Şəkildə gördüyünüz qüvvələr haqqında nə deyə bilərsiniz?
Şagirdlərin verdikləri cavabları lövhədə qeyd etdikdən sonra, ”Ümumiyyətlə qüvvə haqqında nə bilirik?Təbiətinə görə hansı qüvvələri tanıyırıq?Elektrik və maqnit qüvvələri haqda nə bilirik?, Amper qüvvəsi hansı kəmiyyətlərdən asılıdır?”-sualları ətrafinda şagirdlər qrup şəklində1-ci iş vərəqindəki qeydlərlə fikir mübadiləsi edirlər.Bundan sonra tədqiqatı davam etdirmək üçün qruplar 2-ci tapşırıq alırlar.
Tədqiqat sualı:Əgər maqnit sahəsi cərəyanlı naqilə təsir edirsə,görəsən hərəkət edən yüklü zərrəciyə də təsir edirmi?Əgər edirsə, necə?
Tədqiqatı aparmaq üçün qruplara tapşırıqlar verilir.
Maqnit qrupu:Bir topa paltar sancağı, qapı açarları və dəftərxana düyməsi və sabit maqniti yan-yana nə müşahidə etdiniz?
Cavabınızı iş vərəqində qeyd edin.
“Elektrik yükü”qrupuna”Şüşə üzərinə dəmir ovuntularını səpin.Şüşənin altına maqnit yaxınlaşdırın.Nə müşahidə etdiniz?Dəmir ovuntularının düzülüşü hansı fiziki kəmiyyətin istiqamətini göstərir?Cavabları iş vərəqində qeyd etməyi şagirdlərə tapşırıram. “İldırım”qrupuna şəkildəki elektrik dövrəsini qrub, açarı qapayaraq sabit maqniti cərəyanlı naqilə yaxınlaşdıran zaman müşahidə etdikləri hadisəni izah etmək tapşırılır.Cavab iş vərəqində qeyd edilir.Qruplar əldə etdikləri məlumatları təqdim edirlər. İnformasiyanın müzakirə və mübadiləsi başa çatdıqdan sonra Lorens qüvvəsinin nümayiş etdirildiyi multimediya nümayiş etdirilir və müəllim mövzuya əlavələrini edir.
Lorens qüvvəsinin istiqamətinin təyini, sol əl qaydası izah olunur.
Müəllimin əlavəsi: Lorens qüvvəsinin istiqaməti yükün işarəsindən, onun hərəkət istiqamətindən və maqnit induksiyasının istiqamətindən asılı olub sol əl qaydası ilə təyin edilir. Sol əl maqnit sahəsində elə tutulur ki, maqnit induksiya vektorunun yükün sürətinə perpendikulyar toplananı (B⊥) ovcumuza daxil olsun və uzadılmış dörd barmaq (+)yüklərin hərəkəti istiqamətində , (-)yüklərin hərəkət istiqamətinin əksinə yönəlsin. Onda 900 açılmış baş barmaq yükə təsir edən Lorens qüvvəsinin istiqamətini göstərəcəkdir.
Lorens qüvvəsi zərrəciyin sürətinə perpendikulyar olduğu üçün iş görmür, sürətin modulunu yox istiqamətini dəyişir. Əgər B vektoru vektoruna perpendikulyar olarsa yüklü zərrəcik maqnit sahəsində çevrə üzrə bərabərsürətli hərəkət edir. Nyutonun II qanununun köməyi ilə bu çevrənin radiusunu və zərrəciyin fırlanma periodunu təyin etmək olar:
olar. və a= olduğunu nəzərə alsaq q ̥vB= ; r= ; T=
T= ; n= ;
Zərrəciyin kinetik enerjisini bilərək r və T-ni təyin edək:
Olduğunu nəzərə alsaq olar.
Amma fırlanma periodu (T) və tezliyi (n), sürətdən, kinetik enerjidən və (P) implusdan asılı deyil.
Əgər a<900 olarsa zərrəcik spiral boyunca hərəkət edir. a=900 yəni olarsa və sin 900=1. Lorens qüvvəsi maksimum olur. Əgər olarsa a-00 və ya a=1800, sina=0 F1=0 minumum olur.
Yaradıcı tətbiqetmə mərhələsində qruplara məsələlər,bilməcə(krossvord),veb proqramına hazırlanmış “milyonçu”oyunu keçirmək planlaşdırılıb.
Qimətləndirmə meyarları nümayişetmə, şərhetmə və tətbiqetməyə görə aparılır.
Təbiətdə Lorens qüvvəsi-“qütb parıltısı”təbiət hadisəsindən,canlıların o cümlədən insanların həyatında rolundan söhbət açılır.
Lorens qüvvəsindən yüklü zərrəcikləri sürətləndirən qurğularda (kütlə spektroskopu, tsiklotron,televizorlarda) istifadə edilir.
Pover Point proqramında yığdığım dərsi sizə təqdim edirəm,slaydlar animasiyalıdır.Yaradıcıtətbiqetmə mərhələsində istifadə olunacaq resursun linqi:
http://learningapps.org/display?v=powyz2fjc01
Evə yaradıcı tapşırıq: Lorensin həyat və yaradıcılığı haqqında esse yazmaq.
Mövzuya uyğun 5 ədəd test təbtib etmək
Dostları ilə paylaş: |