günəş şüşə şaxdı göydən təpəmizə
polis qapı çalındı
qapı təpik açıldı tatarax taraaaaq
şüşələr qırıldı şaşarax şaraaaaaq
çəpiklər üzə çalındı şapalaaaaaaq
“zindanlar
səkkiz il daha Səid Mətinpurlaşacaqdır (2)”
O, imperializmin bir üzünü tanıyır: Dünyanın harasında olmasından asılı olmayaraq insanları ölümə, istisara, cismani və mənəvi ölümə sürükləyən, məhkum edən qəddar, cəllad, ölümsaçan qara qüvvələr!.. Və bu ölümü nə ilə, hansı yolla həyata keçirmələrinin heç bir fərqi yoxdur:
“nə fərqi ölümə?
Trotskinin başına balta ensin
ya da Pişəvərini dərəyə aşıran otumbıl olsun
biz ki , baş sağlığı verməyə kimsəni tapanmadıq(2)”
“Baş sağlığı verməyə kimsə tapılmır, ancaq düşmənlərimizi tamaha salan sərvətləri-miz olub və ölkəmiz talanıb həmişə” fikrini şairə xanım “Təbrizin qurabıyyəsi qonaqların sulu ağzında əriyirdi, bizi lağa qoyanları başa salmağa çalışırdım, bütün məhkəmələrin məhkumu isə sənlə mən idik” sözlərilə izah edir. “telfunlar (telefon) Dilqəmi çalır, sevişməyə girəvə yox, savaşmağa silah, get, buralar təhlükəli...” - təklifinə qarşı dirənən lirik qəhrəman qadınlığında və sevgisində qərarlı idi və bütün problemlərin həlli, tapdanan haqq və hüquqların bərpa olunması uğrunda savaşmaq gücündə olan yeni qadını doğurmaq sancısı yaşayır... Bu vəhşilikləri, üzdə “təməddünçü, saxta təbəssümlü” imperializmin iç üzünü açıb xalqa göstərən, soyğunçu siyasətlərin mahiyyətini açan və “şairlərin kölgəsini ayaqlamaqdan” insanları çəkinməyə səsləyən bu üsyankar xanım heç bir “nisbi arxayınlığa, başlar tərsinə kəsilən sarı bayraqların zahiri əmniyyətinə inanmır (“Sarı əmniyyət” şeirində)”, çünki arxasında soyuq küləklərin əsdiyini və bu küləklərin bütün müqəddəs-liklərin külünü göyə sovurduğunu görür... Hətta gələn nəsillərin xarakterində getdikcə daha artıq cırlaşma getdiyini apaçıq dərk edən şair “dölümüzə damazlıq gərək” həqiqətini də anlayır və bu anlayışın vəsvəsəsində gizlicə içinə axan göz yaşları qəlbinin dərinliklərində sanki coşub-çağlayan bir dənizə dönür:
Dostları ilə paylaş: |