-10 il ərzində təzələnirsə (çox vaxt onun müddəti ənənəvi qaydada tarixi nəsillərin həyatına bərabər olur), sərgi ekspozisiyaların müddəti isə, 1-2 aydan
7-10 il ərzində təzələnirsə (çox vaxt onun müddəti ənənəvi qaydada tarixi nəsillərin həyatına bərabər olur), sərgi ekspozisiyaların müddəti isə, 1-2 aydan artıq (çox nadir hallarda bir neçə il) olmur. Bir çox muzeyşünaslar muzey sərgisini “ilin hadisəsi” kimi də qiymətləndirirlər. Muzey binaları layihələrində daimi ekspozisiya zallarından başqa, sərgi zallarının olması zərurəti də bu faktla əlaqədardır (bu haqda növbəti bölmələrdə daha ətraflı izah veriləcək). Əgər bir qədər pafosla ifadə etmiş olsaq, ekspozisiya zalları muzeyin ürəyidirsə, sərgi zalları isə, onun nəbzidir.
Muzey fonduna daxil olan yeni əşyalar, muzeyin hansısa müddət üçün hesabatı, yaxud da əlamətdar hadisəyə münasibətin ifadə edilməsində sərgilər operativ səciyyə kəsb edir. Muzeyin sərgi fəaliyyəti onun müasir həyatda iştirakının operativ formasıdır, belə ki, sərgilər muzeyin özünün, eləcə də digər muzeylərin fondundan təşkil olunur. Bunlar muzeylərin ekspozisiya imkanlarını genişləndirərək yeni ziyarətçi kateqoriyasını cəlbinə əhəmiyyətli şəkildə təsir göstərir. Muzey sərgisi-ekspozisiya fəaliyyətinin ən dinamik formasıdır. Muzeyin daimi ekspozisiyası ilə sərgi ekspozisiyası arasındakı fərqi daha detallı şəkildə anlamaq məqsədilə muzey sərgilərinin təsnifatına da aydınlıq gətirmək yerinə düşərdi. /Muzey sərgilərinin bir-neçə təsnifatı mövcuddur. Bununla əlaqədar olaraq muzey sərgilərinin qruplara bölgüsü sərgi fəaliyyəti nöqteyi-nəzərindən irəli gələn bir sıra ən mühüm parametrlərə əsasən aparılır. Bu parametrlər aşağıdakılardır: