Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə67/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   63   64   65   66   67   68   69   70   ...   82

Son görüş yeri: Fəkkə

Əli Nəsrullah


Gecənin yarısı məscidə getdik. İbrahim orada uşaqlarla, sonra da evə gedib anası və bacı-qardaşları ilə sağollaşdı. Anasından xahiş etdi ki, şəhadəti üçün dua etsin. Səhər tezdən cəbhəyə yola düşdük.

İbrahim az danışır, daha çox zikr deyir və Quran oxuyurdu.

Fəkkənin şimalında diviziyanın düşərgəsinə çatdıq. Batalyonlar əməliyyat manevri edirdilər. Döyüşçülər İbrahimin qayıtdığını eşidib çox sevindilər. Hamı onu görməyə gəldi. Çadır bir an da boşalmırdı.

Hacı Hüseyn də gəldi. İbrahimi görməyinə çox sevinirdi. Salamlaşandan sonra İbrahim soruşdu: "Hacı Hüseyn, uşaqların hamısı məşğuldur, bir xəbər var?"

- Sabah əməliyyata başlayırıq. Bizimlə gəlsən, çox sevinərik.

Sonra əlavə etdi: "Yeni əməliyyatda kəşfiyyat uşaqlarını batalyonlara böləcəyəm. Hər bir batalyonda bir-iki kəşfiyyatçı olmadılır".

Sonra İbrahimin önünə bir siyahı qoydu.

- Bu uşaqlar haqda fikrin nədir?

İbrahim siyahıya baxıb bir-bir fikrini bildirdi. Sonra soruşdu: "Hacı, şəxsi heyətin bölgüsü necədir?"

– İndi bütün canlı qüvvə bir neçə korpusa bölünüb. Bir neçə diviziyanı birləşdirib bir korpus yaratmışıq.

Hacı Himmət Qədr korpusunun komandiridir, 27 saylı diviziya da həmin korpusdadır. Korpusun kəşfiyyat işlərini də bizə tapşırıblar.

İbrahim həmin gün axşamüstü saçını qısaltdı və saqqalını səliqəyə saldı.

Qürub çağı nəzarət postlarından birinə getdik. İbrahim xüsusi durbinlə əməliyyat bölgəsinə baxdı və kağıza bəzi qeydlər etdi.

Uşaqların bir qismi posta gəlib deyirdilər: "Ağa, tez ol, biz də baxmaq istəyirik".

İbrahim hirslənib dedi: "Məgər bura kinoteatrdır?! Biz sabah üçün plan hazırlayırıq, hərəkət yolunu müəyyən etməliyik".

Sonra da hirslə oranı tərk etdi.

Mənə dedi: "Ürəyim çox həyəcanlıdır".

Qədr korpusunun komandirlərindən birinin yanına getdik. İbrahim dedi: "Hacı, bu bölgə başqa cürdür. Yer yumşaq qumdur, şəxsi heyətin hərəkəti çox çətin olacaq. Düşmən də bu qədər maneə düzəldib. Səncə, bu əməliyyat uğurlu olacaq?"

Komandir dedi: "İbrahim can, bu, komandirlərin əmridir. Biz onu yerinə yetirəcəyik, nəticəsi Allaha aiddir".

***


Ertəsi gün axşamüstü batalyonların şəxsi heyəti hazır oldu. Həzrət Rəsul (s) diviziyasından on bir batalyon özünün son ərzaq payını təhvil aldı. Hamı Fəkkəyə hazırlaşırdı.

Uzaqdan İbrahimin üzünü görən kimi ürəyim üzüldü. Üzü çox nurlanmışdı, həmişəkindən ağ idi. Başına ərəb çəfiyəsi atmış, əyninə yaraşıqlı gödəkcə geyinmişdi. Bütün uşaqlara əl verib salamlaşdı. Onu kənara çəkib dedim: "Dadaş İbrahim, çox nurani olmusan".

Dərin nəfəs alıb həsrətlə dedi: "Doktor Behişti şəhid olanda çox narahat oldum, amma öz-özümə dedim ki, xoş halına, şəhadətlə getdi. Onun təbii ölümlə dünyadan köçməsi heyf olardı. Əsgər Vüsali, Əli Qurbani, Qasim Təşəkküri və dostlarımızdan çoxları da gediblər. İndi bizim Tehrandan çox Behişti-Zəhrada (ə) dostumuz var".

Bir qədər dayanıb əlavə etdi: "Xürrəmşəhr də azad edildi. Qorxuram ki, müharibə bitər və şəhadət şansı əldən çıxar. Hərçənd, təvəkkülümüz Allahadır".

Sonra dərin ah çəkib dedi: "Şəhid olmağı çox sevirəm, amma ən qəşəng şəhadəti istəyirəm".

Təəccüblə ona baxdım. Sözünün davamını gözləyirdim. Gözlərindən yaş damlaları axdı.

- Heç kimin əlinin çatmadığı bir yerdə qalasan, səni heç kim tanımaya, ağa ilə özün olasan. Mövla da gəlib başını dizinin üstünə qoya. Bu, ən qəşəng şəhadət olar.

- Dadaş İbrahim, sən Allah, belə danışma.

Sonra söhbəti dəyişməyə çalışdım.

- Gəl komandir heyəti ilə gedək. Beləsi daha yaxşıdır; harada ehtiyac olsa, kömək edərsən.

- Yox, mən Bəsic üzvləri ilə getmək istəyirəm.

Sonra birlikdə yola düşüb ilk hücuma keçən batalyonlara yaxınlaşdıq. Onlar son hərbi hazırlıqlarını görürdülər.

- Dadaş İbrahim, silah-sursatdan sənə nə götürüm?

- Yalnız iki əl qumbarası götür. Silah lazım olsa, iraqlılardan alarıq.

Hacı Hüseyn Allahkərəm uzaqdan gözlərini İbrahimə dikmişdi. Ona yaxınlaşdıq. Hacı gözlərini İbrahimin üzündən çəkmirdi. O, ixtiyarsız olaraq İbrahimi qucaqladı, bir neçə saniyə o vəziyyətdə qaldı. Sanki bunun son görüş olduğunu bilirdi.

Sonra da İbrahim qol saatını açıb dedi: "Hüseyn, bu da sənə yadigar olsun".

Hacı Hüseynin gözü yaşardı.

- Yox, İbrahim can, özündə qalsın, ehtiyacın olar.

İbrahim xüsusi soyuqqanlılıqla dedi: "Yox, mənim buna ehtiyacım yoxdur".

Hacı da çox dəyişmişdi. O, söhbəti əvəzləyib dedi: "İbrahim can, əməliyyat üçün iki keçidimiz var. Uşaqlar birinci keçiddən keçəcəklər, mən bəzi komandir və kəşfiyyatçılarla ikinci keçiddən keçəcəyəm. Sən də bizimlə gəl”.

- Mən birinci keçiddən Bəsic uşaqları ilə gedərəm. Problem olmaz ki?

- Yox. Necə istəyirsən.

İbrahim son maddi bağlardan da ayrılıb əməliyyatda ilk hücuma keçəcək batalyonların yanında oturdu.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin