283. Menecer olmayan variantı göstərin: A) Milli Məclisin sədri menecer adlandırılır
B) Proqram – məqsədli qrupun yaxud layihə qrupunun rəhbəri menecer adlandırılır
C) Tabeçilikdə olana nəzərən rəhbər menecer adlandırılır
D) Bütövlükdə firmanın rəhbəri və onun ayrı–ayrı bölmələrinin rəhbərləri menecer adlandırılır
E) İşləri müasir üsullara uyğun təşkil edən istənilən idarəetmə səviyyəsi inzibatçısı menecer adlandırılır
284. Menecerə qarşı irəli sürülən əsas tələb hansıdır? A) Firma ilə işçiləri bir–birinə bağlayan şərtləri bilmək; hər iki tərəfin maraqlarını ədalətli qaydada müdafiə etmək
B) İçilərin əmək məhsuldarlığını yüksəltmək və istehsal güclərini artırmaq
C) İşçilərin sağlamlığının qayğısına qalmaq və ailəsinin xöşbəxt olmasını təmin etmək
D) Tabeçiliyində olan işçilərin siyasi və iqtisadi biliyini artırmaq
E) İşçiləri mükafatlandırmaq
285. Rəhbərin karyerasında uğursuzluğun səbəblərinə aid olmayanı göstərin: A) İşçiləri inandırmağa çalışmaq
B) Özünü kollektivdən izolyasiya etmək
C) Daha yüksək əmək haqqı almaq tələbini ön plana qoymaq
D) Öz fikirlərini və hissələrini başqalarından gizlətmək
E) Öz vəzifəsinin simvollarına olduqca çox diqqət ayırmaq
286. Sahibkar qabiliyyətli insanlar kimlərə deyirlər? A) Təşəbbüskar və yeniliklə bağlı risk etməyi xoşlayanlara
B) Firmada strateqiyanı işləyib hazırlayana
C) Yüksək idarəetmə qabiliyyətinə malik olanlara
D) Sutkada 15 saat işləyənlərə
E) Biznes sahəsində məşğul olanlara
287. İdarəetmə təfəkkürü sahəsində formalaşan məktəbləri yaranma xronologiyasına görə düzün: A) 1. Elmi idarəetmə məktəbi. 2. Klassik yaxud inzibati idarəetmə məktəbi. 3. İnsani münasibətlər məktəbi. 4. Müasir idarəetmə məktəbi.
B) 1. İnsani münasibətlər məktəbi. 2. Elmi idarəetmə məktəbi. 3. Klassik yaxud inzibati idarəetmə məktəbi. 4. Müasir idarəetmə məktəbi;
C) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. İnsani münasibətlər məktəbi. 3. Elmi idarəetmə məktəbi. 4. Müasir idarəetmə məktəbi;
D) 1. Klassik yaxud inzibati idarəetmə məktəbi. 2. Müasir idarəetmə məktəbi. 3. İnsani münasibətlər məktəbi. 4. Elmi idarəetmə məktəbi.
E) 1. Elmi idarəetmə məktəbi. 2. İnsani münasibətlər məktəbi. 3. Müasir idarəetmə məktəbi. 4. Klassik yaxud inzibati idarəetmə məktəbi.