|
Şagirdin soyadı və adı: Uyğunluğu müəyyənləşdirin
|
tarix | 05.09.2018 | ölçüsü | 35,95 Kb. | | #76955 |
|
Şagirdin soyadı və adı: __________________________________
-
Uyğunluğu müəyyənləşdirin:
-
uzlaşma və yanaşma əlaqəsi
-
uzlaşma və idarə əlaqəsi
-
yanaşma və idarə əlaqəsi
-
Şəhərdən dünən gəlmişəm.
-
O, idarəyə getdi.
-
Səhərdən səni axtarıram.
-
Çiçəkləri mən suladım.
-
Bakı gözəl şəhərdir.
-
Uyğunluğu tamamlayın.
-
ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə
-
səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
-
qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
-
Külək bizim tərəfə əsir, yasəmənin xoş ətri ciyərlərimizə dolurdu.
-
Əyninə zərli xalat geymiş hökmdar içəri girdi, saraydakılardan hamısı təzim etdi.
-
Fırtına getdikcə güclənir, dənizçilər üçün daha çox təhlükə törədirdi.
-
Nə məndə əvvəlki həvəs qalmayıb, nə də ki sən əvvəlki Toğrul deyilsən.
-
Yolun kənarında çöməlib xeyli gözlədim, amma gedənlər qayıtmaq bilmirdi.
-
Uyğunluğu müəyyən edin.
-
I növ təyini söz birləşməsi
-
II növ təyini söz birləşməsi
-
III növ təyini söz birləşməsi
-
qapısı bağlı
-
Şəhidlər xiyabanı
-
İblisin monoloqu
-
sehrkar aləm
-
söz dünyası
-
Sintaktik əlaqələrin uyğunluğunu müəyyənləşdirin:
-
uzlaşma 2) idarə 3) yanaşma
-
dayanmadan işləmək
-
bağçadan dərilmiş
-
Təbiət gülür.
-
Məktəb müqəddəsdir.
-
dərsini oxuyan
Mövzu: Sintaksis Sinif: _______
-
Uyğunluğu müəyyənləşdirin:
-
müəyyən şəxsli cümlə
-
qeyri-müəyyən şəxsli cümlə
-
ümumi şəxsli cümlə
-
Ağzına bax, tikə kəs (Atalar sözü)
-
Hamı dənizin heyrətli nəriltisini eşidirdi.
-
Otlaqdan qayıdan qoyunları haylayıb həyətə tərəf döndərdilər.
-
Yayın bu cür dözülməz istisində bir içimlik su arzulayırsan.
-
İş ustasından qorxar (Atalar sözü)
-
Tabesiz mürəkkəb cümlənin uyğunluğunu müəyyən edin.
-
zaman əlaqəli tabesiz mürəkkəb cümlə
-
qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
-
ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə
-
Süsən istədi dillənsin, gecikdi.
-
Mən onun müdafiəsi üçün danışmaq istədim, etiraz elədi.
-
Ürəyində razı olmasa da, biruzə vermədi.
-
Qorxudan dili topuq çaldı, dizləri əsdi.
-
Maşın evinin qarşısında dayandı, köçümüzə yükləməyə başladıq.
-
Uyğunluğu müəyyənləşdirin:
-
I tərəfi obyekt bildirir.
-
I tərəfi yer bildirir.
-
I tərəfi zaman bildirir.
-
kitabı oxuyanda
-
bağa getmək
-
dünən görüşən
-
gülləri sulamaq
-
dənizdən qayıdaraq
-
Uyğunluğu müəyyənləşdirin:
-
səbəb zərfliyi işlənmiş cümlə
-
məqsəd zərfliyi işlənmiş cümlə
-
tərzi-hərəkət zərfliyi işlənmiş cümlə
-
Uşağı müayinə etdirmək üçün xəstəxanaya apardı.
-
O, heç kəsə əhəmiyyət verməyərək danışırdı.
-
Gülməməkdən ötrü dodağını sıxdı.
-
Sərvər gecikdiyi üçün nigaran idik.
-
Bellə işlədiyi üçün əlləri qabar olmuşdu.
-
Vasitəsiz tamamlıq işlənmiş cümlələri seçin.
-
Onda olan bu Allah sevgisi bir möcüzə idi.
-
Səni məndən soruşana nə deyim?
-
Qonşudan gələn dava-dalaş səsləri nəhayət kəsildi.
-
Müsyo Jordan Qarabağda yetişən bu bitkilərin bir çoxunu heç yerdə görməmişdi.
-
O, şagirdinin xəstə olduğunu bilirdi.
-
İldırım çaxdı, elə bil göylər şaqqıldayıb yerə töküldü.
-
“Elmi dərya qədər dərin, zəkası günəş qədər parlaqdır” cümləsinin sintaktik təhlilinə aid doğru fikirləri müəyyənləşdirin:
-
Həmcins üzvlü sadə cümlədir.
-
Tabesiz mürəkkəb cümlədir.
-
Həmcins mübtədaları arasında yanaşma əlaqəsi var.
-
Cümlədə təyin işlənməyib.
-
Xəbərləri quruluşca sadədir.
-
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər işlənmiş cümlələri seçin.
-
Dağıstan əhliyəm, ləzgiyəm, qardaş. (S.V)
-
Bakıya gələli bu nöqsanımı qismən düzəltmişəm.
-
Mənsur həyat ilə ölüm arasında cavab gözləyirdi.
-
Fəhlələr də, deyəsən, kiçik bir işarə gözləyirdilər. (M.H)
-
Açıq yaşamışdır bizim nənələr;
Kəfəndir, a balam, saray pərdələr. (S.V)
-
Xəzər dənizi öz böyüklüyü ilə başqa qapalı dənizlərdən seçilir.
-
Şəxssiz cümlələri seçin.
-
Mədəndə şiddətli bir yanğın vardı.
-
Qışın sərt günlərindən biri idi.
-
Bu hadisədən onun qanı yaman qaralmışdı.
-
Oyunun qurtarmasını səbirsizliklə gözləyirdik.
-
Dənizdən əsən soyuq dekabr küləyi alov üfürürdü.
-
Qapıları taybatay açıq idi.
-
“Ağabacı ona görəbu sözləri bərkdən deyirdi ki, Əminə xanım eşitsin” cümləsi haqqındakı düzgün fikirləri göstərin.
-
Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir.
-
Səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
-
Birinci cümlə baş, ikinci cümlə isə budaq cümlədir.
-
Cümlələr bağlayıcı vasitəsilə əlaqələnmişdir.
-
Baş cümlənin xəbəri felin xəbər, budaq cümlənin xəbəri əmr şəklindədir.
-
Baş cümlə müxtəsər, baş cümlə isə geniş sadə cümlədir.
-
III növ təyini söz birləşməsinin asılı tərəfinə aid olan əlavə hansı cümlələrdə işlənib ?
-
Mübariz İbrahimovun - Azərbaycanın Milli Qəhrəmanının xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
-
Təhsil aldığım elm ocağı - Bakı Dövlət Universiteti 1919-cu ildə təsis edilib.
-
Dərs aldığım müəllimlərimin – qayğıküş, fədakar ziyalıların əməyini həmişə yüksək qiymətləndirmişəm.
-
Fatimənin – bu balaca qızın danışdığı məzəli sözlər bizi güldürdü.
-
Tədbirin iştirakçısına - şair Ramiz Rövşənə söz verildi.
-
Mən irəliyə - dağların yaşıl sinəsi ilə uzanan yollara baxırdım.
-
Mürəkkəb ismi birləşmələri seçin.
-
ətraflı fikir söyləmək
-
darvazanın böyük qapısı
-
daha səbirli insan
-
xurcunun bəzəkli naxışları
-
ən ülvi hislər
-
mənim ciddi danışmağım
-
ən gözəl qızlar
-
mehriban anam
-
qızım Selcan
-
tədbirdə ucadan danışmaq
Səhv: ___________ Doğru: ___________
Açıq testlər – Sintaksis (Araz yayınları)
Cavablar:
1 – 1e; 2b,d; 3a,c;
2 – 1b; 2a; 3e;
3 – 1d; 2b,e; 3c;
4- 1c,d; 2b,e; 3a;
5 – 1b,e; 2c; 3d,a;
6- 1d; 2b; 3e;
7 – 1a,d; 2b,e; 3c;
8 – 1d,e; 2a,c; 3b;
9 – 2,4,5
10 - 2,4,5
11 – 1,4,5
12 – 2,3
13 – 1,3,4,5
14 – 1,3
15 – 2,4,6
Dostları ilə paylaş: |
|
|