Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə66/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   62   63   64   65   66   67   68   69   ...   82

Son günlər

Əli Sadiqi, Əli Müqəddəm


Dekabrın ortalarında İbrahimlə birgə Tehrana qayıtdıq. Yorğun olsa da, çox sevinirdi.

– Düşmən bölgəsində heç bir şəhid və yaralı qalmadı, hamısını gətirdik. Bu axşam nə qədər yolda qalmış gözləri sevindirdik. Hansı şəhidin anası övladının qəbri üstünə getsə, bizə də savab çatacaq.

Mən dərhal fürsətdən yararlanmağa çalışdım.

– Ağa İbrahim, bəs nə üçün özün dua edirsən ki, cəsədin tapılmasın?!

Bu sualı gözləmirdi. Bir qədər dayanıb dedi: "Mən anamı hazırlamışam, demişəm ki, məni gözləməsin. Hətta itkin şəhid olmağım üçün dua etməsini də istəmişəm".

Yenə istədiyim cavabı vermədi.

Bir neçə həftə Tehranda qaldıq. Uşaqlar hər axşam İbrahimin yanında idilər; hara gedirdisə, heyət uşaqları və döyüşçülər də oraya gedirdilər.

***


Yanvar ayı idi. İbrahimin halı çox dəyişmişdi, avamcasına sözləri və zarafatları azalmışdı.

Əksər uşaqlar onu Şeyx İbrahim çağırırdılar.

Saqqalını qısaltsa da, üzünün nurluluğu əvvəlki kimi idi. Şəhadət uşaqların hamısının arzusu idi, İbrahim üçün isə başqa bir aləm idi.

Axşam gəzişəndə soruşdum: "Sənin arzun şəhid olmaqdır, eləmi?!”

Güldü. Bir neçə saniyədən sonra dedi: "Şəhadət mənim arzularımın bir zərrəsidir. İstəyirəm ki, məndən heç nə qalmasın, kəfənsiz ərbabım İmam Hüseyn kimi tikə-tikə olum. Cənazəmin qayıtmasını da istəmirəm".

Bu sözünün səbəbini əvvəllər eşitmişdim. O deyirdi: "Seyidlər anasının qəbri olmadığı kimi, mən də qəbrimin olmasını istəmirəm".

Sonra zorxanaya getdik və bütün uşaqları ertəsi gün nahar yeməyinə dəvət etdi.

Günorta onlara getdik. Yeməkdən öncə camaat namazı qılındı. İbrahimi irəli göndərdik. Namazda qəribə halı vardı. Sanki bu dünyada deyildi, bütün vücudu ruhani aləmdə pərvaz edirdi.

Namazdan sonra gözəl səslə Fərəc duasını oxudu. Uşaqların biri dedi: "İbrahim çox qəribə olub, indiyə qədər namazda belə ağladığını görməmişdim".

Heyətin əzadarlıqlarında həzrət Fatimeyi-Zəhraya (ə) təvəssül edirdi. Məddahlıq zamanı həmişə cəbhələri və döyüşçüləri xatırlayır, seyidlər anası kimi məzarı və ünvanı olmayan bütün itkin şəhidləri yada salırdı.

***

Fevralın əvvəlləri idi. Axşam saat 9-da bir nəfər küçədə qışqırdı: "Hacı Əli, evdəsən?" Pəncərəyə yaxınlaşdım. İbrahimlə Əli Nəsrullah idi. Sevinib küçəyə çıxdım.



Əvvəl İbrahimi, sonra da Əlini qucaqlayıb öpdüm. Evə gəldik. Hava çox soyuq idi. Evdə tək idim. Onlara dedim: "Şam yemisiniz?" İbrahim dedi: "Yox, zəhmət çəkmə".

– Sizə yumurta bişirəcəyəm.

Sonra yüngül bir şam yeməyi hazırladım.

Bu axşam uşaqlar evdə deyillər, bir işiniz yoxdursa, burada qalın, soba da qızıb.

İbrahim qəbul etdi. Sonra gülərək dedim: "Dadaş İbrahim, bu soyuqda kürd şalvarı ilə gəzirsən?! Üşümürsən?"

O da güldü.

- Yox, axı dördünü üst-üstə geyinmişəm.

Şalvarlardan üçünü çıxarıb sobaya yaxınlaşdı. Mən də Əli ilə danışmağa başladım.

Bilmirəm İbrahim yuxulamışdı, yoxsa yox, amma birdən yerindən qalxıb üzümə baxdı və dedi: "Hacı Əli, sən mənim canım, düzünü de, mənim üzümdə şəhadət əlaməti görürsən?"

Belə bir sual gözləmirdim. Bir qədər üzünə baxıb sakitcə dedim: "Şəhadət zamanı bəzi uşaqlarda qəribə hal olur, amma İbrahim can, sən həmişə bu haldasan".

Otağı sükut bürüdü. Ayağa qalxıb Əliyə dedi: "Qalx, gərək tez yola düşək".

Təəccüblə dedim: "Ağa İbrahim, hara?"

– Gərək tez məscidə gedək.

Sonra şalvarlarını geyindi və Əli ilə getdi.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin