Örnək
O dövrdə dostlarla zarafat və gülüşlərimiz kimisə ələ salmaqdan ibarət idi. Məsələn, bir neçə dost küçədə bir yerə toplaşır, oradan keçən bir fəhlənin papağını götürüb bir-birinə atır və camaatı incidirdi. İbrahimlə dostluqdan sonra isə yaxşı işləri öyrəndik. O bizə elə sözlər danışırdı ki, əsl mənasını illər sonra anladıq.
Mənim yaraşıqlı saçım vardı. Ona qulluq edir və müxtəlif modellərə salırdım. Çoxları mənim saçıma və zahiri görkəmimə həsəd aparırdılar. İbrahim də çox yaraşıqlı idi, amma... Bir dəfə mənim saç modelimdən söhbət düşəndə bir cümlə dedi. O cümlə heç vaxt yadımdan çıxmaz: "Allahın verdiyi nemətə görə başqalarının yanında lovğalanma".
Bunu deyib getdi.
Dostları ilə paylaş: |