Sərbəst iş Kafedra: Maliyyə və iqtisadiyyat Fakültə



Yüklə 46,09 Kb.
səhifə2/13
tarix01.01.2022
ölçüsü46,09 Kb.
#106468
1   2   3   4   5   6   7   8   9   ...   13
nitqin əsas keyfiyyətləri1 I

NİTQİN TƏMİZLİYİ. Danışıq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Belə nitq dil vasitələrinin təhrif olunması ədəbna, ədəbi dilin normalarından kənara çıxmağa yol vermir. Əlbəttə, hər bir şəxs öz nitqində həmişə bu tələbləri ödəyə bilmir. Bəzilərinin nitqi düzgün, təmiz olmur, kələ-kötür olur. Belə nitq dilin təmizliyinə zərbə vurur. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizmlərdir. Bəzilərinin nitqində həddən artıq yerli şivə və dialekt sözləri işlədilir. İkincisi, nitqdə varvarizm, vulqarizm və jarqonizmlərdən istifadədir.

Heç bir ehtiyac olmadan nitq dialektizm, varvarizm, jarqonizm və əcnəbi sözlərlə yüklənir. Dialektizmlərin ədəbi nitqdə işlədilməsi və tətbiq olunması mümkündür. Azərbaycan həyatını, kəndini təsvir edən, milli kolorit yaradan hər bir yazıçı əsərində dialekt sözlərinə müraciət edir, dialekt leksikası işlədir. Bədii nitqdə dialektizmlərin işlədilməsinə çox ehtiyatla yanaşmaq lazımdır.

Bədii üslubdan kənarda dialektizmlərin işlədilməsi arzuolunmazdır. Elə ziyalılar var ki, onlar öz nitqlərində əcnəbi sözlərdən, dialektizmlərdən, loru sözlərdən, jarqonlardan bol-bol istifadə edir. Belə ziyalıların nitqini «ədəbilikdən uzaq ziyalı nitqi» adlandırmaq olar.

Bədii əsərlərdə dialektizmlərin tez-tez yersiz işlədilməsi özünü doğrultmur, onların xüsusən nəsr əsərlərində yersiz işlədilməsi fikrin asanlıqla anlaşılmasına maneçilik törədir.

Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:


  • Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir:

  • Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur.

  • Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir, zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, ən azı, ona görə ki, beləliklə, adı nədir, adını sən de.

  • Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, temboli, mejdu proçim) məqbul sayılmamalıdır.

  • Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donquldanmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu soxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıldamaq, hürkmək, xoruzlanmaq və s.) yer verilməməlidir.


Yüklə 46,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin