Sual 922. İnsan Ramazan ayının orucunu səfərdə tutmağı nəzr edə bilərmi?
Cavab: Düzgün deyil.
Sual 923. Bir şəxs Rəcəb və Şə’ban ayının bütün cümə günlərini oruc tutmağı nəzr edib. Qarşıya bir səfər çıxsa bu nəzrə əməl etmək vacibdirmi?
Cavab: Əgər səfərdə olsa belə, bu günləri oruc tutmağı nəzr etsə, gərək orucu tutsun; başqa surətdə nəzr orucunun qəzası kifayətdir. Ona müxalifət kəffarəsi də gəlmir.
Sual 924. Səfərdə müstəhəbbi oruc tutmaq olarmı?
Cavab:Səfərdə oruc tutmağı nəzr etsə, yaxud da müəyyən bir günü - istər səfərdə ola istər vətəndə - oruc tutmağı nəzr etsə olar, qalan hallarda isə yox.
Sual 925. Səfərdə müstəhəbbi oruc tutmağı nəzr etmək olarmı? Məsələn Müqəddəs-Məşhəd şəhərinə gedəndə, ya oraya çatandan sonra iqamət qəsdi etməmiş, müstəhəbbi orucu nəzr etsin.
Cavab: Xeyr.
Sual 926. Öhdəsində Ramazan ayının qəza orucu olan bir şəxs nəzr orucu tuta bilərmi?
Cavab: Müəyyən bir günü nəzr etsə, öz oruclarının qəzasını ondan əvvəl tutmaq mümkün olsa, maneəsi yoxdur.