Sənədləşdirmə və inventarlaşdırma. Sənədləşmə onun mahiyyəti



Yüklə 20,7 Kb.
tarix17.01.2017
ölçüsü20,7 Kb.
#573
Sənədləşdirmə və inventarlaşdırma.
1.Sənədləşmə onun mahiyyəti.

2.Sənədlərin rekvizitləri.

3.Sənədlərin təsnifatı.

4.Lekventarlaşdırma.

1.Sənədlər təsərrüfat əməliyyatlarının baş verməsinə yazılı sərəncam verilməsi deməkdir və hesablar sistemində yazılış aparmaq üçün əsas hesab olunur.

Sənədləşdirmə mühasibat uçotu obyektlərinin tərkibində baş verən dəyişiklikləri müntəzəm və ardıcıl olaraq qeyd etmə üsulu deməkdir.

Sənədlərə əsasən müəssisədə materialların və pul vasitələrinin hərəkəyinə gündəlik nəzarət edilir,bu və ya digər əməliyyatların qanuna və məqsədəuyğun olması müəyyən olunur.

Sənədlər hər bir əməliyyatın yerinə yetirilməsinə sərəncam verən və onu yerinə yetirən şəxs tərəfindən imzalanır.

Sənədlər ayrı-ayrı müəssisələr,təşkilat və şəxs arasında baş verən mübahisələri sübut etmək üçün istifadə olunur.Təsərrüfat fəaliyyətini təftiş və təhlil edərək,onlara təsir edən amillərin müəyyənləşdirilməsində sənədlərin böyük əhəmiyyəti vardır.

2.Hər bir sənədin öz təyinatına tam cavab verə bilməsi üçün müəyyən göstəriciləri olmalıdır.

Təsərrüfat əməliyyatını xarakterizə edən sənəddə qeyd olunan və ona hüquqi qüvvə verən göstəricilərə sənədlərin rekvizitləri deyilir.

Əməliyyatın baş verməsi faktını təsdiq edən hər bir sənəddə onların xarakterindən asılı olmayaraq mütləq aşağıdakı rekvizitlər olmalıdır:

1.Sənədin adı.

2.Sənədin tərtib olunma tarixi,əməliyyatın qısa məzmunu.

3.Əməliyyatın miqdar ifadəsi.

4.əməliyyatın baş verməsinə və onun düzgün rəsmiyyətə salınmasına cavabdeh olan şəxslərin imzası.

Lazım olan hallarda sənəddə onun nömrəsi,adı və müəssisənin ünvanı olmaqla əməliyyatın baş verməsində iştirak edən tərəflər göstərilməlidir.Əgər sənədin hər hansı mütləq rekvizitin yoxdursa,o özünün sübutedici gücünü itirir və mühasibat uçotunda yazılış aparmaqçün əsas hesab edilmir.

3.Ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotda əks etdirmək üçün çoxlu miqdarda müxtəlif sənədlər tətbiq olunur.

Sənədlər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:

1.Əks etdirilən təsərüfat əməliyyatlarının xarakterinə görə.

2.Sənədlərin məzmununun həcminə görə.

3.Təsərrüfat əməliyyatlarının əks etdirilmə üsuluna.

1.Əks etdirilən təsərrüfat əməliyyatlarının xarakterinə görə sənədlər:material,pul,bank,hesablaşma sənədlərinə bölünür.

Materialları əks etdirən sənədlərə materialları buraxmaq üçün rəsmiyyətə salınan tələbnamələr,zabor vərəqələri,əsas vasitələrin qəbul və xaric olma aktları və s. aid ola bilər.

Pul sənədlərə kassa mədaxil və məxaric orderləri,kassirin hesabatı aid ola bilər.

Bank sənədlərinə çeklər,tədiyyə tapşırıqları,tələbnamələri,bankın bildirişləri və çıxarışları aiddir.

Hesablaşma sənədlərə haqq-hesab ödəmə cədvəlləri,yüklənmiş mallar üçün hesabnamələr,yerinə yetirilmiş işlər üçün tapşırıqlar aiddir.

Təyinatina görə sənədlər:

1.Sərəncam verici.

2.İcra edici.

3.Mühasibatda rəsmiyyətə salınan.

4.Kambinələşmış sənədlərə bölünür.

Sərəncam verici sənədlər vasitəsilə vəzifəli şəxslər təsərrüfat əməliyyatlarını həyata keçirmək üçün sərəncam verir.Bunlara:əmrlər,etibarnamələr,tapşırıqlar və s. aiddir.

İcra edici sənədlər təsərrüfat əməliyyatlarının baş vermə faktını təsdiq edir.Onlara:qəbzlər,qaimələr,qəbul-təhvil aktları,buraxılmış məhsullar üçün hesabnamələr.

Mühasibatda rəsmiyyətə salınan sənədlər əməliyyatları asanlaşdırmaq və sürətləndirmək məqsədilə mühasibatlığın özündə tərtib olunur.Onlara:materialların mədaxili və məxarici üzrə qruplaşdırma cədvəlləri,xərclərin bölüşdürülməsi cədvəlləri,məhsulun maya dəyəri kolkulyasiyası cədvəlləri.

Kombinələşmiş sənədlər bir neçə sənədin əlamətlərini özündə əks etdirir.Bura:kassa mədaxil,məxaric orderləri,avans hesabları,hesab-faktura və b. aiddir.

2.Sənədlər məzmunun həcminə görə ilk və icmal sənədlərə bölünür.İlk sənədlər təsərrüfat əməliyyatları baş verən kimi tərtib olunur və onları əks etdirir.Onlar mühasibat yazılışları aparmaqçun əsas sayılır.Məsələn: material qiymətlərini buraxmaq üçün tələbnamələr tərtib olunur.

İcmal sənədlər rəsmiyyətə salınmış ilk sənədlərə əsasən tərtib olunur.Məsələn: materialların anbarda hərəkətinə dair maddi-məsul şəxslərin hesabatı,əmək haqqı üzrə haqq-hesab ödəmə cədvəlləri və s.

3.Təsərrüfat əməliyyatlarının ıks etdirilmə üsuluna görə sənədlər birdəfəlik və yığma sənədlərə bölünür.

Birdəfəlik sənəd yalnız bir təsərrüfat əməliyyatını əks etdirir.Onlara:kassa orderləri,tələbnamələri,hesabatnamləri göstərmək olar.

Yığma sənədlər müəyyən dövr ərzində müntəzəm olaraq (məs: on gün,ay) tez-tez təkrar olunan və məzmunlarına görə oxşar olan əməliyyatları əks etdirir.Bu cür əməliyyatlar yavaş-yavaş müəyyən cədvəllərə,jurnallara yazılır və dövrün sonunda bütün əməliyyatlar üzrə yekun hesablanır.

4.İnventarlaşdırma

Təbii olaraq baş vermiş itkilərə,mal-material qiymətləri qəbul edilən və buraxilan zaman yol verilən nöqsanlara,uçotda olan nöqsanlara görə baş verə bilər.Bu səbəblər mal-material qiymətlilərinin inventarlaşmasını aparmaq yolu ilə aşkar edilir.

İnventarlaşma zamanı müəssisədə mövcud olan bütün vəsaitin mövcudluğu yoxlanılır.

İnventarlaşdırma iki cür olur:

1.Tam inventarlaşdırma.

2.Qismən inventarlaşdırma.

Tam inventarlaşdirma zamanı müx-nin bütün material qiymətləri,pul vəsaiti,hesablanmalar və s. yoxlanılır.

Qismən inventarlaşdirma zamanı vəsaitin ayrı-ayrı sahəsindən müəyyən məlumat daxil olduqda bu inventarlaşdirma aparılır.

Tam inventarlaşdırma yalnız ilin axırında,illik hesabat tərtib edilməzdən əvvəl aparılır.

İnventarlaşdırma öz xarakterinə görə plan üzrə və qəflətən aparılan inventarlaşdırmaya bölünür.

Plan üzrə inventarlaşdırma qabaqcadan müəyyən edilmiş vaxtlarda aparılır.Qəflətən inventarlaşdırma müəssisə rəhbərinin,yuxarı təşkilatların,habelə istintaq orqanlarının sərəncamı ilə aparılır.



İnventarlaşdırmanın aparılmasını xüsusi komissiya təşkil edir.Onlar plan tərtib edir və bütün material qiymətləri siyahıya alınır.Həqiqi məlumatlar çıxarıldıqdan sonra müəssisənin mühasibatlığı inventarlaşdırmanın məlumatlarının mühasibat uçotu məlumatları ilə müqayisə edir.
Yüklə 20,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin