Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə72/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   65   66   67   68   69   70   71   72   73

Ruhani aləm


I

İmamın vəfatı münasibətilə matəm tədbirləri davam etdiyi halda Bəsic - ümumi səfərbərlik elan olundu. Adlar yazılandan sonra bizim briqadamıza təxminən üç Bəsic batalyonu verdilər, üstəlik, İmam Hüseyn (ə) və Həbib batalyonları da təkmilləşdi.

Dərhal briqadaya tapşırıq verildi. Biz bir müddət öncədən Aşura diviziyasına verilmiş və o günə qədər Neynəva briqadasının yerləşdiyi Banə bölgəsinə getməli idik. Ümumi briqadadan öncə ağa Sövdagərlə Banəyə getdik və Neynəva briqadasının uşaqları bizi bölgə ilə tanış etdilər. Bizim müdafiə zonamız Gilas çayı ilə Xəcək zastavası arasındakı ərazi idi. Bu istiqamətin komandiri ağa Sövdagər idi. Mən də onun yanında idim.

İmam Hüseyn (ə) batalyonu Neynəva briqadasını əvəzlədi. Kuşk kimi orada da zastava, post, səngər və yollar çox pis vəziyyətdə idi. Səngər və postlarda qalmaq mümkün deyildi. Oradakı hərbi birləşmələr bölgə üzərində heç bir iş görməmişdilər. Sərsulda yeraltı səngərləri olan baza vardı. Səngərin içində kəskin rütubət qoxusundan dayanmaq olmurdu. Bəzi səngərlər uçmuşdu. Oranın acınacaqlı vəziyyəti adamı narahat edirdi, yollar da kələ-kötür və təhlükəli idi. Anlaya bilmirdik ki, nə üçün bunlar barədə bir ölçü götürməyiblər. Ağa Sövdagər və ağa Seyidlə iclas keçirib qərara gəldik ki, əsaslı bir layihə olaraq bütün postlar təmizlənsin və sanballı bir müdafiə işi görülsün. Qərara gəldik ki, oraya panellər gətirilsin və qədim xarabalıqların üzərində paneldən otaqlar tikək. Yolların təmiri, meydanların, tikanlı məftillərin səliqəyə salınması və digər işlər də proqrama daxil edildi. Xüsusən də minalanmış sahə barədə ciddi ölçü götürdük. Bu sahə çoxlu tələfatlara səbəb olurdu, onun təhlükəsi hörgütlərin təhlükəsindən böyük idi.

Bölgə ilə tanış olmağa gedəndə dedilər ki, axşamüstü saat beşdən sonra bayıra çıxmağa haqqınız yoxdur. Sanki sözləşmişdilər ki, dövlət qüvvələri və Sepah hərbçiləri yalnız saat beşə qədər bayırda ola bilərlər. Saat beşdən sonra bölgə inqilab düşmənlərinin əlinə keçirdi. Kürdüstanın ümumi vəziyyəti belə idi və bu hal Məhəmməd Sövdagərlə məni çox narahat edirdi.

Ortaq fikrimiz bu idi ki, bu vəziyyət çox pisdir və nəyin bahasına olursa-olsun, 24 saatlıq fəaliyyət üçün bir şey fikirləşməliyik. Gördüyümüz ilk iş diviziyadan D9 buldozeri almaq oldu. Çox başağrıdan və oyan-buyana qaçandan sonra nəhayət, buldozeri alıb yolları düzəltdik. Yollarda işlərin bəhrəsini görən yerli əhali get-gedə bizə yaxınlaşmağa başladı. Bizim onlara kömək etmək istədiyimizi hiss etdilər və bu işə yardım etməyə başladılar.

Zəli kəndi bizim postumuz olsa da, yolu yox idi. Orada bir ekskavator və özüboşaldan maşınımız vardı. Özüboşaldan maşın xarab idi, istifadəsiz qalmışdı. Biz ekskavatoru götürüb Zəli kəndinə yol çəkməyə başladıq. Yağıntı fəsillərində palçıqdan oraya gedib-gəlmək olmurdu. Bəzən həftələrlə kəndlərin yolu bağlanırdı. Biz əvvəlindən axırına qədər bütün yola çınqıl tökdük və sonra hər bir şəraitdə gediş-gəliş mümkün oldu.

Yerli əhali bütün bu dəyişikliklərin səbəbkarı olan ağa Sövdagəri çox sevirdi. Onlarla söhbət zamanı dəfələrlə ağa Məhəmmədin adını hörmətlə çəkdiklərini və hətta canına and içdiklərini eşitmişdim. Kəndlərin birində 70 yaşlı bir qarı yaşayırdı. Kiçik tarlasında ona kömək edəcək heç kimi yox idi. Bilmirəm bizdən öncə tarlasını kim suvarırmış, amma biz gedəndən sonra qardaş Sövdagərin əlinə bel götürüb onun tarlasına arx açdığını dəfələrlə görmüşəm. Yerli kürdlərə yardımlarda səmimiliyi və sevgisi onların bizə inanmalarına səbəb olmuşdu. Onlar hərdən bizimlə dərdləşib deyirdilər ki, sizdən öncəkilər bizimlə münasibət qurmurdular, hər şeyi dollarla hesablayırdılar, siz isə bizə kömək edirsiniz.

Bütün müdafiə xəttində vəziyyət dəyişdi. Postları uçurub paneldən otaqlar tikdik. Bir neçə həftə işləyəndən sonra minalanmış sahələri səliqəyə saldıq. Bölgədə elə sistem yaratdıq ki, inqilab düşmənlərinin oraya gəldiklərini hiss edəndə ratsiyadan bir əmrlə hətta cığırları və hərəkət imkanı olan hər bir yeri cəld bağlaya bilirdik. Bir neçə dəfə manevr keçirib qüdrətimizi sübuta yetirdik və ondan sonra terrorçular başlarını qaldırmağa cəsarət etmədilər. Onların xüsusi həssaslıq göstərdikləri bir neçə yerdə həmişə pusqumuz olurdu. İki-üç dəfə orada manevr keçirdik, öncədən danışdığımız bütün raket və artilleriya bir anda bölgəni atəşə tutdu. Bu, Kürdüstanın ömründə ilk belə hərəkət idi. Bölgədə elə planlar işlədik ki, sona qədər davam edəcəyinə şübhəmiz qalmadı.

***


1989-cu ilin sonları idi və mən bir müddət idi bir xəstəliyə tutulduğumu hiss edirdim. Gecə-gündüz ağa Sövdagərlə birgə işləyirdik və get-gedə özümdə çox zəiflik hiss edirdim; qızdırmam qalxır, çox tərləyirdim. İmam Hüseyn (ə) batalyonunun orada son günləri idi, Həbib batalyonu mövqeyi təhvil almağa gəlmişdi. Həbib batalyonu oraya yerləşəndə qışın ilk güclü qarı yağdı. O günlərdə halım bir az yaxşılaşmışdı. Batalyon gələndən sonra ağa Sövdagər briqada rəhbərliyi tərəfindən şəhərə çağırıldı və istiqamətin məsuliyyəti mənim üzərimə düşdü. Təxminən 10 gün orada qaldım. Nəhayət, xəstəliyim ağırlaşdı və geri qayıtdım. Qızdırma bütün bədənimi yandırırdı. Özüm bunun yaraların təsirindən olduğunu hiss edirdim, amma həkimlər bir söz deyə bilmirdilər.

Bir qədər yaxşılaşandan sonra yenidən Banəyə getdim, amma bu dəfə yalnız 15 gün davam gətirə bildim. Ağrı və qızdırmadan bəzən huşumu itirir, bir iş görə bilmirdim. Yenidən şəhərə qayıtdım. Sepahda papaq və poqondan söhbət gedirdi, amma mən gizli dərdimin fikrində idim. Bir həkimdən o birinə gedir, ağrı çəkir və əriyirdim. Nəhayət, məni doktor Müntəzirinin yanına apardılar. O, sinəmdə güclü iltihab diaqnozu qoydu. Dərhal xəstəxanada yatızdırdılar və 25 gün ərzində üç dəfə əməliyyat olundum.

Qəlpə, iltihab, ağrı və qızdırma ilə müharibə rəsmən başlanmışdı. Hərdən halım yaxşılaşırdı və bir neçə aydan sonra yenidən xəstəxanaya yerləşdirirdilər. Hər dəfə xəstəlik bir formaya düşür və ağrı bir cür həzz verirdi. Yaram hər dəfə açılanda cəbhənin mənəvi günləri yadıma düşürdü. Müharibə dövrünün dostları məni görməyə gəlirdilər. Onların yanında özümü yaxşı hiss edirdim. Qanlı səhnələrdən onlarla çoxlu xatirələrimiz vardı.
II

1991-ci ildə Fars körfəzi müharibəsində məğlubiyyətindən sonra İraq dövləti təxminən bütün sərhəd zastavalarını boşaltmışdı. O zaman şəhidlərimizin düşmənlə sərhəd bölgələrdə qalmış cəsədlərini gətirmək haqda düşündük və bu barədə məsul şəxslərə təklif irəli sürdük.

Məğlubiyyətdən sonra İraq hərbçiləri İraq Kürdüstanını boşaltmışdılar. Bu baxımdan, fikirləşdik ki, yaxşı olar axtarışlara oradan və Mavut dağlarından başlayaq. Fəcr qərargahı ilə danışıb Banəyə getdik. Əhəd Baharlı, Fərəc Quluzadə, Əmir Xirədmənd və digər bir neçə nəfərlə birgə Mavut bölgəsində işə başladıq. Demokratların və hörgütlərin fəallaşdığı, münafiqlərin də yavaş-yavaş baş qaldırdığı bir şəraitdə Əhəd Baharlı və Fərəc Quluzadə ilə axşama qədər axtarış aparırdıq. Bizim nəzərdə tutduğumuz bölgələr Ulaqlı, Qamış və Girdərəş idi. Şəhidlərimizin əksəri Ulaqlıda qalmışdı. Biz onların şəhid olduqları yerləri ya özümüz görmüş, ya da hadisə şahidlərinin dilindən eşitmişdik.

Bir gün Əmir Xirədmənd, Fərəc Quluzadə, Xəlil Əlinejad və mən bölgəyə getdik. Adət üzrə kürd paltarı geyindik ki, yerli əhalidən seçilməyək. Xoşbəxtlikdən, həmin gün uşaqlardan ondan çoxunun cəsədini tapdıq. Şəhid Mehdi Salikin cəsədi də onların arasında idi. Uşaqların cəsədlərini maşının arxasına qoyub üstlərini örtdük və yola düşdük. Balusə körpüsünə çatanda maşın qəribə səs çıxarıb söndü. Nə etdiksə, işə düşmədi. Məcbur olub itələyə-itələyə körpüdən keçdik. Hava qaraldıqca narahatlığımız və qorxumuz da çoxalırdı.

Nə özümüz piyada gedə bilirdik, nə də maşın düzəlirdi. Dağa qaranlıq çökəndə yolda bir maşın göründü. Bizi görüb saxladılar. Yerli kürdlərdən idilər. Dayanma səbəbimizi biləndə maşınımızı düzəltməyə çalışdılar, amma bacarmadılar. Mən uşaqları keşik üçün yavaşca ətrafa göndərəndə kürd kişi duydu və ehtiyatlandığımızı hiss edib dedi: "Biz sizin başınıza bir iş gəlməsinə imkan vermərik. Bizim cəsədlərimizin üstündən keçmədən heç kim sizə toxuna bilməz. İranlılar bizə çox kömək ediblər. Siz müharibədə bizim dadımıza çatdınız..."

Kürd kişinin sözləri dostluq müjdəsi verirdi. Onların dəvətini qəbul etməkdən başqa yolumuz yox idi. Yaşadıqları çadırlara getdik. Gecə ikən bir mexanik gətirib maşını təmir etdirdilər, amma gecə vaxtı getmək qorxulu idi və biz tanımadığımız o kişinin evində qalmaq təhlükəsini üstün tutduq. Çadıra girib oturanda kişi mənim uzatdığım ayağıma baxdı. Heç nə soruşmadı. Arvad-uşaqları da orada yemək hazırlayırdılar. Bişirə bildikləri ən yaxşı xörəyi süfrəyə qoydular. Kişi tez-tez iranlı döyüşçülərin yaxşılıqlarından və körfəz müharibəsi zamanı onlara köməklərindən danışırdı. Yoldaşı içəri girəndə əlində iki şəkil vardı. Oğlu Bəəs rejimi ilə döyüşdə, qardaşı da müharibə zamanı İran döyüşçülərinə qoşulub şəhid olmuşdu. Şəkilləri mənə göstərdi. Alıb ruhlarına fatihə oxudum. Onlar da hakim rejimlərinin qurbanı olmuş yüzlərlə, minlərlə dağlı iraq ailələrindən biri idi. Biz çadıra girəndən onların qohumlarından bir-iki nəfər də oraya gəlmişdi. Onların biri tələbə idi, özünü Əbu Bəkr kimi təqdim edirdi. O, deyirdi: "Mən burada Birləşmiş Millətlər Təşkilatının tərcüməçisiyəm. Sabah onlar gələndə sizi də onlara göstərəcəyəm".

– Allah bizim dadımıza çatsın!

Uşaqların biri dodaqaltı bunu dedi. Vəziyyət elə idi ki, onlara həm inanırdıq, həm inanmırdıq. Gec idi, yatmaq vaxtı çatmışdı. Əmir dedi: "Əgər gecə vaxtı biri gəlib başımızı kəssə, necə?! Bəlkə elə onlar özləri bunu edəcəklər".

– Yəni deyirsən nə edək?

– Keşikçi qoyaq.

– Keşikçi olmaz, bilərlər.

– Bəlkə silahlarımızı başımızın altına qoyub yataq.

Nə fikirləşdiksə, gördük ki, onların qonaqpərvərliyinin qarşısında inamsızlığımızı göstərməyimiz düzgün deyil. Son qərar bu oldu ki, yerimizdə oyaq qalıb ehtiyatımızı görək. İlk iki saat mənim oyaq vaxtım idi, sonra ağa Fərəcin, sonra da Əmir Xirədməndin. Yatdıq. Macəra dolu bir gün yaşamışdıq, çox yorğun idim. Uşaqları tapmağın sevinci və onları ailələrinə verəndə necə sevinəcəklərini təsəvvür etmək mənə fərəh verirdi...

– Mehdiqulu, iki saat bitdi. Ağa Fərəci oyat, onun növbəsidir.

Əmirin səsinə yuxudan oyandım. Mənim iki saatım bitmişdi, özüm isə yuxuda olmuşdum. Əmirə bir söz demədən ağa Fərəcin çiyninə vurdum. O, ağır yuxuda idi.

– Fərəc, qalx, sənin növbəndir.

Ağa Fərəc gözlərini açıb yumdu.

Yenidən Əmirin səsinə oyandım: "Ağa Fərəc, yata bilərsən, mənim növbəmdir".

Ağa Fərəcə tərəf çevrildim. Heç tərpənmədi də. Beləliklə, Əmir Xirədmənd bütün altı saatı oyaq qaldı və sübh namazına duranda gecə heç bir problem olmamış kimi razılıq edirdi.

Günəş çıxanda ev sahibi ilə sağollaşıb bölgəni tərk etdik.

***

Axtarış işi daha ciddi şəkildə davam edirdi. Bəzən xəstəliyə görə şəhərə qayıdıb əməliyyat olunur, axtarış xəbəri gələn kimi bölgəyə qayıdırdım. Oraların yeri-göyü mənə dünyanın hər yerindən tanış idi.



Bir həftə Mavutda İraq kürdlərinin yanında qaldıq. Gündüzlər şəhidləri tapmağa və pak cəsədlərinin qalanını toplamağa gedir, hava qaralanda qayıdırdıq.

Oradan qayıdanda özümüzlə 40 şəhidin cəsədini gətirdik. Bir dəfə axtarışda iştirak edən dostların birindən bir xatirə oxudum. Belə yazmışdı: "Yuxuda gördüm ki, təzəlikcə tapdığımız bir şəhidin dəfnindəyik. Hamı orada idi; ailəsi, dostları, camaat və biz. Onun üçün hazırlanmış kiçik məzara çatdıq. Tabutu qəbrin kənarına qoyanda şəhid ayağa qalxıb oturdu, bütün camaatın arasında üzünü bizə tutub dedi: "Elə bilməyin ki, axtarışdan əliboş qayıtdınız. Mən qiyamət günü hər birinizə şəfaət edəcəyəm".

Bu xatirəni oxuyandan ürəyim başqa cür olmuşdu. Hiss edirdim ki, Allah bizə yeni bir qapı açıb ki, gedib orada yenə də Allahı görək... Cəbhəni, əməliyyat gecələrini, şəhadəti, azadlığı, Onu və özümüzü bir daha görək. Hiss edirdim ki, ruhum təmizlənir, yenilənir, köhnə dərdlərim yenidən tumurcuqlanır və bəzi sirlərlə tanış oluram.

Getdiyimiz hər bir bölgədə qarşımızda yeni bir üfüq açılırdı. Müharibədən illər ötürdü, ora isə heç kim gəlməmişdi. O düzlərə küləkdən, işıqdan, yağışdan başqa heç kim qədəm qoymamışdı. Şəhidlər yerdə idilər. Bəzən yanlarında düşmən cəsədləri də olurdu. Şəhidlərimizin silahları yanlarında, çəkmələri ayaqlarında, "Ya Zəhra" lenti də çatlayıb deşilmiş kəllə sümüklərində. İmam köynəklərinin cibindəki şəkildən bizə baxır və baxışı çox şeyi xatırladırdı. İtkin şəhidlərin məclisində həm yazıq olduğunu, həm də quş olmaq qüdrətini hiss edir, onların taleyinin nə üçün itkinlik olduğunu anlayırsan. Onlar uzun şəhərin illər susuzluqdan yanan evlərinə su aparmalı idilər. Şəhidlərin sınmış sümükləri, qanlı köynəkləri və sahibsiz nişanları hələ bataqlıqda boğulmamış insanların qəlbini oyada bilərdi.

Müharibə boyu ən çox heyfsiləndiyim məsələlərdən biri Xeybər əməliyyatında iştirak etməməyim idi. Orada uşaqlar düşmənin mühasirəsində qalmış, hamısı bir-birinin yanında qəribcəsinə can vermişdilər.

1994-cü ilin payızında Xeybər əməliyyatının şəhidlərini axtarmaq üçün Təlaiyyəyə yola düşdük. Ərazi geniş idi. Kolon yola düşmüşdü: əvvəlcə kəşfiyyatçı, sonra partladıcı bölükdən döyüşçü, arxasınca taqım komandiri, pulemyotçu, snayper, minomyotçu və digərləri. Kolon yola düşmüş, hamı bir-birinin arxasında qana boyanmışdı. Silahları hələ çiyinlərində və qucaqlarında idi. Vəziyyətlərindən necə güclü atəş altında hərəkət etdiklərini bilmək olurdu. Hər şey elə təbii idi ki, sanki dünən baş vermişdi. Ora heç bir yad adam gəlməmişdi. Su bölgəni və şəhidləri ağuşuna almış, quruyandan sonra aşiq qəhrəmanlara tamaşa etmək, insanın Allah nümayəndəsi olmasının mənasını anlamaq növbəsi günəşə və küləyə çatmışdı.

İrəlilədikcə daha çox xəcalət çəkirdik. Ora uşaqların mühasirəyə düşdüyü yer idi. Hamısının qolu bağlı idi. Telefon kabeli ilə qollarını arxadan bağlamış və sonra yəqin ki güllələmişdilər. Bəsic üzvləri, sizə qurban olum, qolubağlı necə can verdiniz?! Uşaqlar, sizi kim üzüqibləyə çevirdi?! Bu adsız bərəhut çölündə istiqaməti haradan tapdınız?! Necə getdiniz və haraya çatdınız ki, imamı da yanınıza apardınız?! İmam Mehdi (ə) sizin hər birinizi necə qucaqladı və İmam Hüseynə (ə) görüş vədi verdi?! Nə etdiniz ki, Kərbəla yenidən təkrar olundu?!..

Ürəyim dolu idi. Yazırdım və qəlbimin qəm-qüssə yükü məni hədsiz dərəcədə yandırırdı. Bir vaxtlar Aşura diviziyasının Əli Əkbər və İmam Hüseyn (ə) batalyonlarının Həzrət Rəsul diviziyası ilə birləşdiyi yerdə idim. Ratsiya əlimdə idi. Uşaqlar qərargahda ratsiyanın yanında oturmuşdular. Mən danışırdım, onlar ağlayırdılar. Bölgənin vəziyyətini təsvir etməyə çalışırdım. Hava yüngül idi, həzrət Əlinin (ə) itkin gülünün ətri səhraya yayılmışdı...

Sözlər qəlbimdən gəlirdi. Mən özüm deyildim. Mən itkin idim, oradakı vahid ruha qovuşmuşdum. Bu üzdən Allahdan və Allahın Hüseynindən (ə) danışa bilirdim: "Uşaqlar, bura Əli Əkbər və İmam Hüseyn (ə) batalyonlarının Həzrət Rəsul diviziyası ilə birləşdiyi yerdir. Yox! Bura Allah Rəsulunun (s) Hüseyn (ə) və Əkbərlə görüş yeridir. Bura Kərbəladır. Kərbəlanı təsvir edən İmam Səccadın (ə) kəlamını dinləyin: "Bibi, bura Kərbəladır. Həbib orada şəhadətə qovuşdu, o tərəfdə Qasim, bu tərəfdə Əbəlfəzl. Bibi, bura qətlgahdır... Lakin Kərbəla daha sakit deyil. Daha o vadi lal və kar deyil. Ətri yalnız Səkinənin qəlbində deyil, Zülcənahın beynində də tufan qoparır. Uşaqlar, cənab İbadinin1 səsi hələ də buranın səmasında dolaşır: "İmama deyin ki, biz Əli kimi vuruşduq, Hüseyn kimi şəhid olduq". Əli Zarepur2 ürəkdən yanıqlı dua edir: "İlahi! İlahi! Səni Mehdinin canına and verirəm! Mehdinin inqilabına qədər Xomeynini saxla!" Burada Əli Asayiş Cavid3 hər iki ayağı kəsilmiş halda ziyarət və salam qaydalarını öyrədir: "Salam olsun sənə, ey Əbu Abdullah Hüseyn!"

Şəhidlər! İndi mələklər sizə baxır və sizlərə səcdənin mənasını yavaş-yavaş anlayırlar!



1 Bəsic – hazırlıq, səfərbərlik deməkdir. İİR-da xalq könüllülərindən ibarət təşkilat belə adlanır.

1 O, Bədr əməliyyatında şəhadətə qovuşdu.

1 İndiki Şəhid Çəmran Universiteti

2 Mehdi Bakiri 19.04.1954 tarixində Azərbaycanın Miyandoab (Qoşaçay) rayonunda anadan olmuşdur. O, Təbriz Universitetinə qəbul olduğu 1973-cü ildən siyasi mübarizəyə başlamışdır. Qardaşı Şəhid Əli Bakiri məhz həmin ildə şah rejiminin Təhlükəsizlik nazirliyi olan SAVAK tərəfindən edam olundu. Mehdi Bakiri İslam inqilabının qələbəsindən sonra Urmiyada İslam İnqilabının Mühafizəçiləri Korpusuna (Sepaha) daxil olur, bir müddət Urmiyanın meri vəzifəsində çalışır və Kürdüstan problemi zamanı münafiqlərlə döyüşə qatılır. 1980-ci ildə cənub cəbhəsinə yollanan Mehdi Nəcəf-əşrəf briqadasının komandir müavini təyin olunur, Fəthülmübin və Beytülmüqəddəs əməliyyatlarının hər ikisində yaralanır. O, 1982-ci ildə Aşura briqadasının komandiri təyin olunur, Vəlfəcr-hazırlıq əməliyyatından öncə isə Aşura diviziyasını yaradır. Mehdi Bakiri 16.03.1985 tarixində Dəclə çayının o tayında əsgərləri ilə birgə vuruşarkən şəhadətə qovuşdu. Xeybər əməliyyatında şəhid olmuş kiçik qardaşı Həmid kimi onun da cəsədi itkin düşmüşdür.

1 Kiçik tutumlu yük avtomobili

1 İslam döyüşçüləri

1 Fəth, 1

1 Təbrizə qayıdanda Hüseyn Lətifinin başına güllə dəydiyini eşitdim. O, beyninin zədələndiyinə görə təxminən bir ay huşsuz vəziyyətdə qaldı. Allahın istəyi bu imiş ki, yaşasın və digər müharibə əlillərilə birgə müqəddəs müdafiənin canlı şəhidlərindən olsun.

1 Kəşfiyyat bölüyündə xidmət edərkən Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu. İtkin düşmüş cəsədi müharibə bitəndən bir neçə il sonra axtarış zamanı Şələmçədən tapıldı və Rəhmət vadisi məzarlığında torpağa tapşırıldı.

2 Səlmasın igid döyüşçülərindən və əməliyyat istiqamətinin komandiri idi, Vəlfəcr-1 əməliyyatında şəhid oldu.

3 Əli Əkbər batalyonunun komandiri idi və Xeybər əməliyyatında şəhadətə qovuşdu. Pak cəsədi 1995-ci ildə tapıldı və Səlmasın Şəhidlər gülzarı məzarlığında qardaşı Abdullahın yanında dəfn olundu.

1 O, bir neçə həftədən sonra Müslim ibn Əqil əməliyyatında şəhid oldu.

2 “Həsən Baqiri” ləqəbli Qulamhüseyn Əfşurdini o günə qədər görməmişdik. O, müharibənin ilk illərində Sepahın həqiqətən, mütəfəkkir beyni idi və bir müddət Sepah komandanının müavini olmuşdu. O, 1982-ci ildə Vəlfəcr-hazırlıq əməliyyatının bölgəsində kəşfiyyat zamanı şəhadətə qovuşdu.

3 Vəlfəcr-4 əməliyyatında Hürr batalyonunun komandiri ikən şəhadətə qovuşdu.

1 Vəlfəcr-1 əməliyyatında şəhadət şərbətini içdi.

1 Müslim ibn Əqil əməliyyatının ilk günlərində qərarsızlığının əvəzini alıb şəhadətə qovuşdu.

2 Muhəmməd, 7.

1 Bir neçə aydan sonra Bayraməlini gördüm. O, üç gün yaralı vəziyyətdə düşmənlərin arasında qalmışdı. O, deyirdi: “Mən susamışdım və bir şəhidin qumqumasından su içirdim. Lakin nə qədər içirdimsə, qumqumanın sərin suyu azalmırdı”. Bayraməli Verməzyari cəbhəyə gələn gündən gündəlik xatirələrini çox diqqətlə kiçik cib dəftərçələrinə yazırdı. Xalqımızın səkkizillik qəhrəmanlığının sənədi olan bu xatirələr çapa hazırlanır.

2 Sabir Kələntəri dərəyə qayıdandan sonra bölük komandiri qardaş Şücai və başqa bir neçə nəfərlə irəli getmiş və düşmənlə döyüşdə şəhid olmuşdu.

1 Yuxum Xeybər əməliyyatında çin çıxdı və Xəlil şəhidlər karvanına qoşuldu. Onun pak cəsədi illərlə itkin düşəndən sonra 1998-ci ildə Rəhmət vadisi məzarlığında, qardaşı Məhəmməd Səburinin qəbri yanında torpağa tapşırıldı.

1 Diviziyanın kəşfiyyat bölüyünün ozamankı komandiri idi və Vəlfəcr-1 əməliyyatında şəhadət məqamına nail oldu.

1 Hüseyn Səfaşur nə orada, nə də başqa bir yerdə müharibənin ilk aylarında Şuş cəbhəsində istiqamət komandiri olduğunu və hissiyyatsız əlinin o günlərdən yadigar qaldığını söylədi. O, bilik və məlumatlarını heç vaxt gözə soxmazdı. Müharibənin son illərinə qədər onun necə böyük şəxsiyyət olduğunu az adam bildi. Hüseyn şəhadət payını 1988-ci ilin yanvarında Mavutun buzlu dağlarında tapdı və Beytülmüqəddəs-2 əməliyyatında Allaha qovuşdu.

1 Döyüşçülərin əksəriyyəti həmişə dəstəmazlı olurdular. Bildiyim qədərincə, ağa Mehdi də belə idi.

1 Diviziya komandirlərindən Eyvəzi haqda çox eşitmişdim. Ağa Mehdi o zaman 18-19 yaşlı gənc olan Seyid Sadiqə o qədər inanırdı ki, barəsində belə demişdi: “Əgər Seyid Sadiq “əlimdə bir çıraqla düşmən mövqeyinə hücum edib vuruşmaq istəyirəm” desə, icazə verərəm. Çünki onun sözünə və əməlinə tam inamım var”.

1 Əli Təcəllayinin kiçik qardaşı idi və vəlfəcr-hazırlıq əməliyyatında şəhadətə qovuşdu.

1 Şəhid Məhəmmədbaqir Məşədi İbadi Xeybər əməliyyatında İmam Hüseyn (ə) batalyonunun komandiri ikən şəxsi heyətilə birgə mühasirəyə düşdü. Son güllələrinə qədər vuruşandan sonra bəzisi əsir düşdü, çoxu isə qərib şəkildə şəhadətə qovuşdu və pak cəsədləri sonradan axtarış zamanı tapıldı.

1 Sol Xal və ya Yeni Xal ərazisi bu gün Fəkkə qətlgahı kimi məşhurlaşmış yerdir. Bizim çoxlu yaralılarımız orada şəhadətə qovuşdular və cəsədləri müharibədən bir neçə il sonra tapıldı.

1 Vəlfəcr-hazırlıq əməliyyatı 07.02.1983 tarixində Fəkkə və Çəzzabə bölgəsində “Ya Allah! Ya Allah! Ya Allah!” parolu ilə baş tutdu.

2 Xala gedən bölük vaxtında çatmışdı, amma Çəmuya gedənlər azmışdılar. Həmin istiqamətdən əməliyyat gec başlayanda bir hadisə baş verdiyini anladım. Sonradan öyrəndim ki, həmin bölüyü aparan kəşfiyyatçı sinə kəmərindən avtomat daraqları asıbmış. Daraqlar metal olduğundan kompasa təsir etmiş və yolu səhv getmişlər. Onlar 2 km. gedəndən sonra səhv getdiklərini bilib söyüd ağacının yanına qayıtmış və yenidən hərəkətə başlamışdılar. Bu isə şəxsi heyəti çox yormuş və onlarda ruh düşkünlüyü yaratmışdı.

1 O, Beytülmüqəddəs-2 əməliyyatında buzlu Mavut dağında şəhid oldu.

2 70 faizli müharibə əlillərindən idi, müharibədən sonra bir müddət Təbrizin Yoxsullar və Əlillər Fondunun sədri vəzifəsində çalışdı və nəhayət, 1993-cü ildə şəhadətə qovuşdu.

1 Cəbhəyə gəlişindən şəhadətinə qədər məzuniyyətə getməmişdi. Vəlfəcr-hazırlıq əməliyyatında şəhid olan digər döyüşçülər kimi, onun da cəsədi illər sonra Fəkkə bölgəsindən tapıldı və şəhid məzarlığında torpağa tapşırıldı.

2 O, sağalıb yenidən cəbhəyə döndü və 1987-ci ildə Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu.

1 Zarafat

2 Qatıq

1 Cəbhənin dəyərli və tanınmaz simalarından idi, Kərbəla-5 əməliyyatında şəhadətə qovuşdu.

1 “Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də görmürlər”. (Yasin, 8)

1 Çəkələk

2 "Ey qardaşım, mənə hədis söylə!"

1 Həmin çıxışın videoyazısı Sepahın arxivində mövcuddur.

1 Seyyidüş-şühəda batalyonunun qəhrəman komandiri Əliəkbər Rəhbəri bir aydan sonra Şəhid Himmət dördyolunda raket qəlpəsindən şəhadətə qovuşdu.

Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin