Sahə 1 Planlaşdırma və dərsə hazırlıq Komponent 1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək


Komponent 2.2: Öyrənmə mədəniyyəti formalaşdırmaq



Yüklə 433,19 Kb.
səhifə2/5
tarix06.12.2017
ölçüsü433,19 Kb.
#34035
növüDərs
1   2   3   4   5

Komponent 2.2: Öyrənmə mədəniyyəti formalaşdırmaq

“Öyrənmə mədəniyyəti” həm şagirdlər, həm də müəllim tərəfindən həyata keçirilən işlərin təhsil baxımından əhəmiyyətini əks etdirməklə sinifdəki mühiti təcəssüm etdirir. O fəaliyyət və tapşırıqlar ilə əlaqədar fərdlər arasında qarşılıqlı əlaqələri tənzimləyən normaları, gərgin əməyin və inadcıllığın dəyərini və sinifin ümumi ahəngini əks etdirir. Sinif yüksək qavrayış göstəricisi, “baş verən bütün hadisələr əhəmiyyətlidir” yanaşması və işlərin düzgün görülməsi vacibdir və faydalıdır” mövqeyi ilə xarakterizə olunur. Bütün şagirdlər üçün yüksək gözləntilər mövcuddur;sinif müəllim və şagirdin öyrənmə prosesini və gərgin əməyi dəyərləndirdiyi bir məkandır.

Öyrənmə mədəniyyəti uğurla yarada bilən müəllimlər şagirdlərin əqli cəhətdən yaradıcı xarakterə malik olduğunu və tədris prosesinin çoxsaylı çətinliklərindən birinin şagirdlərin təbii enerjisinin kurrikulumun məzmununa doğru yönəldilməsi olduğunu bilirlər. Onlar həmçinin, şagirdlərin mürəkkəb fiziki bacarıqlar əldə etdikləri zaman fəxr hissi keçirdikləri kimi çətin məzmunları qavradıqları zaman da böyük məmnunluq və həqiqi güc hissi keçirdiyini bilirlər.

Gərgin əmək mədəniyyətinin bir hissəsi düşüncə və ifadələrin dəqiqləşdirilməsini əhatə edir; sinifləri bu cür mədəniyyət nümayiş etdirən müəllimlər şagirdlərin öz fikirlərini aydın şəkildə çatdırmaq üçün müvafiq dildən istifadə etdiklərini israr edirlər.Dəqiqləşməyə xüsusi diqqətin yetirilməsi həm müəllim, həm də şagird tərəfindən düşüncənin keyfiyyətinə verilən əhəmiyyəti əks etdirir; bu yanaşma sinfin əhəmiyyətli işlərin həyata keçirildiyi işgüzar mühitə malik məkan olduğunu ifadə edir.Sinifdəki mühit çılğın, hətta əyləncəli ola bilər, əsla kobud olmaz.

Bu komponentin elemetləri aşağıdakılardır:


    • Məzmunun və öyrənmənin əhəmiyyəti

Güclü öyrənmə mədəniyyətinə malik sinifdə müəllimlərin şagirdlərin öyrəndikləri predmetlərin təhsil dəyərini çatdırır.

    • Öyrənmə və nailiyyətlər ilə bağlı gözləntilər

Adekvat öyrənmə mühitinə malik siniflərdə bütün şagirdlər işin çətin olmasına baxmayaraq gərgin çalışmağa hazır olduqları təqdirdə onun öhdəsindən gələ biləcəklərinə dair mesaj alırlar.Müəllimin şagirdlər ilə münasibətdə yüksək gözləntilər nümayiş etdirməsi onların şagirdlər tərəfindən dəqiq dildən istifadə edilməsi ilə bağlı tələbkarlığından irəli gəlir.

    • Şagirdin işi ilə fəxr etməsi

Şagirdlər öz bacarıqlarına inandıqları təqdirdə öz enerjilərini həyata keçirdikləri tapşırığa sərf etməyə hazır olurlar və əldə etdikləri uğurlu nəticələr ilə fəxr edirlər. Bu fəxr hissi onların sinif yoldaşları və müəllim ilə qarşılıqlı əlaqələrində əks olunur.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Öyrənilən biliklərin dəyərinə inam

    • Həm öyrənmə, həm də iştirak ilə münasibətdə həm şifahi, həm qeyri-şifahi davranışlar vasitəsilə dəstəklənən yüksək gözləntilər

    • Şagirdlər tərəfindən yüksək keyfiyyətli iş ilə əlaqədar gözlənti

    • Şagirdlər tərəfindən səy və inadcıllıq ilə əlaqəli gözlənti və etiraflar

    • İfadə və iş məhsulları ilə əlaqədar yüksək gözləntilər

Komponent 2.2: Öyrənmə mədəniyyəti formalaşdırmaq







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

2.2 Öyrənmə mədəniyyəti formalaşdırmaq

a. Məzmunun və öyrənmənin əhəmiyyəti

Müəllim məzmunun əhəmiyyəti ilə bağlı heç bir fikir səsləndirmir və ya bunu kənar amillər ilə əlaqələndirir.

Müəllim qeyri müntəzəm nəticələrlə məzmunun əhəmiyyətini çatdırmaya çalışır və yalnız bəzi materialı mənimsəyə biləcəkləri inamını ifadə edir.

Müəllim məzmunun əhəmiyyətini çatdırır və bütün şagirdlərin gərgin əmək sayəsində materialı mənimsəyə biləcəkləri inamını ifadə edir.

Müəllim məzmunun və öyrənmənin əhəmiyyətini həvəslə izah edir və bütün şagirdlərin gərgin əmək sayəsində materialı mənimsəyə biləcəkləri inamını ifadə edir..




b. Öyrənmə və nailiyyətlər ilə bağlı gözləntilər

Müəllim müəyyən qism şagirdlər üçün aşağı gözləntilərə malikdir.


Müəllim yalnız müəyyən qism şagirdlər üçün yüksək gözləntilərə malikdir və şagirdin uğur qazanmasını gərgin əməyin deyil, təbii bacarığın nəticəsi olduğunu qeyd edir.

Müəllim şagirdlərin çox çalışacağı ilə bağlı gözləntilər nümayiş etdirir.


Şagidlər suallar və rəylər vasitəsilə məzmunu başa düşmək istəklərini ifadə edirlər.





Şagirdlər yazılı və şifahi nitqdən yanlış şəkildə istifadə edirlər; müəllim onların səhvlərini düzəltmir.

Müəllim şagirdləri yazılı və şifahi nitqdən dəqiq istifadə etməyə təhrik edir, lakin israr etmir.


Müəllim şagirdlərin yazılı və şifahi nitqdən dəqiq istifadə etməsində israrlıdır.

Şagirdlər yazılı və şifahi nitqdən dəqiq istifadə edilməsində bir-birinin səhvlərini düzəldir.




c. Şagirdin işi ilə fəxr etməsi

Şagirdlər işə münasibətdə az və ya heç bir fəxarət hissi nümayiş etdirmirlər.


Şagirdlər işi sərbəst şəkildə yerinə yetirmək üçün azacıq səy nümayiş etdirir; əksər şagirdlər “asan yol” axtardıqlarını qeyd edirlər.

Şagirdlər işi yüksək keyfiyyətlə yerinə yetirmək üçün çoxlu səy göstərirlər.


Şagirdlər gördükləri işin keyfiyyətinin yüksəldilməsi və məzmunun dərk edilməsi məqsədilə bir-birlərinə yardım edirlər.




  • Müəllim şagirdlərə deyir ki, onlar dərsi ona görə edirlər ki, bu kitabda verilib və ya rayon tərəfindən tələb edilir.

  • Müəllim şagirdə deyir:“Nə üçün daha asan problemi həll etməyə çalışmırsan?”

  • Şagirdlər səliqəsiz və ya natamam iş ərsəyə gətirirlər.

  • Əksər şagirdlər verilmiş tapşırığöa girişmir və müəllim də onların bu davranşlarına fikir vermir.

  • Şagidlər ev tapşırıqlarını yerinə yetirməmişdir;müəllim reaksiya vermir.

  • və s…

  • Müəllim deyir: “Gəlin bunu edək.”

  • Müəllim deyir: “Düşünürəm ki, sizin əksəriyyətiniz bunu edə biləcəkdir.”

  • Şagirdlər bir-birlərinin fikirlərinə mane olmadan sual vərəqəsinin doldurulmasında məsləhətləşmələr aparırlar.

  • Müəllim çətinlik çəkən şagirdləri həvəsləndirmir.

  • Tapşırıq verildikdən və ya otağa daxil olduqdan sonra yalnız müəyyən qism şagirdlər işləmək hüququna malik olurlar.

  • və s …

  • Müəllim deyir: “Bu çox mühümdür; iş üçün müraciət edən zaman İngilis dilində qrammatik baxımdan düzgün danışmalısız.”

  • Müəllim deyir: “Bu fikir həqiqətən də əhəmiyyətlidir! Bu tarixi başa düşməyimiz baxımından çox vacibdir.”

  • Müəllim deyir: “Gəlin bunun üzərində birgə çalışaq;bu çətindir, lakin sizin hamınız onun öhdəsindən uğurla gələcəksiniz.”

  • Müəllim vərəqi şagirdə geri qaytararaq deyir:“Mən bilirəm ki, sən daha yaxşısını bacararsan.”Şagird şikayət etmədən bunu qəbul edir.

  • Tapşırıq verildikdən və ya otağa daxil edildikdən dərhal sonra şagirdlər işə başlayırlar.

və s …

  • Müəllim deyir: “Çoxhədlilərin əmsalının müəyyən edilməsi üçün nümunələrin tapılması həqiqətən də çox əyləncəlidir.”

  • Şagird deyir: “Mən nə üçün problemin bu cür həll edilməsinin daha yaxşı olduğunu başa düşə bilmirəm.”

  • Şagird müəllimin izahına diqqətlə qulaq asmadığı üçün sinif yoldaşından məzmunu ona izah etməyi xahiş edir.

  • Şagirdlər bir-birlərini sual-cavab edirlər.

  • Şagird işin necə gücləndirilə bildiyini gördüyü üçün onun müəyən hissəsinin yenidən edilməsini müəllimdən xahiş edir.

və s …


Komponent 2.3: Sinifdaxili prosedurları idarə etmək

Səlis fəaliyyət göstərən sinif keyfiyyətli təhsil və şagirdlərin yüksək səviyyədə cəlb olunması üçün başlıca şərtdir. Müəllimlər sinfin səlis fəaliyyətinin təmin edilməsi üçün müvafiq qayda və proseduralar müəyyən edir və onlardan effektiv şəkildə istifadə edilməsinə nəzarət edir. Yaxşı idarə olunan siniflərin əsas göstəriciləri təhsilalanların qruplarından səmərəli istifadə edilməsindən, qeyri-təhsil tapşırıqlarının səmərəli şəkildə tamamlanmasından və yaranmış əlverişli fürsətdən yararlanmaq və təhsil müddətini maksimum həddə çatdırmaq məqsədilə tədbirlər arasında keçidin və materalların idarə olunmasının ağıllı şəkildə həyata keçirilməsindən ibarətdir. Effektiv qaydaların yaradılması və şagirdlərin onlardan istifadə etməyə öyrədilməsi “sinif sərbəst şəkildə idarə olunur” düşüncəsindən qaynaqlana bilər.

Bu komponentin elementləri aşağıdakılardır:


    • Təhsilalanların qruplarının idarə edilməsi

Müəllimlər şagirdlərdə müəllimin azacıq nəzarəti altında qruplar çərçivəsində və ya müstəqil surətdə məqsədyönlü şəkildə və əməkdaşlıq ruhunda çalışmaq bacarıqlarının aşılanmasına yardım edir.

    • Keçidlərin idarə olunması

Əksər dərslər şagirdləri müxtəlif növ tədbirlərə cəlb edir:böyük qrup, kiçik qrup, müstəqil çalışma.Bir tədbirdən digərinə keçən zaman şagirdlərin mümkün qədər az vaxt itirməsi mühüm əhəmiyyət kəsb edir; şagirdlər tapşırıqlar barədə məlumatlıdır və onları səlis şəkildə yerinə yetirir.

    • Material və vəsaitlərin idarə edilməsi

Təcrübəli müəllimlər bütün zəruri materialları hazır şəkildə saxlayırlar və təhsil prosesinə minimum dərəcədə təsir etməklə materialların paylanması və toplanması ilə əlaqədar müvafiq qaydaların necə həyata keçirilməsini şagirdlərə öyrədirlər.

    • Sinifdaxili qaydaların işləməsi

Ümumiyyətlə, şagirdlərin davamiyyətinin yoxlanılması, nahar üçün şagirdlərin sayılması və ya ekskursiya üçün icazə vərqələrini toplanılması kimi tədbirlərə təhsil saatının kiçik bir hissəsi sərf olunur.

    • Könüllülərə və yarım-peşəkarların fəaliyyətinə nəzarət

Heç də bütün müəllimlər könüllü və yarım-peşəkarların yardımından faydalana bilməsələr də, bunu edənlər qeyd edilən şəxslərin öz vəzifələrini tam dərk etməsi və onları icra etmək üçün zəruri biliklər əldə etməsi məqsədilə həm təşkilatı, həm də idarəetmə işlərinin həyata keçrilməsinə ehtyac yarandığını bilirlər.

Götəricilər sırasına aşağıdakılar daxildir:



    • Bütün qaydaların səlis işləməsi

    • Təhsil vaxtında itkinin olmaması və ya az itkinin olması

    • Qaydaların həyata keçirilməsində şagirdlərin mühüm rol oynaması

    • Şagirdlərin nə etməli olduqlarını, haraya getməli olduqlarını bilməsi

Komponent 2.3: Sinifdaxili prosedurları idarə etmək







QEYRİ -KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

2.3 Sinifdaxili prosedurları idarə etmək

a. Təhsilalanların qruplarının idarə edilməsi


Məüllim ilə işləməyən şagirdlər məhsuldar şəkildə prosesə cəlb olunmur.

Müəllim ilə birbaşa işləməyən şagirdlər yalnız qismən prosesə cəlb olunur.

Kiçik qrup və ya müstəqil çalışmalar zamanı şagirdlər məhsudlar şəkildə cəlb olunur.


Müəllim tərəfindən minimum həvəsləndirmə ilə şagirdlər vaxtdan məhsuldar şəkildə istifadə olunmasını təmin edirlər.




b. Keçidlərin idarə olunması


Keçidlər yaxşı təşkil olunmur və təhsil vaxtının itkisi ilə müşahidə olunur.

Keçidlər ilə bağlı prosedurların mövcud olduğu görünür, lakin onlar səlis şəkildə işləmir.

Böyük və kiçik qrup tədbirləri arasında keçid səlis şəkildə həyata keçirilir.

Şagirdlər özləri keçidlərin səlis şəkildə yerinə yetirilməsini təmin edirlər.




c. Material və vəsaitlərin idarə edilməsi

Materialların paylanması və yığılması üçün hər hansı müəyyən olunmuş prosedurların mövcudluğu nəzərə çarpmır.

Materialların paylanması və yığılması ilə əlaqədar müəyyən edilmiş qaydaların mövcud olması nəzərə çarpır, lakin şagirdlər onların necə həyata keçirilməsi ilə bağlı müəyyən çaşqınlığa malikdirlər.

Material və vəsaitlərin paylanması və yığılması ilə əlaqədar qaydalar effektiv şəkildə işləyir.

Şagirdlər materialların effektiv şəkildə paylanması və yığılması üçün təşəbbüslər edirlər.





d. Sinifdaxili qaydaların işləməsi

Qeyri-müəyyən prosedurlar səbəbindən təhsil müddətinin xeyli hissəsi itkiyə gedir.

Sinifdaxiili qismən effektiv qayda və prosedurlar səbəbindən təhsil müddətinin müəyyən hissəsi itkiyə gedir.

Sinifdaxili prosedurlar rahat işləyir və təhsil vaxtının kiçik bir hissəsi itkiyə gedir.


Şagirdlər özləri effektiv və səlis sinifdaxili qayda və prosedurlara riayət etməklə təhsil müddətini maksimum səviyyəyə çatdırırlar.




  • Kiçik qruplara keçən zaman şagirdlər hara getməli olduqları, stullarını özləri ilə götürməli olduqlarıvə s. barədə suallar verirlər.

  • Material və vəsaitlər üçün uzun növbə vardır.

  • Vəsaitlərin paylanılması və yığlıması vaxt aparan prosesdir.

  • Növbə gözləyən zaman şagirdlər bir-biri ilə toqquşurlar və ya ya qələmlərinin ucunu itiləyirlər.

  • Dərsin əvvəlində rolların bölüşdürülməsi kifayət qədər çox vaxt aparır və şagirdlər heç nəyin üzərində çalışmırlar.

  • və s…

  • Müəllim ilə çalışmayan bəzi şagirdlər çalışamdan kənarda qalır.

  • Böyük və kiçik qruplar arasında keçid üçün beş dəqiqə tələb olunsa da, mədəni şəkildə həyata keçirilir.

  • Materiallar paylandılğı və ya yığıldığı zaman şagirdlər nə etməli olduqlarını soruşurlar.

  • Şagirdlər proseduralar barədə izahedici suallar verirlər.

  • Davamiyyət barədə qeydlərin aparılması tam olaraq sistemləşdirilməyib; müəllim qeydiyyat formasını doldurana qədər şagirdlər boş otururlar.

  • və s …

  • Kiçik qrup çalışmasından şagirdlər rollar formalaşdırmışdır; onlar bir-birinə qulaq asaraq fikirləri ümumiləşdirirlər, və s.

  • Şagirdlər böyük və kiçik qrup tədbirləri arasında operativ yerdəyişmə edirlər.

  • Müəllim davamiyyət barədə qeydiyyatı aparana qədər şagirldər tapşırıq üzərində işə başlayırlar.

  • Şagirdlərin öz masalarına geri qayıtmasına işarə vermək üçün müəllim geriyə sayım və s. bu kimi vaxtın ölçülməsi üzrə müəyyən sistemə malikdir.

  • Müəllim əlin qaldırılması və ya işıqların azaldılması kimi müəyyən diqqət siqnallarına malikdir.

  • Hər bir kiçik qrupun bir üzvü masa üçün materiallar toplayır.

  • və s …

  • İşlərində daha effektiv olması üçün şagirdlər müəllim ilə birgə çalışmayan kiçik qruplarda sinif yoldaşları ilə yerini dəyişir.

  • Şagird sinif yoldaşlarına onların qrup daxilində oynamalı olduqları rol barədə xatırlatma edir.

  • Şagird sinif yoldaşını keçid prosesindən sonra olmalı olduğu masaya yönləndirir.

  • Şagirdlər təkmilləşdirilmş diqqət siqnalı təklif edirlər.

  • Şagirdlər davamiyyət lövhəsində özlərini müstəqil şəkildə yoxlayırlar.

və s…

Komponent 2.4: Şagirdlərin davranışını idarə etmək

Şagirdlərin məzmuna dərin şəkildə cəlb edilməsi üçün sinifdaxili mühit öz qaydasında olmalıdır;mühit işgüzar və məhsuldar olmalı və avtoritar xüsusiyyətlərdən uzaq olmalıdır.Məhsuldar sinifdə davranış standartları şagirdlərə aydın olur;onlar nəyi edə bildikləri və sinif yoldaşlarından nələrin gözlənilə bildiyi barədə məlumatlıdırlar.Hətta davranışa düzəliş edildiyi halda belə, şagirdlər inciklik hiss etmirlər;onların ləyaqəti alçalmır.Səriştəli müəllimlər pozitiv şagird davranışına özlüyündə yekun kimi deyil, məzmuna yüksək səviyyəli cəlb olunmaq üçün ilkin şərt kimi baxırlar.

Bu komponentin elementləri aşağıdakılardır:


    • Gözləntilər

Müəllimin dedikləri və ya şagirdlərin fəaliyyətinin nəticəsi əsasında şagirdlərin davranışları üzrə gözləntilərin müəyyən edildiyi və onların həyata keçirdiyi aydın görünür.

    • Şagirdlərin davranışının monitorinqi

Təcrübəli müəllimlərin başlarının arxa tərəfində də gözlərin olması təəssüratı yaranır;onlar sinifdə baş verən hadisələrə köklənir və lazım olduğu təqdirdə şagirdlərə yardım etmək üçün çevik hərəkət edir, dərs zamanı barəsində danışılan mövzunuyenidən təşkil edirlər.Yüksək səviyyədə bu cür monitorinq profilaktik və həssas xarakter daşıyır ki, bu da onun müşahidə etmək baxımından çətinləşməsinə səbəb olur.

    • Şagirdlərin yanlış davranışlarına reaksiya

Hətta təcrübəli müəllimlər belə şagirdlərin müəyyən hallarda razılaşdırlmış davranış standartlarının bir və ya bir neçəsini pozduqlarının şahidi olurlar;müəllimin bu cür hadisəyə necə müdaxilə etməsi onun bacarıq səviyyəsini nümayiş etdirir.Səriştəli müəllimlər şagirdlərin özlərini neçə üçün bu cür apardığını başa düşməyə çalışırlar (onlarda məzmun ilə əlaqədar qeyri-əminlik varmı? Onların dostlarından müəyyən təəssürat yaratmaq istəyirlər?)və şagirdlərin ləyaqatələrinə hörmətlə yanaşmaq şərtilə məsələyə reaksiya verirlər.Ən yaxşı reaksiya yanlış davranışların elə ilk anlarda qarşısnın alınmaısıdr. Lakin heç də hər zaman bunu etmək mümkün olmur.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Yazılı şəkildə asılmış və dərs zamanı istinad edilən aydın davranış standartları

    • Davranış ilə əlaqədar müəllim və şagirdlər arasında ziddiyyətin olmaması

    • Müəllimin şagirdlərin davranışları barədə məlumatlı olması

    • Zərurət olduğu təqdirdə müəllim tərəfindən profilaktik tədbirlər

    • Yanlış davranışın olmaması

    • Pozitiv davranışların gücləndirilməsi

Komponent 2.4: Şagirdlərin davranışını idarə etmək







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

2.4 Şagirdlərin davranışını idarə etmək

a. Gözləntilər

Sinifdaxili mühit xaotikdir, heç bir davranış standartları müşahidə edilmir və ya şagirdlər onlara riayət etmir, ya da məhəl qoymurlar.



Müəllim sinifdaxili qaydalara istinad etməklə sinifdə qayda yaratmağa cəhd edir, lakin heç də həmişə müsbət nəticə əldə etmir.


Davranış standratları mövcuddur və şagirdlərin davranışı ümumilikdə məqbul səviyyədədir.


Davranış standartlarına riayət edilməsini təmin etmək məqsədilə şagirdlər sinif yoldaşlarının yanlış davranışına hörmətlə müdaxilə edir, şagirdlər tərəfindən yalnız xırda yanlış davranışlara yol verilir və onlar da operativ şəkildə həll olunur.




b. Şagirdlərin davranışının monitorinqi

Şagirdlərin davranışı az monitorinq edilir və ya tamamilə edilmir.


Müəllim şagirdlərin davranışlarını izləməyə cəhd edir, lakin heç bir aydın sistem mövcud deyildir.

Müəllim şagirdlərin davranışlarını müntəzəm şəkildə monitorinq edir.


Dərs boyunca şagirdlər özlərinin və yoldaşlarının monitorinq edir; müəllim sakit və həssas tərzdə şagirdlərin davranışlarını monitorinq edir.




c. Şagirdlərin yanlış davranışlarına reaksiya


Müəllimin xəbəri olmadan bəzi şagirdlər dərsi pozur və ya müəllim buna adekvat reaksiya vermir.

Müəllimin şagirdin yanlış davranışına verdiyi reaksiya qeyri-adekvatdır: bəzən sərt, bəzən isə yumşaq.

Müəllim şagirdin yanlış davranışına effektiv reaksiya verir.


Şagirdlərin və müəllimin yanlış davranışa reaksiyası effektivdir.




Müəllim nadir hallarda müsbət davranışı dəyərləndirir.

Müəllim şagirdlərin müsbət davranışını sistemsiz şəkildə dəyərləndirir.

Müəllim müsbət davranışı sistemli şəkildə dəyərləndirir.

Şagirdlər və müəllim sistemli şəkildə müsbət davranışı dəyərləndirirlər.




  • Şagirdlər bir-birləri ilə söhbət edirlər və məüllim onları sakitləşdirməyə çalışmır.

  • Havada hər hansı əşya uçur və müəllim böyük ehtimal ilə bunu görmür.

  • Şagirdlər otaq boyunca qaçırlar ki, bu da xaos yaradır.

  • Şagirdlər öz telefonlarından və digər elektron cihazlarından istifadə edirlər;müəllim onları dayandırmağa cəhd etmir.

  • və s …

  • Sinifdaxili qaydalar asılmışdı, lakin nə müəllim, nə də şagirdlər ona istinad edir.

  • Müəllim şagirdlərə yerlərinə qayıtmağı dəflərlə söyləyir; bəziləri buna məhəl qoymur.

  • Bir şagirdə: “Sənin gecikmə üçün icazən haradadır? Get gətir.” Digərinə: “Səndə gecikmə üçün icazə yoxdur? Gəl içəri və yerinə əyləş; artıq kifayət qədər çox dərs buraxmısan.”

  • və s …

  • Müəllimin qeyri-şifahi işarəsindən dərhal sonra, şagirdlər öz davarnışlarına düzəliş edirlər.

  • Müəllim sinfin hər tərəfində gəzir və şagirldərin davranışlarına diqqət yetirir.

  • Müəllim şagirdə ciddi nəzərlərlə baxır və şagird qonşusu ilə söhbətini dərhal kəsir.

və s …

  • Şagird sinifdaxili qaydaların birinə düzəliş təklif edir.

  • Müəllim bəzi şagirdlərin öz aralarında söhbət etdiyini görür və heç bir söz demədən onlara tərəf gedir; danışıq dərhal kəsilir.

  • Müəllim yanlış davranış barədə şagird ilə fərdi söhbət aparır.

  • Şagird saqqızın çeynənilməsi ilə əlaqədar sinifdaxili qaydalar barədə sinif yoldaşına xatırlatma edir.

və s…


Yüklə 433,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin