1 .Göstəriş vermək. Məsələlərin həllini rəhbər diqqətlə izləyir, təlimatlar verir , baş verən hadisələri detallarına qədər dərindən öyrənir. Tələbata cavab verməyən iş tezliklə aşkara çıxarılır və məsul şəxslərə göstərişlər verilir. Lider öz istədiyini dəqiq izah edir və şəxsi ustalığını artırmağa fikir verərək işin yaxşılaşdırılmasını tələb edir. Bu cür üslubu işi bilməyən və öyrənmək istəməyən şəxslərə və qruplara qarşı tətbiq etmək daha yaxşıdır. Yeni işçilərə yaxud « perspektivsiz » bölmələrə bu cür yanaşma özünü doğruldur. «Perspektivsiz» dedikdə müəyyən təcrübəsi olsa da köhnə düşüncəni dəyişdirməyə qabil olmayan yaşlı kadrlar nəzərdə tutulur. Göstəriş vermə üslubunu tam reallaşdırmaq üçün aşağıdakılar tələb olunur:
- nümunəvi işə dəqiqliklə yanaşmaq:
- tez-tez təlimatlar vermək:
- adamların texniki bacaracağını inkişaf etdirmək:
- işin yerinə yetirilməsini yoxlamaq:
- lazım gəldikdə işçini cəzalandırmaq, lakin bu zaman bir şəxsiyyət kimi onun hüququna və qüruruna toxunmamaq:
- səhv və yaxşı işləri qeyd etmək:
- işçilərdə yaxşı işə görə qürur hissini inkişaf etdirmək: -nəzakətli olmaq, ancaq sərtliyi yaddan çıxarmamaq:
- son nəticələri xüsusi olaraq nəzərdə tutmaq:
-işçilərin təhsil almasında maraqlı olduğunuzu nümayiş etdirmək və bu işdə onlara kömək etmək.