Sahələri hesab edilir



Yüklə 22,18 Kb.
səhifə4/5
tarix23.04.2022
ölçüsü22,18 Kb.
#115487
1   2   3   4   5
sərgilər haqqında

nıonoqrafİK prinsipə əsasən asılması (eyni rəssama aid əsərlərin nümayişi) bu sahədə atılan uğurlu addımlardan idi. Ötən əsrin İ1k on illiyində R.M.Tretyaxov qalereyasında eKspozisiya işində həyata Keçirilən ən mühüm hadisələrdən biri də reeKspozisiya idi. Bu eKspozisiyanın yenidən təşKİli, yeni artıq və gərəKSİz (hazıncı şəraitdə) olan əşya və təchizatdan azad edilməsi deməKdir.

FİKrimizi rus muzeyşünashğı tarixində əzəmətli yer

tutan R.M.TretyaKov qalereyası eıcspozisiyalanmn qurulma mexanizminin tarixi faxtı əsasında aydınlaşdırmaqla belə bir məntiqi nəticə əldə etməK olur kİ, exspozisiya sənəti, muzey fəaliyyətinin aynca bir istiqaməti ximi özünəməxsus inxişaf tendensyasına m al i k olmuşdur, j

  1. əsrin II yarısında Kapitalist cəmiyyətinin məişətin- dəKİ dəbdəbəli exlextix meşşan bəzəyi həmin dövr eKspozisiyalannm əşyavi - məxan mühitinə də nüfuz etmişdir. DeKorativ fonun bədii cəhətdən ümumi sistemsizliyi eKspozisiyanı KonKretlİK və ifadəlilixdən məhrum etmişdi. EKSpozisiyalann ümumi üslubu plastix obrazlı bədii həll ilə uyğunluq təşKİl etmirdi. Sovet çağlarından da müzeylərin bədii tərtibatında sosialist realizmi bədii üslubu aparıcı yer tutaraq, xüsusilə, XX əsrin 30-50-ci İlərində illüstrativlİK prinsipinə üstünlüx verilirdi. Bu zaman exspozisiyalarda daha çox, sitat-mətnlər qabardılırdı. DoqmatİK, nəğlçi münasibət eKspozisiyanın sxematİK mahiyyət daşımasına səbəb olurdu. Həddən artıq deKorativlİK, dəbdəbəli bər-bəzəK, lazım oldu- olmadı ipəK və məxməri fon, bahalı mozaixa və rəngKarlıq pannolan, fresxalar eKspozisiyanı əsas məqsədindən yayındırırdı. Rəhbər işçilərin heyKəllərindən yersiz istifadə daha gülünc xaraxter almışdı. Digər tərəfdən, muzey eKspozisiyasına maqazin rexlamı üsullarının nüfuz etməsi sovet exspozisiya sənətində təzahür tapan mənfi hallardan idi.

  2. əsrdə əşyavi mühitə olan əwəİKİ estetİK münasibət rədd edilir. İstehsalın inxişafı, yeni material, texnologiya, tələbatlar mühitə münasibətdə yeni bədii-texnİKİ formaların yaranmasına başlıca səbəb olur. Rasional xonstruKtiv sxem əşyavi mühitin təşxilində başlıca rol oynayır və exspozisiya təchizatında bunlardan istifadəyə önəm verilir. Açılıb - yığılan modul həcm-məxan xonstruxsiyalannın exspozisiyalara daxil olması mühüm hadisəyə çevrilir. Exsponatla tamaşaçı arasında bağlılıq, əlaqənin yaradılması exspozisiyanın başlıca tələbinə çevrilir. Əgər ötən əsrin 30-cu illərində eKspozisiyalann qurulmasında tarixi-xronoloji prinsip apancı rol oynayırdısa, 40-cı illərdə, bu daha çox illüstrativ səciyyə ilə əvəz olunur. 50-60-cı illərdə tarixi xronoloji prinsip yenidən apancı mövqeyə sahib olur.

Hazırda muzey eıcspoziyalannın təşKİlində muzeylərin təsnifat xüsusiyyətərinə üstünlüK verilir. Bu isə, eKspozisiyanın yüxsəK elmi səviyyədə hazırlığım daha zəruri edən amillərdən biridir. Məhz bu səbəbdən də eKspozisiyanın digər xüsusiyyəti-onun elmi Konsepsiyaya əsaslaması ilə izah edilir. Dünya muzeylərinin ekspozisiyalanna edilən çox qısa ekskurs ekspozisiya sənətinin özünəməxsus inkişaf tendensiyasına malik olduğu faktım aydın şəkildə qabardır. Eyni tendensiya bu gün də davam etməkdədirj

Müasir dövrdə öz dizayn, konstruksiya xüsusiyyətlərinə görə unikal və diqqətəlayiq muzey binaları layihələndirilərək istismara verilmişdir ki, bu da müasir ekspozisiya modelinin formalaşmasını təmin etmişdir. Müasir muzey ekspozisiyası vaxtılə yalnız başa düşdüyümüz interyer deyil, həm də muzeyin özü, onun zahiri görkəmini də nəzərdə tutur. Onun forma elementlərinə binanın rəngi, zahiri forma plastikası, ətraf landşaftla sıx vəhdəti aiddir. İnteryer layihələndirməsinin ən yeni texnologiyaları müasir memar və dizaynerləri əvvəlki dövrlərdən fərqli unikal, orijinal və təkrarolunmaz formalar yaratmağa məcbur edir. Bununla bağlı müasir muzey binalarının arxitektonikası, quruluş və konstruksiyasım əks etdirən konsepsiyaları diqqəti cəlb edir. Son tarixi dövrün ən maraqlı muzeylərinə Mexikodakı Milli antropologiya muzeyini (memar R.Vaskes), Amsterdamdakı Vinsent Van Qoq Dövlət muzeyi (memar Q.Ritveld), Yel Britaniya incəsənəti Mərkəzi ( memar L.Kan), Vaşinqtonun Milli Qalereyasının şərq korpusu (memar İ.Pey), Nyü-Yorkdakı Solomon Quqqenhaym muzeyi və digərlərinin adlarını çəkmək olar. F.L.Rayt tərəfindən dəmrr-beton spirallar görkəmində yaradılan muzey müasir memarlığın əsil triumfu

hesab edilir. Hamar spirallar muzeyin daxili hissəsində meydança funksiyasını yerinə yetirərək ziyarətçiləri bir ekspozisiyadan digərinə apararaq incəsənətin unikal eksponatları ilə tanış edir. Muzey binasının özü sözün əsil mənasında möhtəşəm incəsənət əsəridir. Zikkurat formalı bu muzeydə rəssamlar öz əsərlərinin ekspozisya edilməsini arzulayırlar. Onu da qeyd edək ki, dünyada Quqqenhaym adı ilə bağlı bir sıra muzeylər fəaliyyət göstərir. Solomon Quqqenhaym özünü muzey mesenatı hesab edirdi. Eyni adlı muzey Bilbaodadır (İspaniya). Menhenqladbaxdakı (Almaniya) Bədii muzeyin memarlıq tikilisi isə, diqqəti lap çox cəlb edir (memar H.Hollyain). Bu muzeyin yeni ekspozisiyası uzun illər muzey ziyarətçilərinin yaddaşına həkk olunmuş köhnə ənənəvi ekspozisiyanın “obrazını daşıyır”. Xarici ölkə muzeylərinin əksəriyyətində yeni ekspozisiyaların formatəşkili və üslubu konseptual ekspozisiya axtarışlarından daha ağır dəyişikliyə uğrayır. Bu muzey ziyarətçilərinin idrakında kök salan “muzey obrazı” ilə bağlı ənənəvi streotiplərlə bağlıdır. Bu cür muzeylər “ənənəvi” formalar üzərində inkişaf edərək özlərinin konkret məqsəd və vəzifələrinə malikdirlər. Məsələn, belə konsepsiya üzərində yaradılmış ekspozisiyalardan Perqam muzeyi (Berlin), Misir muzeyinin yeni ekspozisiyalarını (Bode muzeyi, Berlin), Çexiya tarixinə həsr edilmiş yeni ekspozisiyanı (Qradçan, Praqa), Milli sənət və peşələr Muzeyinin (Kuala-Lampur, Malaziya), Metropoliten muzeyinin qədim Misir insəsənətinə həsr olunmuş (Nyu-York), Tətbiqi İncəsənət muzeyinin yeni ekspozisiyalarını (Praqa) nümunə göstərmək olar. Bu ekspozisiyaların hamısı ən müasir texniki və dizayn səviyyəsində təşkil olunmuşdur. Lakin bununla belə, onların bədii-memarlıq həlli kolleksiyaların optimal nümayişi prinsiplərinə əsaslanan ənənəvi və klassik təsirlərin çərçivəsindən kənara çıxmır. Bu cür yanaşma əksər hallarda ekspozisiyanın konseptual həllini də istisna etmir. Bu konseptuallıq müasir səciyyə kəsb edir. Belə maraqlı nümunələrdən Parisdə Sena çayının sol sahilindəki D”Orse muzeyini (proqramın müəllifləri P.O.Bim, K.Bike, dizayner Q. Aulenti) misal göstərmək olar. Bu müasir konseptualizm prinsipi əsasında həllini tapmış qərb muzeyidir. Zahirən bu bina Pekstonin unikal “Büllur sarayı”nı xatırladır. Ekspozisiya 1900-cü ildə memar V.Lalu tərəfindən tikilmiş köhnə Orlean vağzal binasında 1986-cı ildə qurulmuşdur (Rəsm 1). Paris sakinləri D”Orse vağzalını “fransız moderninin qu quşu nəğməsi” adlandırırlar. Muzey fransız insəsənətinin təsviri sənəti, plastika, tətbiqi incəsənət, fotoqrafıya və XIX əsr ortaları XX əsr teatr tarixinin nümayişini nəzərdə tutur. Dizayner Qae Aulenti ekspozisiyanın bədii memarlıq həllini postmodern və XX əsrin əvvəllərində mövcud olmuş modernin vəhdəti əsasında həyata keçirtmişdir. Bu ekspozisiya üslubların dialoqu əsasında həll olunmuş bədii əsəri xatırladır. Bu konseptual proqramın (yaxud da ekspozisiyanın elmi konsepsiyası) əsas məqsədi, “muzeyin vağzalda təşkili deyil, vağzalın muzeyə çevrilməsi” ideyasıdır. Ekspozisiya şəhəri xatırladan küçə, meydança, fasadlardan ibarət olub, şəhər metaforası əsasında qurulmuşdur. Monumental forma və ritmlər, bunların bizim dövrümüz üçün kamil ekspozisiya dizaynı, tarixi memarlıq strukturunda rəng palitrası iki dövrün təzadlı məqamlarım obrazlı şəkildə açır. Ən yeni muzey texnologiyaları, eyni zamanda ən yeni material və texnika, mürəkkəb müasir təbii və süni işıqlandırma sistemləri Kosmik Mərkəzə aid texniki xidmət sistemlərinə analoji olan Klimensi kompyüterləri ilə idarə olunan avtomatik texnoloji rejimlərin tətbiqi bu ekspozisiyanın konseptual həllinin mühüm məqamlanndandır.

Dizayner İtallo Rotanın layihəsi əsasında hazırlanmış “Parisin atlası” sərgi ekspozisiyası konseptual bədii həlli ilə ziyarətçilərin böyük marağına səbəb olur. Orijinal nümayişetdirmə forması ekspozisiyanın unikallığım artırır. qrafik şəhərsalma planlarının, divar və maketlərin asma tavan şüşələrinin tutqun səthindən görüntüsü tamaşaçının təsəvvüründə illüziyalı məkan mühiti yaradır.

Kölndəki Roma-alman muzeyi Roma sivilizasiyasına məxsus qədim əşyaların ekspozisiya olunmasına həsr edilmişdir. Ekspozisiyadakı ən müasir konstruksiya və vitrinlər zaman, eksponat və ekspozisiyadakı təzadı aydın şəkildə əks etdirə bilir. Muzeyin əməkdaşları Roma mədəniyyət və incəsənətinə məxsus əşyaların, məhz bu cür vitrinlərdə nümayişinin müasir insanlar tərəfindən daha asanlıqla qavradıqlarını qeyd edirlər.

Beləliklə, dünya muzey ekspozisiyalarından gətirilən nümunələr muzey işinin bu istiqamətinin aynca bir sənət sahəsi olduğu faktım bir daha qabardır və bu işin yalnız müxtəlif əşyaların bir mövzuda birləşdirilmiş sadəcə yığnağı, baxılmaq üçün nümayiş etdirilməsi Kimi deyil, əsil muzey materialları əsasında vahid, əvvəlcədən düşünülmüş elmi ideya və mövzu fİKrinə uyğun yaradılan bitKİn və əhatəli tematİK elmi təndb olduğunu isbat edir. Muzey KOİleKtivi tərəfindən hazırlanmış elmi Konsepsiya eKSpozisiyanın ideya məzmununu, muzey toplusundan əşyaların seçilməsi, qruplaşdırılması, Kompozisiyası, şərhi, interpretasiya prinsiplərini müəyyən edir, həmçinin bədii həll üçün zəruri olan tələbləri elmi cəhətdən əsaslandırır.

EKspozisiya işi onun qurulması, yəni düzülməsindən başlayaraq a)
Yüklə 22,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin