Sarsilmaz coş Makdauell Kristobal Kruzenin


Birinci fəsil Yer üzündə hər şey gözəldir



Yüklə 222,76 Kb.
səhifə3/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   2   3   4   5   6   7   8   9   ...   31

Birinci fəsil

Yer üzündə hər şey gözəldir


Hələ yaz fəslinin yeni girməsinə baxmayaraq, həmin gün çox isti idi. Çikaqodan əlli kilometr məsafədə yerləşən İllinois ştatının Uiton şəhərində əsə biləcək azacıq bir mehin avtomobilimə daxil ola bilməsi üçün pəncərələrimi sona qədər aşağı endirmişdim. Mən Uiton kollecinin birinci kurs tələbəsi idim və günün ikinci yarısında yerli orta məktəblərə xidməti kağızlar paylayaraq pul qazanırdım. Yəni bu mənim üçün yalnız qazanc yeri deyil, həmçinin, kollecdəki zəngin tədris proqramından yaranan daimi gərginliyi azaltmaq üçün yaxşı bir fasilə idi.

Mən Çeyz küçəsində yerləşən dəmir yol xəttini, Çikaqodan gələn şəhərlər arası elektrik qatarından daha sürətlə keçə biləcəyimə ümid edərək keçidə yaxınlaşdım. Lakin keçidə yaxınlaşdığım zaman şlaqbaum, sanki gözə görünməyən rejissor kimi aşağı endi və xəbərdarlıq siqnalı çalındı. Mən əl tormozunun dəstəyini çəkərək, nəfəs almaq üçün arxaya söykəndim. Xəbərdarlıq fitinin metaldan olan cingiltisi avtomobilimin radiosunda oxunan mahnının səsini batırdı. Bu, həmin vaxtlar bir nömrəli hitə çevrilmiş «Sən sabah da məni sevəcəksənmi?» mahnısı idi.

Mən maşının güzgüsündən baxarkən, məndən arxada qalan Uiton kollecinin tələbə şəhərciyi, sanki ovcumun içərisində imiş kimi görünürdü. Yoxuşun başında isə məşhur Blanşar-Holl göz oxşayırdı. Bu möhtəşəm tikili İsa Məsihin Mattanın Kitabında dediyi bu sözlərini xatırladırdı: «Dağın zirvəsində qalan şəhər gizli qala bilməz» (5:14).

Uiton kollecinin nüfuzu və məşhurluğu artıq uzun zaman idi ki, akademik dünyaya böyük səs salmışdı. Bu məşhurluğun əsas səbəblərindən biri də kolleci bitirmiş Billi Qrem və Rut Bill Qrem, yazıçı Marqaret Lendon və Elizabet Elliot, astronom Horald Olden və həmçinin əzabkeş-missionerlərdən olan Cim Elliot, Neyt Sena və Ela Makkalli kimi nüfuzlu məzunlar idi.

Gələcəkdə Uitonun məzunu olaraq mən də bu dünyada önəmli bir iz buraxa biləcəyəmmi? Əgər belə bir iz buraxacağamsa, bu hansı iz olacaq?

Mən bu yaxınlarda İsa Məsihə iman etmişdim və mənim ruhani həyatım hələ də «formalaşma səviyyəsində» idi. Miçiqan ştatının Yunion-siti şəhərində uğursuz bir ailədə böyümüşdüm və özümü həyatımın ağası olduğuma inandıraraq Tanrının varlığını inkar edirdim. Sonra — on doqquz yaşım olduğu zaman Tanrı barədə bütün düşüncələrə birdəfəlik son qoya biləcək bir qərar qəbul etdim. Lakin bu zaman çox möcüzəli bir şey baş verdi. Mən Tanrının mövcudluğunu inkar edə biləcək sübutları toplayarkən, O Özünü mənim həyatımda göstərdi və onun ayrılmaz bir hissəsinə çevrildi. Həyat yollarımın kökündən dəyişilməsi üçün bir neçə ay lazım oldu. Yaşadığım Kelloqa şəhərciyində yerləşən bələdiyyə kollecinin ikinci kursunu bitirib Uiton kollecinə getdim.

Diqqətim yenidən qarşımda şütüyən elektrik qatarına cəmləndi. Şütüyüb gedən qatarın səsində necə də rahatlıq tapmaq olurmuş! Uşaq vaxtı gecələr öz yatağımda uzanaraq, bizim fermadan bir neçə kilometr uzaqda tıqqıldayaraq keçən yük qatarlarının səsini xatırladım. Onların təkərlərinin səlis tıqqıltısı Miçiqan çöllərində dolaşırdı. Sürətlə şütüyən lokomotivlər qorxu bilmədən qatı qaranlığı yarıb keçir, onun ardınca eşidilən təkərlərin tıqqıltısı isə məni hər cür laylaydan daha yaxşı yuxuya aparırdı.

Birdən-birə xəyalımda canlanan xatirələrdən sonra dərindən ah çəkdim. Özüm də səbəbini bilmədən, birdən Robert Brauninqin poemasından məşhur bir sətir düşüncəmdə canlandı: «Tanrı göydədir, yer üzündə də hər şey gözəldir».

Xatirələrin təsiri altında, radioda səslənən musiqini sakitcə oxumağa başladım.

Arxa mənzərəni göstərən güzgüyə baxarkən, birdən-birə böyük bir yük maşınının düz mənim üstümə gəldiyini gördüm. Onun o tərəf-bu tərəfə yırğalanaraq, əyləci basmaq əvəzinə, əksinə daha çox sürət yığmağa başladığı çox aydın görünürdü. Mən, hətta gözlərimi möhkəm qırparaq bunun xəyal olub-olmadığını dəqiqləşdirmək istədim. Yox, bu xəyal deyildi və yük maşınının nəinki əyləci basmaq, hətta sürətini azaltmaq belə fikri yox idi. Elektrik qatarı isə hələ də önümdə şütüyürdü. Mən maşını arxaya sürmək üçün əlimi sürət dəstəyinə atsam da artıq gec idi. Mən ötürmə dəstəyini möhkəmlədərək, zərbəyə hazır olmaq üçün əyləc dəstəyinə var gücümlə basdığım zaman yük maşını demək olar ki, artıq üstümə gəlirdi.

Demək olar ki, həmişə unutmağa çalışdığım bütün həyatım, bir anlığa işıq sürəti ilə gözlərimin önündən gəlib keçdi.


Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin