215
Səduqiyyun şifahi tə'limlər olan Təlmuda e'tiqad bəsləmir və inanırlar ki,
bu kitab
Fərisiyyun alimləri tərəfindən yazılmışdır və müqəddəs kitab deyildir.
Səduqiyyunun Fərisiyyunla olan ixtilaflarından digəri səduqilərin qiyamətə, axirət
həyatına, qiyamət gününün hesab-kitabına, behişt və cəhənnəmə e'tiqad
bəsləməməsidir; onlar inanırlar ki, insanlar bütün işlərin mükafat və cəzasını məhz
bu dünyada görəcəkdir. Əgər yaxşı iş sahibi olarsa, xeyir və bərəkətlə bu həyatdan
mükafat alır, əgər çirkin işlər görərsə, müsibətlərə, acınacaqlı hallara giriftar olar.
Səduqiyyun mələklərin və şeytanın varlığına,
ilahi qəza və qədərə, və'də
verilən
Məsihaya da inanmırlar.
Səduqiyyun ictimai rəftarda da Fərisiyyunla fərqlənirlər.
Çünki Səduqiyyun
müxtəlif millətlər və sair din ardıcılları ilə dostluq rabitələrinin bərqərar edilməsinə
inanırlar. Halbuki, Fərisiyyun yəhudilərdən başqasına düşmən gözü ilə baxır, hətta
sair yəhudi firqələrinin ardıcıllarına da mənfi hisslərlə yanaşırlar.
3. SAMİRİYYUN
Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış
və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və
Süleymanın mə'bədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər.
Samiriyyun Allah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə e'tiqad
bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən
sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Əhdi-ətiqin qalan hissəsini və
Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı
peyğəmbərlərin
nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yə'qub övladlarının varisləri və Tövratın
himayədarları adlandırırlar.
4. İSİNİYYUN
Bu firqə miladdan dörd əsr qabaq yaranmış, e'tiqad və adət-ən'ənlərində sair yəhudi
firqələri ilə əsaslı fərqlərə malikdir. Onların sair
yəhudi firqələri ilə olan
ixtilaflarından biri də qurbanlığı, hədiyyələri və nəzrləri haram
hesab etmələridir;
halbuki bu məsələ sair yəhudi firqələrinin ən mühüm ibadətidir və Lavinyan sifri
əsas e'tibarı ilə bu mövzuya məxsusdur. Amma digər
tərəfdən qüsl və paklanmağa
216
çox tə'kid edirlər. Buna görə də onlar İsiniyyun adlandırılmışdır; onun mə'nası
pakizələr və qüsl edənlər deməkdir.
Bu firqənin ardıcılları bir qövmün başqa bir qövmə üstün olması və irqli fərqlərə
inanmırlar və bütün qövmlər arasında bərabərliyə qaildilər. Onlar inanırlar ki,
insanlar daimi sülhdə olmalı, zülm, təcavüzkarlıq və müharibədən uzaq yaşamalıdır;
bu firqənin fərdi və xüsusi mülkiyyətə də e'tiqadı yoxdur.
Dostları ilə paylaş: