Komponent 3.2: Effektiv sual-cavab və müzakirə qurmaq
Sual-cavab və müzakirə metodiki strategiyalardır. Sual-cavab və müzakirələrdən təkrar sadalama və şifahi tapmaca məqsədilə deyil, şagirdlərin qavrayışlarını dərinləşdirmək vasitəsi kimi istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaxşı müəllimlər şaxələndirici və birləşdirici suallardan məharətlə istifadə etməklə şagirdləri fərzilyələr irəli sürməyə, əlaqələndirmələr aparmağa və ya əvvəllər mövcud olan fikirləri şübhə altına almağa dəvət edir. Şagirdlərin suallara cavab verməsi yüksək dəyərləndirilir;effektiv müəllimlər şagirdlərin cavablarına necə reaksiya vermək və onları inkişaf etdirmək və irəli sürülən ideyalardan bəhrələnmək lazım olduğunu yaxşı bilrilər. Yüksək keyfiyyətli suallar şagirdləri əvvəllər əlaqəsiz hesab edilən anlayışlar və ya hadisələr arasında əlaqələndirmə aparmağa və mürəkkəb material haqqında yeni fikrə gəlməyə sövq edir. Effektiv müəllimlər həmçinin, özləri cavablarını bilmədikləri suallar da verirlər. Sual hətta məhdud sayda doğru cavablara malik olsa belə, qeyri-şablon sual şagirdləri düşünməyə vadar edəcəkdir.
Sinif müzakirələri canlı olur və bütün şagirdləri mühüm məsələlərə cəlb edir və onların qavrayışlarını dərinləşdirmək və genişlədirmək məqsədilə dəqiq dildən istifadəni təşviq edir.Bu müzakirələr şagirdlərin özləri tərəfindən formalaşdırılan suallara əsaslana bilər.
Eyni zamanda, müəllim şagirdin suallara cavabları ətrafında müzakirə qurduqda (müəllim və ya şagird tərəfindən verilməsindən asılı olmayaraq), şagirdlər öz fikirlərini izah etmək və öz mövqeyini müdafiə etmək üçün xüsusi mətnlərdən sitatlar gətirmək və ya digər subutlar təqdim etmək məcburiyyətində olurlar. Arqumentləşdirmə amilinə bu cür diqqət yetirilməsi bütün fənnlər üçün mühüm bacarıq hesab olunan məntiqi əsaslandırma üçün baza yaradır.
Müəllimin fəaliyyətini yüksək dərəcədə dəyərləndirmək üçün heç də bütün sualların yüksək idrak səvəiyyəsinə aid olması tələb olunmur;belə ki, mövzunu tədqiq edən zaman müəllim ümumi təsəvvür formalaşdırmaq və ya sinifdə olan bütün şəxslərin cəlb olunmasını təmin etmək məqsədilə aşağı idrak səviyyəsinə malik suallar silsiləsi ilə başlaya bilər. Həmçinin, sualların yüksək səviyyədə olmasına baxmayaraq, yalnız az bir qism şagirdlər müzakirədə iştirak edərsə müəllimin komponent üzrə fəaliyyəti yüksək kimi dəyərləndirilə bilinməz. Eyni zamanda, dərslər zamanı şagirdlər kiçik qrup çalışmasına cəlb edilərsə, onların suallarının və müzakirələrinin keyfiyyəti komponentinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Şagirdlər yüksək səviyyəli suallar formalaşdırmaq üçün ilk növbədə bunu necə etmək lazım olduğunu öyrənməlidirlər. Bu səbəbdən də, ümumi sinif və ya kiçik qrup müzakirəsindən asılı olmayaraq şagirdlər tərəfindən yüksək səviyyəli sualların verilməsi müvafiq bacarıqların tədris edildiyinə dəlalət edir.
Bu komponentin elementləri aşağıdakılardır:
-
Sualların / qeydlərin keyfiyyəti
Yüksək keyfiyyətli suallar şagirdləri düşünməyə və rəy bildirməyə, öz düşüncələrini dərinləşdirməyə və öz fikirlərini sinif yoldşarlının fikrləri ilə müqayisədə yoxlamağa sövq edir. Müəllimlər yüksək keyfiyyətli suallar verdikdə, onlar yalnız bir neçə belə sualdan istifadə edirlər və öz cavabları üzərində düşünməsi, sinif yoldaşlarının cavabları üzrə rəy bildirməsi və öz düşüncələrini dərinləşdirməsi məqsədilə şagirdlər üçün kifayət qədər vaxt ayırır. Bəzən təhlil məqsədilə müəllim şagirdlərə şifahi tapmaca formasında silsilə suallar verirlər (adətən aşağı səviyyəli). Bu üsul, məsələn, tarixi hadisə faktlarının müəyən edilməsi məqsədilə faydalı ola bilər, lakin onları şagirdlərin düşüncəsini dərinləşdirmək məqsədilə istifadə edilən sual-cavab prosesi ilə qarışdırmaq lazım deyil.
Effektiv müəllimlər müzakirə vasitəsilə öyrənmə prosesini təşviq edirlər. Müzakirələrdə iştirak etməklə şagirdlərin qazandıqları baza bacarıqlar xüsusi dəlillər əsasında nəticə və əsaslandırmanın izah edilməsi və şərh edilməsindən ibarətdir. Sual-cavab və müzakirə üsullarından istifadə edən müəllimlər şagirdləri öz fikirlərini bir daha nəzərdən keçirməyə, məntiqi arqumentlər formalaşdırmağa və digərlərinin arqumenlərini tənqid etməyə sövq edirlər. Bəzi müəllimlər qeyd edir: “Biz x müzakirə etdik,” məsələnin mahiyyəti ilə əlaqədar sual soruşulduqdan “Mən x dedim.”Bu o deməkdir ki, bəzi müəllimlər müzakirəni məzmunun izahı ilə qarışdırır; sonuncu nə qədər əhəmiyyətli olsa da, müzakirə deyildir. Əksinə, həqiqi müzakirə zamanı müəllim suallar verir və bütün şagirdləri öz fikirlərini bildirməyə, mövqelərini ifadə etməyə dəvət edir. Bu zaman şagirdlər əksər hallarda müəllimin vasitəçiliyi olmayan birbaşa şəkildə bir-biriləri ilə müzakirə aparırlar. Eyni zamanda, müzakirələri həyata keçirməklə sərştəli müəllimlər şagirdlərin cavabları əsasında sualları daha da inkişaf etdirir və şagirdlərə öz mövqelərini nəzərdən keçirməyə, məntiqi arqument formalaşdırmağa və digərlərinin arqumentlıərini tənqid etməyə israr edir.
Bəzi siniflərdə, adətən, yalnız az sayda şagirdlər müzakirələrdə aparıcı rola malik olur; digər şagirdlər möcud təcrübəni nəzərə alaraq fikir bildirməkdən çəkinirlər. Səriştəli müəllim bütün şagirdlərin müzakirədə iştirak etməsi üçün müxtəlif üsullardan istifadə edir və müvafiq nəticəni əldə etmək şagirdlərin yardımlarının siyahısını aparır.
Göstəricilər sırasına aşağıdakılar daxildir:
-
Həm şagirdlər, həm də müəllim tərəfindən formalaşdırılan yüksək əqli çətinliyə malik suallar
-
Yalnlız bir düzgün cavab verilsə belə çoxsaylı düzgün cavablara malik və ya çoxsaylı yanaşmalara malik suallar
-
Şagirdlərin verdikləri cavablardan və fikirlərdən effektiv istifadə edilməsi
-
Müəllimin mərkəzi, vasitəçi rolundan kənarlaşması ilə müzakirə
-
Müəllim və sinif yoldaşları ilə müəyyən kompromis çərçivəsində şagirdlər tərəfindən nümayiş etdirilən əsaslandırmalara xüsusi diqqət
-
Şagirdlərin müzakirələrdə yüksək səviyyədə iştirakı
Komponent 3.2: Effektiv sual-cavab və müzakirə qurmaq
-
|
|
QEYRİ-KAFİ
|
KAFİ
|
SƏRİŞTƏLİ
|
NÜMUNƏVİ
|
M.E.
|
3.2 Effektiv sual-cavab və müzakirə qurmaq
|
a. Sualların / qeydlərin keyfiyyəti
|
Suallar şagirdlərə sürətlə verilir, qapalıdır və bir düzgün cavaba malik olur. Suallar şagirdləri düşünməyə vadar etmir.
|
Müəllim şagirdlərin düşünməsini təşviq emtək üçün müəyyən suallar hazırlayır, lakin onların əksəriyyəti bir düzgün cavaba malikdir və müəllim şagirdlərə vaxt vermədən cavab tələb edir.
|
Müəllim açıq suallardan istifadə edir və şagirdləri çoxsaylı mümkün cavablar üzrə düşünməyə və/və ya təkliflər verməyə dəvət edir.
|
Şagirdlər yüksək təfəkkür tələb edən suallar təşəbbüs edirlər və müəllim şagirdlərin düşüncələrini dərinləşdirmək üçün onların cavablarından istifadə etməklə yeni suallar formalaşdırır.
|
|
b. Müzakirə üsulları
|
Bütün müzakirə müəllim ilə şagirdlər arasında keçir; şagirdlər birbaşa olaraq bir-biriləri ilə danışmağa dəvət olunmur.
|
Müəllim çox sayda şagirdlərə müraciət edir, lakin yalnız az sayda şagird müzakirədə faktiki olaraq iştirak edir.
|
Müəllim ilkin olaraq könüllü şəkildə iştirak etməyən şagirdlər də daxil olmaqla bütün şagirdlərə müraciət edir və şagirdləri birbaşa olaraq bir-birilərinin fikirlərinə rəy bildirməyə dəvət edir, lakin bəzi şagirdlər buna reaksiya verir.
|
Müzakirələr şagirdlərə müəllimin vasitəçiliyi olmadan bir-biriləri ilə danışmaq imkanı verir.
|
|
Müəllim şagirdlərdən düşüncələrini izah etməyi soruşmur.
|
Müəllim şagirdlərdən öz fikirlərini əsaslandırmağı soruşur, lakin yalnız az sayda şagird buna cəhd edir.
|
Müəllim şagirdlərdən öz fikirlərini əsaslandırmağı soruşur və əksər şagirdlər buna cəhd edirlər.
|
Şagirdlər müzakirələri zənginləşdirməklə onu genişləndirirlər və şagirdlər müzakirə zamanı sinif yoldaşlarını fikir yürütməyə dəvət edirlər və bir-birlərinin fikirlərini şübhə altında qoyurlar.
|
|
c. Şagirdlərin iştirakı
|
Yalnız az sayda şagirdlər müzakirədə əsas rol oynayır.
|
Bəzi şagirdlər müzakirədə dominantlıq edir.
|
Əksər şagirdlər müzakirədə fəal şəkildə iştirak edir.
|
Demək olar ki, bütün şagirdlər müzakirə prosesinə cəlb olunur.
|
| -
Bütün suallar nəqli xarakterlidir; məsələn “3x4 neçə edir?”
-
Müəllim cavabı lövhədə yazılan sual verir; şagirdlər lövhəni oxuyaraq suala cavab verirlər.
-
Müəllim yalnlz əllərini qaldıran şagirdlərdən soruşur.
-
Şagird suala yanlış informasiya ilə cavab verir və müəllim prosesi davam etdirmir.
-
və s …
| -
Əksər suallar nəqli xarakterlidir; məsələn “Parlamentin neçə nəfər üzvü vardır?”
-
Müəllim soruşur: “Kimin bu barədə fikri vardır?” Adəti üzrə üç nəfər şagird öz fikirlərini bildirirlər.
-
Müəllim sual verir: “Həsən, sən ___ fikirinə münasibət bildirə bilərsən?” lakin Həsən cavab vermir və ya öz qeydini birbaşa olaraq müəllimə söyləyir.
-
Müəllim şagirdən 13 rəqəminin nə üçün sadə ədəd olduğunu izah etməyi tələb edir, lakin şagird çaşqınlıq içində olan zaman məsələni izləmir.
-
və s …
| -
Müəllim sual verən zaman cəm formasından istifadə edir: məsələn, “Sənin fikrincə nələr ____ təsir göstərə bilər ?”
-
Müəllim soruşur: “Həsən, sən ___-in fikirinə münasibət bildirə bilərsən?” və Həsən birbaşa olaraq ___-ə cavab verir.
-
Müəllim sual verərək hər bir şagirddən qısa cavab yazmağı və sonra onu tərəfdaşı ilə paylaşmağı tələb edir. Daha sonra, isə bir neçə şagirdən öz fikrini bütün sinfə bildirməsini xahiş edir.
-
Şagirdlər müəllimin sualına cavab formalaşdıran zaman müəllim onlara mətndə səbəbləri tapmağı və öz fikirlərini yoldaşlarına izah etməyi tapşırır. (və s …)
| -
Şagird soruşur: “Bu suala cavab tapmağın neçə yolu var?”
-
Şagird sinif yoldaşına deyir: “Mən düşünmürəm ki, bu məsələ ilə bağlı səninlə razılaşıram, çünki …”
-
Şagird digər şagirdlərdən soruşur:“Bunu necə tapmalı olduğumuzu barədə kiminsə başqa bir fikri vardırmı?”
-
Şagird soruşur:“Əgər…. olsa necə olar?”
və s …
|
Komponent 3.3: Şagirdlərin öyrənməyə cəlb edilməsi
Şagirdin öyrənməyə cəlb edilməsi “Təlim üçün çərçivə proqramı”nın özəyini təşkil edir; bütün digər komponentlər ona töhfə verir. Şagirdlər öyrənməyə cəlb edildikdə onlar sadəcə olaraq “məşğul” olmurlar və ya tapşırıq üzərində “çalışmırlar”. Əksinə onlar öyrənmənin mühüm və çətin məzmunu üzrə əqli aktiv fəaliyyət göstərirlər. Şagirdlərin itaətli və məşğul olduqları sinif mühiti ilə dərsə cəlb edildiyi mühit arasında əsas fərq odur ki, sonuncu halda şagirdlər nə etdikləri ilə öz düşüncələrini inkişaf etdirirlər. Məsələn, onlar müzakirəyə, debatlara, “Əgər olarsa?” suallarına cavab verməyə, nümunələr tapmağa və s. bu kimi digər fəaliyyətlərə cəlb olunurlar. Onlar öz işlərini çoxsaylı seçimlər (müəllim tərəfindən hazırlanan) arasından müəyyən edə bilər və sinfin əqli həyatına əhəmiyyətli töhfələr verə bilərlər. Bu cür tədbirlər bir qayda olaraq bütün dərsi əhatə etməsələr də, onlar cəlb olunma prosesinin mühüm komponentləridir.
Şagirdlərin cəlb edildikləri dərs adətən, özünəməxsus fərqli struktura malik olur: başlama, orta və son və müəllim və ya fəaliyyətlərin özləri tərəfindən təmin edilən dəstək. Şagirdlərin tapşırıqları elə təşkil olunur ki, onlar əqli baxımdan düşündürücü olur və şagirdlər yerinə yetirdikləri işlərə və öyrəndikləri biliklərə dair tənqidi yanaşma göstərməyə həvəsləndirilir. Belə ki, dərs müəyyən sonluğa malik olur ki, bu zaman müəllimlər şagirdləri təlim tapşırıqları, müzakirələr və ya oxunan materiallar əsasında mühüm biliklər, öyrənmə elementləri əldə etməyə həvəsləndirirlər. Şagirdlərin cəlb edilmə səviyyəsini müəyyən etmək baxımından müşahidəçi üçün əsas suallar aşağıdakılardır: “Şagirdlərdən nə etmək tələb olunacaqdır? Öyrənmə tapşırğı düşünməni əhatə edirmi? Şagirdlər şablonları fərqləndirməyə və ya müəyyən proqnozlar etməyə sövq edilirmi?” Əgər bu suallara cavablar, məsələn, şagirdlər elektron cədvəlləri doldurur və ya ənənəvi proseduraları yerinə yetirirlər kimi olsa, o zaman, şagirdlərin əqli cəhətdən həvəsləndirildiyini söyləmək olmaz.
Dərsi müşahidə edən zaman, təkcə müəllimin izlənilməsi deyil, eyni zamanda, şagirdlərə və onların nə etdiklərinə xüsusi diqqətin yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin dərsə cəlb edilməsi ilə bağlı ən yaxşı dəlil müəllimin hərəkətlərinin və ya yerinə yetirdiyi və ya planlaşdırdığı işlərin nəticəsi olaraq şagirdlərin nə dedikləri və nə etdikləridir. Şagirdlər fiziki baxımdan fəal (məsələn, riyaziyyat fənnində manipulyasiya materiallarından istifadə edilməsi və ya tarixi araşdırmalar üzrə sxemin hazırlanması) ola bilsələr də, onların praktik cəhətdən prosesə cəlb olunması o qədər də əhəmiyyət kəsb etmir; lakin onların əqli baxımından düşünməyə sövq edilməsi çox vacibdir .
Bu komponentin elementləri aşağıdakılardır:
-
Fəaliyyətlər və tapşırıqlar
Fəaliyyətlər və tapşırıqlar şagirdlərdən tələb olunan işləri müəyyən etdiyi üçün onlar şagridlərin dərsə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Öyrənməni təşviq edən fəaliyyət və tapşırıqlar şagirdlərin düşüncəsini tələb edir və bu düşüncələr ekstensiv deyil, intensiv yanaşmaya üstünlük verir və şagirdləri öz fikirlərini izah etməyə həvəsləndirir.
-
Şagirdlərin qruplaşdırılması
Şagirdlərin təlim prosesi üçün necə qruplaşdırılması (bütöv sinif, kiçik qruplar, cütlər, fərdlər) müəllimin gündəlik qəbul etdiyi çoxsaylı qərarlardan biridir. Bir sıra seçimlər vardır; oxşar baza və bacarıqlara malik şagirdlər birlikdə qruplaşdırıla bilər və ya daha bacarıqlı şagirdlər müxtəlif qruplar üzrə paylana bilər. Alternativ olaraq, müəllim şagirdlərə öz qruplarlarını seçmək imkanı verə bilər və ya qruplar təsadüfi seçmə üsulu ilə formalaşdırıla bilər.
-
Metodiki materiallar və resurslar
Müəllimin sinifdə istifadə etmək üçün seçdiyi metodiki materiallar şagirdin təcrübəsinə əhəmiyyətli dərəcədə təsir etmək imkanına malik olmalıdır. Bəzi müəllimlər məktəb və ya rayonun rəsmi icazə verdiyi materiallardan istifadə etmək məcburiyyətində olsalar da, əksər müəllimlər onlardan seçim əsasında istifadə edir və ya onlara əlavə olaraq özləri seçdikləri və şagirdlərin öyrənməyə daha çox cəlb edilməsi baxımından daha münasib olan digər materialları da tətbiq edirlər – məsələn, tarixi araşdırmalar zamanı ilkin mənbə materiallarından istifadə edilməsi.
Yaşlı və ya şagird olmasından asılı olmayaraq heç kəs tapşırğın darıxdırıcı olmasını və ya onu yerinə yetirən zaman kənar şəxs tərəfindən tələsdirilməyi sevmir. İşlərin adekvat şəkildə müəyyən edilmiş struktur çərçivəsində öz axarının təmin edilməsi təcrübəli müəllimin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Şagirdlərin öyrənməsinin əksər hissəsi onların gördükləri işlərə tənqidi yanaşmasından qaynaqlandığı üçün yaxşı hazırlanmış dərs zamanı rəyin bildirilməsi və nəticə çıxarılması prosesləri üçün müyyən vaxt ayrılır.
Göstəricilər aşağıdakıları əhatə edir:
-
Şagird tərəfindən nümayiş etdirilən həvəs, maraq, düşüncə, problemin həlli və s.
-
Şagirdlərdən yüksək düşüncə səviyyəsi tələb edən və onları öz fikirlərini izah etməyə dəvət edən öyrənmə tapşırıqları
-
Şagirdlərin bütün tapşırıqlar üzrə yüksək əzmlə çalışması və hətta tapşırıq çətin olsa belə inadcıl olması
-
Şagirdlər fəal şəkildə işləyirlər, müəllim işləyən zaman sadəcə izləyici mövqeyi tutmurlar
-
Dərsin müvafiq sürəti: nə yubadılmır, nə də sürətlə keçilmir, nəticə və rəy üçün vaxt ayrılır
Komponent 3.3: Şagirdlərin öyrənməyə cəlb edilməsi
-
|
|
QEYRİ-KAFİ
|
KAFİ
|
SƏRİŞTƏLİ
|
NÜMUNƏVİ
|
M.E.
|
3.3 Şagirdlərin öyrənməyə cəlb edilməsi
|
a. Tədbirlər və tapşırıqlar
|
Fəaliyyət növləri və tapşırıqları təlim nəticələri ilə zəif şəkildə uyğunlaşdırılmışdı və yalnız bir düzgün cavab və metod və ya xatırlatma tələb edir.
|
Təlimin fəaliyyət növləri/tapşırıqlar aşağı təfəkkür üçün imkan yaradır və təlim nəticələri ilə qismən uzlaşır.
|
Əksər fəaliyyət növləri/tapşırıqlar yüksək təfəkkür üçün imkan yaradır və təlim nəticələri ilə qismən uzlaşır.
|
Səmərəli təşkil olunmuş tapşırıqlar təlim nəticələri ilə tam şəkildə əlaqələndirilmişdir və şagirdlərdən mürəkkəb düşünmə bacarıqları tələb edir
|
|
Heç bir şagird dərsə cəlb edilməmişdir.
|
Az sayda şagird dərsə tamamilə cəlb edilmişdir.
|
Əksər şagird dərsə tamamilə cəlb edilmişdir.
|
Bütün şagirdlər dərsə cəlb edilmişdir.
|
|
b. Şagirdlərin qruplaşdırılmas
|
Qrupların təşkili fəaliyyət növlərinə və tapşırıqlara cavab vermir.
|
Qrupların təşkili fəaliyyət növlərinə və tapşırıqlara qismən cavab verir.
|
Qrupların təşkili fəaliyyət növlərinə və tapşırıqlara cavab verir.
|
Şagirdlər qrupun təşkilinə dəyişiklər təklif edirlər.
|
|
c. Metodiki materiallar və resurslar
|
İstifadə olunan təlim materialları və resurslar dərsə və şagirdlərə uyğun deyildir.
|
İstifadə olunan təlim materialları və resurslar fikirləşmək üçün və özlərini ifadə etmək üçün imkan yaradır.
|
İstifadə olunan materiallar və resurslar təlim nəticəsini dəstəkləyir və şagirdlərin səviyyəsinə uyğun olaraq intelektual baxımdan həvəsləndirir.
|
Şagirdlər tapşırıqları və materialları daha məqsədəuyğun və faydalı etmək üçün ona dəyişikliklər və əlavələr təklif etməklə dərsin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər edirlər.
|
|
d. Struktur və sürət
|
Dərs ya zəif yə da yüksək templə keçilir.
|
Dərsin sürəti qeyri-bərabərdir— müəyyən hallarda məqbul, digər hallarda isə sürətli və ya çox yavaş.
|
Dərsin sürəti şagirdlərin intellektual cəhətdən həvəsləndirlməsi üçü kifayət qədər vaxt təmin edir.
|
Şagirdlər hər hansı tapşırığı öz ehtiyaclarına uyğun və mənalı şəkildə dəyişməklə, dərsin məzmununu və gedişini təyin etmək kimi təşəbbüs göstərirlər.
|
| -
Əksər şagirdlər müəllim tərəfindən verilmiş tapşırığa məhəl qoymur;tapşırıq onlar üçün həddindən artıq çətin görünür.
-
Şagirdlər lövhədəki sözləri köçürməklə dərs üzrə sorğu vərəqəsini doldururlar və materiallardan ənənəvi qaydada istifadə edirlər.
-
Şagirdlər yadda saxlama fəaliyyətində riyazi əməllərdən istifadə edirlər.
-
Müəllim 45 dəqiqə özü danışır.
-
Əksər şagirdlər tapşırğı tamamlamaq üçün kifayət qədər vaxta malik olmur; müəllim dərsi davam etdirir.
-
və s …
| -
Beş kiçik qruplardan yalnız üçündə olan şagirdlər verilmiş problemin həllini formalaşdırır; digərləri nə edəcəkləri barədə qeyri-müəyyəndirlər.
-
Şagirdlərdən mövcud proseduralara uyğyn olaraq çalışma vərəqəsinin doldurulması tələb olunur.
-
Dərsinn əvvəlini, gedişatını və sonunu fərqləndirmək mümkündür.
-
Müəllim 20 dəqiqə dərs danışır və şagirdlərə yazı yazmaq üçün 15 dəqiqə vaxt verir; şagirdlərin hamısı yazı işini yekunlaşdıra bilmir.
-
və s…
| -
Beş nəfər şagird (27 şagird arasından) tapşırğı erkən başa çatdırır və öz aralarında danışmağa başlayır;müəllim növbəti tapşırıq verir.
-
Şagirdlərə müstəqil çalışmaq üçün tapşırıqlar verilir və daha sonra, onlardan masa qrupu çərçivəsində müzakirə aparmaq və hər bir masa üzrə çıxış etmək tələb olunur.
-
Şagirdlərdən müxtəlif manipulyasiya materiallarından istifadə etməklə çoxrəqəməli ədəddən müxtəlif variantların düzəldilməsi tələb olunur.
-
Dərs nə sürətli, nə də yavaş templə keçirilir.
və s …
| -
Şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin üslubunda inşa yazmaq və onun üslubunun hansı aspektlərindən istifadə edildiyini təsvir etmək tapşırğı verilir.
-
Şagirdlər riyaziyyat tapşırğının həll edilməsi üçün bir neçə alətdən (məsələn, trasnportir, elektron cədvəl, və ya qrafik hesablama) hansının daha münasib olduğunu müəyyən edirlər.
-
Şagird tədbirin növbəti hissəsi üzrə müstəqil çalışmaq əvəzinə əvvəlki kiçik qrup çərçivəsində qala bilib-bilməyəcəyini soruşur.
-
Şagirdlər öz öyrənmə materiallarını müəyyən edir və hazırlayırlar.
-
Şagirdlər dərs üzrə öyrəndiklərini ümumləşdirirlər. (və s …)
|
Dostları ilə paylaş: |