Sahələri hesab edilir



Yüklə 22,18 Kb.
səhifə3/5
tarix23.04.2022
ölçüsü22,18 Kb.
#115487
1   2   3   4   5
sərgilər haqqında

mənsubiyyətə görə: şəxsi, gətirilmə və birgə',

  • mövcudluq texnologiyasına görə: stasionar və səyyar;

  • eksponatların tərkibinə görə: tematik, fond, hesabat;

  • əhəmiyyət səviyyəsinə görə: yerli, regional, milli, beynəlxalq;

    İlk növbədə, sərgilərin tiplərə bölgüsünü təmin edən məzmun-tematik xüsusiyyətlər üzə çıxarılır. Bu mənada ən geniş yayılmış muzey sərgisi tipinə yubiley sərgiləri aid edilir. Bu dünya muzeylərində tətbiq edilən ən populyar sərgi tipidir. Muzey əməkdaşlarının, xüsusilə də, çalışdıqları muzeyin profilinə uyğun əlamətdar tarixlərin qeydini aparması məqsədilə daim təqvimə nəzarət etməsi qəbul edilmiş peşə etiketlərindən biridir. Çünki bu, sərgilərin təşkilini təmin edən amillərdən biridir. Yubiley sərgisi bir tərəfdən, həmin əlamətdar tarixin geniş istimaiyyat tərəfindən bayram edilməsinə, digər tərəfdən isə, muzeyin elmi-tədqiqat, fond və ekspozisiya işi sahələrindəki fəaliyyəti haqqında hesabatına imkan yaradır.

    Məzmun-tematik əlamətlərə görə müəyyən edilən digər ənənəvi sərgi tipinə memorial sərgilər aiddir. Bu, bir qayda olaraq hər hansı bir xatirə məkamnda-mənzil, ev, malikanə və s. əlamətdar hadisə, yaxud tanınmış simanın xatirəsinə həsr edilmiş müvəqqəti muzey ekspozisiyasıdır. Bu qəbildən olan ekspozisiyaları yubiley sərgilərindən “memoriallıq” anlayışı ilə maksimal şəkildə bağlı olan nümayiş etdirilən əşyaların xarakteri fərqləndirir. Başqa sözlə, söhbət tarixi simaya və onun həyat fəaliyyəti ilə bağlılığına aid həqiqi əşyalardan ibarət ekspozisiya kompleksinin (yaxud da bir sıra ekspozisiya komplekslərinin) yaradılmasından gedir. Ansambllı ekspozisiya prinsiplərinə əsasən tərtib olunan muzey memorial kompleksindən fərqli olaraq sərgi memorial kompleksi özündə adətən, adi şəxsi əşya və sənədlər kolleksiyasını əks etdirir. Adətən, bu cür memorial sərgilərin hərbi, müharibə şəraitlərində qəhrəmanların fədakarlığına həsr edilməsi daha çox populyarlıq qazanmışdır.

    Növbəti muzey sərgilərinə nə yubiley, nə də memorial məzmun çərçivəsinə sığmayan əşyaların nümayişini həyata keçirən monoqrafik sərgilər aiddir. Bu sərgilər bir mövzuya, bir problemə, bir konkret hadisəyə həsr edilmiş tematik sərgilərdir.

    Muzey sərgiləri mövcud muzeyin materialları, yaxud da yeni daxil olmuş muzey əşyaları, həmçinin şəxsi kolleksiyalar

    və digər ekspozisiyalardan əldə edilmiş əşyalar əsasında təşkil edilə bilər. Sərgilər komplektləşdirmənin son nəticələrini, kolleksiyaçılar, ictimaiyyatla əlaqələrin xarakterinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

    Növbəti_jjaraqraflarda sərgi ekspozisiyalarının təşkili məqamlarına bir daha qayıdacağıq. Lakin deyilənlərdən məlum olur ki, daimi ekspozisiya kimi sərginin də təşkilində ekspozisiya işinin əsas prinsip və təşkiletmə xüsusiyyətləri mühüm yer tutur. Beynəlxalq Muzeylər Təşkilatının (İKOM) otuz sayda beynəlxalq komitələrindən biri olan Sərgilərlə Mübadilə Beynəlxalq Komitəsi (İCEE) sərgi fəaliyyətinin inkişaf aspektlərini öyrənir, bu sahədə təcrübə mübadilələrini gücləndirir. Bu sahə üzrə mütəxəssislər hər il Komitənin təşkil etdiyi diskussiyalarda, “Sərgi ideyaları yarmarkası”nda yeni layihələrlə iştirak edirlər. Bu ideyalar muzey sərgilərinin müasir tələblər əsasında qurulmasına əhəmiyyətli şəkildə təsir göstərir.

    Ona görə də, ekspozisiyanın təşkili məsələsinə geniş rakursdan yanaşmaq tələb olunur. Çünki digər təşkilatlanma sahələri kimi muzey ekspozisiyasının ayrıca bir sənət, peşəkarlıq növü kimi təşəkkülü, formalaşma və inkişafının tarixi xronologiyası mövcuddur.

    Tarixən bu məqsədi reallaşdırmaq üçün muzey eKspozisiyalannın təşKİli tarixi dövrlərin tələblərinə uyğun şəıdldə həyata Keçirilirdi. Belə kİ, ayn-ayn tarixi dövrlərdə eKspozisiyalann təşKİli prinsipləri mövcud idi. Bu məqsədlə, tarixə müraciət edəK: məsələn, XVIII əsrdə bədii KolleKsiyalardan saraylann bəz ədi İmə si məqsədilə istifadə eKspozisiya siyasətinin mahiyyətini, xaraKterini müəyyənləşdirirdi. Rəsm əsərlərinin sıra ilə düzülüşü, heyKəltəraşhq nümunələrinin deKorativ şəıdldə yerləşdirilməsi və s. dövrün eKspozisiyalannın təşKİli prinsiplərini müəyyənləşdirirdi. Nümayiş olunan rəsm əsərləri, zallann deKorativ elementlərinə bu cür münasibət sənət nümunəsinin

    bədii dəyəri və Kompozisiyanın qabardılması Kİmi əhəmiyyətli bir məqamı təmamilə Kölgədə qoyurdu.

    XVin əsrin axırlarında eKspozisiyanın təşKİlində deKorativlİK prinsipi əsas rol oynasa da, artıq XIX əsrin birinci rübündə bu prinsip öz əhəmiyyətini itirməyə başlayır. Məsələn, dünya şöhrətli Ermitajda rəsm əsərlərinin nümayişində sənət prinsipləri başlıca yer tutmağa başlayır: “italyan sənətKarlannın zalı”, «Holland Kabineti», «İspan zalı» ilə yanaşı, ayrı-ayn rəssamlann-Rembrandt, Rubens, Van DeyK Kİmi məşhur sənətKarlann yaradıcılığına zal və guşələr həsr olunmağa başlayır. Artıq XIX əsrin ortaları və İKİnci yarısında rəsmlərin bir neçə sırada «xalçavari» asılması prinsipi üstünlüK təşıcil etməyə başladı. Zəngin saray interyerləri, həmçinin şəxsi muzey sahiblərinin zallarında rəsmlər bütün divar boyunu əhatə edirdi. Məsələn, görKəmli KolleKSİyaçı P.M.TretyaKov eKspozisiyanı ona məxsus olan KolleKSİya nümunələrini 7-8 sıra boyu asmaqla qururdu. KolleKSİyalann sayının artımını nəzərə alaraq məşhur KolleKSİyaçı rəsmlər üçün yeni zallar da tİKdirmişdir. Bunların bəzisi yuxandan işıqlandırma mexanizmi olan İkİ mərtəbəli zallar idi. Get-gedə zənginləşən KolleKSİya eKspozisiyaları daha da sıxlaşdırdı. EKspozisiya məKanımn genişlənməsi üçün xüsusi araKəsmələrdən istifadə olunmağa başlanıldı kİ, bu da eKspozisiyanın təşıdli, qorunması texnİKasında İIk təchizat avadanlıqlanndan idi. P.M.TretyaKov get-gedə öz eKspozisiyalannı daha məntiqəuyğun və planlı tərzdə qurmağa başlayır: rəsm əsərlərinin
    Yüklə 22,18 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin