Сащибкарлыьа вя Базар Игтисадиййатынын


HÜQUQİ ŞƏXS YARATMADAN SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏRDƏN VERGİ TUTULMASININ XÜSUSİYYƏTLƏRİ



Yüklə 51,18 Kb.
səhifə5/11
tarix05.01.2022
ölçüsü51,18 Kb.
#111897
1   2   3   4   5   6   7   8   9   10   11
5. HÜQUQİ ŞƏXS YARATMADAN SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏRDƏN VERGİ TUTULMASININ XÜSUSİYYƏTLƏRİ
Qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların gəlirləri fərqləndirilərək - minimum əmək haqqının 12 misli qədər və 12 mislindən artıq olmaqla iki qrupa bölünür:

1-ci qrup - orta aylıq gəliri minimum əmək haqqının 12 mislindən artıq olmayan şəxslər sahibkarlıq fəaliyyətini aşağıda göstərilən qaydalara uyğun olaraq patent almaq şəklində vergi ödəməklə həyata keçirirlər.

2-ci qrup - orta aylıq gəliri minimum əmək haqqının 12 mislindən artıq olan şəxslər sahibkarlıq fəaliyyətini məcmu illik gəlirlərindən bu vəsaitin 8-ci səhifəsində göstərilən müvafiq stavkalar üzrə vergi ödəyərək həyata keçirirlər.

Patentlər rayon, şəhər, şəhərdə rayon üzrə dövlət vergi müfəttişlikləri tərəfindən verilir.

Pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərilməsi üçün (səyyar qaydada fəaliyyət istisna olmaqla) patentin verilməsi qaydası və haqqı isə «Pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyətin patentləşdirilməsi qaydaları»na uyğun müəyyən edilir.

Sahibkarın arzusu ilə patent 1 il, yaxud ilin tam ayı üçün əldə edilir. Patentin qüvvədə olduğu dövrdə sahibkarlıq fəaliyyətinə xitam verildikdə patent ləğv edilir və yenidən hesablanma aparılıb, istifadə olunmamış lisenziyanın dəyəri qaytarılır.

Patentin dəyəri sahibkarlıq fəaliyyətinin növü və gəlirliliyi, həyata keçirildiyi yer, lazımi köməkçi fəhlələrin sayı, «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» AR qanununda göstərilən dərəcələr və güzəştlər ilə, habelə sahibkarlıq fəaliyyətinin müxtəlif növlərindən vergitutmanın təşəkkül tapmış səviyyəsi ilə müəyyən edilir.

Patentin dəyəri müəyyən edilərkən «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» qanunda sahibkarlıq fəaliyyətinin gəlirliyinin 5 qrupunun təyin olunduğu əsas götürülür. Bu qrupların hər birinə vergitutma qazancı xalq təsərrüfatı üzrə orta aylıq əmək haqqının müvafiq sürətdə 1, 2, 3, 4, 5 mislini təşkil edən fəhlə və qulluqçulardan vergitutma səviyyəsində həyata keçirilir. Buna uyğun olaraq 1-ci qrupa aid olan sahibkarlıq fəaliyyəti üçün aylıq patentin dəyəri 5 min manat, ikinci qrup üçün 15 min manat, üçüncü qrup üçün 30 min manat, dördüncü qrup üçün 45 min manat, beşinci qrup üçün 75 min manat təşkil edir. Gəlirlilik qrupları üzrə sahibkarlıq fəaliyyəti növlərinin siyahısı «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» AR qanununa əsasən, aşağıdakı kimi müəyyən edilmişdir.



Yüklə 51,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin