##Fakültə: Fizika və texnologiya ##Kafedra: Texnologiya və onun tədrisi metodikası ##İxtisas: Texnologiya müəllimliyi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.78 Mb.
səhifə1/7
tarix16.12.2018
ölçüsü0.78 Mb.
  1   2   3   4   5   6   7

##Fakültə: Fizika və texnologiya

##Kafedra: Texnologiya və onun tədrisi metodikası

##İxtisas: Texnologiya müəllimliyi

##Bölmə: Azərbaycan

##Qrup: 401T, 402T, 403T, 404T əyani

##Fənnin adı: S.f. Məişət mədəniyyəti və məişət xidməti

##Fənn müəllimi: dos. Məmmədov Xankişi Bəxtiyar oğlu

##Kafedra müdiri: dos. Musayeva Səadət Müseyib qızı

##Kafedra üzrə işçi qrupun üzvləri:

1. dos. Əliyeva S.M

2. dos. Qasımov N.V

3. b/ m. Quliyev Ə. F

MÜNDƏRİCAT səh

##num =1 // level = 1 // sumtest = 41 // name = Ailədə, məktəbdə, ictimai yerlərdə və xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti//.....................................................................2-18

##num= 2// level = 2// sumtest =40 // name= Ailə büdcəsinin formalaşdırılması//...........18-32

##num= 3// level = 3// sumtest =32 // name= Məişət xidmətinə verilən tələblər //............32-43

##num= 4// level = 4// sumtest =37 // name= Sadə təmir işlərinə verilən tələblər //.........43-55

##num= 5// level = 5// sumtest =39 // name= Sanitar – texniki avadanlıqların təmiri //..55-68

##num= 6// level = 6// sumtest =31 // name= Şagird partasının və məişət masalarının təmiri //....................................................................................................................................69-79

##num= 7// level = 7// sumtest =51 // name= Mənzildə aparılan sadə təmir işlərinin texnologiyası //.........................................................................................................................79-97

##num= 8// level = 8// sumtest =31 // name= Məişət elektrik cihazlarının təmiri //........97-107

##num =1 // level = 1 // sumtest = 41 // name = Ailədə, məktəbdə, ictimai yerlərdə və xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti//

1. Mədəniyyət nədir?

A) ikinci, ana təbiətdən sonra insanın fiziki əməyi ilə yaradılan bütün aktiv və pozitivlərdir

B) ikinci, süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir

C) ikinci, süni təbiətdir, insanın əsasən ağlı ilə yaradılan bütün pozitivlərdir

D) ikinci, süni təbiətdir, insanın hissləri ilə yaradılan bütün pozitivlərdir

E) ikinci, süni təbiətdir, insanın fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir

2. Elmi anlamda mədəniyyət nədir?
A) hər hansı bir hadisənin, fəaliyyət sahəsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviyyəsinin keyfiyyət xarakteristikasıdır

B) ikinci, süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir

C) təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi və dəyişdirilməsi prosesidir

D) bu, başlıca olaraq, dil, ədəbiyyət, folklor, incəsənət, ənənələr, mədəni irs, etik normalardır

E) insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir

3. Məhdud və adi anlamda mədəniyyət nədir?

A) insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir

B) təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi və dəyişdirilməsi prosesidir

C) ikinci, süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir

D) bu, başlıca olaraq, dil, ədəbiyyət, folklor, incəsənət, ənənələr, mədəni irs, etik normalardır.

E) hər hansı bir hadisənin, fəaliyyət sahəsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviyyəsinin keyfiyyət xarakteristikasıdır



4. "Zəng kimin üçün çalınır" əsərinin müəllifi kimdir?

A) Hegel

B) Uilyam Tomson

C) Kelvin

D) Vladimir Dal 

E) Ernest Heminquey



5. Elitar mədəniyyət nədir?

A) həvəskar və ya kollektiv mədəniyyət formasıdır

B) imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələridir

C) yerli ənənələrlə əlaqədar olan mədəniyyətdir

D) yüksək cəmiyyət üçün nəzərdə tutulmayan mədəniyyətdir

E) yaşayış yerindən asılı olmayan kütləvi mədəniyyətdir



6. Mədəniyyətin əsas formaları hansılardır?

A) elitar mədəniyyət, məişət mədəniyyəti, ictimai  mədəniyyət, siyasi mədəniyyət  

B) elitar mədəniyyət, məişət mədəniyyəti, kütləvi mədəniyyət, siyasi mədəniyyət 

C) elitar mədəniyyət, xalq mədəniyyəti, kütləvi mədəniyyət, iqtisadi  mədəniyyət

D) xalq mədəniyyəti, kütləvi mədəniyyət, iqtisadi  mədəniyyət, milli mədəniyyət

E) elitar mədəniyyət, xalq mədəniyyəti, kütləvi mədəniyyət, regional  mədəniyyət



7. Şagird məkətəbə nə vaxt gəlməlidir?

A) dərs başladıqdan 5 dəqiqə qalmış

B) dərsin başlamasına 30 dəqiqə qalmış

C) dərs başladıqdan 1 dəqiqə qalmış

D) dərsin başlanmasına 15-20 dəqiqə qalmış

E) dərsin başlamasına 40 dəqiqə qalmış



8. Aşağıdakılardan hansılar qeyri-verbal ünsiyyətə aiddir?

A) mimika, intonasiya, kinetika

B) mühazirə, məruzə, çıxış, nitq  

C) dialoq, monoloq, poliloq

D) şifahi nitq, yazılı nitq, verbal

E) mimika, intonasiya, kinesika



9. Davranış qaydalarına əsasən müəllim sinifə daxil olduqdan sonra şagird nə zaman əyləşə bilər ?

A) zəng vurulduqdan sonra

B) müəllim icazə verdikdə

C) yorulduqda

D) ürəyi istəyəndə

E) müəllim salamlaşandan sonra



10. Davranış mədəniyyəti normalarına aşağıda göstərilənlər aiddir

A) nəzakətlilik, ədəblilik, elmilik, zəriflik

B) nəzakətlilik, ədəblilik, elmilik,sadəlik

C) nəzakətlilik, ədəblilik, mərifətlilik, dürüstlük

D) nəzakətlilik, ədəblilik, elmilik, təvazörkarlıq

E) nəzakətlilik, ədəblilik, alimlik,sadəlik



11. Qeyri-verbal ünsiyyətə aşağıdakılar aiddir:  

1- şifahi nitq

2- mimika

3- intonasiya

4- kinesika

5- yazılı nitq

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 4, 5

E) 2, 3, 5

12. Bunlardan hansılar monoloji nitqə aiddir?  

1- mühazirə

2- dialoq

3- çıxış


4- məruzə

5- poliloq

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 4

D) 1, 4, 5

E) 2, 3, 5

13. Bunlardan hansılar monoloji nitqə aiddir?  

1- nitq


2- dialoq

3- çıxış


4- poliloq

5- məruzə

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 5

D) 1, 4, 5

E) 2, 3, 5

14. Məqsəd və vəzifəsinə görəmədəniyyətin aşağıdakı formaları vardır:

1- milli


2- regional

3- xalq


4- şəhər

5- elitar

A) 1, 4, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 4

E) 2, 4, 5

15. Məqsəd və vəzifəsinə görəmədəniyyətin aşağıdakı formaları vardır:

1- iqtisadi

2- regional

3- xalq


4- şəhər

5- kənd


A) 2, 4, 1

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 4, 5

E) 2, 4, 5

16. Aşağıdakılar küçədə davranış və ünsiyyət qaydalarına aiddir:

1-səkinin sağı ilə getmək lazımdır

2- səkinin hər iki tərəfi ilə getmək olar

3-dayanacaqda duran nəqliyyat vasitələrinin arxasından keçmək lazımdır

4-dayanacaqda duran nəqliyyat vasitələrinin arxasından keçmək olmaz

5- yol keçənlərin arxasında dönüb baxmaq nəzakətlilikdir

A) 1, 3

B) 2, 3


C) 1, 5

D) 2, 4


E) 4, 5

17. Aşağıdakılar dayanacaqda davranış qaydalarına aiddir:

1- nəqliyyat vasitəsinə qabaq qapıdan minmək, arxa qapıdan düşmək lazımdır

2- nəqliyyat vasitəsinə arxa qapıdan minmək, qabaq qapıdan düşmək lazımdır

3- mədəni insan o kəsdir ki, o, lazım olduğu üçün belə hərəkət edir

4- mədəni insan o kəsdir ki, o, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir

5- nəqliyyat vasitəsinə arxa qapıdan minmək arxa qapıdan da düşmək lazımdır

A) 2, 3

B) 1, 4


C) 4, 5

D) 3, 5


E) 1, 5

18. Aşağıdakılar kütləvi mədəniyyətə aiddir: 

1- kütləvi mədəniyyətdə yaşayış yerindən asılı olmayaraq insanların təlabatı nəzərdə tutulur

2- kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir

3- kütləvi mədəniyyətdə yaşayış yerindən asılı olaraq insanların təlabatı nəzərdə tutulur

4- kütləvi mədəniyyətdə yaşayış yerindən asılı olmayaraq insanların təlabatı nəzərdə tutulmur

5- kütləvi mədəniyyətdə ticarət-qazanc məqsədləri vacib deyil

A) 3, 4

B) 2, 3


C) 1, 2

D) 4, 5


E) 1, 5

19. Davranış mədəniyyəti normalarına aid deyil.

1- elmilik,

2- nəzakətlilik,

3- sadəlik

4- alimlik,

5- dostluq

6- təvazörkarlıq

A) 4, 5, 6

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 4, 5

E) 1, 5, 6



20. Aşağıdakılardan hansılar qeyri-verbal ünsiyyətə aid deyil?

1- mimika

2- məruzə 

3- çıxış


4- intonasiya

5- mühazirə

6- şifahi nitq

7- kinesika

A) 1, 4, 5, 6

B) 1, 2, 3, 4

C) 2, 3, 4, 5

D) 3, 4, 5, 6

E) 2, 3, 5, 6

21. Nəzakətlilik, ədəblilik və mərifətlilik normalarına aid olanlarınardıcıllığını göstərin.

1- davranış zamanı, şəxsi və işgüzar münasibətlərdə gözlənilməsi lazım olan ölçü hissidir

2- ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib davranışdır

3- istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü apara bilməkdir

A) 2, 1, 3

B) 2, 3, 1

C) 1, 2, 3

D) 1, 3, 2

E) 3, 2, 1

22. Zəriflik, sadəlik və dürüstlük normalarına aid olanlarınardıcıllığını göstərin.

1- insanların fərdi xüsusiyyətlətini aşkarlamaq və nəzərə almaq bacarığı

2- doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığı

3- sosial pillədə kimin ,,yuxarıda” kimin isə ,,aşağıda” yerləşməsini biruzə verməməkdir

A) 2, 3, 1

B) 1, 2, 3

C) 1, 3, 2

D) 2, 1, 3

E) 3, 1, 2

23. Zəriflik, sadəlik və dürüstlüknormalarına aid olanlarınardıcıllığını göstərin.

1- insanların fərdi xüsusiyyətlətini aşkarlamaq və nəzərə almaq bacarığı

2- sosial pillədə kimin ,,yuxarıda”, kimin isə ,,aşağıda” yerləşməsini biruzə verməməkdir

3- doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığı

A) 1, 2, 3

B) 1, 3, 2

C) 2, 1, 3

D) 2, 3, 1

E) 3, 1, 2

24. Verbal, qeyri-verbal və nitq ünsiyyətinə aid olanların ardıcıllığını göstərin.

1- şifahi ünsiyyət

2- poliloq

3- kinesika

A) 1, 2, 3

B) 1, 3, 2

C) 2, 1, 3

D) 2, 3, 1

E) 3, 2, 1

25. Qeyri-verbal və nitq ünsiyyətinə aid olanların ardıcıllığını göstərin.

1- mimika

2- intonasiya

3-dialoq


4-monoloq

A) 3, 4, 1, 2

B) 1, 3, 4, 2

C) 1, 2, 3, 4

D) 3, 4, 2, 1

E) 4, 1, 2, 3



26. Məfəniyyətin elmi, kontekstualadi anlamda izahlarının ardıcıllığını göstərin?

1- hər hansı bir hadisənin inkişaf səviyyəsinin keyfiyyət xarakteristikasıdır

2- təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi və dəyişdirilməsi prosesidir

3- dil, ədəbiyyət, folklor, incəsənət, ənənələr, mədəni irs, etik normalardır

A) 3, 1, 2

B) 3, 2, 1

C) 2, 3, 1

D) 2, 1, 3

E) 1, 3, 2

27. Elitar mədəniyyət, xalq mədəniyyəti və kütləvi mədəniyyətin izahlarının ardıcıllığını göstərin.  

1- mənşəyinə görə həvəskar və ya kollektiv mədəniyyət formasıdır

2- yaşayış yerindən asılı olmayaraq insanların təlabatı nəzərdə tutulan mədəniyyətdir

3- imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələridir

A) 2, 1, 3

B) 3, 2, 1

C) 1, 2, 3

D) 1, 3, 2

E) 3, 1, 2

28. Xalq mədəniyyəti, elitar mədəniyyət və kütləvi mədəniyyətin izahlarının ardıcıllığını göstərin 

1 - ticarət-qazanc məqsədlərinə yönələn mədəniyyətdir

2- imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələridir

3- mənşəyinə görə həvəskar və ya kollektiv mədəniyyət formasıdır

A) 3, 1, 2

B) 3, 2, 1

C) 1, 2, 3

D) 1, 3, 2

E) 2, 1, 3

29. Verbal, qeyri-verbal və nitq ünsiyyətinə aid olanların ardıcıllığını göstərin.

1- monoloq

2-şifahi ünsiyyət

3- mimika

A) 1, 2, 3

B) 2, 1, 3

C) 2, 3, 1

D) 1, 3, 2

E) 3, 1, 2

30. Nitq ünsiyyətinə və qeyri-verbal ünsiyyətə aid olanların ardıcıllığını göstərin.

1- dialoq

2- monoloq

3-intonasiya

4-kinesika

A) 2, 3, 1, 4

B) 1, 3, 4, 2

C) 1, 2, 3, 4

D) 3, 4, 2, 1

E) 4, 1, 3, 2



31. I - elitar mədəniyyətvə II - xalqmədəniyyətinə aid olanların uyğunluğunu müəyyən edin:

1 – onlar mədəniyyətin diktəedicisi hesab edilir

2- həvəskar və ya kollektiv mədəniyyət formasıdır

3 – imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələridir

4- özündə folklor ədəbiyyatını birləşdirir

A) I- 2, 3; II- 1, 4

B) I – 3, 4; II- 1, 2

C) I- 1, 2; II- 3, 4

D) I- 1, 3; II- 2, 4

E) I- 2, 4; II- 1, 3



32. Ticarət xidmətləri sahəsində davranış normalarının uyğunluğu müəyyən edin:

I -məsləhət deyil

II- məsləhətdir

1- Mağazada səs salmaq, hündürdən danışmaq

2- bazarlarda, bukinist dükanlarında və mühasibatın ciddi aparılmadığı yerlərdə qiymət aşağı salmaq üçün sovdələşmə aparmaq

3- Alış – veriş edərkən satıcılara əlavə pul vermək

4- yeni mallar haqqında məlumat almaq

A) I- 2, 3; II- 1, 4

B) I- 1, 2; II- 3, 4

C) I-1, 4; II- 2, 3

D) I -1, 3; II - 2, 4

E) I- 2, 4; II- 1, 3



33. İctimai iaşə sahəsində davranış və ünsiyyət mədəniyyətində I -doğrudur, II - doğru deyil

1- qız oğlanla iaşə obyektinəgəlibsə, oğlan qıza paltosunu qarderoba verməkdə və almaqda kömək etməlidir

2- əgər qız oğlanla iaşə sahəsinəgəlibsə, onda hər kəs öz paltosunu qarderoba özü verməlidir

3-qarderob olmayan yerlərdə paltarları oturacağın söykənəcəyinə qoymaq lazımdır

4- qarderob olmayan yerlərdə paltarları oturacağın söykənəcəyinə qoymaq məsləhət görülmür

5- iaşə obyektinin zalına birinci qız daxil olmalıdır

A) I- 2, 5; II- 1, 4

B) I- 1, 2; II- 3, 4

C) I- 1, 3; II- 2, 5

D) I- 2, 3; II- 1, 4

E) I -1, 4; II - 2, 3



34. İctimai iaşə sahəsində davranış və ünsiyyət mədəniyyətində I- doğru deyil, II- doğrudur

1-qız oğlanla iaşə obyektinəgəlibsə, oğlan qıza paltosunu qarderoba verməkdə və almaqda kömək etməlidir

2- əgər qız oğlanla iaşə sahəsinəgəlibsə, onda hər kəs öz paltosunu qarderoba özü verməlidir

3 - qarderob olmayan yerlərdə paltarları oturacağın söykənəcəyinə qoymaq lazımdır

4- qarderob olmayan yerlərdə paltarları oturacağın söykənəcəyinə qoymaq məsləhət görülmür

5- iaşə obyektinin zalına birinci qız daxil olmalıdır

A) I- 1, 4; II- 2, 3

B) I- 1, 2; II- 3, 4

C) I- 1, 3; II- 2, 5

D) I- 2, 3; II- 4, 5

E) I -2, 3; II - 1, 4



35. İctimai iaşə sahəsində davranış və ünsiyyət mədəniyyətində I- doğrudur, II- doğru deyil

1-əgər boş masalar yoxdursa, amma artıq tutulmuş masalar arxasında boş yerlər varsa, onda həmin yerdə oturmaq üçün icazə almaq lazımdır

2-əgər boş masalar yoxdursa, tutulmuş masaların hansında boy yerlər varsa, orada qeyri-şərtsiz oturmaq olar

3 -Əgər tutulmuş masalarda oturmaq üçün sizə icazə versələr, təşəkkür edərək xanıma oturmağa kömək etmək, sonra əyləşmək lazımdır

4-- Əgər tutulmuş masalarda oturmaq üçün sizə icazə verməsələr belə, hər kəs sərbəst surətdə əyləşə bilər

A) I- 2, 3; II- 1, 4

B) I- 1, 2; II- 3, 4

C) I- 1, 4; II- 2, 3

D) I -1, 3; II - 2, 4

E) I- 2, 4; II- 1, 3



36. İctimai iaşə sahəsində davranış və ünsiyyət mədəniyyətində I- doğrudur, II- doğru deyil

1-ictimai iaşə obyektinə dəvət olunanların hesabını dəvət edən verməlidir

2-ictimai iaşə obyektinə dəvət olunanların hesabını hər kəs özü verməlidir

3 -yemək salonuna girərkən, kişilər qadınlara sağ qollarını  verirlər

4-yemək salonuna girərkən, kişilər qadınlara sol qollarını  verirlər

A) I- 1, 3; II- 2, 4

B) I- 1, 2; II- 3, 4

C) I -1, 4; II - 2, 3

D) I- 2, 3; II- 1, 4

E) I- 2, 4; II- 1, 3



37. İctimai iaşə sahəsində davranış və ünsiyyət mədəniyyətində I- doğrudur, II- doğru deyil

1-pilləkəndən çıxarkən əvvəl qadın çıxar

2-yemək salonuna girərkən, kişilər qadınlara sağ qollarını  verirlər

3 -pilləkəndənenərkən kişi qabaqda olmalıdır

4-Bir liftə minərkən,ya da düşərkən kişilər qabaqda, qadınlar arxada dayanır

A) I- 1, 2; II- 3, 4

B) I -1, 3; II - 2, 4

C) I- 1, 4; II- 2, 3

D) I- 2, 3; II- 1, 4

E) I- 2, 4; II- 1, 3



38. I- doğrudur, II- doğru deyil

1-avtomobildə qadının yeri arxa sağ tərəf qəbul edilir

2-avtomobildə qadının yeri arxa sol tərəf qəbul edilir

3 -taksiyə minərkən isə əvvəl kişilər minər

4-taksiyə minərkən isə əvvəl qadınlar minər

A) I -1, 3; II - 2, 4

B) I- 1, 2; II- 3, 4

C) I- 1, 4; II- 2, 3

D) I- 2, 3; II- 1, 4

E) I- 2, 4; II- 1, 3



39. Uyğunluğu müəyyən edin:

I – daimi vəzifələr

II- müvəqqəti tapşırıqlar

1- ailə təsərrüfatında hər gün təkrarlanan əmək

2- əvvəlcədən bilmək çətindir

3- məişət avadanlıqlarının təmiri

4- qida məhsullarının alınması

A) I- 1, 3; II- 2, 4

B) I-1, 2; II- 3, 4

C) I- 1, 4 ; II- 2, 3

D) I- 2, 3; II-1, 4

E) I- 3, 4; II-1, 2



40. Uyğunluğu müəyyən edin:

I – müvəqqəti tapşırıqlar

II- daimi vəzifələr

1- ailə təsərrüfatında hər gün təkrarlanan əmək

2- xəstələrə qulluq

3- məişət avadanlıqlarının təmiri

4- qida məhsullarının alınması

A) I- 2, 4; II-1, 3

B) I-1, 2; II- 3, 4

C) I- 1, 3; II- 2, 4

D) I- 2, 3; II- 1, 4

E) I- 3, 4; II-1, 2



41. Uyğunluğu müəyyən edin:

I – daimi vəzifələrə aiddir

II- müvəqqəti tapşırıqlara aiddir

1- quşlara qulluq

2- qonaqların qarşılanıb və yola salınması

3- qohum və dostlara kömək

4- mənzilin yığışdırılması

A) I- 3, 4; II-1, 2

B) I-1, 2; II- 3, 4

C) I- 1, 3; II- 2, 4

D) I- 2, 4; II-1, 3

E) I- 1, 4; II- 2, 3



##num= 2// level = 2// sumtest =40 // name= Ailə büdcəsinin formalaşdırılması//

1. İqtisadiyyatda qəbul edilmiş ailə anlayışı nədir?

A) ata, ana və övladlarailə hesab edilir

B) bir yerdə yaşayan və ümumi təsərrüfat aparan insanlar ailə hesab edilir

C) bir yerdə yaşamayan, amma ümumi təsərrüfat aparan insanlar ailə hesab edilir

D) harada yaşayıb və işləməsindən asılı olmayaraqü baba, nənə, ata, ana və övladlar ailə hesab edilir

E) bir yerdə yaşayan, amma hər kəsin öz təsərrüfatı olan insanlar ailə hesab edilir



2. Hansı doğrudur?

A) ailə büdcəsi, dövlət büdcəsindən əsaslı surətdə fərqlənir

B) ailə büdcəsi yalnız atanın və ananın pul və maddi aktivlərinin məcmusudur

C) ailə büdcəsi bütün ailə üzvlərinin pul və maddi aktivlərinin məcmusudur

D) ailə büdcəsi də şəxsi büdcə kimi aktivlərdən ibarətdir

E) ailə büdcəsi ilə dövlət büdcəsininm strukduru müxtəlifdir



3. Məcmu xərclər nədir?

A) məcmu xərclər ailə büdcəsinin passivləridir 

B) məcmu xərclər sabit xərclər və dəyişən xərclərin fərqidir

C) məcmu xərclər yalnızsabit xərclərdir

D) məcmu xərclər sabit xərclər və dəyişən xərclərin cəmidir

E) məcmu xərclər ailə büdcəsinin aktivləri və passivləridir 



4. Sabit xərclər  nədir?

A) sabit xərclər  qabaqcadan həyata keçirilməyən xərclərdir

B) sabit xərclər  istehsal miqdarından asılı olan xərclərdir

C) sabit xərclər  birbaşa xərclərdir

D) sabit xərclər  dolayı xərclərdir

E) sabit xərclər  istehsal miqdarından asılı olamayan, ona bağlı artıb azalmayan xərclərdir



5. Daimi xərclərə hansılar aid edilir?

A) qida məhsullarının alınması, dövri xərclər

B) qida məhsullarının alınması, kommunal xərclərin ödənilməsi, dövri mətbuata abunə haqqı

C) kommunal xərclərin ödənilməsi, mövsümü xərclər

D) dövri mətbuata abunə haqqı, gözlənilməz xərclər

E) dövri, mövsümü və gözlənilməz xərclər



6. Dövri xərclərəhansılar aid edilir?

A) mövsümü xərclər

B) mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait və kommunal xərclər

C) mebelin, müxtəlif geyimlərin, məişət texnikasının alınması və s

D) gözlənilməz xərclər

E) qida məhsullarının alınması



7. Hansı doğrudur?

A) atanın sözünün keçdiyi ailələrə madərşah ailə deyilir

B) ailə sözünün əsli yunancadan gəlir və "dayanmaq" mənasını verir

C) ailə sözünün əsli farscagan gəlir və "qurmaq" mənasını verir

D) ailə sözünün əsli ərəbcədən gəlir və "dayanmaq" mənasını verir

E) ananın sözünün keçdiyi ailələrə də pədərşah ailə deyilir



8. Hansı doğrudur?

A) ailə büdcəsinin passivləri büdcə aktivlərinin  yerləşdirilməsi üsullarıdır

B) istehsalın həcmindən asılı olan ödəmələr sabit xərclər adlanır

C) mebelin, müxtəlif geyimlərin alınması sabit xərclərə aiddir

D) büdcə ərəb dilindən tərcümədə ,,çanta” deməkdir

E) ailə büdcəsinin passivləri bütün borc və öhdəliklərin məcmusudur.



9. Ev təsərrüfatının rasional aparılması nə deməkdir?

A) ərzaqların bahalı qiymətə alınmasıdır

B) ilk növbədə, ərzaqların keyfiyyətli olması və sərfəli qiymətə alınmasıdır

C) ərzaqların ucuz olmasıdır

D) bazarlığın əvvəlcədən planlaşdırılmasıdır

E) ev kitabının tərtib edilməsidir



10.Ailə büdcəsinin passivləri nədir?

A) banklardan götürülən kreditlər

B) ailə üzvlərinin maaşları

C) valideynlərin gəlirləri, kredit təşkilatlarından və ya başqa insanlardan alınan borclar

D) verilən borclar

E) qaytarılan borclar



11.Həkimlər gün ərzində qidalanmanı bu cür səmərəli hesab edirlər:

A) səhər yeməyi 10 - 15%, günorta yeməyi 50%, axşam yeməyi

B) səhər yeməyi 50%, günorta yeməyi 25%, axşam yeməyi 20 - 25%

C) səhər yeməyi 50% , günorta yeməyi 30 - 35%, axşam yeməyi 15 - 20%

D) 30% səhər yeməyi 25 - 30%, günorta yeməyi 50%, axşam yeməyi 20 - 25%

E) səhər yeməyi 25 - 30%, günorta yeməyi 20 - 25%, axşam yeməyi 50%

12.Mövsümi xərcləri seçin:

1- qışa giləmeyvə və tərəvəzlərin tədarükü

2- istismar müddəti qurtarmış əsyaların təmir olunması üçün xərclənmiş vəsait

3- bağ sahəsi üçün tinglərin və gübrələrin alınması

4-məişət texnikasının alınması

A) 1, 2

B) 1, 4

C) 2, 4

D) 2, 3

E) 1, 3


13. Dövri xərcləri seçin:

1- mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait

2- dövri mətbuata abunə haqqı

3- bağ sahəsi üçün tinglərin və gübrələrin alınması

4-məişət texnikasının alınması

A) 2, 4

B) 1, 4

C) 2, 3



D) 1, 3

E) 1, 2



14. Dəyişən xərclərhansılardır?

1- dövri və mövsümü xərclər

2- gözlənilməz xərclər

3- kommunal xərclərin ödənilməsi

4-məişət texnikasının alınması

A) 2, 3

B) 2, 4

C) 1, 2


D) 1, 3

E) 1, 4



15. Daimi xərclərhansılardır?

1- dövri və mövsümü xərclər

2- qida məhsullarının alınması

3- kommunal xərclərin ödənilməsi

4- gözlənilməyən xərclər

A) 1, 2

B) 2, 4

C) 1, 3

D) 2, 3

E) 1, 4



16.Daimi xərclərə aid deyil.

1- qida məhsullarının alınması

2- məişət texnikasını alınması

3- kommunal xərclərin ödənilməsi

4- gübrələrin alınması

A) 1, 4

B) 2, 3

C) 1, 3

D) 1, 2

E) 2, 4


17. Daimi xərclərə aid deyil:

1- qida məhsullarının alınması

2- məişət texnikasını alınması

3- mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait

4- dövri mətbuata abunə haqqı

A) 2, 4

B) 2, 3

C) 1, 3



D) 1, 2

E) 1, 4



18. Büdcəyə qənaət etməyin əsas prinsiplərinə aid olanları seçin:

1 - yalnız plastik kartdan istifadə edin

2 - aldığınız ərzaqları, kredit kartı ilə yox pulla ödəyin

3 - kommunal xərclərə qənaət edin

4 - çalışın, ən iri dükanlardan alış-veriş edəsiniz

5 - dükana getməzdən əvvəl evdə yaxşıca yeyin

A) 1, 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 4, 5

E) 3, 4, 5

19. Büdcəyə qənaət etməyin əsas prinsiplərinə aiddir:

1 - şalışın tez-tez tozsovuranın torbasını təmizləyəsiniz

2 - yalnız plastik kartdan istifadə edin

3 - çalışın, kiçik dükanlardan alış-veriş edəsiniz

4 - özünüzlə işə yemək aparın

5 - paltar yuyan maşını dolmuş şəkildə istifadə edin

A) 1, 2, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 1, 4, 5

E) 3, 4, 5

20. Büdcəyə qənaət etmək üçün hansı qaydalara əməl etmək məsləhətdir?

1 - aldığınız ərzaqları pulla ödəyin

2 - bazarlığı əvvəlcədən planlaşdırmaq

3 - marketə və ya bazara ac getmək

4 - hamı aldığı malı almaq

5 - alacağınız ərzaqların siyahısını tərtib etmək

A) 2, 3, 5

B) 1, 4, 5

C) 1, 2, 3

D) 2, 3, 4

E) 1,2, 5

21. Mövsümi xərclərə aid olmayanları seçin:

1 - istismar müddəti qurtarmış əsyaların təmir olunması üçün xərclənmiş vəsait

2 - giləmeyvə və tərəvəzlərin tədarükü

3 - bağ sahəsi üçün tinglərin və gübrənin alınması

4 - məişət texnikasını alınması

A) 1, 3

B) 2, 3

C) 1, 4

D) 2, 4

E) 1, 2

22.Ev təsərrüfatına vəev təsərrüfatının idarə olunmasına aid olanların ardıcıllığını müəyyən edin:

1- əmlak

2- ev işlərinin yerinə yetirilməsi

3- pul vəsaitləri

4- yeməyin hazırlanması

5- xirda təmir işləri

6- ev şəraitində istifadə edilən əmək alətləri

A) 1, 3, 6, 2, 4, 5

B) 1, 2, 3,4, 5, 6

C) 1, 3, 5, 2, 4, 6

D) 1, 4, 6, 2, 3, 5

E) 4, 5, 6, 1, 2, 3

23.Daimi xərclərə vədəyişən xərclərə aid olanların ardıcıllığını göstərin?

1-qida məhsullarının alınması

2- mebelin və ya müxtəlif geyimlərin alınması

3-kommunal xərclərin ödənilməsi

4- toy və nişan mərasimlərinə dəvət

A) 1, 2, 3, 4

B) 1, 3, 2, 4

C) 1, 4, 2, 3

D) 2, 4, 1, 3

E) 3, 4, 1, 2

24.Dəyişən xərclərə və daimi xərclərə aid olanların ardıcıllığını göstərin?

1- toy və nişan mərasimlərinə dəvət

2- qida məhsullarının alınması

3-kommunal xərclərin ödənilməsi

4- mebelin və ya müxtəlif geyimlərin alınması

A) 1, 3, 2, 4

B) 1, 2, 3,4

C) 1, 4, 2, 3

D) 2, 4, 1, 3

E) 3, 4, 1, 2

25. Daimi xərclərə və dəyişən xərclərə aid olanların ardıcıllığını göstərin?

1- müəyyən vaxt ərzində dəyişməyən xərclər

2-xəstələnmək

3-qabaqcadan planlaşdırması mümkün olan xərclər

4- qışa giləmeyvə tədarükü görmək

A) 2, 4, 1, 3

B) 1, 2, 3,4

C) 1, 4, 2, 3

D) 1, 3, 2, 4

E) 3, 4, 1, 2

26.Dövri xərclərə və mövsümi xərclərə aid olanların ardıcıllığını göstərin?

1- gübrələrin alınması

2-tərəvəzlərin tədarükü

3-istismar müddəti qurtarmış əşyaların

4- mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait

A) 3, 1, 4, 2

B) 1, 2, 3,4

C) 1, 4, 2, 3

D) 2, 4, 1, 3

E) 3, 4, 1, 2

27. Mövsümi xərclərə və gözlənilməyən xərclərə aid olanların ardıcıllığını göstərin?

1- gübrələrin alınması

2-tərəvəzlərin tədarükü

3-qəzaya uğrama

4- yubileylər

A) 1, 3, 2,4

B) 1, 2, 3, 4

C) 1, 4, 2, 3

D) 2, 4, 1, 3

E) 3, 1, 4, 2

28. Gözlənilməyən xərclərə və dövri xərclərə aid olanların ardıcıllığını göstərin?

1- istismar müddəti qurtarmış əşyaların alınması

2-məişət texnikasının təmiri

3-xəstələnmə

4- qəfil baş vermiş hadisələr

A) 1, 4, 2, 3

B) 1, 3, 2,4

C) 3, 4, 1, 2

D) 2, 4, 1, 3

E) 3, 1, 4, 2

29. Gün ərzində qidalanmanın ümumi enerji dəyərinin %-lə miqdarının hansının doğru olduğunu ardıcıllıqla (səhər yeməyi, günorta yeməyi və axşam yeməyi) göstərin:

1- səhər yeməyi - 25—30 %

2 - səhər yeməyi - 20—25 %

3- axşam yeməyi 20—25 %

4- günorta yeməyi - 60 %

5- günorta yeməyi - 50 %

6- axşam yeməyi 15—20 %

A) 1,4, 6

B) 2,4, 6

C) 1, 5, 3

D) 2, 4, 3

E) 2, 5, 3

30. I -ev təsərrüfatına və II - ev təsərrüfatının idarə olunmasına aid olanları müəyyən edin:

1- əmlak

2- ev işlərinin yerinə yetirilməsi

3- pul vəsaitləri

4- yeməyin hazırlanması

5- xirda təmir işləri

6- ev şəraitində istifadə edilən əmək alətləri

A) I - 1, 2, 3; II - 4, 5, 6

B) I - 1, 3, 6; II - 2, 4, 5

C) I - 2, 4, 6;II - 1, 3, 5

D) I - 2, 3, 5; II - 1, 4, 6

E) I - 4, 5, 6II - 1, 2, 3

31. I - ev təsərrüfatının idarə olunmasına və II - ev təsərrüfatına aid olanları müəyyən edin:

1- əmlak

2- ev işlərinin yerinə yetirilməsi

3- pul vəsaitləri

4- yeməyin hazırlanması

5- xirda təmir işləri

6- ev şəraitində istifadə edilən əmək alətləri

A) I - 2, 4, 6;II - 1, 3, 5

B) I - 1, 2, 3; II - 4, 5, 6

C) I - 2, 4, 5; II -1, 3, 6

D) I - 2, 3, 5; II - 1, 4, 6

E) I - 4, 5, 6II - 1, 2, 3

32. I - ev təsərrüfatının idarə olunmasına aiddeyilvə II - ev təsərrüfatına aiddeyil:

1- əmlak

2- ev işlərinin yerinə yetirilməsi

3- pul vəsaitləri

4- yeməyin hazırlanması

5- ev şəraitində istifadə edilən əmək alətləri

6-xirda təmir işləri

A) I - 2, 3, 5; II - 1, 4, 6

B) I - 1, 2, 3; II - 4, 5, 6

C) I - 2, 4, 5; II - 1, 3, 6

D) I - 1, 3, 5; II - 2, 4, 6

E) I - 4, 5, 6 II - 1, 2, 3

33.I - daimi xərclərə və II -dəyişən xərclərə aid olanların uyğunluğunumüəyyən edin:

1- qida məhsullarının alınması

2- bağ sahəsi üçün tinglərin və gübrələrin alınması

3- kommunal xərclərin ödənilməsi

4-məişət texnikasının alınması

A) I - 2, 4;II - 1, 3

B) I - 1, 2; II - 3, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 2, 3; II - 1, 4

E) I - 1, 3; II -2, 4

34. I - daimi xərclərə və II - dəyişən xərclərə aid olanların uyğunluğunumüəyyən edin:

1- qida məhsullarının alınması və kommunal xərclərin ödənilməsi

2- mənzilin yenidən təmir olunması üçün xərclənmiş vəsait

3- qışa giləmeyvə və tərəvəzlərin tədarükü,

4- dövri mətbuata abunə haqqı

A) I - 1, 2; II - 3, 4

B) I - 1, 4; II -2, 3

C) I - 1, 3; II - 2, 4

D) I - 2, 3; II - 1, 4

E) I - 2, 4; II - 1, 3

35. I - dövrü xərclərə və II - mövsümü xərclərə aid olanların uyğunluğunumüəyyən edin:

1- mebelin və müxtəlif geyimlərin alınması

2- məişət texnikasını alınması

3- bağ sahəsi üçün tinglərin və gübrələrin alınması

4- qışa giləmeyvə və tərəvəzlərin tədarükü

A) I - 1, 3; II - 2, 4

B) I - 1, 4; II - 2, 3

C) I - 1, 2; II - 3, 4

D) I - 2, 3; II - 1, 4

E) I - 2, 4; II - 1, 3

36. I - mövsümü xərclərə və II -gözlənilmətən xərclərə aid olanların uyğunluğunumüəyyən edin:

1- bağ sahəsi üçün tinglərin və gübrələrin alınması

2- xəstələnmə

3- qəzaya uğrama

4- qışa giləmeyvə və tərəvəzlərin tədarükü

A) I - 2, 3; II - 1, 4

B) I - 3, 4; II - 1, 2

C) I - 1, 3; II - 2, 4

D) I - 1, 4; II - 2, 3

E) I - 2, 4; II - 1, 3

37. I - qidalanma mədəniyyətinə aiddir və II - ev təsərrüfatının rasional aparılmasına aiddir:



1-qidanın müxtəlifliyi

2-ərzaqların sərfəli qiymətə alınmasıdır

3-ərzaqların keyfiyyətli olması

4-qidanın rasion tarazlığı

A) I - 2, 4; II - 1, 3

B) I - 3, 4; II - 1, 2

C) I - 1, 3; II - 2, 4

D) I - 2, 3; II - 1, 4

E) I - 1, 4; II - 2, 3

38. I - ailə büdcəsinin passivlərinə aiddir və II -ailənin xərclərinə aiddir:

1-valideynlərin gəlirləri

2-vergilər

3-kredit təşkilatlarından və ya başqa insanlardan alınan borclar

4-şəxsi xərcləmə

A) I - 2, 3; II - 1, 4

B) I - 1, 2; II - 3, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 1, 3; II -2, 4

E) I - 2, 4; II - 1, 3

39. Uyğunluğu müəyyən edin:

I - Qənaət

II - İsraf

1 - alacağınız ərzaqların siyahısını tərtib edin

2 - özünüzlə işə yemək aparın

3 - tozsovuranın torbasını təmizləyin

4 - aldığınız ərzaqları yalnız kredit kartı ilə alın

A) I - 2, 3; II - 1, 4

B) I - 1, 3; II - 2, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 3, 4; II - 1, 2

E) I - 1, 2; II - 3, 4


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə