecəni ac qalmaq hesabına möminin ehtiyacını ödəməyin dəyəri böyükdür.

İslam dinində ehtiyaclı olduğun şeyi başqasına vermək «isar» adlanır. İsar olduqca böyük bir savaba malik əməldir. «Həşr» surəsinin 9-cu ayəsində oxuyuruq: «Mühacirlərdən əvvəl yurd salmış iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara qənimət verildiyinə görə həsəd duymaz, ehtiyacları olduqları halda onları özlərindən üstün tutarlar». Ehtiyaclı olduğunu başqasına vermək fədakarlıq tələb edir. Möminin istəyini yerinə yetirmək isə fədakarlıqsız ötüşmür. Bu fədakarlıqları dəqiq qiymətləndirmək mümkün olsaydı məlum olardı ki, möminin istəyini xalis niyyətlə yerinə yetirənlərə nə üçün şəhid savabı verilir. «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır»1.

İmam Riza (ə) buyurur: «La ilahə illəllah kəlməsi» insanı əzabdan qurtarmaq gücünə malikdir. Amma müəyyən şərtlər daxilində»2. Bəli, müəyyən şərtlər daxilində «La ilahə illəllah» nicatvericidir. Bu şərtlərdən biri Əhli-beyt vilayətini qəbul etməkdir. Əslində hər bir işin nəticə verməsi üçün şərait lazımdır. Od yandırıcı olsa da bu iş yalnız oksigen olan mühitdə baş tutur.

DİN QARDAŞLARINA ETİNASIZLIQ


İmam Sadiq (ə) buyurur: «Qədim qövmlərdən bir çoxu ilahi əzaba düçar oldular. Amma fəqirlərin haqqına riayət etsəydilər bu əzabdan amanda qalardılar». Cəmiyyətdə imkanlı şəxslər fəqirlərin ehtiyacını ödəməlidirlər. Bu haqqı ödəməməklə günaha batanlar əzaba düçar olur. Firon insanları özünə səcdəyə vadar edən zalım bir padşah idi. Amma bir çox fəqirlər onun süfrəsindən faydalandığı üçün Allah Fironun cəzasını təxirə salır.

Demək, mö’min qardaşının hüququna riayət etməyənləri dünya və axirət əzabı gözləyir. Əgər cəmiyyətdə fəqirlərin hüququna riayət olunmazsa, bu cəmiyyəti sel, zəlzələ kimi ictimai fəlakətlər gözləyir. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran istismarçı sərmayədarların cəzası yalnız cəhənnəm əzabıdır.


İLAHİ VƏDLƏRİN HƏYATA KEÇMƏ ŞƏRAİTİ


İmam Sadiq (ə) öz ardıcıllarına xəbərdarlıq edir ki, şeytan ilahi vədələrin gerçəkləşmə şəraitindən nəzərinizi yayındırmaqla sizi aldada bilər. Tarixdə insanların ilahi vədələrdən düzgün faydalanmaması faktı çoxdur. Məsələn, Bəni-İsrail Firon tərəfdarlarının caynağında olarkən Allah onlara vəd edir ki, iman gətirsəniz xilas olacaqsınız. «Bəqərə» surəsinin 47-ci ayəsində buyurulur: «Ey İsrail övladı, sizə bəxş etdiyim nemətlərimi sizi aləmdə xəlq olunmuşlardan üstün tutduğumu yadınıza salın». Bəni-İsrail bu ayədən belə nəticə çıxarmışdı ki, daha onlar üçün axirət əzabı olmayacaq. Uyğun surənin 80-cı ayəsində Allah-təala buyurur: «Siz Allahdan belə bir vəd almısınızmı?!». «Maidə» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Yəhudilər xaçpərəstlər deyir ki, biz Allahın oğulları sevimliləriyik. Onlardan soruş ki, bəs üçün Allah günahlarınıza görə sizə əzab verir?» Bu gün də yəhudilər özlərini digər millətlərdən üstün bilib onlara ağalıq etmək üçün plan çızırlar. Məsum imamların dövründə də «murciə» adlanan tayfa əzabdan qurtulmaq üçün iman gətirməyi kifayət hesab edirdilər. Təəssüf ki, Əhli-beyt (ə) ardıcılları arasında da belə yanlış qənaətə gələnlər də var. Bəziləri elə düşünür ki, cəhənnəm əzabından qurtarmaq üçün Əhli-beyti sevmək kifayətdir. Hətta imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə də belələri olub. Hansı ki, imam Baqir (ə) buyurmuşdur: «İlahi göstərişlərə əməl edənlər bizim dostumuz, etməyənlər isə düşmənlərimizdir!»1.

İnsanları Əhli-beyt məhəbbətinə dəvət etməkdə məqsəd günah qorxusunu qəlblərdən çıxarmaq deyil. Əgər Əhli-beyt yolu Allaha yaxınlaşma yoludursa, necə ola bilər ki, Əhli-beyti sevən insan günaha bata?! İmam Baqirin (ə) buyuruğundan belə nəticə çıxarmaq olar ki, Əhli-beyt məhəbbəti insanın əməl və rəftarından hiss olunmalıdır. Bir sözlə «sevirəm» demək kifayət deyil.

İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Bütün şiələrə çatdır ki, məqsədsiz vurnuxub yolu itirməsinlər. Günahdan çəkinib, vəzifələrə ciddi əməl etmədən bizim vilayətə yetişmək olmaz. Vilayətə yetişməyin digər şərti mö’min qardaşının ehtiyacını aradan qaldırmaqdır». İnsan öz səadəti üçün çalışdığı kimi mö’min qardaşının səadəti üçün də çalışmalıdır. Eləcə də, başqalarına zülm edən Əhli-beyt şiəsi ola bilməz. Əhli-beytə məhəbbətin izharı, onlar haqqında şer oxuyub əzadarlıq etmək, vilayət əhli olmaq üçün azdır. Sözsüz ki, bir damla Əhli-beyt məhəbbəti də qənimətdir. Amma həqiqi şiəlik üçün təkcə məhəbbət kifayət deyil.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin