Щязряти Айятуллащцл-Цзма


Əməllərin təcəssümü (Əməllərin qayıdışı)



Yüklə 3,01 Mb.
səhifə15/15
tarix21.10.2017
ölçüsü3,01 Mb.
#8220
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15

Əməllərin təcəssümü (Əməllərin qayıdışı)

Maraq doğuran və diqqəti cəlb edən məsələlərdən biri də qiyamətdə insanın gördüyü əməllərin dirilməsi, qayıtmasıdır. Bunu Quranın bir çox ayələrindən görürük. İnsanların mükafatlanması və günahlarının cəzasına çatmasında əməllərin hazır olması böyük rol oynayacaq. Məsələn, bunların bir neçəsini nümunə olaraq göstəririk. Zülm və ədalətsizlik qara bulud şəklində insanlarının başının üzərini alacaq. Hədisdə deyildiyi kimi «Zülm qiyamət günü zülmət şəklində hazır olacaq «Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək.» (Nisa, 10) «(Ya peyğəmbər!) Qiyamət günü mömin kişi və qadınların iman nurunu onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən.» (Hədid, 12) «Sələm yeyənlər qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar.» (Bəqərə, 275) «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. (Belə ki, heç hərəkət etmək iqtidarında olmayacaqlar.)» (Ali-İmran, 180)

Digər yaxşı və pis əməllər də hərəsi özünə münasib şəkildə aşkar olacaq.

Bilirik ki, bu gün elm bizə dünyada heç bir şeyin yox olmadığını sadəcə olaraq öz surətini dəyişdiyini deyir. Maddə və enerji daima dəyişir. Bu iki şeydən xaric olmayan insanın əməlləri bu sübuta əsasən dəyişməsinə baxmayaraq, əbədi olaraq qalır. Quran bu məsələni kiçik, lakin mənalı bir ifadə ilə açıqlayır: «İnsanlar (dünyada) etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər.» (Kəhf, 49). İnsanlar qiyamətdə öz əməllərinin nəticəsini görəcəklər və heç kəsə əməlindən artıq (və ya əskik) zülm edilməyəcək. Necə ki, Quran buyurur: «Rəbin heç kəsə haqsızlıq etməz.» (Kəhf, 49). Başqa bir ayədə əməllərin qiyamətdəki hüzuru barədə deyilir: «O gün (qiyamət günü) insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir)» (Zilzal 6, 8)

Bu ayələrdən məlum olur ki, insanın yaxşı və ya pis olmasından asılı olmayaraq, böyüklü-kiçikli bütün əməlləri qeydə alınır. Qiyamətdə hamısı öz sahiblərinə təqdim olunacaq. Buna görə də, pis əməllərdən uzaq, yaxşə əməllərin isə tərəfdarı olmaq lazımdır.

Təəccüblü budur ki, bu günkü dövrdə texnikanın inkişafı ilə əlaqədər olaraq bu işlərin bir qismini (keçmiş əməlləri qoruyub saxlamağı) elə bu dünyada əks etdirən aparatlar düzəldilmişdir. Alimlərdən biri deyir: «Bu günkü dövrdə iki min bundan qabaqkı Misir dulusçularının səslərini özündə əks etdirən aparatlar düzəlmişdir. Misir muzeylərində iki il bundan qabaq düzəldilmiş kuzələr indi də qorunub saxlanır. Bu kuzələrin düzəldilməsində xüsusi çarxlardan istifadə olunmuşdur. Çarxların və ustaların səsi kuzələrə düşmüşdür və indi təzəcə kəşf olmuş aparatların köməyi ilə həmin səsləri eşitmək olur. İnsan bu səsləri asanlıqla eşidə bilər.»

Əməllərin hazır oluşunu nəzərə almaqla məad, günahkarların cəzalandırılması və möminlərin mükafatla təltif olunması barədə meydana çıxan suallara cavab vermək olar.

Fikirləşin və cavab verin

1.Qiyamətdə insanın yaşayışı bütün cəhətlərdən bu dünyanın yaşayışı kimi olacaq?

2.Qiyamətin əzab, yaxud mükafatlarını olduğu kimi bu dünyada anlaya bilərikmi?

3.Cənnət nemətləri, eləcə də Cəhənnəm əzabları təkcə insanın cisminəmi aiddir?

4.Əməllərin mücəssəm olması (hazır olması) dedikdə nə anlaşılır Quran bu məsələyə necə dəlalət edir?

5.Əməllərin mücəssəm olmasına əqidə bağlamaq, məad mövzüsuna aid olan hansı çətinliyi aradan qaldırır?



Kitabın tərcüməsində istifadə olunmuş

kitablar

1.Quranın tərcüməsi (Professor V.Məmmədəliyev)

2.Möcəmul- mufəhris liəlfazil -Quran.

3.Lüğət (ərəb-fars).



Kitabın içindəkilər

I Fəsil. Allah tanıma.

I dərs. Allah axtarışı səh.2

II dərs. Allahı tanımanın insan

həyatında rolu səh.6

III dərs. İki əmin və xatircəm yolla

Allahı tanıma səh.11

IV dərs. Mühüm bir sual-cavab səh.16

V dərs. Baş vermiş bir əhvalat səh.21

VI dərs. Allahı tanımanın ikinci yolu səh.25

VII dərs. Yaranışda olan nizam-intizamdan nümunələr səh.29

VIII dərs. Kiçik bir quşda bir dünya

təəccüb səh.35

IX dərs. Həşəratlarla güllərin dostluğu səh.39

X dərs. Həddən artıq kiçik varlıqlar

dünyasında səh.44

X dərsin davamı. Allahın sifətləri səh.50



II fəsil. Allahın ədaləti.

I dərs. Ədalət nədir səh.57

II dərs. Allahın ədalətinə dair sübutlar səh.63

III dərs. Pisliklər və ziyanların

fəlsəfəsi səh.69

IV dərs. Xoşagəlməz hadisələrin

fəlsəfəsi səh.75

V dərs. Yenə də ziyanlar və çətinliklərin

fəlsəfəsi səh.80

VI dərs. Məcburiyyət və ixtiyar məsələsi səh.86

VII dərs. İnsan iradəsinin və

ixtiyarının azadlığına dair

ən aşkar sübut səh.92

VIII dərs. Məcburiyyətlə ixtiyar

Arasında olan hədd nədir? Səh.97

IX dərs. Hidayət və azğınlıq Allahın

əlindədir səh.103

X dərs. Allahın ədaləti və insanların

Cəhənnəmdə əbədi qalması məsələsi səh.109

III Fəsil. Peyğəmbər tanıma.

I dərs. İnsanların ilahi rəhbərlərə

olan ehtiyacı səh.115

II dərs. Qanun təyin etmə nəzərindən

peyğəmbərlərə olan ehtiyac səh.121

III dərs. Nə üçün peyğəmbərlər

məsumdurlar? Səh.128

IV dərs. Peyğəmbərləri tanımağın ən

gözəl yolu səh.133

V dərs. İslam peyğəmbərinin ən

böyük möcüzəsi səh.140

VI dərs. Quranın ecazkarlığına

açılmış pəncərə səh.147

VII dərs. Quranın dünya görüşü səh.152

VIII dərs. Quran və bu günki

nailiyyətlər səh.158

IX dərs. İslam peyğəmbərinin haqq

olduğuna aid daha bir dəlil səh.165

X dərs. İslam peyğəmbərinin xatəmiyyəti

və xatəmiyyətin dəqiq mənası səh.172



IV Fəsil İmam tanıma.

I dərs. İmamət məsələsi nə vaxtdan

başlandı? Səh.180

II dərs. İmamlığın fəlsəfəsi səh.186

III dərs. İmamın xüsusi şəraiti

və sifətləri səh.191

IV dərs. İmamı təyin etmək kimin

öhdəsindədir? Səh.196

V dərs. Quran və imamət səh.203

VI dərs. Peyğəmbər sünnəsində imamət səh.210

VII dərs. «Mənzilət» və «Yəumud-dar»

hədisləri səh.216

VIII dərs. «Səqələyn» və «Nuhun gəmisi»

hədisləri səh.222

IX dərs. On iki imam səh.228

X dərs. On ikinci imam və dünyanın

Böyük islahedicisi Həzrət Mehdi (ə.c) səh.236

V Fəsil. Məad tanıma.

Idərs.Mühüm bir sual səh.247

II dərs. Həyata məna verən məaddır səh.253

III dərs. İnsanların batini qiyamətin

məhkəməsindən bir nümunədir səh.259
IV dərs. Məad fitrət təcəllisində səh.264

V dərs. Qiyamət ədalət tərəzisində səh.269

VI dərs. Qiyaməti bu dünyada

dəfələrlə görmüşük səh.274

VII dərs. Məad və yaranışın fəlsəfəsi səh.279

VIII dərs. Ruhun qalması qiyamət

nişanəsidir səh.284

IX dərs. Cismani və ruhani məad səh.291

X dərs. Cənnət, Cəhənnəm və əməllərin hazır olması səh.297


1 Mənzilət sözünün mənası nisbət, əlaqə, yövmuddar sözünün mənası isə evə dəvət günü deməkdir.

Təbuk Ərəbistan yarımadasının şimalında yerləşən və o vaxtın Şərqi Roma imperiyası ilə həmsərhəd olan bir məntəqə idi. Musa(ə)-da Tur dağına 40 günlük Allahla görüşə gedəndə qardaşı Harunu öz canişini təyin etmişdi. Hədis buna işarədir. (Mütərcimdən)



2 Buxarinin səhihi. C-9, S-100.

3 Nameyi- əməl əməllərin qeyd olunduğu kitaba deyilir. Bu kitab qiyamət günü insanın özünə təqdim olunacaq.


4 Nəhcül-bəlağə. 224-cü xütbə. Bu hadisə Həzrət Əli(ə)-ın qardaşı Əqilə göstərdiyi münasibətdir.

5 Bunlar islami terminlərdir.

Bəqa həmişə yaşamaq, sağ qalmaq mənasınadır.



6 Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcümə və təfsiri kitabından oxuya bilərsiniz.

7 Nəhcül bəlağə-Qısa sözlər bölməsi.




Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin