GİRİŞ
Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı əmək bazarının diversifikasiyasını artırmaqla işçi qüvvəsinə olan tələbdə də sürətli dəyişikliklərin baş verməsi ilə müşahidə edilir. Bu gün əmək bazarında ən aktual məsələlərdən biri də baş verən sürətli dəyişikliklərə cavab verən kadrların hazırlanmasıdır.
İlk peşə-ixtisas təhsili əmək bazarına daha yaxın təhsil forması hesab olunur. Lakin keçmiş sovet ölkələrində bu təhsil forması tələb yönümlü olmamış və praktik bacarıqların formalaşmasına zəif istiqamətlənmişdir. Azərbaycanda ilk peşə-ixtisas təhsili müstəqillik dövrünün ilk illərində tənəzzül ilə üzləşmişdir. Maddi texniki baza və təhsil proqramlarının təkmilləşdirilməməsi, müəllimlərin peşəkarlığının artırılmaması məktəb və liseylərə əmək bazarının tələblərinə cavab verməyə imkan vermir. Sadalanan problemlər ilk peşə-ixtisas təhsili müəssisələrinin çox zaman işəgötürənlər tərəfindən tələb olunan bilik və bacarıqlar təmin edə bilməməsi ilə nəticələnmişdir.
Bu təşəbbüsün həyata keçirilməsinin uzunmüddətli hədəfi ölkənin iqtisadi hədəflərini dəstəkləmək üçün qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” nəzdində fəaliyyət göstərəcək Peşə Təlim Mərkəzinin1 fəaliyyətinin təşkilinə yardım göstəriləcəkdir ki, bu da ölkə üçün mühüm əhəmiyyət kəsb edən bacarıq və innovasiyalara malik ixtisaslı kadrların hazırlanmasına dəstək verəcəkdir. Layihənin əsas məqsədi mexatronika, kimya və inşaat sahələrində 6 prioritet peşə profillərinin müəyyən edilməsi, əmək bazarının ehtiyacları əsasında müvafiq peşə standartlarının, səriştə vahidlərinin və kurikulumların hazırlanmasıdır.
Diqqətinizə təqdim edilən İlkin Hesabatın məqsədi Layihə çərçivəsində hesabat dövrü ərzində yerinə yetirilmiş işlərin nəticələri haqqında məlumat vermək və növbəti addımları müəyyənləşdirməkdir.
Beləliklə, İlkin Hesabatın ikinci fəsli idarəetmə və loqistika haqqında məlumat verir, üçüncü fəsil həyata keçirilmiş tədbirlərin icrasını təqdim edir, dördüncü fəsildə gələcək fəaliyyətlər göstərilir. Hesabata edilən Əlavə 1-də Layihənin İş Qrafiki, Əlavə 2-də Görüşülən və əlaqə saxlanılan şəxslərin siyahısı və Əlavə 3-də Sektor Komitənin tərkibi verilmişdir.
Layihənin icrası zamanı göstərilən köməkliyə və əməkdaşlığa görə Təhsil Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.
İDARƏETMƏ VƏ LOQİSTİKA
Layihənin həyata keçirilməsinə 22 sentyabr 2014-cü il tarixində ilkin mərhələ ilə başladı. Bu tarixə qədər Layihənin işçi heyəti ilə müqavilə imzalanmış və onlar ofislə təmin olunmuşlar. Eyni zamanda ekspertləri cəlb etmək üçün texniki tapşırıqlar hazırlanmış və onlarla müqavilə bağlanmışdır.
Keçirilmiş çoxsaylı görüşlər və indiyə kimi həyata keçirilmiş işlərlə tanış olduqdan sonra Layihənin İş Qrafikinə yenidən baxılmış və nəzərdə tutulmuş fəaliyyətlərin tələb olunan vaxtda yerinə yetirilməsinin mümkün olması qənaətinə gəlinmişdir. İş Qrafiki Əlavə 1-də verilmişdir.
Benefisiar və maraqlı tərəflərlə müvafiq əlaqələr yaradılmış və görüşlər keçirilmişdir. Layihənin icrası ilə bağlı onların rəy və tövsiyələri öyrənilmişdir. Əlavə məlumat üçün Əlavə 2-yə bax.
Layihənin icarsında sosial tərəfdaşlığın təmin edilməsi üçün müvafiq müəssisələr və sektor komitələrin tərkibi müəyyənləşdirilmişdir. Əlavə məlumat üçün Əlavə 3-ə bax.
Standartların və kurikulumların hazırlanması üçün xüsusi şablonlar hazırlanır.
3. HƏYATA KEÇİRİLMİŞ TƏDBİRLƏR
Tədbir 1: Ehtimalları və riskləri, çağırışları və imkanları müəyyən etmək üçün mövcud vəziyyətin təhlili
Peşə standartları
Peşə standartı - işçinin yerinə yetirməli olduğu vəzifə və fəaliyyətlərin, həmçinin tələb olunan bilik, bacarıq və işə yanaşmaların təsviridir. Peşə standartı işçinin işdəki rolunu təyin etməyə, işəgötürən tərəfindən işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə və peşə yüksəlişi üçün vasitə və üsulları təsbit edir. Peşə standartları ISCO 88/08-ə və Məşğulluq Təsnifatına uyğun olaraq təsnifatlaşdırılır.
2010-2013-cü illər ərzində Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə tikinti (33), turizm (33), emal sənayesi (41), energetika (3), kənd təsərrüfatı (13), nəqliyyat (17), ticarət, biznesin idarəedilməsi və fərdi xidmətlərin göstərilməsi (60) sahələri üzrə aparıcı müəssisələrin iştirakı ilə 200 peşə standartı GOPA Consulatants və SEFT Consulting tərəfindən hazırlanıb. Ümumilikdə, Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq 5000 peşə üzrə standartın hazırlanmasına ehtiyac vardır.
Peşə standartları əmək bazarının tələblərinin öyrənilməsi, bu tələblərə uyğun gənclərin peşə yönümünün və kadr hazırlığının təşkili (kurikulumların hazırlanması), işəgötürmə prosesinin səmərəli şəkildə qurulması və işçilərin fəaliyyətinə çevik nəzarətin həyata keçirilməsi üçün baza rolunu oynayır.
Kvalifikasiya standartları
Kvalifikasiya standartı - səriştələrin təsbit olunması və sertifikatlaşdırılması üçün istiqamətverici sənəddir. Eyni zamanda, kvalifikasiya standartları ölkə üçün milli kvalifikasiya çərçivəsini (sistemini) formalaşdırır və kurrikulum vasitəsi ilə əldə edilmiş səriştələrin qiymətləndirilməsi üçün istifadə edilir.
Kvalifikasiya standartları işçilərdən əmək bazarında rəqabətqabiliyyətli iştirak üçün tələb olunan səriştələri müəyyən edir və bunların optimal şəkildə əldə edilməsi üçün zəruri olan vasitələri təsbit edir. Hazırda Azərbaycanda qeyri-formal və informal yolla, yəni müstəqil şəkildə əldə edilmiş səriştələrin tanınması sistemi mövcud deyildir.
Uzunmüddətli dövrdə kvalifikasiya standartlarının məqsədi işçi qüvvəsinin daxili, regional və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsidir. Nəticədə bu standartlar beynəlxalq əmək bölgüsündə ölkənin mövqeyinin yaxşılaşdırılmasına və iqtisadi gücün artırılmasına xidmət edir.
Kvalifikasiya standartlarının tətbiqinin digər məqsədlərindən biri də təhsil və təlim prosesinin əmək bazarının ehtiyaclarına uyğun qurulmasına xidmət etməkdən ibarətdir. Belə ki, kvalifikasiya standartları səriştə əsaslı təlim proqramları üçün zəruri olan təlim modullarının hazırlanmasının əsasını təşkil edir.
2013-2014-cü illər ərzində Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə 63 peşə üzrə kavilifikasiya standartı hazırlanmışdır.
Kvalifikasiya standartlarının hazırlanması mexanizmi: Kvalifikasiya standartları peşə standartları əsasında hazırlanır və aşağıdakı mərhələlərdən ibarətdir: 1. İlkin versiyanın hazırlanması; 2. Maraqlı tərəflərlə müzakirələr - işəgötürənlər və təlim/təhsil müəssisələri; 3. Sektor komissiyalarının rəyləri; 4. Milli Kvalifikasiya Standartı kimi təsdiq edilməsi.
İlk peşə-ixtisas təhsilində dövlət standartı və kurikulumlar
İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum) Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 il müddətinə qüvvədədir.
Sözügedən qərarda göstərilir ki, ilk peşə-ixtisas təhsilinin dövlət standartı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla fərdin, cəmiyyətin və dövlətin tələbatına uyğun elmi-pedaqoji prinsiplər əsasında hazırlanmışdır. İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartının məqsədi əmək bazarının ehtiyaclarına uyğun olaraq ümumi orta və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin etməkdir.
İlk peşə-ixtisas təhsilinin məzmunu və təşkili ilə bağlı ümumi tələblər aşağıdakı istiqamətləri əhatə edir:
-
təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
-
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik, müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
-
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını lazımınca ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;
-
cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
-
təhsilalanlarda yüksək intellektual səviyyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
-
tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
İlk peşə-ixtisas təhsili standartlarında bunlardan əlavə iki tələb də mövcuddur:
-
təhsilalanları müstəqil həyata hazırlamaq, onlara seçdikləri peşələri mükəmməl öyrətmək, milli və beynəlxalq əmək bazarında rəqabət aparmaq xüsusiyyətlərinə malik olmalarına nail olmaq;
-
təhsilalanlarda ünsiyyət mədəniyyəti, müstəqil surətdə bilik və bacarıqlar qazanmaq və praktiki işdə tətbiq etmək qabiliyyəti, təşkilatçılıq, tədqiqatçılıq və birgə fəaliyyət vərdişləri formalaşdırmaq.
İlk peşə-ixtisas təhsili pilləsinin standartında təsərrüfat subyektləri ilə əməkdaşlıq çərçivəsi müəyyən olunmamışdır ki, bu da hazırda peşə təhsili sisteminin təklifə əsaslandığını göstərir.
İlk peşə-ixtisas təhsilində ümumi orta təhsil bazasından daxil olan şagirdlərin tam orta təhsil almaları təmin edilir.
İlk peşə-ixtisas təhsili pilləsində təhsil alan şagirdlərin bilik və bacarıqlarının səviyyəsi müvafiq fənn üzrə təsdiq olunmuş təlim nəticələri və məzmun standartları vasitəsilə müəyyən olunur. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyələrini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələblərə cavab verir:
-
fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;
-
təhsilin nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına zəmin yaradılması;
-
təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;
-
keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması;
-
təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin edilməsi;
-
təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması;
-
işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun ixtisasın artırılması və təkmilləşdirilməsi;
-
gələcək peşənin mənasının və sosial əhəmiyyətinin dərk edilməsi;
-
peşə fəaliyyətini həyata keçirmək üçün nümunəvi metodlar və üsulların seçilməsi, onların nəticələrinin və keyfiyyətinin qiymətləndirilməsi;
-
müasir texnika, texnologiya və informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə edilməsi.
Mövcud standartlara uyğun olaraq, ilk peşə-ixtisas təhsili proqramları (kurikulumları) aşağıdakıları əhatə edir:
-
ilk peşə-ixtisas təhsili pilləsi üzrə təlim nəticələri və məzmun standartları;
-
ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər;
-
ilk peşə-ixtisas təhsili pilləsində həftəlik dərs yükü və dərsdənkənar məşğələ saatlarının miqdarı;
-
ilk peşə-ixtisas təhsili sistemində pedaqoji prosesin təşkili;
-
ilk peşə-ixtisas təhsilində təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması;
-
ilk peşə-ixtisas təhsili üzrə nümunəvi tədris planları.
İlk peşə-ixtisas təhsili müəssisələri peşə ixtisasları üzrə təlimlərin təşkili zamanı istənilən təlim metodlarından istifadə etməkdə sərbəstdir.
İlk peşə-ixtisas təhsilində pedaqoji prosesin təşkili, təhsil nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi ümumi təhsil pilləsində olduğu kimidir. Ümumi təhsildən fərqli olaraq, ilk peşə-ixtisas təhsilinin ixtisaslaşma verdiyini nəzərə alsaq, bu iki müxtəlif təhsil pilləsi üçün təlim və qiymətləndirmə üzrə eyni yanaşmanın tətbiqi cəmiyyətin, iqtisadiyyatın və dövlətin təhsil sistemindən tələblərinin qarşılanması baxımından arzuolunan nəticələri təmin edə bilməz. Praktiki bacarıqların qiymətləndirilməsi fərqli qiymətləndirmə forması və metodları tələb edir. İlk peşə-ixtisas təhsili standartında təhsilalanların təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi üçün müstəqil ekspertlərin (müəssisələrdən) cəlb edilməsi üçün hər hansı çərçivə nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələr sırasındadır.
Mövcud standarta əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilverənlər ümumtəhsil müəssislərinin müəllimləri ilə eyni keyfiyyət göstəricilərinə və əlavə olaraq aşağıdakı göstəricilərə malik olmalıdırlar:
-
müvafiq peşə-ixtisas sahəsi üzrə azı 3 il istehsalat və ya pedaqoji təcrübə;
-
müəllimlərin əsasən ali, istehsalat təlim ustalarının isə ali və ya orta ixtisas təhsilinə malik olmaqla yanaşı, ixtisas dərəcələrinin təhsilalanlar üçün nəzərdə tutulmuş ixtisas dərəcəsindən yuxarı olması;
-
innovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı;
-
təsisçi tərəfindən yeni təyin edilmiş məktəb rəhbərlərinin və pedaqoji təhsili olmayan mühəndis-texnoloqların işə qəbul edildikdən sonra 3 ay müddətində icbari surətdə pedaqogika, psixologiya və metodika üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram (kurikulum) üzrə kurs keçməsi;
-
peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının peşələrinə uyğun 3 ildən bir müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçməsi.
Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarı ilə ilk peşə-ixtisas təhsili pilləsi üzrə 216 ixtisas qrupu daxilində 712 ixtisas təsdiq edilmişdir. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən qeyd edilən ixtisas qrupları üzrə milli kurikulumlar hazırlanır və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təlim nəticələri əsasında yeni kurikulumların hazırlanması istiqamətində işlər aparılır.
Təhsil Problemləri İnstitutu tərəfindən mövcud standartlara uyğun olaraq müxtəlif ixtisas qrupları üçün 40 pilot kurikulum, beynəlxalq təşkilatların dəstəyi ilə isə əlavə 16 kurikulum hazırlanmışdır. Belə ki, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilk peşə təhsilinin möhkəmləndirilməsi üzrə Tvinninq layihəsi çərçivəsində (Kənd təsərrüfatı sahəsində ilk peşə-ixtisas təhsili üzrə Almaniya-Azərbaycan Tvinninq Əməkdaşlığı) kənd təsərrüfatı üzrə 7 kurikulum, “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası vəAzərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində Aİ-nin dəstəyi ilə British Council təşkilatının rəhbərlik etdiyi konsorsium tərəfindən turizm və qonaqpərvərlik sektoru üzrə 5 kurikulum, Təhsil Nazirliyinin metodologiyası əsasında UNESCO-nun dəstəyi ilə 2 kurikulum (Otel administratoru və Kompüter operatoru) və World Vision təşkilatının dəstəyi ilə 2 kurikulum (Təmirçi-çilingər və elektrik qaynaqçısı) hazırlanmışdır.
Təhsil Problemləri İnstitutunun istifadə etdiyi metodologiyaya uyğun olaraq hazırlanmış 40 kurikulum aşağıdakı struktura malikdir:
-
ümumi orta təhsil bazasında həyata keçirilən ilk peşə-ixtisas təhsili üçün nümunəvi tədris planı (dərs yükü);
-
tam orta təhsil bazasında həyata keçirilən ilk peşə-ixtisas təhsili üçün nümunəvi tədris planı (dərs yükü);
-
ixtisasların təsnifatı ilə əlaqə (kodlaşma);
-
ixtisas qrupu;
-
ixtisas;
-
əhatə olunan iqtisadi fəaliyyət növləri;
-
vəzifələr;
-
peşə səriştələri (bilik, bacarıq və səriştələr);
-
qəbul tələbləri;
-
təhsilin müddəti;
-
imtahan (ilk peşə-ixtisas təhsili şagirdlərinin attestasiyası qaydalarına, o cümlədən yekun qiymətləndirmə qaydalarına istinad);
-
peşə üzrə xüsusi tələblər;
-
əhatə olunan modullar;
-
ixtisasın modul strukturu (təhsil müddəti üzrə);
-
baza modullar və təlim nəticələri.
Kurikulumların hər modulunda bir neçə təlim nəticəsi qeyd edilir. Sonuncularda, həmçinin, bir sıra fəaliyyətlər (standartlar) də əks olunmuşdur. Hər bir təlim nəticəsi və tapşırıq üzrə tədris saatlarının ümumi miqdarı, o cümlədən nəzəri dərslər və praktiki məşğələlər müəyyən olunur.
İlk peşə-ixtisas təhsili kurikulumlarında, həmçinin, ümumi fənlər (nitq mədəniyyəti, gənclərin çağırışaqədərki hazırlığı, İKT, xarici dil, peşə üzrə hesablama əməliyyatları, Azərbaycan qanunvericiliyinin əsasları, fiziki tərbiyə, bazar iqtisadiyyatı və sahibkarlığın əsasları və s.) üzrə proqramlar (kurikulumlar), ilk peşə-ixtisas təhsili sistemində pedaqoji prosesin təşkili və ilk peşə-ixtisas təhsilində təlim nəticələrinin monitorinqi və qiymətləndirilməsi əhatə edilir.
Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartına uyğun olaraq həyata keçirilir və qiymətləndirmənin ənənəvi formalarından fərqli olaraq (sinifdəki şagirdlərin nailiyyətlərinin müqayisə edilməsi), burada əsas diqqət səriştələrə yönəldilir. Lakin mövcud standartlar kimi, pilot kurikulumda da müstəqil ekspertlər tərəfindən bitərəf qiymətləndirmənin aparılması üçün heç bir çərçivə müəyyən edilməmişdir.
Aİ-nin Tvinninq layihəsi çərçivəsində Təhsil Problemləri İnstitutu ilə birgə hazırlanmış kurikulumlar peşə təhsili standartları adlanır. Onlar nazirlik (Təhsil Problemləri İnstitutu) tərəfindən hazırlanmış pilot kurikulumlar ilə müqayisədə eyni struktura malikdir, o cümlədən, ümumi fənlər də eynidir. Lakin onlar arasında əhəmiyyətli fərqlər də mövcuddur. Belə ki, onlar ixtisas qrupları üzrə deyil, ayrıca ixtisaslar / peşələr üzrə hazırlanmışdır. Burada peşə üzrə səriştələr Avropa Kvalifikasiya Çərçivəsi ilə əlaqələndirilmişdir. Eyni zamanda, imtahan ilə bağlı bölmədə təhsil standartlarına istinad edilmir, əvəzində imtahanın təşkili məsələləri əks etdirilir. Burada qeyd olunur ki, tədris ilinin sonunda yazılı və şifahi buraxılış imtahanı təşkil edilir. Yazılı və şifahi hissədən ibarət buraxılış imtahanı tədrisin ümumi məzmunu əhatə edir və daha çox praktik yönümlü olur. Burada həmçinin, imtahanın müvafiq sahə üzrə ixtisaslaşmış biznes nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən götürüldüyü qeyd olunur.
Digər fərq isə tədris planı ilə bağlıdır ki, burada tədrisin 50%-nin məktəbdə və 50%-nin istehsalat müəssisəsində həyata keçirilməsi təklif olunur. Layihə tərəfindən hazırlanmış bütün kurikulumlarda nəzəri dərslər tədris saatlarının ən az hissəsini təşkil edir. Praktiki məşğələlər üçün saatlar bundan çox, istehsalat təcrübəsi isə daha artıq müəyyən edilir.
Layihə çərçivəsində hazırlanmış standartlarda praktiki qiymətləndirmə, yazılı yoxlama sualları, pedaqoji prosesinin təşkili, eləcə də təlim nəticələrinin monitorinqi və qiymətləndirilməsi əhatə olunmamışdır. Əvəzində, layihə tərəfindən Modul tipli təhsil proqramlarının (kurikulum) tətbiqi ilə bağlı tədris prosesinin təşkili qaydaları (təlimat) hazırlanmışdır. Sənəddə nəzəri məşğələlərin, praktiki çalışmaların və təcrübələrin təşkili, pedaqoji prosesin həyata keçirilməsi, müəssisələr ilə əməkdaşlıq, həftəlik dərs yükü, eləcə də təhsilalanların bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi üçün təlimatlar əks olunur. Layihə çərçivəsində təcrübə keçmək üçün müqavilə nümunəsi, təcrübə prosesi üçün yoxalma vərəqəsi və təcrübə keçən şəxslər üçün qiymətləndirmə forması hazırlanmışdır.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində hazırlanmış kurikulumlar peşə bacarıqları üzrə müxtəlif modulları əhatə edir ki, onların da hər biri aşağıdakı struktura malikdir:
-
səviyyə;
-
kredit dəyəri;
-
qəbul şərtləri;
-
modul haqqında məlumat;
-
təlimin nəticələri;
-
icra meyarları (hər bir təlim nəticəsi üzrə);
-
açıqlama2; və
-
tələb olunan sübutlar.
Eyni zamanda, bəzi modullarda köməkçi qeydlər də verilmişdir ki, burada təqribi təhsil müddəti, məqsəd, məzmun / kontekst, Sübutların yığılması sahəsində yanaşmalar, qiymətləndirmə prosedurları, tanınma, istinadlar və xüsusi ehtiyaclar qeyd olunur.
İlk peşə-ixtisas təhsili üçün peşə standartları
Azərbaycanda peşə standartlarının sayı məhduddur. Belə ki, bu günə qədər müxtəlif layihələr çərçivəsində təhsilin bütün səviyyələrini əhatə edən peşələr / ixtisaslar üzrə 230-a qədər peşə standartı hazırlanmışdır. DIOS layihəçi çərçivəsində hazırlanmış 200 peşə standartından 102-si ilk peşə-ixtisas təhsili pilləsində təhsil tələb edən peşələri əhatə edir.
Bütün peşə standartları işçilərdən tələb olunan ümumi və xüsusi səriştələri əks etdirir. Ümumi səriştələr ümumtəhsil fənləri üzrə, xüsusi səriştələr isə müvafiq ixtisas üzrə peşə təhsili fənləri üzrə təlim nəticələrinin müəyyən edilməsində istifadə oluna bilər.
Peşə-kvalifikasiya standartlarının və kurikulumların hazırlanmasında nəzərə alınmalı məsələlər
Hesabat dövründə peşə standartlarının hazırlanmasına təsir edə biləcək amillər təhlil edilmiş və aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması məqsədəuyğun hesab edilmişdir:
-
Əmək bazarının ehtiyaclarının öyrənilməsi;
-
Maraqlı tərəflərdən dəstəyin alınması;
-
Sifarişçi ilə səmərəli əməkdaşlığın təşkil edilməsi;
-
Peşə standartlarının və kurikulumların əmək bazarının ehtiyaclarına tam cavab verilməsinin təmin edilməsi üçün peşə üzrə müəssisələr ilə sıx əməkdaşlığın təmin edilməsi;
-
Azərbaycanda peşə-kavlifikasiya standartları və kurrikulum hazırlanması sahəsində indiyə kimi əldə edilmiş müsbət təcrübələrin nəzərə alınması.
PS, KS və kurrikulumun hazırlanması mexanizmi
Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla peşə standartları və kurikulumların aşağıdan yuxarıya prinsipi əsasında hazırlanması məqsəduyğun hesab edilmişdir:
Aparılan araşdırmaların və keçirilən görüşlərin nəticələrini ümumiləşdirərk peşə standartları üçün aşağıdakı strukturda hazırlanması təkilf olunur:
LAYİHƏNİN QISA İCMALI 6
1.GİRİŞ 7
2.İDARƏETMƏ VƏ LOQİSTİKA 8
3. HƏYATA KEÇİRİLMİŞ TƏDBİRLƏR 9
4. NÖVBƏTİ ADDIMLAR 21
Əlavə-1: İŞ Qrafİkİ 23
ƏLAVƏ-2: Görüşülən və əlaqə saxlanılan şəxslərİN SİYAHISI 24
ƏLAVƏ-3: SEKTOR KOMİTƏNİN TƏRKİBİ 25
Kvalifikasiya standartı üçün nümunəvi struktur
Kvalisfikasiya standartlarının səriştələr əsasında hazırlanması və səriştələrin əsas, ümumi və spesifik səriştələr qrupuna bölünməsi və bacarıq səviyyələr üzrə verilməsi məqsədəuyğun hesab edilir. CNC operatoru peşəsi üzrə nümunə aşağıda verilmişdir:
Səriştə
|
Səriştə səviyyəsi
|
Əsas səriştələr:
|
|
Azərbaycan dilində ünsiyyət
| -
|
|
İngilis dilində ünsiyyət
| -
|
|
İşlə bağlı riyazi hesablama
| -
|
|
İnformasiya və kommunikasiya texnologiyaları
| -
|
|
Öyrənmək üsullarına yiyələnmək
| -
|
|
Əməkdaşlıq
| -
|
|
Təşəbbüskarlıq/yaradıcılıq/sahibkarlıq
| -
|
|
Mədəni özünüifadə
|
|
Ümumi səriştələr:
|
|
Müştəriyönümlülük
| -
|
|
Planlaşdırma
| -
|
|
Əl alətləri və mexaniki alətlərdən istifadə etmək
| -
|
|
Hesabat vermək
| -
|
|
Sağlamlıq və əməyin mühafizəsi:
|
|
|
Sağlamlıq və təhlükəsizliyin qorunması
| -
|
|
İlk tibbi yardım
|
|
|
Yanğından mühafizə
| -
|
Spesifik səriştələr:
|
|
Əməliyyatlara hazırlaşmaq
| -
|
|
Rəqəmli Proqram İdarəetmə sistemlərini idarə etmək
| -
|
|
Rəqəmli Proqram İdarəetmə sistemlərinə texniki xidmət göstərmək
| -
|
Hər bir səriştə üzrə nəticə və qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Kurikulum üçün nümunəvi struktur
Kurikulum üçün ilkin olaraq aşağıdakı struktur təklif edilir:
-
Peşənin İlk peşə-ixtisas təhsili uzrə ixtisasların təsnifatında kodu
-
Kvalifikasiya standartı ilə əlaqəsi
-
Səriştə səviyyəsi
-
AzKÇ-də peşənin səviyyəsi
-
AKÇ-də peşənin səviyyəsi
-
Növbəti təhsil imkanları
-
Əhatə etdiyi iqtisadi fəaliyyət sahələri
-
Təsdiq edildiyi tarix
-
Təsdiq edən qrum
-
Giriş tələbləri
-
Qiymətləndirmə
-
Kurikulum haqqında ümumi məlumat
-
Öyrənmə nəticələri
-
Vəzifə və fəaliyyətlər
-
Təhsilin müddəti və kredit dəyəri
-
Xüsusi tələblər
-
Səriştə vahidləri: səriştə qrupları, kod, modullar, öyrənmə nəticələri, kredit dəyəri
Tədbir 2: Sektor komitənin yaradılması
Mövcud vəziyyətin təhlili və Sifarişçi ilə keçirilmiş görüşlər nəticəsində bütün maraqlı tərəflərin təmsilçiliyi ilə aşağıdakı tərkibdə Sektor Komitənin yaradılması razılaşdırılmışdır:
|
Sektor Komitənin tərkibi
|
1
|
İqtisadiyyat və Sənaye Nazirliyi
|
2
|
İSN yanında Sumqayıt Kimya Sənaye Parkı
|
3
|
Təhsil Nazirliyi
|
4
|
Təhsil Nazirliyi yanında Təhsil Problemləri İnstitutu
|
5
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
6
|
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti
|
7
|
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
|
8
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
|
9
|
Azertexnolayn MMC
|
11
|
ARDNŞ
|
12
|
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC
|
13
|
Azersun Holding
|
14
|
METAK MMC
|
Tədbir 3: Ən çox tələb olunan altı prioritet peşə profillərinin müəyyən edilməsi
6 prioritet peşənin müəyyənləşdirilməsi üçün maraqlı tərəflər ilə görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmış (Görüşülən və əlaqə saxlanılan şəxslər haqqında məlumat Əlavə 2-də verilmişdir) və aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
-
İqtisadiyyat və Sənaye Nazirliyi tabeliyində olan “Bakı Biznes Tədris Mərkəzi” tərəfindən Sənaye-kimya müəssisələri arasında daha çox tələb olunan peşələrin müəyyənləşdirilməsi üzrə aparılan sorğunun nəticələri;
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən Peşə və Kvalifikasiya Standartları Layihələrinin nəticələri;
-
Avropa Komissiyasının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən peşə təhsilinin inkişafı və kurikulum üzrə həyata keçirilən 2 layihənin nəticələri;
-
Milli Məşğulluq təsnifatı və ISCO 88/08;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nomrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”;
-
Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişafı ilə bağlı sənədlər və təqdimatlar;
-
Dövlət İnvestisiya Proqramı.
Keçirilən görüş, məsləhətləşmələr və nəzərdən keçirilən sənədlərin nəticəsi olaraq aşağıdakı peşə profillərinin seçilməsi məqsədəuyğun hesab edilmişdir.
I.
|
Mexatronika
|
1
|
Tornaçı-Frezerçi
|
2
|
Rəqəmli idarə olunan dəzgahların kompyuter operatoru (CAD/CAM/ CAE) - CNC operator
|
3
|
Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri
|
II.
|
Tikinti
|
4
|
Armaturçu-Betonçu
|
5
|
Bənna
|
6
|
Qaynaqçı və kəsici
|
III.
|
Kimya sənayesi
|
7
|
Kompressor qurğularının maşinisti/operatoru
|
8
|
Plastmas məmulatlar istehsal edən maşınların operatoru
|
Yuxarıdakı cədvəldən göründüyü kimi, Mexatronika üzrə 3, Tikinti üzrə 3 və kimya sənayesi üzrə 2 peşə standartlarının və kurikulumların hazırlanması nəzərdə tutulur.
Dostları ilə paylaş: |