SeyiD ƏHMƏd mahmudi /j


yox idi. Nəinki şəkli və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə105/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   101   102   103   104   105   106   107   108   ...   200
Dinlərlə tanışlıq

yox idi. Nəinki şəkli və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də 
olmamışdı. Sonra yoxluq-varlıq qarşılaşmasın müəyyən dövründə dəyişikliklər baş 
verdi. Maddə yarandı və o maddə forma qazandı; o forma həyat və ruh əldə etdi. 
İndi bu dəyişiklik yenidən başlayır və həyat ölümə, yoxluğa çevrilir. Həyat 
yoldaşımın başına gələnlər eynilə hər birinin başlanğıcı və sonu olan dörd fəslin 
yaranıb aradan getməsinə bənzəyir (bahar, yay, payız, qış). İndi həyat yoldaşım adı 
dünya olan bu böyük evdə yoxluq yuxusuna gedib çevrilib. Belə olan halda, mən 
ağlayıb şivən qoparsam demək ki, tale məsələsində cahil və qafiləm. Buna görə bu 
işdən çəkinirəm.” 
Bu nəzəriyyə varlıqların müqəddəratının qeyri-ixtiyariliyini, tao tərəfindən heç bir 
qanun pozuntusu mümkün olmadığını göstərir. Lao-tze bu barədə belə demişdir: “ - 
Hər kimsə taonun əleyhinə çıxsa, məhv olar. Eqoist parlamaycaqdır, xudpəsəndlər 
kamal yolunu qət etməyəcəklər. Səmanın yolları müharibə ilə açılmayacaqdır, 
zorla, məcburiyyətlə ələ keçirilməyəcəklər. Onun istəyi e'lan olunmaz, hələ heç 
kim onun cavabını eşitməmişdir.” 
Buna əsasən insan kamala çatmaq üçün əvvəlcə özünü tao ilə uyğunlaşdırmalı, 
onun qarşısında səmimiyyətlə təslim olmalıdır. Başqa sözlə desək, insan özünü


144 
Tao yoluna tapşırmalıdır ki, Tao onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze 
hamını vo-vu-vaya də'vət edərək deyirdi: 
“ - Fəaliyyətsizliyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; əldə edə 
bilmədiyiniz şeylərə dəyər verməyin. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağı 
öyrənməyin. Günah etməyin, qoyun işlər öz təbii axarı ilə getsin.” 
Vo-vay, yaxud fəaliyyətsizlik və çalışmamaq prinsipi istənilən dünyəvi fəaliyyətin 
inkar olunması demək deyil. Bu əksinə hər bir hadisə, həyatın təbii 
qanunauyğunluqlarına təslim olmaq, çayın axını istiqamətində özünü dalğalara 
tapşırmaq, hər bir halda rahatlığa, sakitliyə çalışmaq, həyatda baş verən hadisələrə 
müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaqdır. İşlərin islah olunub 
qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil. Çünki, yaxşılaşma və irəliləyiş 
insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün 
müəyyən planları fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun gələrsə ona ehtiyac 
yoxdur. Çünki Tao özü belə müəyyənləşdirmişdir. Taonun iradəsinin əksinə olduqda 
isə biz öz işimizdən tam geri qalacağıq. Çünki Taonun iradəsinə qarşı çıxmaq kamala 
çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin 
qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan 
rahatlıqla özünü Taonun iradəsinə tapşırmalı və onun yolunda olmalıdır. 
SUALLAR 
1. Tao nə deməkdir? 
2. Taoizmin banisi kimdir? 
3. Taonun ən mühüm müqəddəs kitabı necə adlanır? 
4. Taoizm nəzəriyyəsində insanın əsl məqsədi nədir və onun yolu nədən keçir? 
5. Hansı səbəbdən taoizm baxışlarına görə hər bir şeydən razılıq etmək lazımdır? 
6. Vo-vay prinsipi nədir? Bu əqidə nəyə görə tövsiyə olunmuşdur? 


145 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin