Pul tədavülünün təşkili prinsipləri və quruluşu Pul tədavülünün düzgün təşkili sonrakı əsas prinsiplərə əməl olunmasını tələb edir:
bütün təsərrüfat subyektləri və idarələr onlara məxsus olan pulları banklarda onlar üçün açılmış hesablarda saxlamalı və pul hesablaşmalarını müəyyən məbləğin standart hesablaşma sənədləri əsasında hesabdan hesaba köçürülməsi vasitəsilə aparmalıdırlar;
pul ödəmələri bank vasitəsilə nağdsız hesablaşmaların standart formalarından istifadə etməklə yerinə yetirilməli, ödənişlərin vaxtında və tam ödənilməsi üçün məsuliyyəti mal alanlar və müvafiq iş və xidmətlərdən istifadə edənlər daşımalıdırlar;
hesablardan pul vəsaitlərinin xərclənməsi müəssisə və təsərrüfat təşkilatlarının qərarı üzrə onların fəaliyyəti maraqlarından irəli gələrək həyata keçirilməlidir;
təsərrüfat dövriyyəsində iştirak edən bütün təşkilatlar nağd pulu (limitlə müəyyən edilmiş məbləğ istisna olmaqla) kommersiya banklarında saxlamalı və limitdən artıq bütün nağd pul qalığı müvafiq banklara təhvil verilməlidir;
ölkənin ərazisində xarici valyutanın tədavülü qadağandır.
Yuxarıda sadalanan prinsiplərə əməl olunması milli valyutanın alıcılıq qabiliyyətinin, bütövlükdə pul tədavülünün sabitliyi və çevikliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.
Əvvəldə qeyd etdiyimiz kimi, pul tədavülü nağd və nağdsız pul tədavülünə bölünür.
Pul tədavülünün təşkili prinsipləri və quruluşu Nağd pullar əhalinin əllərində yerləşir və pərakəndə mal dövriyyəsinə, həmçinin şəxsi ödəniş-hesablaşma əməliyyatlarına xidmət edir. Beləliklə, nağd pul natura (metal və kağız pullar) şəklində əldən-ələ keçir.
Sikkə pullar xırda pullar kimi, eləcə də kassa aparatlarında və avtomatlarda istifadə olunması üçün çox rahatdır. Nağd pulların tədavülü prosesi, onların buraxılışı və tədavüldən geri götürülməsinin müəyyən edilməsi, proqnoz planlaşdırmanın obyekti vəzifəsini yerinə yetirir, onun təşkili pul tədavülünün sabitliyini, çevikliyini, faydalılığını təmin etmək məqsədini güdür.
Nağd-pul tədavülü dövriyyədə bütöv nağd pul kütləsinin (banknotların və metal sikkələrin) müəyyən dövr ərzində hərəkəti ilə səсiyyələnir.
Nağd pullar tədavül sferasında 2 funksiyanı: tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyalarını yerinə yetirir.
Nağd puldan əmtəə və xidmətlərin ödənilməsi, onların hərəkəti ilə bilavasitə bağlı olmayan hesablaşmaların aparılması üçün (məsələn, əməkhaqqının, yardımların, mükafatların, təqaüdlərin, pensiyaların, satın alınmış qiymətli kağızların və onlar üzrə gəlirlərin ödənilməsi üzrə hesablaşmalarda və s.) istifadə edilir.