SəRBƏst iŞ Müəllim: Həsrətova Leyla Fakültə: Nəqliyyat və logistika Kurs: 1 Qrup: M151a5



Yüklə 217,47 Kb.
səhifə8/9
tarix15.05.2022
ölçüsü217,47 Kb.
#115908
1   2   3   4   5   6   7   8   9
Kənan İslamov (3)

Cədvəl 4.

Funksional xidmətlər məsələn, maliyyə yaxud investisiya, marketinq, vençur yaxud birja kimi fəaliyyət göstərməkdə ixtisaslaşmış təşkilatlarının idarəetmə səmərəliliyi həmin təşkilatların profilləşdirilmiş növü və yaxud vəzifəsi ilə müəyyən olunur. Belə ki, bank strukturunun vəzifəsi iqtisadiyyatın inkişafının təmin edilməsinə, səmərəli istehsal proseslərinin kreditləşdirilməsi üçün pul vəsaitlərinin akkumulyasiyasından ibarətdir.

Korporativ strukturlar şəraitində müəyyən növ məhsula yönəlmiş sistem daxilində istehlak olunan və kənara realizasiya olunan ayrı-ayrı müstəqil struktur hissələrin ümumi məqsədi olur. Bu halda istehsal-təsərrufat həlqəsinin səmərəliliyi onun məqsədinin bazar və sistemdaxili tələbatlarının realizasiya dərəcəsinin səviyyəsi ilə təyin olunur. Korporativ strukturda, maliyyə yaxud investisiya həlqələrinin, marketinq mərkəzlərinin, reklam xidmətlərinin olduğu halda onların səmərəliliyi analoji surətdə müəyyən olunur.

Korporativ strukturlarda səmərəlilik müəyyən olunur:



    1. sistemin ümumiyyətlə vəzifəsi;

    2. istehsalat-təsərrufat hissələrinin məqsədləri;

    3. funksional təşkilatların məqsədləri.

Menecmentin səmərəli olduğunu demək mümkün olan şərtləri ayıraq:

Menecmentin səmərəli olduğunu demək mümkün olan şərtlər









yeni məqsədin formalaşması və davamlı inkişafa şərait yaratmaq üçün əsas kimi potensial tələbat təyin olunmuşdur (istehsalın mümkün ola bilən genişləndirilməsi səviyyəsi)

sistemin ümumi məqsədi yaxud vəzifəsində reallaşan sosial-iqtisadi sistem öz yekun nəticəsinə çatmışdır (məqsədə çatma səviyyəsi



sistemin ayrı ayrı istehsal həlqələri nəticə əldə etmişlər

axır nəticələr tələbatla müqayisə olunur (tələbatın təmin olunması səviyyəsi)

Funksional nəticələrin məqsədlərə uyğunluğunun təmin edilməsi kimi funksional menecmentin hər bir növü üzrə nəticə əldə olunmuşdur.

Menecmentin səmərəli olmasının qiymətləndirilməsi təşkilatın inkişaf imkanlarını və istiqamətini təyin etmək imkanı verir, yeni tələbatın yaranması ehtiyacı və müvafiq olaraq yeni məhsulun istehsalına başlamaq barədə, diversifikasiya barədə, istehsal və idarəetmə prosesinin iştirakçılarının qarşılıqlı əlaqə problemləri barədə informasiya verir.

Səmərəlilik deyiləndə istaehsal xərcləri ilə müqayisədə nəticənin səviyyəsi (dərəcəsi) başa düşülür.. Bu anlayış iqtisadiyyatın səmərəliliyini, ayrı ayrı sahələrin, müəssisələrin, investisiyaların, yeniliklərin təyin edilməsində istifadə olunur. Menecmentin səmərəliliyi istifadə olunan resurslarla və idarəetmə üçün çəkilən xərclərlə müqayisədə idarə etdiyi obyektin məqsədə çatmasında və istifadə olunan vəsaitlərin sosial-iqtisadi səmərəsinin təmin edilməsində əksini tapır. Menecmentin səmərəliliyinin iqtisadi mənası – idarəetməyə verilmış vəsaitlərlə (xərclərlə) daha çox iqtisadi səmərənin təmin edilməsidir. Sosial məna – idarəetməyə verilmiş vəsaitlərlə (xərclərlə) ən çox sosial səmərənin təmin edilməsi.

Qarşılıqlı təsir və müqayisə olunan məqsədlər və təkrar istehsal prosesinin yekun nəticəsini ilə menecmentin baza şərtində səmərəliliyi barədə mühakimə yürütmək olar. Ancaq nəticəli menecment səmərəli ola bilər.

Hər bir tədbir yaxud idarəetmə üzrə qərar axır nəticə nüqteyi-nəzərindən qiymətləndirilməlidir və məqsədlər, üsullar, funksiyalar, proseslər, təşkilatı strukturlar mövqeyindən, yəni bütün ümumi istifadə olunan təsir vasitələrindən baxılmalıdır. Xüsusi təsir vasitələri kimi resurslar nəzərdən keçirilir. Onların ayrılması istehsal amilinin xüsusi rolu ilə şərtlənir və bu halda resurslar idarəetmə təsiri obyekti vasitəsi rolunda əlavə olunur.

Təcrübədə adətən 4-6 əsas yekun nəticə qiymətləndirilir, və onların əsasında vəsaitlərin bölüşdürülməsi yerinə yetirilir və onlar öz növbəsində təşkilatın fəaliyyətinin nəticəsinə həlledici təsir göstərir.




  1. Nəticə

Həqiqətən, menecmentin əsas məqsədi – sosial-iqtisadi sistemin davamlı və uzun müddətli inkişafını təmin etməkdir. Ona görə də menecment səmərəli və effektiv fəaliyyət göstərərək, yüksək keyfiyyətə malik olaraq, rəqabət mühitində hərəkət xəttini seçmək qabiliyyətinə malik olaraq, sosial-iqtisadi sistemin inkişafını real təmin edə bilər. Texnologiya və istehsalın təşkili, şirkətin məhsulu və menecment rəqabət qabiliyyətlidirsə, belə şərait yaranır.Menecmentin səmərəliliyi əldə edilmiş səmərənin istifadə olunmuş vəsaitin müqayisəsi və idarəetmə xərcləri ilə təyin olunur. Analizi hər bir hesablana bilən vəsaitlərdən: əmək, maddi, maliyyə, əsas fondlar, informasiya, müvəqqəti keçirmək olar. Təsir vasitələrini qiymətləndirdikdə seçimin düz olması analiz olunur, yəni vəziyyətin uyğunluğu, keyfiyyət, realizasiyanın nəticəsi və səmərəliliyi araşdırılır.

Beləliklə, münasibətlərin sərrast marketinq-menecmenti üzrə təklif edilən matris modeli müştərilər barədə bilikləri təhlil və idarə etməyə, həmin bilikləri münasibətlərin fərdiləşdirilməsi üçün istifadə etməyə, dialoq və sərrast bazar seqmenti formalaşdırmağa, bazar strategiyasını fərdi istehlakçıya yönəltməyə imkan verir.

Müştərilər barədə biliklərin əldə edilməsi və emalı zamanı seqmentləşdirmə metodları və hədəf seqmentlərin seçilməsi mühüm əhəmiyyət daşıyır. Odur ki, münasibətlərin sərrast menecmenti üçün çoxölçülü seqmentləşdirmə metodlarının tədqiqi və işlənib hazırlanması məqsədəuyğundur.


Yüklə 217,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin