Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə5/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   2   3   4   5   6   7   8   9   ...   82

Halal ruzi

Şəhidin bacısı


Böyük Peyğəmbərimiz buyurur: "Yaxşı adam olmaq üçün övladlarınıza yardım edin, çünki insan istəsə, itaətsizliyi övladından uzaqlaşdıra bilər".1

Atamız İbrahimi və digər uşaqlarını düzgün tərbiyə etmək işində əsla səhlənkarlıq etmirdi. O, çox təqvalı bir insan idi: məscidə gedirdi, halal ruziyə çox əhəmiyyətli yanaşırdı. O, Peyğəmbərimizin belə buyurduğunu bilirdi: "İbadət on qisimdir ki, doqquzu halal ruzi qazanmaqdır".2

Buna görə də, bəzi quldurlar onu incidib ozamankı Əmiriyyə məhəlləsində halal ruzi qazanmağa qoymayanda atasından miras qalmış dükanı satıb şəkər zavodunda işləməyə getdi.

Orada səhərdən axşama qədər sobanın önündə dayanıb fəhləlik edirdi. Həmin ərəfədə kiçik bir ev aldı.

İbrahim dəfələrlə deyirmiş: "Atamın yaxşı övladlar tərbiyə etməsinin səbəbi halal ruzi üçün çəkdiyi əziyyətlərdir".

Öz uşaqlığını xatırlayanda da deyərmiş: “Atam mənə Quran əzbərlətdirir, məni həmişə özü ilə məscidə aparırdı. Biz çox vaxt Sərçeşmə dördyolunun aşağısındakı Ayətullah Nuri məscidinə gedirdik. Orada həzrət Əli Əsğər heyəti vardı. Atam o heyətdə xidmət edirdi”.

Yadımdadır, üçüncü-dördüncü sinifdə oxuyanda atam İbrahimə hirslənib dedi: "İbrahim, çıx bayıra, axşama qədər də gəlmə".

İbrahim axşama qədər evə gəlmədi. Hamımız onun günorta ac qalmasından ötrü narahat idik, amma heç kim atamın sözünün üstünə bir söz demədi. İbrahim axşam qayıtdı, hörmətlə hamıya salam verdi. Tez soruşdum: "Günortaya nə yedin, dadaş?" Atam hələ də özünü hirsli göstərsə də, İbrahimin cavabını gözləyirdi.

İbrahim çox sakitcə dedi: "Küçədə bir qoca qadın gördüm. Bazardan gəlirdi, çox şey almışdı, amma evinə apara bilmirdi. Gedib ona kömək etdim, əşyalarını evinə apardım. Qadın da çox təşəkkür etdi və mənə bir beşriallıq verdi. Almaq istəmirdim, amma çox israr etdi. Mən də əmin idim ki, bu pul halaldır, çünki onun üçün zəhmət çəkmişdim. Günorta həmin pulla çörək alıb yedim”.

Atam əhvalatı eşidib təbəssüm etdi. Sevinirdi ki, oğlu atasının dərsini yaxşı öyrənib və halal ruziyə əhəmiyyətli yanaşır.

Atamın İbrahimə məhəbbəti ata-oğul əlaqəsindən üstün idi. Onların arasında qəribə sevgi vardı və bu, İbrahimin şəxsiyyətinin inkişafında özünü göstərdi. Lakin bu münasibət çox çəkmədi.

İbrahim hələ yeniyetmə olanda atasını itirdi, qəmli bir qürub çağı ağır yetimlik kölgəsi başının üstünü aldı. Ondan sonra isə kişi həyatına davam etdi. Həmin illərdə çoxlu dost-tanış ona idmanla məşğul olmasını tövsiyə edirdi. O da bu yolu seçdi.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin