Şagirdlərdə texnologi mədəniyyət.
Hər hansı bir tədris materialının məzmunu və mahiyyəti ilə bağlı şagirdlər müəllimin və dərsliyin verdiyi hazır bilikləri müstəqil olaraq mənimsəməyə daha cox maraqlıdırlar.Son zamanlar ibtidai sinif müəllimləri şagirdlərə daha cox dil və riyaziyatla bağlı bilik və bacarıqların aşılanmasına diqqət yönəldir .Unutmaq olmaz ki, bütün fənlər inteqrasiya olmaqla tədris edilməlidir.Bu baxımdan “Texnologiya”,” Musiqi” fənlərini keçmək lazımdır.Bu fənlər kiçik yaşlı məktəblilərə lüğət ehtiyatlarının zənginləşməsini ,riyazi biliklərin praktik tətbiqini , texniki elementləri , məişət mədəniyyətini ,bir çox elm sahələrinin sadə anlayışlarının mənimsənilməsi texnologi mədəniyyəti aşılayır.Texnologi mədəniyyət şagirdlərdə mənəvi intellektual və estetik inkişafına uyğun bacarıqların əldə edilməsini təmin edir.
“Texnologiya” fənni şagirdlərə zəruri bilik və bacarıqları standartlara uyğun aşılayır. Texnologi mədəniyyətin ilkin anlayışı əməyin məqsədyönlü fəaliyyətini həyata keçirilməsidir. Şagirdlərdə texnologi mədəniyyət məişət mədəniyyəti ilə əlaqədar zəruri sayılan bacarıqlara yiyələnməkdir. Teznologi mədəniyyətin formalaşmasının ilkin təməlini qoymaqla bərabər emal, texnologiya, məişət ,gigeniya, texnologi maşınlar,atributlar bə s.anlayışları aşılayır. Şagirdlərin texnologi mədəniyyətə yiyələnməsi onların gələcəkdə həyata hazırlanmasına zəmin yaradır.
Mövzu:Plastlin bağlardan şəkillər.”Göy qurşağı.”
Standart:121,122,123,131,132,133.
Məqsəd:1.Plastlindən göy qurşağı hazırlamaq üçün iş yerini təşkil etmək. .
2. Plastlindən göy qurşağı hazırlamaq üçün emal vasitələri seçmək.
3 .Göy qurşağının hazırlanması ardıcıllığını müəyyənləşdirmək .
4 .Uyğun emal texnologiyalarını seçmək .
5.Göy qurşağının detallarını hazırlamaq.
6.Detalları yapmaqla göy qurşağını hazırlamaq.
7.Təhlükəsizlik və gigenya qaydalarına əməl etmək .
İnteqrasiya:H/b 1.1.1 ; T./i 2.2.4.
İş forması:Kiçik qruplarla iş.
İş üsulu:Müzakirə, müşahidə, beyin həmləsi .
Resurslar:konfet qutusu,banka qapağı (kəsik), plastlin dəsti ,göy qurşağı şəkli və ya rəngli kağızlar.
Dərsin gedişi.
Motivasiya :Problemin qoyuluşu.
Tapmaca deyirəm : Uzanıb göydə dincəldi.
Zolağının rəngi yeddi,
Göy üzündən nə tez getdi.
Şagirdlər “Göy qurşağı “ dedilər.
Sonra soruşuram:Yağış yağandan sonra göydə yeddi rəngli nə görürsünüz?
Şagirdlər ,“Göy qurşağı “söylədilər.
Tədqiqat sualı.
1.Göy qurşağı plastlindən necə hazırlanır?
2.Birinci nə hazırlamaq lazımdır?
a) Göy qurşağını hazırlamaq üçün onun planı və texnologi xəritəsini hazırlamaq lazımdır ;
b ) Sapla plastlindən 7 hissə kəsmək ;( göy qurşağı rəngində )
c) Bağların qalınlığı və uzunluğu eyni olan kiçik hissələr yaymaq.;
d) Kəsilmiş bağları yapma usulu ilə banka qapağı boyunca bərkitmək;
Göy qurşağını hazırlayıb bağları sıraya düzmək üçün aşağıdakı ifadəni söyləyirəm:
“Qarı nənə səksən yaşında muncuq gəzdirir başında “sözünün baş hərifləri rəngləri göstərir.
Kim bu hərifləri söyləyər ?.
Q –qırmızı ,N- narıncı , S – sarı ,Y –yaşıl , M – mavi , G – göy , B – bənövşəyi söylədilər.
Təhlükəsizlik və texniki gigenya qaydaları haqqında məlumatı verirəm.
Tədqiqatın aparılması.
Şagirdləri 4 qrupa bölürəm.
Tapşırıq 1
I qrup rəngli kağızdan ,II qrup təbiət mənzərələrindən, III qrup rəngli qələmlərdən ,
IV qrup rəngli çiçək şəkillərindən ğöy qurşağının rənglərini seçib ağ kağızda göstərsin .
Tapşırıq 2
Alınmış rənglər vasitəsilə plastlindən ğöy qurşağı hazırlayın.
İnformasiya müzakirəsi.
Müzakirə sualları .
-
Göy qurşağında neçə rəng var ?
-
Bu rəngləri sadalayın.
-
Təməl hansı materialı seçdiniz?
-
Təməl nə üçün sıx olmalıdır?
-
Təhlükəsizlik və texniki gigenya qaydaları haqqında daha nə deyə bilərsiniz?
Nəticə və ümumiləşdirmə.
Şagirdlərə aşağıdakı suallarla müraciət edirəm.
1.Plastlinlə işin başlanğıcında nə etdiniz?
2.Göy qurşağının hissələri hansı rəngdə olur?
3. Bağların qalınlığı və uzunluğu necə olmalıdır?
4.Eyni hissələri nə etdiniz?
5.Bağları yapma üsulu ilə hara bərkitdiniz?
Şagirdlərin cavablarını ümumiləşdirirəm və göy qurşağının yaradılması xüsusiyyətləri haqqında məlumat verirəm.
Ev tapşırığı.
1.Pastlindən və rəngli kağızlardan göy qurşağı hazırlayın.
2.Göy qurşağının rəsmini çəkin və rəngləyin.
Qiymətləndirmə.
Qiymətləndirməni rəğbətləndirmə yolu ilə aparıram.
Yazıb hazırladı: İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Cəbrayılova Surə.
Dostları ilə paylaş: |