Maddə 84. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan
sənədlər
84.1. Sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün
bu Qanunun 83.2-83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu
təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri sığorta nəzarəti
orqanına təqdim etməlidir:
84.1.1. Fiziki şəxslər:
84.1.1.1. daimi yaşayış yeri haqqında arayış;
84.1.1.2. bu Qanunun 84.3-cü maddəsi nəzərə alınmaqla, müvafiq vergi
orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş
surəti;
84.1.2. hüquqi şəxslər:
84.1.2.1. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında
təsdiq edilmiş surəti;
84.1.2.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
84.1.2.3. rəhbər vəzifəyə təyin edilən şəxsin bu Qanunun 91-ci maddəsinin
tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
84.1.2.4. bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçinin müvafiq
lisenziyaya malik olmasını təsdiq edən sənəd. 54
84.2. Şəxsin bu Qanunun 83.2.4-cü maddəsində nəzərdə tutulan tələbə
uyğunluğuna dair sənədi sığorta nəzarəti orqanının sorğusu əsasında daxili işlər
orqanı təqdim edir.
84.3. Müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaq üçün təsis
edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri kimi namizədliyi verilmiş fiziki
şəxslərə, həmçinin bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçiyə
müvafiq lisenziyanın verilməsi ilə bağlı hüquqi şəxsin müraciətinə baxılarkən bu
Qanunun 84.1.1.2-ci maddəsində göstərilmiş sənədin təqdim edilməsi tələb
olunmur.
Maddə 85. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə
baxılması
85.1. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün
müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki
məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin
tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya
düzəldilməsini tələb edə bilər.
85.2. Sığorta nəzarəti orqanı müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə
lisenziya verilməsi üçün müraciətə bu Qanunun 84.1-ci maddəsinə əsasən tələb
olunan sənədlərdən, 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr
və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən
etibarən 1 ay ərzində baxmalıdır.
85.3. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət
rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.
Maddə 86. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi
86.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün müraciət zamanı
təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib
bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət
rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra
müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir.
86.2. Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya
verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-
ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya
sığorta nəzarəti orqanı tərəfindən fiziki şəxs olan sığorta vasitəçisinin özünə və ya
hüquqi şəxs olan sığorta vasitəçisinin səlahiyyətli nümayəndəsinə şəxsən təqdim
edilir.
Maddə 87. Sığorta vasitəçilərinin lisenziyalarının forması, yenilənməsi və
reyestri 55
87.1. Bu Qanunun 87.2-ci maddəsi nəzərə alınmaqla, sığortaçıların
lisenziyasının forması ilə bağlı 53-cü maddəsinin, reyestri ilə bağlı 54-cü
maddəsinin və yenilənməsi ilə bağlı 60-cı maddəsinin müvafiq tələbləri sığorta
agentlərinin və sığorta brokerlərinin lisenziyalarının formasına, reyestrinə və
yenilənməsinə də tətbiq edilir.
87.2. Sığorta vasitəçilərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq
olaraq «sığorta agenti fəaliyyəti» və ya «sığorta brokeri fəaliyyəti» qeyd edilir.
Maddə 88. Sığorta brokerinə dair əlavə tələblər
88.1. Sığorta brokeri müvafiq lisenziya aldıqdan 15 gün müddətində öz peşə
məsuliyyətini sığorta nəzarəti orqanının müəyyən etdiyi məbləğdə sığorta etdirməli
və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır.
88.2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət
xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin
təkrarsığortalanması zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi
qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq
sığortaçı məsuliyyət daşıyır.
Maddə 89. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta
agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçiləri və ya
iştirakçılarına dair tələblər
89.1. Aşağıda göstərilən şəxslər istisna edilməklə, hər bir şəxs sığorta
brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi
şəxsin təsisçisi və iştirakçısı ola bilər:
89.1.1. bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici
hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;
89.1.2. aşağıdakı tələblərə cavab verməyən xarici şəxs:
89.1.2.1. ən azı son 5 il ərzində sığorta brokeri fəaliyyəti ilə məşğul olması;
89.1.2.2. öz ölkəsində sığorta brokeri fəaliyyəti ilə məşğul olmasının
qadağan edilməməsi.
89.1.3. siyasi partiyalar;
89.1.4. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar).
89.2. Hüquqi şəxs olan sığorta brokerinin təsisçisi və iştirakçısı eyni
zamanda sığortaçıda vəzifə tuta bilməz.
89.3. Xarici sığorta brokerlərinin Azərbaycan Respublikasının ərazisində
filial açması qadağandır.
Maddə 90. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta
agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı 56
90.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən
edilməlidir.
90.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o
cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.
90.3. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda,
möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda,
reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan
istifadə etməlidir.
90.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq «sığorta brokeri»
və «sığorta agenti» sözləri olmalıdır.
90.5. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında «Azərbaycan», «dövlət», «milli»,
«mərkəzi», «büdcə», yaxud «respublika» sözlərindən qanunvericiliklə müəyyən
edilmiş qaydada istifadə olunur.
90.6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və
fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları
ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz
birləşmələrindən istifadə etməsi qadağandır.
90.7. Bu Qanunun 90.1-ci və 90.6-cı maddəsinin tələbləri öz adında
nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi
şəxsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur.
Maddə 91. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta
agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinə
dair tələblər
91.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və
baş mühasibi onun rəhbər işçiləridir.
91.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin ali təhsili olmalıdır.
91.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş
təcrübəsinə malik olmalıdırlar:
91.3.1. icra orqanının rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat
işçisi kimi ən azı 2 il;
91.3.2. baş mühasibi – mühasib kimi ən azı 2 il. 57
91.4. Müvafiq sığorta vasitəçisi lisenziyasına malik olmayan fiziki şəxs
hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə
məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri ola bilməz.
Maddə 92. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta
agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçilərinin
təyin edilməsi
92.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəyə sığorta nəzarəti
orqanının razılığı ilə təyin edilir.
92.2. Sığorta nəzarəti orqanının razılığı olmadan hüquqi şəxs olan sığorta
brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi
şəxsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar
qəbul edildiyi andan etibarsızdır.
92.3. Sığorta nəzarəti orqanı şəxsin rəhbər işçi vəzifəsinə təyinatı ilə bağlı
müvafiq sənədlər və məlumatlar hüquqi şəxs olan sığorta vasitəçisi tərəfindən
təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun
91-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə
hüquqi şəxs olan sığorta brokerinə yazılı bildiriş göndərir.
92.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin hüquqi şəxs olan sığorta
vasitəçisinin rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı bu Qanunun 92.3-cü
maddəsində nəzərdə tutulmuş müddətdə həmin maddəyə uyğun olaraq hər hansı
bir yazılı münasibət bildirməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi
qiymətləndirilir.
92.5. Razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış
olması sonradan aşkar edildikdə sığorta nəzarəti orqanı hüquqi şəxs olan sığorta
brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi
şəxsin rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun
əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı
təqdimat verə bilər.
Maddə 93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları
93.1. Sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu Qanunun
tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə də şamil edilir.
93.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa hüquqi şəxs olan
sığorta brokerlərinin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən
yoxlanılması tələb olunmur.
93.3. Sığorta vasitəçilərinin hesabatları və ya məlumatları ilə bağlı əlavə
tələblər sığorta nəzarəti orqanının qəbul etdiyi müvafiq təlimat və ya qaydalarda
nəzərdə tutula bilər.58
Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması
94.1. Sığorta brokeri fəaliyyəti sığorta brokerinin, sığorta agenti fəaliyyəti
isə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin əsas
fəaliyyət növüdür.
94.2. Sığorta vasitəçisi fəaliyyəti ilə yanaşı başqa vəzifə tutan və ya başqa
fəaliyyətlə məşğul olan fiziki şəxs, bu vəzifə və ya fəaliyyətlə bağlı maraqlarının
sığorta vasitəçisi kimi qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə
xələl gətirməsinə imkan verməməlidir.
94.3. Fiziki şəxs olan sığorta brokeri eyni zamanda sığortaçıda vəzifə tuta
bilməz.
94.4. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxs əsas fəaliyyətindən başqa yalnız aşağıdakı
fəaliyyət növləri ilə məşğul ola bilər:
94.4.1. sığorta sahəsində mütəxəssislərin ixtisasının artırılması məqsədilə
təlimin təşkili və keçirilməsi;
94.4.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın
müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;
94.4.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;
94.4.4. öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi.
XII Fəsil
Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti
Maddə 95. Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinin vəzifələri
95.1. Sığorta sektorunda dövlət tənzimləməsinin və nəzarətinin əsas
vəzifələri aşağıdakılardır:
95.1.1. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və
sığorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək;
95.1.2. sığorta işini, həmçinin sığorta bazarını tənzimləmək və sığorta
fəaliyyətinə nəzarəti həyata keçirmək;
95.1.3. sığorta işinin qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə
tədbirlər həyata keçirmək, icbari sığorta növlərini və beynəlxalq sığorta sistemində
Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək;
95.1.4. sığortaçıların, sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin
və sığorta bazarının digər iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin,
habelə dövlətin maraqlarının qorunması üçün tədbirlər həyata keçirmək;
95.1.5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini təmin
etmək.
7
7
Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmişdir. 59
95.2. Sığorta nəzarəti orqanı, onun vəzifəli şəxsi, əməkdaşı, təyin edilmiş
müvəqqəti inzibatçı sığorta sektorunda tənzimləmə və nəzarətlə bağlı
səlahiyyətlərini, habelə ləğvetmə ilə bağlı funksiyalarını həyata keçirərkən
qanunazidd olması və qəsdən zərər vurmağa yönəldilməsi qanunvericiliyə uyğun
qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə
görə məsuliyyət daşımırlar.
95.3. Sığorta nəzarəti orqanı sığortaçıların, sığorta vasitəçilərinin, o
cümlədən xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, habelə sığorta
sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil
ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını sığorta nəzarəti
orqanı müəyyən edir.
Maddə 96. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi
96.1. Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət
funksiyalarını həyata keçirməsinin maliyyələşdirmə mənbələri aşağıdakılardır:
96.1.1. dövlət büdcəsinin vəsaitləri;
96.1.2. sığortaçıların hər birinin daxil olan sığorta haqlarından və xaricdən
aldığı təkrarsığorta haqlarından onların 0,3 faizi həcmində aparılan məcburi
ayırmalar.
96.2. Bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
96.2.1. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət
funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş dövlət qulluqçusu olan işçilərinin
əlavə maddi həvəsləndirilməsi;
96.2.2. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət
funksiyalarını həyata keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi;
96.2.3. sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət
funksiyalarının həyata keçirilməsinə cəlb edilmiş mütəxəssislərinin ixtisasının
artırılması, o cümlədən sığorta və sığorta nəzarəti ilə bağlı beynəlxalq
konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə iştirakı üçün
əlavə vəsaitin təmin edilməsi;
96.2.4. sığorta sahəsində ixtisas artırma, təbliğat və təşviqat işlərinin həyata
keçirilməsi.
96.3. Sığortaçılar bu Qanunun 96.1.2-ci maddəsində nəzərdə tutulmuş
məcburi ayırmaları maliyyə ilinin hər rübü üzrə həmin rüb başa çatdıqdan sonra 20
gün ərzində sığorta nəzarəti orqanının müvafiq hesabına köçürməlidirlər.
Maddə 97. Səyyar yoxlamalar
97.1. Sığorta nəzarəti orqanı sığortaçılar və sığorta vasitəçiləri tərəfindən
sığorta qanunvericiliyinə əməl edilməsini, həmçinin sığortaçının maliyyə60
sabitliyini yerində araşdırma aparmaqla yoxlamaq məqsədi ilə növbəti və ya
növbədənkənar səyyar yoxlama keçirir.
97.2. Sığortaçıda və sığorta vasitəçisində növbəti səyyar yoxlamalar iki ildə
bir dəfədən az olmayaraq, sığorta nəzarəti orqanının müəyyən etdiyi qrafik üzrə
aparılır. Növbəti səyyar yoxlama sığortaçının və ya sığorta vasitəçisinin sığorta
qanunvericiliyi ilə bağlı olan bütün fəaliyyətini əhatə edir.
97.3. Növbədənkənar səyyar yoxlama aşağıdakı hallarda aparıla bilər:
97.3.1. sığortaçının maliyyə sabitliyi, o cümlədən ödəmə qabiliyyəti
göstəricilərində azalma müşahidə edildikdə;
97.3.2. maliyyə ilinin yekununa görə sığortaçının balans üzrə zərəri
yarandıqda;
97.3.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların
real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar
arasında uyğunsuzluqlar aşkar edildikdə;
97.3.4. bu Qanuna əsasən verilmiş təqdimatların və ya sanksiyaların icra
vəziyyətinin yoxlanılması məqsədilə; bu zaman səyyar yoxlamaya müvafiq
təqdimatın və ya sanksiyanın icrası üçün müəyyən edilmiş son tarixdən etibarən 60
iş günündən gec olmayan müddətdə başlanılmalıdır;
97.3.5. daxil olan şikayətlər və qanunazidd əməliyyatlar haqqında mənbəyi
məlum olan məlumatlarla bağlı halların yerində yoxlanılması məqsədilə;
97.3.6. bu Qanuna əsasən verilmiş hər hansı təqdimata və ya sanksiyaya
səbəb olmuş hallar, həmin təqdimat və ya sanksiyanın verildiyi tarixdən 2 il
ərzində yenidən aşkar edildikdə;
97.3.7. sığorta qanunvericiliyinin yerinə yetirilməsi və ya hər hansı
təcrübənin tətbiqi vəziyyətinin araşdırılması məqsədilə sığorta bazarı üzrə ümumi
monitorinq keçirildikdə.
Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar
98.1. Səyyar yoxlama sığorta nəzarəti orqanının müvafiq qərarı ilə təyin
edilir.
98.2. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərarda aşağıdakılar
göstərilməlidir:
98.2.1. səyyar yoxlanılması təyin edilən sığortaçının və ya sığorta
vasitəçisinin adı;
98.2.2. səyyar yoxlamanın növbəti və ya növbədənkənar olması;
98.2.3. səyyar yoxlama növbəti olduqda yoxlanılacaq fəaliyyət dövrü;
98.2.4. səyyar yoxlama növbədənkənar olduqda onun təyin edilməsinə əsas
verən hal;
98.2.5. səyyar yoxlamanın başlanma tarixi, müddəti və başa çatdırılma
tarixi;
98.2.6. səyyar yoxlama aparılması tapşırılan yoxlayıcının (yoxlayıcıların)
adı, soyadı, atasının adı və sığorta nəzarəti orqanında tutduğu vəzifə.61
Maddə 99. Səyyar yoxlamanın müddəti
99.1. Səyyar yoxlama 45 iş günündən çox olmayan müddətə təyin edilir.
99.2. Səyyar yoxlamanın aparılması üçün müəyyən edilmiş müddət
yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə sığorta nəzarəti orqanının
müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 60 iş günü müddətinə qədər
uzadıla bilər.
Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri
100.1. Səyyar yoxlama aparan yoxlayıcıların aşağıdakı hüquqları var:
100.1.1. sığortaçıların və sığorta vasitəçilərinin fəaliyyəti ilə bağlı sənədləri,
mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu
registrlərini, kitablarını, jurnallarını, hesablama texnikasında, mühasibat uçotu
proqramlarında və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;
100.1.2. yoxlamaya aid olan məsələlərlə bağlı sığorta fəaliyyətinə aid
olmayan sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olan ekspert və
mütəxəssisləri, o cümlədən tərcüməçiləri müvafiq xidmət göstərmələri üçün cəlb
etmək;
100.1.3. yoxlanılan subyektdən sənədlərin əslinin təqdim edilməsini tələb
etmək, müvafiq sənədlərin surətini götürmək;
100.1.4. aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə yoxlamanın
aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları
əldə etmək:
100.1.4.1. yoxlanılan subyektin rəhbər və adi işçilərinə, yoxlanılan subyekt
fiziki şəxs olduqda isə, onun özünə;
100.1.4.2. yoxlanılan subyektin törəmə cəmiyyətlərinə, bu subyektə
əhəmiyyətli nəzarəti həyata keçirən və ya subyektin əhəmiyyətli nəzarəti həyata
keçirdiyi şəxslərə, mühüm iştirak payının sahiblərinə, asılı cəmiyyətlərə;
100.1.4.3. yoxlanılan subyektə sığorta vasitəçiliyi xidmətləri göstərən və ya
göstərmiş sığorta vasitəçilərinə;
100.1.4.4. yoxlanılan subyektin auditini aparan və ya aparmış auditorlara.
100.2. Yoxlayıcı sığorta sirri, yaxud kommersiya sirri hesab edilən
məlumatları yaymağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
100.3. Fəaliyyəti yoxlanılan sığortaçı və ya sığorta vasitəçisi sığorta
nəzarəti orqanına yoxlamanın aparılmasında kömək etməli, yoxlayıcıların
maneəsiz bütün sənədlərlə tanış olmasına və məlumat mənbələrinə daxil olmasına,
işçilərinin tələb edilən məlumat, izahat və rəy verməsinə şərait yaratmalıdır.
100.4. Səyyar yoxlamanın davam etdirilməsi yoxlayıcının sorğusuna və ya
müraciətinə cavab verilənədək, müvafiq rəy təqdim olunanadək, yaxud müvafiq
mütəxəssislərin xidməti başa çatdırılanadək mümkün olmadıqda, sığorta nəzarəti
orqanının qərarı ilə səyyar yoxlamanın müddəti dayandırılır. Bu halda səyyar
yoxlamanın başa çatma tarixi dayandırılma müddəti qədər uzadılır.62
Maddə 101. Səyyar yoxlamanın nəticələri
101.1. Yoxlayıcı səyyar yoxlamanın nəticələrinə dair yoxlama aktı tərtib
edir. Yoxlama aktı yoxlanılan subyektin icra orqanı, o fiziki şəxs olduqda isə, özü
ilə müzakirə edilir, yoxlayıcı və yoxlanılan subyektin səlahiyyətli şəxsləri
tərəfindən imzalanaraq rəsmiləşdirilir.
101.2. Yoxlanılan subyekt yoxlama aktı ilə və ya onun hər hansı hissəsi ilə
razılaşmadıqda, aktı imzalamaqla orada etirazı barədə qeyd-şərt edir. Yoxlanılan
subyekt etirazını əsaslandıran sənədlərin əlavə olunduğu yazılı izahatı sığorta
nəzarəti orqanına verə bilər.
101.3. Sığorta nəzarəti orqanı yoxlama başa çatdığı tarixdən 20 iş
günündən gec olmayaraq yoxlama sənədlərinə baxmalı və bu Qanunda nəzərdə
Dostları ilə paylaş: |