Hörmət
Məktəbdən qayıdanda Seyid Kamalın, Şəhid Nasir Kermaninin və digər dostlarımın küçənin başında oturduqlarını görüb mən də onlara qoşuldum.
O dövrün gənclərinin əsas əyləncəsi zarafatlaşıb gülmək və digərlərini ələ salmaq idi. Oturduğumuz yerdə məhəllə sakinlərindən biri bizə yaxınlaşmağa başladı. Yaraşıqlı və ağ kostyum geyinmişdi, çox gözəl görkəmi vardı, amma adi vəziyyətdə deyildi. O bizim qonşumuz olan yük maşını sürücüsü ağa Kazim idi.
Aşa-aşa evinə gedirdi. Bildik ki, çox içib və özündə deyil. Bizə çatanda birdən kanala yıxıldı. Biz ona baxıb gülürdük. Öz-özümə dedim ki, ona bu da azdır.
Heç kim ona yaxınlaşmadı. O vəziyyətdə qusdu və paltarlarını buladı. Bu yerdə birdən İbrahim gəldi. Məsələni öyrənən kimi ağa Kazimi kanaldan çıxardı, su götürüb üzünü yumağa başladı. Sonra onu çiyninə atıb evinə apardı.
İbrahimin ardınca getdim. Ağa Kazimin evi Həkimzadə küçəsində, Babülcənnət məscidinin yaxınlığında idi. İbrahim qapını döyüb onu içəri apardı.
Ağa Kazimin yoldaşı çox mömin və hicablı qadın idi.
İbrahim ağa Kazimi həyətdə çardağa qoydu və olanlar haqda heç nə demədi. Bizə də işarə ilə heç kimə bir söz deməməyi tapşırdı. O bununla bir ailəni rüsvayçılıqdan qurtardı.
Dostları ilə paylaş: |