SəRBƏst iŞ №10 İXTİsas: Rabitə qovşaqları və kommunikasiya sistemləri qrup: rq310A


NGN şəbəkələrində xidmət növlərinin təşkili



Yüklə 15,31 Kb.
səhifə2/3
tarix11.10.2023
ölçüsü15,31 Kb.
#130001
1   2   3
NGN sərbəst iş 10

NGN şəbəkələrində xidmət növlərinin təşkili:
Hal-hazırda NGN şəbəkələrində istifadə edilən xidmət növlərinin sayı və çeşidləri olduqca müxtəlif olduğundan ümumi halda siniflərə bölünməsi (təsnifatı) mövcud deyildir. Təqdim edilən bu vəsaitdə NGN şəbəkəsinə ayrıca rabitə şəbəkəsi kateqoriyası kimi deyil, mövcud şəbəkələrin yenidən qurulması və inkişafı formasında baxılması şəraitində NGN texnologiyaları çərçivəsində təqdim edilən xidmət növlərini aşağıdakı kimi siniflərə bölmək olar.
Baza (əsas) rabitə xidmət növləri. NGN elementindən istifadə etməklə, iki son terminal (adi telefon aparatı ən sadə terminal sayılır) arasında birləşmə üçün nəzərdə tutulan xidmətlər; Əlavə rabitə xidmət növləri. Mövcud EATS-lərin təqdim etdiyi əlavə xidmətlər hamısı NGN-də nəzərə alınır; İntellektual xidmətlər. İntellektual və diskret veriliş şəbəkələri resurslarından istifadə etmək üçün nəzərdə tutulan xidmətlər; İnformasiya sorğu xidmətləri. NGN strukturuna daxil olan diskret informasiya bazaları (verilənləri) haqqında məlumatların təqdim edilməsi; Virtual özəl rabitə şəbəkə xidmətləri. NGN şəbəkə elementindən istifadə etməklə VPN funksiyasının (virtual özəl kanallarının təşkili) təşkilinə əsaslanan xidmətlər; Multimedia xidmətləri. NGN elementi çərçivəsində multimedia xidmətlərinin (genişzolaqlı internet, İP TV, İP video, sürətli Data və s.) təşkilinə və təminatına əsaslanan xidmətlər.
Əlavə növ rabitə xidmətləri:
NGN-də əsas rabitə xidməti ilə yanaşı, istifadəçinin imkanlarını artıran ənənəvi xidmətlər təqdim edilməlidir. Həmçinin əlavə xidmətlərin spesifikasiyasında istifadəçi tərəfindən birləşmələrin konfiqrasiyasını dəyişdirmək imkanı yaranır. NGN şəbəkəsi kanal kommutasiya şəbəkəsinin bütün əlavə servis xidmətlərini özündə cəmləşdirməklə istifadəçilərə aşağıdakı əlavə xidmət növləri təqdim edilə bilər: Çağrılan xəttin identifikasiyası (CLİP); Çağrılan xəttin identifikasiyasına qadağa qoyulması (CLİR); Qoşulmuş xətlərə identifikasiya olunma imkanının verilməsi (COLP); Giriş çağırışların qeyri-şərtsiz istifadəçi tərəfindən təyin edilmiş digər ünvanlara göndərilməsi; Məşğululq zamanı giriş çağırışın abunəçinin istədiyi digər ünvana göndərilməsi; Dələduzluq məqsədi ilə edilən çağırışların identifikasiyası (MCİD); Məşğulluq zamanı gözləyən çağırış haqqında (Call/Message Waiting) siqnal verilməsi; Çağırışın başa çatdırılması(Call Completion); Çağırışların geri alınması və yığılması (Call Park/Pick-up); Çağırışın müvəqqəti dayandırılması (Call Hold); Bir qrup qapalı abunəçi arasında rabitənin təşkili (CuG);Geniş imkanlı konfrans rabitənin təşkili (CONF) və s.
Qeyd edək ki, istifadə edilən terminal avadanlığından, qoşulma tipindən, Softswitch kommutatorunun imkanlarından və təqdim edilən xidmətlərin aqoritmindən asılı olaraq, xidmət növləri bir-birindən fərqlənə bilər. H.323 və SİP terminalları olan NGN şəbəkə istifadəçiləri üçün əlavə xidmət növlərinin (ƏXN) spefikasiyası həddindən artıq çox olub, istifadəçilərin rahatlığını təmin etmək üçün hər şür əlavə servis xidməti təqdim etmək mümkündür.

Yüklə 15,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin