Sahə 1 Planlaşdırma və dərsə hazırlıq Komponent 1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək



Yüklə 433,19 Kb.
səhifə1/5
tarix06.12.2017
ölçüsü433,19 Kb.
#34035
növüDərs
  1   2   3   4   5


AZƏRBAYCAN MÜƏLLİM İNKİŞAFI MƏRKƏZİ

ruhlandır…öyrət…hazırla






Tədris- təlim işinin yaxşılaşdırılması




SAHƏ 1 Planlaşdırma və dərsə hazırlıq Komponent 1.1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək

Tədris məqsədli fəaliyyətdir; hətta ən bədii tədbirlər belə müəyyən arzu edilən öyrənməyə hədəflənir. Bu səbəbdən də, təlim nəticələrinin müəyyən edilməsi şagirdlərin dəqiq olaraq nəyi öyrənəcəyi ilə bağlı gözləntilərin təxmin edilməsi prosesini özündə ehtiva edir; nəticələr şagirdlərin nə edəcəyini deyil, nə öyrənəcəyini. Təlim nəticələri əsas öyrənmə prosesini əks etdirməli və bütün şagirdlərin məzmun barədə biliklərini nümayiş etdirə biləcəkləri müxtəlif qiymətləndirmə formalarına əsaslanmalıdır. Bu vaxta qədər, nəticələr təhsil fəaliyyətini, istifadə edən resursları, onların müxtəlif öyrəncilər üçün məqsədəuyğunluğunu və tətbiq edilən qiymətləndirmə metodlarını müəyyən etdiyi üçün onlar 1-ci sahə üzrə əsas yer tutur.

Öyrənmə nəticələri bir sıra müxtəlif növdə ola bilər: faktiki və prosessual bilik, konseptual anlama, düşüncə və əsaslandırma bacarıqları, və əməkdaşlıq və ünsiyyət strategiyaları. Eyni zamanda, bir sıra öyrənmə nəticələri şablonlara istinad edir; təkcə şagirdlərin oxumağı öyrənməsi deyil, eyni zamanda, pedaqoqların onların oxumağı sevəcəklərinə ümid etməsi də mühüm əhəmiyyət kəsb edir.Həmçinin, təcrübəli müəllimlər öyrənmə nəticələrini həm müvafiq fənn daxilində, həm də digər fənlər çərçivəsində əlaqələndirə bilir.

Bu komponentin elementləri aşağıdakılardır:



    • Dəyər, ardıcıllıq və uyğunluq

Nəticələr fənn üzrə əhəmiyyətli öyrənmələri təmsil etməklə, müvafiq olduğu təqdirdə, Birgə Ümumi Dövlət Standartlarını əks etdirir.

    • Aydınlıq

Nəticələr şagirdlərin nə edəcəklərinə deyil, nə öyrənəcəklərinə istinad etməlidir və praktik qiymətləndirmə metodlarına imkan verməlidir.

    • Balans

Nəticələr bilik, konseptual anlama və düşünmə kimi müxtəlif öyrənmə elementlərini əks etdirməlidir.

Nəticələr sinifdəki bütün şagirdlər üçün məqsədəuyğun olmalıdır.

Göstəricilər sırasına aşağıdakılara daxildir:



    • Çətin qavrama səviyyəsi üzrə nəticələr

    • Şagirdin fəaliyyəti deyil, öyrənməsi üzrə məlumatlar

    • Nəticələr fənnə əsaslanır və digər fənlər üzrə olanlar ilə əlaqəlidir

    • Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsinə imkan verən nəticələr

    • Müxtəlif bacarıqlara malik şagirdlər üzrə fərqləndirilən nəticələr


Komponent 1.1: Təlim nəticələrini aydın şəkildə müəyyən etmək






QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

1.1 Təlim nəticələrini aydın şəkildə müəyyən etmək

a. Dəyər, ardıcıllıq və uyğunluq

Təlim nəticələri yoxdur. Nəticələr şagirdlər üçün aşağı gözləntilər təqdim edir və mühüm öyrənmələri əks etdirmir.

Nəticələr şagirdlər üçün adekvat gözləntilər təqdim edir və bəzi nəticələr mühüm öyrənməni əks etdirir.

Nəticələr şagirdlər üçün orta-yüksək gözləntilər təqdim edir və əsasən mühüm öyrənməni əks etdirir.

Nəticələr yüksək gözləntilər təqdim edir və mühüm öyrənməni əks etdirir.

Nəticələr yalnız bir fənlə əlaqəlidir.

Nəticələrdə fəndaxili və fənlərarası əlaqəyə cəhd edilmir.

Nəticələr fəndaxili və fənlərarası inteqrasiyaya imkan verir.

Nəticələr fəndaxili və fənlərarası effektiv inteqrasiyaya əsaslanır.

b. Aydınlıq

Nəticələr şagirdlərin nə öyrənəcəyinə deyil, nə edəcəyinə yönəlib.

Nəticələr qismən şagirdlərin nə öyrənəcəyinə yönəlib

Əsasən şagirdlərin nə öyrənəcəyinə yönəlib

Şagirdlərin nə edəcəyinə deyil, bütövlükdə nə öyrənəcəyinə yönəlib.

Nəticələr şagird nailiyyətini qiymətləndirməyə imkan vermir.




Nəticələr qiymətləndirmə üçün münasib metodlar təklif edir.




c. Balans və
d.
Müxtəlif şagirdlər üçün uyğunluq

Yalnız bir öyrənmə elementini əks etdirir və nəticələr bəzi şagirdlər üçün uyğundur.

Bir neçə öyrənmə elementini əks etdirir və nəticələr əksər şagirdlər üçün uyğundur.

Bir neçə öyrənmə elementini əks etdirir və nəticələr müxtəlif qrup şagirdlər üçün münasibdir.

Bir neçə öyrənmə elementini əks etdirir və nəticələr bütün sinif üçün, lazım olduqda fərdi olaraq şagirdlər üçün münasibdir.

  • Dördüncü sinif şagirdləri üçün öyrənmə nəticəsi poemanın illüstrasiyasını plakata köçürməkdir.

  • Doqquzuncu sinif şagirdlərinin tarix fənni üçün bütün nəticələri faktlar barədə biliklərin nümayiş etdiirlməsinə əsaslanır.

  • Tarix fənninin mövzusu inqilablar konsepsiyasını əhatə edir, lakin müəllim şagirdlərdən yalnız mühüm döyüşlərin tarixlərini yadda saxlamağı gözləyir.

  • Sinifdə Azərbaycan dili ana dili olmayan bir neçə şagirdin olmasına baxmayaraq, təlim nəticələri bütün yazılanların qrammatik cəhətdən düzgün olmasını tələb edir.

  • Heç bir təlim nəticəsi şagirdlərin mətni oxuması, dərk etməsi və ya şərh etməsi məsələləri ilə əlaqəli deyildir.

və s …

  • Nəticələr toplama və vurma əməlləri arasında əlaqələrin dərk edilməsindən və faktların yadda saxlanmasından ibarətdir.

  • Yazı nəticələri “orta” qrupun ehtiyacları nəzərə alınmaqla yazılmışdır; lakin bu, qabaqcıl şagirdlər üçün darıxdırıcı, müəyyən səviyədən olan şagirdlər üçün isə çətindir.

  • İngilis dili dərsinin əksər təlim nəticələri danışığa əsaslanır.

və s…

  • Şagirdlər üçün öyrənmə nəticələrindən biri “XVIII əsr poeziyasının incəliklərinin qiymətləndirilməsidir.”

  • Tarix bölməsi üzrə təlim nəticələri müəyyən faktiki məlumatları, eləcə də 1917-ci il inqilabına qədərki dövrdə müxtəlif qrupların perspektivlərinin müqayisəsini əhatə edir.

  • Təlim nəticələri şagirdlərin mətndən sitatlar gətirməklə hekayəni öz bildikləri şəkildə şərhini əhatə edir.

  • və s …

  • Müəllim şagirdləri özləri üçün hədəflər müəyyən etməyə sövq edir; müəllimin onlar ilə əlaqədar yüksək gözləntilərinin qarşılanmasını təmin etmək üçün köməklik məqsədilə şagirdlərə “çətinlik felləri” sistemi təqdim edir.

  • Şagirdlər əvvəlki öyrənmə hədəflərini hazırda üzərində çalışdıqları hədəflər ilə əlaqələndirən konsepsiya sxemi hazırlayacaqlar.

  • Bəzi şagirdlər əlavə öyrənmə sahələri müəyyən edirlər.

  • Müəllim layihə gözləntilərini nəzərdən keçirir və şagirdlərin fərdi təlim planı məqsədlərinə uyğun gəlməsi üçün bəzi məqsədlərə dəyişiklik edir.

  • Tarix bölməsi üçün təlim nəticələrindən biri şagirdlər tərəfindən siyasi namizədin nitqinin dəqiqlik və məntiqi uyğunluq baxımından təhlil edilməsindən ibarətdir.

  • və s …


Komponent 1.2: Tədrisi məntiqi ardıcıllıqla qurmaq

Əlaqəli tapşırıqların hazırlanması planlaşdırma prosesinin özəyini təşkil etməklə müəllimin məzmun və sinifdəki şagirdlər, təhsilin nəzərdə tutulan nəticələri və mövcud resurslar barədə biliklərini nümayiş etdirir. Bu cür planlaşdırma müəllimin ölkənin, rayonun və məktəbin şagirdlərin təlimi ilə bağlı gözləntiləri barədə aydın təsəvvürə və bu gözləntilərin əlaqəli plana çevrilməsi üçün zəruri biliklərə malik olmasını tələb edir. O həmçinin, müəllimlərdən dərs dedikləri şagirdlərin xarakterik xüsusiyyətlərini və şagirdlərin təlimi prosesinin aktiv mahiyyətini başa düşməsini tələb edir.Pedaqoqlar tələb olunan məzmun vasitəsilə şagirdlərin təliminin genişləndirilməsi üçün təhsil prosesinin ən optimal ardıcıllığını müəyyən etməlidirlər. Eyni zamanda, bu cür planlaşdırma dərslərin hərtərəfli şəkildə planlaşdırılmasını tələb edir ki, bu da təlim tədbirlərinin şüurlu surətdə daxil edilməsini, müvafiq material və vəsaitlərin əlavə edilməsini və şagridlərin məqsədli şəkildə qruplaşdırılmasını özündə ehtiva edir. Bu komponent çərçivəsində səmərəli fəaliyyət adekvat səviyyədə hazırlanmış təhsil planının müxtəlif şagirdlər qrupunun təlim ehtiyaclarını əhatə etməsini qəbul edir; bir ölçü hamıüçün uyğun getmir. Xüsusi səviyə üzrə müəllim hər bir şagirdin xüsusi təlim ehtiyaclarını nəzərə alan və təlim prosesinin təkmilləşdirilməsi üçün şagirdlərin fikirlərini öyrənən təhsil sistemi planlaşdırır. Daha sonra plan 3 sahə üzrə həyata keçirilir.

Bu komponentin elementləri aşağıdakılardır:


Təhsil prosesi şagirdlərin cəlb edilməsi və məzmun vasitəsilə onların inkişaf etdirilməsini nəzərdə tutur.

    • Təhsil materialları və resursları

Təhsil üçün vəsaitlər şagridlərin təlim ehtiyaclarına uyğundur.

    • Təhsilalanların qrupları

Müəllimlər şagirdlərin öyrənməsini dəstəkləmək üçün məqsədli şəkildə təhsilalanların qrupları təşkil edirlər.

    • Dərs və bölmənin strukturunu

Müəllimlər şagirdlərin təlimini təkmilləşdirmək məqsədilə aydın və ardıcıl dərs və bölmə strukturları hazırlayırlar.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Təlim nəticələrini dəstəkləyən və əsas anlayışları əks etdirən dərslər

    • Əvvəlki təlimlər ilə əlaqələri göstərən təhsil sxemləri

    • Yüksək səviyyəli düşüncə tərzini təqdim edən tədbirlər

    • Şagirdin seçiminə uyğun imkanlar

    • Müxtəlif vəsaitlərdən istifadə

    • Hərtərəfli olaraq planlaşdırılan təlim qrupları

    • Strukturlaşdırılmış dərs planları


Komponent 1.2 Tədrisi məntiqi ardıcıllıqla qurmaq







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

1.2 Tədrisi məntiqi ardıcıllıqla qurmaq

a. Təlim tədbirləri

Təlim tapşırıqları darıxdırıcıdır və /və ya təlim nəticələrinə zəif şəkildə uyğunlaşdırılmışdır və/ və ya dərs planında rast gəlinmir.

Bəzi tapşırıqlar və materiallar təlim nəticələri ilə qismən uyğunlaşdırılmışdır.

Təlimin fəaliyyət növləri yüksək təfəkkür üçün imkan yaradır və təlim nəticələri ilə uzlaşır.


Təlim fəaliyyət növləri və tapşırıqları yüksək təfəkkür üçün imkan yaradır, təlim nəticələrinə və digər fənnlərə uyğunlaşdırılmışdır.

b. Təlim materialları və resurslar

Təlim materialları və resursları cəlb edici deyil və ya təlim nəticələrinin tələblərinə cavab vermir və/ və ya dərs planında rast gəlinmir.

Təlim materialları və resursları uyğundur, amma çeşidlilik azdır.

Müəllim şagirdlərin yaş qrupuna uyğun olan bir sıra müvafiq çətin materiallar və resurslarla təmin edir.

Müəllim şagirdlərin yaş qrupuna uyğun olan və differensiallaşdırılmış bir sıra müvafiq çətin materiallar və resurslarla təmin edir.

c. Təhsilalanların qrupları

Metodiki qruplar təlimi dəstəkləmir və ya dərs planında rast gəlinmir.


Metodiki qruplar qismən təlim məqsədlərini dəstəkləyir.


Metodiki şagird qrupları təlim prosesinin maksimum səviyyəsini təmin etmək məqsədilə hərtərəfli şəkildə təşkil olunur və şagirdlərin güclü tərəflərinə əsaslanır.

Metodiki qruplar düzgün şəkildə seçilmişdir və şagirdlərə seçim etmək üçün bəzi imkanlar yaradılmışdır.

d. Dərs və bölmənin strukturunu

Dərs planı sistemli təşkil olunmayıb və ya ardıcıl deyildir, onların gözləntiləri real deyildir.

Dərsin strukturu qeyri-bərabərdir və ya vaxt gözləntiləri baxımından qeyri-real ola bilər..

Dərs və ya bölmə planı adekvat vaxt bölgüsünə malik olmaqla məqbul səviyyədə tərtib edilmişdir.

Dərs planları ayrı-ayrı şagirdlərin ehtiyacları üzrə fərqləndirilir.

  • Doqquzuncu sinif şagirdləri mikroskopun hissələrini əzbərlədikdən sonra müəllim onlardan çalışmanın yerinə yetirilməsini və qeydlərin aparılmasını tələb edəcəkdir.

  • Müəllim kommunizm üzrə bölmə üçün yeganə mənbə kimi 25 il əvvəl nəşr olunmuş dərslikdən istifadə etməyi planlaşdırır.

  • Müəllim şagirdləri əlifba sırası ilə əyləşdirməklə sinfi cərgə formasında təşkil edir; o, şagirdləri ilboyu onların əyləşdiyi yerdən asılı olaraq dörd nəfərlik qruplar halında çalışdırmağı planlaşdırır.

  • Müəllimin dərs planlarını qiymət jurnalında yazır; onlar aşağıdakıları göstərir: dərs demək, çalışma və ya mətn, o cümlədən məntlərdə səhifə sayı göstərilməklə.

  • və s …

  • Kiçik dərsdən sonra müəllim tədris etdiyi bacarıqları möhkəmləndirmək məqsədilə bütün sinfin iştirakı ilə oyun oynamağı planlaşdırır.

  • Coğrafiya bölməsi üzrə yardımçı vəsait kimi istifadə etmək üçün müəllim atlas əldə edir.

  • Şagirdlər kiminlə birgə əyləşəcəyini özləri seçdikləri zaman daha yaxşı nəticə hasil etdikləri üçün müəllim hər zaman şagirdlərə qrupları müstəqil seçmələrinə imkan verir.

  • Müəllimin tədris planlarını məqbul səviyyədə formatlaşdırılmışdır, lakin əksər tədbirlər üçün vaxt qrafiki anlayışların hərtərəfli əhatə edilməsi baxımından həddindən artıq qısadır.

  • Tədris planında yalnız şagirdlərin qısa hekayəni şərh etmək üçün mətindən sitat gətirməsinə diqqət yetirmələri əhatə edilir.

  • və s …

  • Müəllim öyrənmə tədbirlərini yüksək səviyyəli “hərəkət fellərinə” istinad etməklə nəzərdən keçirir və çətinlik səviyyəsini artırmaq üçün tədbirlərin bəzilərini dəyişdirir.

  • Müəllim verilmiş dövr üzrə şagirdlərin biliklərinin genişləndirilməsinə imkan verən tarixi əfsanələrin adlarından ibarət siyahı hazırlayır.

  • Müəllim şagirdlərin kiçik qruplar halında layihə üzərində çalışmasını planlaşdırır; o, oxu səviyyələrindən və öyrənmə üslublarından asılı olaraq qrupları diqqətlə seçir.

  • Müəllim direktor ilə birlikdə dərs planlarını nəzərdən keçirir; onlar məqbul şəkildə strukturlaşdırılmış, müddətlər və tədbirlər aydın şəkildə göstərilmişdir.

  • Dördüncü sinif üzrə riyaziyyat müvafiq səviyyə üzrə əsas anlayışlara hədəflənmişdir

və s...

  • Müəllimin ekosistemlər üzrə hazırladığı bölmə bir sıra tədbirləri əhatə edir; şagirdlər özlərinin öyrənmə yanaşmalarına daha uyğun olanları seçirlər.

  • Layihələrini həyata keçirən zaman şagirdlər geniş çeşiddə vəsaitlərdən istifadə edə bilirlər. Şagirdlərin ən doğru seçimi edə bilmələri üçün müəllim bu vəsaitləri oxu səviyyələri əsasında kodlaşdırmışdır.

  • Kooperativ qrup dərsindən sonra şagirdlər öz iştirakları barədə fikirlərini bildirəcək və təklfilər verəcəkdir.

  • Sonuncu bir neçə dərs ərzində tədris olunmuş anlayışlar tədris planında aydın şəkildə görünür; müəllim şagirdlərə hazırkı təlim nəticələrini əvvəl öyrəndikləri ilə əlaqələndirməyi tapşıracaqdır.

  • Müəllim 10-cu siniflər üçün sistemli kurrikulum sxeminin hazırlanmasında iştirak etmişdir.

SAHƏ 2 Sinifdəki təhsilalma mühiti Komponent 2.1: Hörmət və qarşılıqlı anlaşma mühiti yaratmaq

Tədris bacarığının mühüm elementi şagirldər ilə münasibətlərin idarə edilməsi və şagirdlər arasında pozitiv və dəstəkləyici münasibətlərin təmin edilməsidir. Müəllimlər şagirdlər ilə qarşılıqlı əalqdə olmaqla və şagirdlər arasında qarşılıqlı əlaqələri dəstəkləmək və sövq etməklə sinifdə hörmət və qarşılıqlı anlaşma mühiti yaradırlar. Hörmət və qarşılıqlı anlaşmanın mühüm aspekti müəllimin şagirdlərə necə cavab verməsi və şagirdlərin bir-biri ilə necə rəftar etməsinə imkan verməsi ilə əlaqəlidir. Qarşılıqlı əlaqə formaları sinifdəki ümumi ahəngə böyük təsir edir. Hörmətin mövcud olduğu mühitdə bütün şagirdlər özlərini dəyərli, təhlükəsiz və rahat hiss edirlər və əqli risk götürməkdən çəkinmirlər. Onlar nə müəllim, nə də digər şagirdlər tərəfindən edilə biləcək məzəmmət və ya məzxərələrdən çəkinmirlər.

Şagirdlər tərəfindən müəllimə münasibətdə nümayiş etdirilən “hörmət” şagirdlərin davranış və rəftar standratlara cavab verməsindən fərqləndirilməlidir. Müəllim və şagirdlər arasında qarşılıqlı əlaqələrin mövcud olması 2.1 komponentinin özəyini təşkil edir (Hörmət və qarşılıqlı anlaşma mühitinin yaradılması);sinifdaxili mövcud qaydalara riayət edilməsi 2.4 komponenti (Şagirdlərin davranışının idarə edilməsi) üzrə nailiyyətləri xarakterizə edir.

Bu kompoentin elementləri aşağıdakılardan ibarətdir:



    • Müəllimin həm söz, həm də fəaliyyətlər vasitəsilə şagirdlər ilə qarşılıqlı əlaqəsi

Müəllimin şagirdlər ilə qarşılıqlı əlaqəsi sinifin ahəngini müəyyən edir.Qarşılıqlı əlaqələr vasitəsilə müəllimlər şagirdlərə maraq göstərdiklərini və onların qayğısına qaldıqlarını nümayiş etdirirlər.

    • Şagirdin həm söz, həm də fəaliyyətlər vasitəsilə digər şagirdlər ilə qarşılıqlı əlaqəsi

Müəllimin şagirdlərə qarşı rəftarı nə qədər əhəmiyyət kəsb etsə də, sinif yoldaşlarının şagirdlərə qarşı münasibtləri onlar üçün daha böyük əhəmiyyətə malikdir. Ən pis halda, pis rəftar halında şagirdlər özlərini həmyaşıdrları tərəfindən təcrid olunmuş kimi hiss edirlər. Ən yaxşı halda isə, şagirdlər arasında pozitiv qarşılıqlı əlaqələr qarşılıqlı dəstəkləyici xarakter daşıyır və mənəvi baxımdan sağlam məktəb mühiti formalaşdırır. Müəllimlər təkcə nümunə deyil və şagirdlərə bir-biri ilə necə qarşılqılı münasibət yaratmağı öyrətmir, onlar həmçinin, bu cür münasibətləri təmin edirlər.

Göstəricilər sırasına aşağıdakılar daxildir:



    • Hörmətə əsaslanan danışıqlar, fəal dinləmə və növbəlilik

    • Şagirdlərin böyüdükləri mühitin və sinifdənkənar həyatının qəbul olunması

    • Müəllim və şagirdlər tərəfindən isti münasibəti və qayğını təcəssüm etdirən əl hərəkətləri

    • Fiziki yaxınlıq

    • Nəzakətlilik və ruhlandırma

    • Ədalətlilik


Komponent 2.1: Hörmət və qarşılıqlı anlaşma mühiti yaratmaq







QEYRİ-KAFİ

KAFİ

SƏRİŞTƏLİ

NÜMUNƏVİ

M.E.

2.1 Hörmət və qarşılıqlı anlaşma mühiti yaratmaq

a. Müəllimin həm söz, həm də fəaliyyətlər vasitəsilə şagirdlər ilə qarşılıqlı əlaqəsi

b. Şagirdin həm söz, həm də fəaliyyətlər vasitəsilə digər şagirdlər ilə qarşılıqlı əlaqəsi

Müəllim şagirdlərə qarşı və ya onların yaşına, mədəniyyətinə və inkişaf səviyyəsinə münasibətdə hörmət nümayiş etdirmir.


Müəlim ilə şagidlər arasında və ya şagirdlərin özləri arasında qarşılıqlı ünsiyyət və dinləmə münasibətləri qeyri-bərabərdir və müəyyən hallarda hörmətsizlik və ya qeyri-həssas yanaşma ilə müşahidə olunur.

Müəllim ilə şagirdlər arasında və şagirdlərin özləri arasında qarşılıqlı ünsiyyət və aktiv dinləmə münasibətləri ümumilikdə hörmət prinsiplərinə əsaslanır.


Lazım olduğu təqdirdə, şagirdlər hörmətlə bir-birinin səhvlərini düzəldir, müəllim şagirdlərin səylərini qiymətləndirir və onları dəstəkləyir.





Əksər şagirdlərin bədən hərəkətləri inciklik, narahatlıq və ya qorxu əlamətlərini göstərir.


Bəzi şagirdlərin bədən hərəkətləri inciklik, narahatlıq və ya qorxu əlamətlərini göstərir.


Şagirdlər həvəslə iştirak edirlər, lakin bəzi hallarda sinif qarşısında öz fikirlərini ifadə etməkdə tərəddüd edirlər.

Şagirdlər fikirlərinə hörmət edildiyi və dəyər verildiyini bilərək dərslərdə aktiv şəkildə iştirak edirlər.




Müəllim şagirdlər arasında hörmətsizlik münasibətlərinə qarşı laqeyidlik göstərir.

Müəllim şagirdlər arasında hörmətsizlik münasibətlərinə qeyri-bərabər nəticələr ilə reaksiya verməyə çalışır.

Müəllim şagirdlər arasında hörmətsizlik davranışlarına uğurla müdaxilə edir.

Şagirdlər arasında hörmətsizlik münasibətləri mövcud deyildir.





  • Müəllim tərəfindən edilən iradlardan sonra şagird qəflətən əyləşdiyi stuldan yıxılır.

  • Sinif yoldaşı öz fikirlərini ifadə edən zaman şagirdlər qulaq asmırlar; müəllim heç bir reaksiya vermir.

  • Müəllim və digər şagirdlər danışan zaman əksər şagirdlər söhbət edirlər; müəllim müdaxilə etmir.

  • Bir sıra şagirdlər digər şagirldər ilə işləməkdən imtina edirlər.

  • Müəllim şagirdləri onların öz adları ilə çağırmır.

  • və s …

  • Şagirdlər müəllimi sakit şəkildə dinləmirlər; onlar digər şagirdlər danışan zaman söhbət edir, bir-birinə qeydər ötürür və işlə məşğul olurlar.

  • Hətta kiçik qruplar şəklində bir yerdə əyləşməsinə baxmayaraq bəzi şagirdlər sinif otağında digərləri ilə birgə çalışmırlar.

  • Müəllim sinif üçün təqdimatı yekunlaşdıran zaman şagirdlər yarı-ürəkdən əl çalırlar.

  • Müəllim deyir: “Sinif yoldaşların ilə bu cür danışma,” lakin şagird çiyinlərini çəkir.

  • və s …

  • Şagirdlər sinfə daxil olan zaman və ya dərs zamanı müəllim onları adları ilə salamlayır.

  • Müəllim məsələn, lövhə qarşısında çalışan şagirdin yanında dizləri üstə əyilərək şagirdlərlə bərabər səviyyəyə enir.

  • Şagirdlər müəllimin söylədiklərini diqqətlə dinləyirlər.

  • Şagirdlər söhbətə başlamazdan əvvəl sinif yoldaşlarının danışığının başa çatmasını gözləyirlər.

  • Sinif yoldaşının sinif üçün etdiyi təqdimatdan sonra şagirdlər onu nəzakətlə alqışlayırlar.

  • Şagirdlər bir-birinə köməklik edir və digərlərinin yardımını qəbul edirlər.

  • Müəllim və şagirdlər “zəhmət olmasa”, “təşəkkür edirəm” və “bağışlayın” kimi nəzakətli sözlərdən istifadə edirlər.

  • və s …

  • Müəllim ötən həftə şagirdin futbol oyunu (və ya dərsdənkənar fəaliyyəti və ya sevimli məşğuliyyəti) barədə məlumat soruşur.

  • Şagirdlər müəllim və digərsinif yoldaşları danışan zaman söhbət edən yoldaşlarına “sss” deyirlər.

  • Şagirdlər müvəffəqiyyətlə icra edilmiş işlər ilə əlaqəli bir-birlərinin təqdimatlarını həvəslə alqışlayırlar.

  • Müəllim deyir: “Bu çox maraqlı bir fikirdir,Josh, lakin sən unudursan ki...”

  • Şagird sinif yoldaşlarına sual verir: “Sən ... demək istəyirdin?” və sinif yoldaşı cavab verərək deyir: “Oo, bəlkə də sən haqlısan!”

və s …


Yüklə 433,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin